Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-695/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Gədəbəy rayonu, Söyüdlü ərazi dairəsi, Söyüdlü kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 oktyabr 2022-ci il tarixdə, saat 07:37 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Miss Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılan "xxxx" ASC-уə məxsus bankomatın informasiya sisteminə Zərərçəkmiş şəxs1 aldığı məlumatlar əsasında qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 6768 6753 4822 6737 nömrəli bank kartının bank hesabından 319 (üç yüz on doqquz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 dekabr 2022-ci il tarixdə, saat 13:18 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, Nərimanov küçəsində yerləşən “Pioner” marketin çöl hissəsində quraşdırılan "xxxx" ASCyə məxsus bankomatın informasiya sisteminə Zərərçəkmiş şəxs2 aldığı məlumatlar əsasında qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "Beynəlxalq Bank” ASC tərəfindən verilmiş 4127 2044 4972 1479 nömrəli bank kartının bank hesabından 500 (beş yüz) manat, həmçinin vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus bank kartından istifadə edərək 18 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanında yerləşən "Bank Avrasiya” ASC-yə məxsus bankomat vasitəsi ilə 100 (bir yüz) manat və 18 dekabr 2022-ci il tarixdə, saat 22:12 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən "Oba” marketin çöl hissəsində quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə 90 manat, cəmi 690 (altı yüz doxsan) manat məbləğində pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 oktyabr 2022-ci il tarixdə, təxminən saat saat 07:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim dükanının çöl hissəsində quraşdırılmış olan Kapital banka aid bankomatın qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs1 bankomatdan pul çıxartmaq istədiyini görmüşdür. Uzun müddətdir işsiz olduğundan qərara gəlmişdir ki, Gülnazı aldadıb onun kartında olan pulları oğurlasın. Buna görə də Gülnaza yaxınlaşıb sonuncuya bacısının pensiyasını çıxartmaq istədiyini, lakin pul olmadığından çıxara bilmədiyini demişdir. Sonra isə Gülnaza kartını ona verməsini, onun üçün yoxlayacağını bildirmişdir. Gülnaz da kartını ona vermiş və o, kartı bankomatın Wifi qəbul edən hissəsinə yaxınlaşdırmışdır. Həmin qadından kodu öyrənib daxil etmiş, əməliyyat pəncərəsi açılmış və kartda 319 manat pul olduğunu görüb həmin pulu oğurlamaq qərarına gəlmişdir. Gülnaza kartında pul olmadığını demiş və kartı sonuncuya qaytarmışdır. Gülnaz kartı alıb oradan uzaqlaşmağa başlamış, bankomatda əməliyyat pəncərəsi açıq qaldığından kartdakı 319 manat pulu çıxardaraq oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına sərf etmişdir. Bundan başqa, təxminən 13 dekabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən Beynəlxalq Banka aid plastik kart tapmışdır. Həmin kartı üzərində saxlamışdır ki, kiminsə kartını dəyişib həmin kartı verər və ələ keçirdiyi kartdan pul oğurlayar. Bu məqsədlə də 17 dekabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Asan Xidmət’in qarşısında quraşdırılmış bankomatın yanına gəlmişdir. Bir neçə dəqiqə orada dayandıqdan sonra Zərərçəkmiş şəxs2 Beynəlxalq Banka məxsus bankomata yaxınlaşdığını görmüş, bankomatın qarşısında dayanmışdır ki, Nadir onun pul çıxardığını düşünsün. Nadir ona yaxınlaşıb özünə məxsus bank kartını uzadaraq kartdan onun üçün 100 manat pul çıxarmasını xahiş etmişdir. Nadirdən kartı alaraq bankomata daxil etmiş və sonuncudan kartın PİN kodunu öyrənmiş, kartda təxminən 800 manat pul olduğunu görmüş, bundan sonra 100 manat pul çıxarmaq üçün əməliyyat aparmış və pul çıxana kimi Nadirin kartını cibində olan kartla dəyişib sonuncuya həmin tapdığı işləməyən kartı vermişdir. Bankomatdan 100 manat pul çıxdıqdan sonra Nadirə verib tez oradan uzaqlaşmış və Sumqayıt şəhəri, 45-ci məhəllə, Nərimanov küçəsində yerləşən “Pioner” marketin çöl hissəsində quraşdırılmış Beynəlxalq Banka aid bankomatdan Nadirdən oğurladığı kartdan 500 manat pul çıxarmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 18 dekabr 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Sumqayıt şəhəri, Sülh küçəsinə gəlmiş və orada quraşdırılmış Bank Avrasiyaya məxsus bankomatın yanına gəlib kartı bankomata salaraq 100 manat pul çıxarmış, həmin gün təxminən saat 22:15 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketin çöl hissəsində quraşdırılmış Beynəlxalq Banka məxsus bankomatın yanına gəlib Nadirin kartını bankomata daxil etmiş və kartdan 90 manat pul çıxarmışdır. Daha kartda pul qalmadığını görüb kartı qıraraq hazırda xatırlamadığı yerə atmışdır. Nadirin kartından ümumilikdə 690 manat pul çıxarmışdır. Əvvəllər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamışdır. Bu günə kimi barəsində hər hansı məhkəmə işi olmamışdır. Yalnız Gəncə şəhər Məhkəməsində barəsində xırda talama ilə bağlı inzibati xəta haqqında iş olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2-ci qrup əlilliyilə bağlı pensiya alır. Pensiyanı "Kapital Bank”a məxsus 6768 6753 4822 6737 nömrəli bank kartım vasitəsi ilə alır. 14 oktyabr 2022-ci il tarixdə, təxminən saat 07:30 radələrində pensiya kartından pul çıxarmaq məqsədi ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə quraşdırılmış “Kapital Bank"ın bankomatına yaxınlaşmış, bankomatda əməliyyat aparmağı yaxşı bacarmadığından, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bacısının pensiyasını almağa gəldiyini, lakin bankomatda pul olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, kartı ona versin bankomata daxil edib yoxlasın. O da etiraz etməyib kartını Təqsirləndirilən şəxs vermiş, sonuncu kartını bankomatın üzərindəki xüsusi yerə qoyduqdan ondan kartın pin kodunu soruşmuş, o da kodu Təqsirləndirilən şəxs demişdir. Səxavət pin kodu daxil etdikdən sonra ona kartda pul olmadığını demiş və kartını onun özünə qaytarmışdır. Səxavətə inanıb kartını alaraq oradan uzaqlaşmağa başlamışdır. Bankomatdan bir neçə metr aralandığı vaxt bankomatdan pul çıxarılan zaman gələn səsə bənzər səs eşidib arxaya çevrilmişdir. Səxavətə tərəf baxsa da sonuncunun bankomatdan pul çıxarmasını görməmişdir. Sonra oradan çıxıb yaşadığı evə getmişdir. Təxminən saat 10 radələrində yenidən həmin bankomatın yanına gəlib kartı bankomata daxil edib balansını yoxlayan zaman ona məlum olmuşdur ki, balansında 24 qəpik pul qalmış, halbuki balansında həmin vaxt 319 manat pul olmalı idi. Bundan sonra oradan çıxıb Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Kapital Bank”a gəlmiş və orada ona kartından çıxarış verilməsini bildirmişdir. Ona kartından çıxarış verildikdən sonra izah etmişlər ki, həmin gün səhər saat 07:30 radələrində balansında olan 319 manat çıxarılmışdır. Səxavətin onun kartından 319 manat pulu çıxararaq oğurladığını anlamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Özünə məxsus Azərbaycan Beynəlxalq Bankın “Tam kart”ında təxminən 300 manatdan artıq pulu olmuşdur. 16 dekabr 2022-ci il tarixdə ehtiyacı olduğundan kredit kartı ilə 500 manat kredit götürmüş, həmin pul kartına əlavə olunmuş və kartında ümumilikdə 800 manat pul olmuşdur. 17 dekabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən "Asan Xidmət'in qarşısında quraşdırılmış bankomatların yanına getmişdir ki, orada kartından 100 manat pul çıxarsın. Orada olan bankomatlara yaxınlaşanda Təqsirləndirilən şəxs bankomatın qarşısında dayanıb nə isə etdiyini görmüşdür. Səxavətin bankomatdan pul çıxardığını düşünüb kartını sonuncuya uzadaraq onun üçün də pul çıxarmasını xahiş etmişdir. Səxavət də kartı ondan alıb bankomata daxil etmiş və ondan kartın PİN kodunu soruşmuşdur. O da kartın kodunu deyəndən sonra kartından 100 manat çıxarmasını bildirmişdir. Həmin vaxt o, Səxavətin yan tərəfində dayanmış və sonuncunun bankomatda əməliyyat aparmasını yaxşı görməmişdir. Səxavət bankomatda əməliyyat apardıqdan sonra ona 100 manat pulu və bank kartını vermişdir. O, Səxavətdən pulu və kartı alaraq cibinə qoymuş və oradan uzaqlaşmışdır. 25 dekabr 2022-ci il tarixdə yenidən kartından pul çıxarmaq üçün bankomata yaxınlaşıb Səxavətin ona verdiyi kartı bankomata daxil etmiş və ona məlum olmuşdur ki, kart işləmir. Bir neçə dəfə cəhd etsə də kartın işləmədiyini görüb evinə qayıtmışdır. Növbəti gün Beynəlxalq Banka gedib kartla bağlı müraciət etmişdir. Orada ona bildirmişlər ki, həmin kart başqa bir şəxsin adınadır və kartın müddəti bitmişdir, yəni kart işləmir. Bundan sonra o, bankdan kartı ilə bağlı çıxarış verilməsini istəmiş, bankdan çıxarış verildikdən sonra ona məlum olmuşdur ki, Səxavət kartından 100 manat pul çıxarıb ona verdikdən sonra onu aldadaraq kartının əvəzinə başqa kart vermiş, o, oradan getdikdən sonra Səxavət onun kartından 100 manat və 90 manat olmaqla 190 manat, daha sonra isə 500 manat, cəmi 690 manat pul çıxararaq oğurlamışdır. Bundan sonra o, polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus bank kartından pul oğurlanması barədə icraatına Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Anar Axundovun əməliyyat tapşırığı daxil olmuşdur. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd etdiyi oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 17:50 radələrində xidməti ərazidə olduğu zaman Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq izahatının alınması məqsədi ilə sonuncunu 3cü polis bölməsinə dəvət etmiş və Təqsirləndirilən şəxs da onunla birlikdə polis bölməsinə gedərək orada izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, 17 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 15-ci məhəllə ərazsində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında quraşdırılmış bankomatdan özünə məxsus kart vasitəsi ilə pul çıxarması üçün Təqsirləndirilən şəxs xahiş etmiş, sonuncu isə Zərərçəkmiş şəxs2 aldadaraq ona məxsus kartı oğurlayıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin kartdan ümumilikdə 690 manat pul oğurlamışdır. Həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 bank kartından 319 manat pulu oğurlayaraq ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, X3 məxsus 6768 6753 4822 6737 nömrəli "Kapital Bank” a aid pensiya kartı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 29/12, "Miss Leyla” geyim mağazasında yerləşən "xxxx"a aid bankomatdan 319 manat məbləğində pul çıxarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş bir ədəd kompakt diskdən görünür ki, "xxxx" ASC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskin içərisində “sumqayit 4” kimi qeyd olunmuş qovluq, həmin qovluğun içərisində “X4 qizi” kimi qeyd olunmuş qovluq, həmin qovluğun içərisində “14.10,2022” kimi qeyd olunmuş qovluq və sonuncu qovluğun İçərisində isə “152165_073742_481_1000_l” kimi qeyd olunmuş 15 KB, "152165 _073742_704_1003_l” kimi qeyd olunmuş 15 KB, "152165_073742_929_1005J” kimi qeyd olunmuş 14 KB, “152165J)73743_149_1006_l” kimi qeyd olunmuş 15 KB, '652165 073749 İ83_1007_l" kimi qeyd olunmuş 14 KB, “152165_073749_409_1005_l” kimi qeyd olunmuş 14 KB, “152165_073751_240_1006J” kimi qeyd olunmuş 14 KB, "152165 073801893_1005_l" kimi qeyd olunmuş 14 KB, "152165 J)73802_717J006_l” kimi qeyd olunmuş 14 KB, “152165J)73804_340J009_l” kimi qeyd olunmuş 14 KB, “152165_ 073810_574_1016_l” kimi qeyd olunmuş 13 KB, “152165_073810_602_1016_2” kimi qeyd olunmuş 11 KB, “152165_073814_631_1017_l” kimi qeyd olunmuş 12 KB, “152165 073814_648_J017_2” kimi qeyd olunmuş 10 KB, “152165_073817_076J018_l” kimi qeyd olunmuş 15 KB, “152165_073817_094_1018_2” kimi qeyd olunmuş 10 KB və “ 152165^073821_122 1001_1” kimi qeyd olunmuş 15 KB həcmində fotoşəkillərin olması müəyyən olunmuşdur. Fotoşəkillərə baxış zamanı Gülnaz Aliyeva bildirdi ki, 14 oktyabr 2022-ci il tarixdə fotoşəkillərdəki şəxs ona yaxınlaşaraq nə üçün əziyyət çəkdiyini, bankomatın "wifi” hissəsinin olduğunu demiş və ondan bank kartını alaraq bankomata yaxınlaşıdırıb əməliyyat aparmağa başlamışdır. Sonra isə həmin şəxs ona kartında pulun olmadığını demiş və kartını onun özünə qaytarmışdır. O da kartı alıb oradan uzaqlaşmışdır. Sonradan isə ona məlum olmuşdur ki, həmin şəxs onu aldadaraq kartından 319 manat pul çıxarıb oğurlamışdır. Fotoşəkillərə baxış keçirilən zaman həmin şəxsin qaraşın, saçının orta hissəsi tökülmüş, orta boylu və orta bədən quruluşlu kişi cinsli şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:40-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 152, 132-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 06 gün müddətinəa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli “Amnistiya” Qərarına əsasən cəriməni ödəməkdən tam azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1-78/2006 saylı, xx.xx.2006-cı il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş bir ədəd kompakt diskdən görünür ki, "xxxx" ASC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskin içərisində “Nadir Valiyev" kimi qeyd olunmuş qovluq, həmin qovluğun içərisində "Bankomat 1073- 18.12.22- 90 AZN" kimi qeyd olunmuş qovluq, “4127—1479” kimi qeyd olunmuş 359 KB həcmində və “Bankomatin unvani kimi qeyd olunmuş 10 KB həcmində iaylların olması müəyyən olunmuşdur, "4127—1479” kimi qeyd olunmuş fayla baxış keçirilən zaman 18.12,2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus bank kartından 90 manat məbləğində nağdluşdırıııa əməliyyatının apnlmasmm qeyd olunması müəyyən olunmuşdur. "Bankomatin unvani kimi qeyd olunmuş fayla baxış keçirildikdə həmin bankomatın Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində, "Oba” marketdə yerləşməsi müəyyən olunmuşdur. “Bankomat 1073- 18.12.22- 90 AZN” kimi qeyd olunmuş qovluğa baxış keçirilən zaman qovluğun içərisində “221255_046_1003 1” kimi qeyd olunmuş 12 KB, "221308_937_İ007_l” kimi qeyd olunmuş 12 KB, “221328-734 1009-1” kimi qeyd olunmuş 12 KB, “221337_578_1003_l” kimi qeyd olunmuş 12 KB, “221353 *** **** 1" kimi qeyd olunmuş 12 KB, “221402_750_1009_l” kimi qeyd olunmuş 12 KB, "221409_937_1003_l” kimi qeyd olunmuş 12 KB, “221421_234_1007_Г’ kimi qeyd olunmuş 12 KB, “221441_093_1009_l” kimi qeyd olunmuş 12 KB, “221451-468_1003_l” kimi qeyd olunmuş 12 KB, “221501_546_1007_l” kimi qeyd olunmuş 12 KB, “221518_203_1009_l” kimi qeyd olunmuş 12 KB, “221527-046J003_l” kimi qeyd olunmuş 12 KB, “221535_906_1007_l” kimi qeyd olunmuş 12 KB, “221559_531_1009-l” kimi qeyd olunmuş 12 KB. "221604_203_1016_l” kimi qeyd olunmuş 12 KB, “221608-359-1017 _1” kimi qeyd olunmuş 12 KB və “221610_796_1018_l” kimi qeyd olunmuş 9 KB həcmində fotoşəkillərin olması müəyyən olunmuşdur. Fotoşəkillərdə bankomat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 22:12 radələrində əməliyyat aparılması müəyyən olunmuşdur. Fotoşəkillərə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 bildirmişdir ki, fotoşəkillərdəki şəxsin 17 dekabr 2022ci il tarixdə ona məxsus kartı alıb aldadaraq başqa kartı verməklə kartını və içərisindəki pulları oğurlamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində 733090 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci Cəlilabad RPŞ-nin İB-nin-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ-nin 1-ci Cəlilabad RPŞ-nin İB-nin-si tərəfindən tərtib edilmiş MN1674380 nömrəli protokolda göstərilən əməl üzrə Gəncə şəhər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay inzibati qaydada həbs cəzası seçilmiş və hazırda Gəncə şəhər BPİ-nin MSY-də saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində açılmış 733090 saylı axtarış işinə xitam verilmiş və ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 512 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur . İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, "Kapital Bank” ASC-dən xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş 1 ədəd, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 1 ədəd disk və "xxxx" ASC tərəfindən şəxsi istifadədə olan elektron poçt ünvanına göndərilmiş və həmin məlumatların əks olunduğu 1 ədəd kompakt disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərər olan 700 manatı ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs dəymiş zərər olan 319 manatı ödəmişdir, heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarından görünür ki, Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 3 saylı xəstəxananın yaxınlığında “Opel” markalı avtomobildən 50 manat dəyərində olan “Samsung” markalı mobil telefonu oğurlaması faktı ilə bağlı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Bayan küçəsində yerləşən fərdi yaşayış evindən 80-90 manat dəyərində televizoru oğurlaması faktı ilə bağlı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və Gəncə şəhəri, Gülüstan qəsəbəsi b-12nin zirzəmisindən 80-90 manat təşkil edən 12 metrlik kanalizasiya borusunu oğurlaması faktı ilə bağlı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilmiş, Gəncə şəhər Məhkəməsinin 3(125)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək İXM-nin 34.4-cü maddəsinə əsasən ona qəti olaraq 02 ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş zərəri ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin davamlılığını, təkrarlanmasını, hazırki əməli törədikdən sonra barəsində cinayət işinin ibtidai araşdırılması vaxtında dəfələrlə xırda talamaya görə inzibati məsuliyyətə cəlb edilməsi onun tərbiyələndirilməsinə, cinayət törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 695/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 976 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-695/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-695/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver