Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-695/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əli ilə sonuncunun sifətinə bir dəfə yumruqla vurmaqla ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, bacısı Vüsalə Natiq adlı şəxslə evli olmuş, 2018-ci ildə Vüsalə Natiqdən boşandıqdan sonra ata evinə iki uşaqla birlikdə geri qayıtmış və onlar bir evdə birlikdə yaşamağa başlamışlar. O isə birinci həyat yoldaşından 2019-cu ildə boşanmış, boşanmaya səbəb isə bacısı Vüsalənin həmin həyat yoldaşı ilə evdə mütəmadi olaraq mübahisə etməsi olmuşdur. 2022-ci ildə ikinci dəfə Xanım adlı şəxslə ailə həyatı qurmuş və bir evdə yaşamağa başlamışlar. 2023-cü ildə həmin nikahdan bir övladı dünyaya gəlmiş, lakin anası rəhmətə gedəndən sonra Vüsalə evdə onunla və Xanımla mübahisələr etməyə başlamış, tez-tez evdə problemlər yaratmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 08 radələrində o, evdən çıxıb işə getmək istəyəndə Vüsalənin çirkli paltarlarını onun paltarları ilə birlikdə paltaryuyan maşına qoyub yumağa başlamasını görəndə o, buna etiraz eləmiş, Vüsalə cavabında ona kobud davranmışdır. Vüsalə həmin vaxt ona təhqiredici cavab verdiyi üçün o, əsəbləşib Vüsalənin üzünə yumruq vurmuşdur, daha sonra evdən çıxıb gedən zaman Vüsalənin polisə şikayət etməsini öyrənmişdir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda heç kəs olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 12 sentyabr 2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq təhqiqat dövründə verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ilkin təhqiqat dövründə verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2011-ci ildə Natiq adlı şəxslə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı dünyaya gəlmiş, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ailəsiylə birlikdə yaşamışdır. Daha sonra həyat yoldaşı ilə aralarında ailə münaqişələri baş vermiş və Natiqdən boşanmışdır, boşanandan sonra isə 2018-ci ildə ata evinə köçmüş və orada indiyə kimi yaşamağa başlamışdır. Ata evində yaşamağa başladığı ilk dövrlərdə qardaşı Vüsalla aralarında heç bir problem olmamışdır, son bir ildir ki, aralarında mütəmadi olaraq evdə ailə problemləri baş verir, bu problemlərə səbəb isə Vüsalın 2-ci dəfə ailə qurduğu Xanım adlı şəxsdir, Xanım evdə özünə məxsus olan əşyalardan onun istifadə etməsinə görə problem yaradır, həmin əşyalardan o istifadə edərkən Xanım buna etiraz edir. Sonuncu dəfə xx.xx.2024- cü il tarixdə səhər saat təxminən 08 radələrində evdən çıxıb işə gedəndə özünə məxsus olan çirkli paltarları qardaşının aldığı paltaryuyan maşına yumaq üçün atmış, həmin vaxt qardaşı Vüsal əsəbləşib paltarları sulu vəziyyətdə maşından çıxardıb evin dəhlizinə atmış, o da Vüsalın bu hərəkətinə etiraz edəndə evdə aralarında münaqişə baş vermiş və münaqişə zamanı Vüsal onun sifətinə yumruqla zərbə endirmişdir, o ağlaya-ağlaya evdən çıxmış və PB-nə müraciət etmişdir. Hadisəni kənardan başqa heç kim görməmiş, mübahisə 10-15 dəqiqə davam eləmişdir. İş materiallarında olan AR SN-nin MTE və PAB X6 xx.xx.2024-cü il tarixli, 1113 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun sümüyünün natamam sınığı. Qeyd oluan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir gün qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v.11-14). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.15-16) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.22) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.49) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-695/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-695/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver