Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-695/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonu, Seydan kəndində anadan olmuş, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Seydan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 40A, mənzil 38 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 40A, mənzil 38-də `yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən döyməklə ona sol bazunun dərialtı hematoması, sol saidin, sağ budun qançırları, sağ dirsək nahiyyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 1992-ci ildən Balakən rayon sakini Hüseynova (Paraşova) Sevda Rüfət qızı ilə ailə həyatı qurmuşdur. Rəsmi birgə nigahdan 2 uşaqları olmuşdur. Özü Salyan rayonunda fərdi təsərrüfat işləri ilə məşğul olur, həftədə bir neçə dəfə rayona gedib işləri ilə məşğul olub qayıdır. Hazırda Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 40A, mənzil 38-də kirayədə yaşayırlar. Sevda ilə ailə qurduqdan sonra münasibətləri yaxşı olmuşdur. Arabir ailədaxili söz-söhbətləri olsa da tez bitmişdir. Sevda özü Sumqayıt Dövlət Universitetində bufetdə şirniyyatçı işləyir, işi olmayanda fərdi qaydada şirniyyat hazırlayır. O da işi ilə bağlı mütəmadi Salyan rayonuna gedib gəlir. 21.09.2021-ci il tarixdə saat 00:20 radələrində rayondan evə gələndə görmüşdür ki, Sevda evdə yoxdur. Fikirləşmişdir ki, ola bilsin qızının evindədir. Bir neçə dəqiqədən sonra Sevda evə gəlmiş, ondan harada olduğun soruşmuş, Sevda ona "sənə nə var harada idim" deyəndə aralarında mübahisə baş vermiş, Sevdanın belə cavab verməsi ona pis təsir etmişdir. O əsəbləşib əlləri ilə Sevdanın bədənini dartışdırmağa başlamış, Sevda üstünə gələndə o əli ilə onun qollarına bir neçə zərbə vurmuş, sonra əsəblərini sakitləşdirmək üçün otağına getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 1992-ci ildə Salyan rayon sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Rəsmi birgə nigahdan 2 uşaqları olmuşdur. Əvvəllər Salyan rayonunda yaşamışlar. Son bir neçə ildə Sumqayıt şəhəri, 15-ci məhəllədə yaşamağa köçmüşlər. Sumqayıt Dövlət Universitetinin bufetində şirniyytaçı işləyir. Ailə qurduqdan bir müddət sonra Azərlə aralarında ailədaxili münaqişə və mübahisələri baş vermiş, Azər ona xəyanət etmiş, evdə əsassız yerə mübahisələr etmiş, onu söyüb təhqir etmişdir. O da uşaqlarına görə həmişə dözmüşdür. 20.09.2021-ci il tarixdə iş yoldaşları ilə ad günü məclisində iştirak etməyə getmiş, saat 00:30 radələrində evə gəlmişdir. Evə daxil olan Azər ondan haradan gəldiyini soruşanda o ad günündə olduğunu demiş, lakin Azər ona əxlaqsız sözlər demiş, o Azərin cavabını qaytarmış, aralarında bu mövzuda mübahisə baş vermiş, Azər onun sifətinə bir şillə zərbəsi vurub, əlləri ilə bədənini dartışdırmağa başlamışdır. O Azəri kənara itələmiş, həmin vaxt Azər yumruqla onun qollarına zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. O qışqıranda Azər çıxıb getmişdir. Ertəsi gün 22.09.2021-ci il tarixdə o Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedərək Azərin onu döyərək xəsarət yetirməsi barədə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 1263 saylı, 23.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sol bazunun dərialtı hematoması, sol saidin, sağ budun qançırları, sağ dirsək nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən yaranmışdırlar, zərərçəkənin müayinəsindən 2- 3 gün əvvəl olmaqla qərarda göstərilən 21.09.2021-ci il tarixdə yetirilə bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 11-13) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında" 26.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 20-22) İş materiallarında olan DİN-nin 350-11077H-3221 saylı, 27.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 45) İş materiallarında olan 355 saylı, 27.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 47) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3322 saylı, 28.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur(i.v 48) İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli ASM-nin 434 saylı, 29.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 49) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-695/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-695/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver