Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-696/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Salam qızının iştirakları ilə, xx.xx.1971-ci ildə Zəngilan rayonu, Aşağı Gəyəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zəngilan rayonu, Aşağı Gəyəli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 22.09.2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs başın ənsə nahiyyəsinin, burnun yarası, sol bazunun, sağ bud çanaq oynağının, sol əlin arxa səthinin, sol baldırın qançırları xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1997-ci ildə qeydi rəsmi ailə həyatı qurmuş, lakin 1999-cu ildə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 11.06.2009-cu il təvəllüdlü oğlu X4 və 16.12.2000-ci il təvəllüdlü qızı X2 doğulmuşlar. Arvadı Gülnarə ilə münasibətləri düz gəlmədiyi üçün 04.05.2021-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. Bundan sonra o, evini tərk edib bacısına məxsus evdə tək yaşayır. Bir neçə dəfə yaşadığı evə uşaqlarını görmək üçün gedərkən keçmiş arvadı Gülnarə ilə aralarında mübahisələr olmuşdur. O, keçmiş arvadını qısqandığı üçün hərdən onun yaşadığı ünvana gedib onu izləmişdir. Sonuncu dəfə 22.09.2021-ci il tarixdə, saat 21:30 radələrində arvadının yaşadığı ona məxsus evə getmişdir. Evinin hasarından həyətinə aşaraq pəncərədən evə baxdıqda yataq otağında bir nəfər kişinin maykasız masada əyləşdiyini və keçmiş arvadı Gülnarənin isə onun qarşısında alt paltarında əyləşib söhbət etdiklərini, onun barəsində danışdıqlarını eşitmişdir. Bunu gördükdən sonra yataq otağının qapısını açıb içəri daxil olmuş və onlar hər ikisi yarıçılpaq geyimdə olmuşlar. Elə bu vaxt keçmiş arvadı gülnarə özünü onun qarşısına ataraq onu itələyib həyətə tərəf çıxardaraq həmin kişinin pəncərədən çıxıb qaçmasına şərait yaratmışdır. O, həmin şəxsi tuta bilməmiş, lakin evdə olan şüşə balonu götürərək Gülnarənin başının arxa hissəsinə vurmuşdur. Həmin banka Gülnarənin başında sınaraq başına və burnunun üstünə xəsarət yetirmişdir. Daha sonra yumruq və təpiklə Gülnarənin bədənin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Keçmiş arvadı polisə zəng edəcəyini dediyi üçün o, Gülnarədən əl çəkmiş və evin içərisində sözlə mübahisə etməyə başlamışlar. O, Gülnarəni döyən vaxt və mübahisə edərkən orada və ətrafda heç kim olmamışdır. Ancaq o, banka ilə həyat yoldaşı Gülnarənin başına vuran vaxt onun yanında olan kişi görmüşdür. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və Gülnarə ilə onu 2-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsbildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 1997-ci ildə qeydi rəsmi ailə həyatı qurmuş, lakin 1999-cu ildə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 11.06.2009-cu il təvəllüdlü oğlu X4 və 16.12.2000-ci il təvəllüdlü qızı X2 doğulmuşlar. Şahinlə münasibətləri düz gəlmədiyi üçün 04.05.2021-ci il tarixdə rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq Şahin bir neçə dəfə onun yaşadığı ünvana gələrək onu qısqandığı üçün mübahisə yaratmışdır. Sonuncu dəfə keçmiş əri Şahin 22.09.2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvana gələrək onu tanışı Şahid ilə evin içərisində söhbət edərkən tutmuşdur. Şahin sərxoş olduğu üçün onun Əmirəhmədə hərhansı bir xəsarət yetirəcəyindən ehtiyyat etdiyi üçün o, özü Şahinin qarşısına keçmiş və Əmirəhmədə pəncərədən çıxıb qaçmasını xahiş etmişdir. Əmirəhməd yataq otağındakı pəncərədən çıxıb qaçdıqdan sonra Şahin evdə olan boş şüşə bankasını götürərək onun başının arxa hissəsinə vurmuş və banka sınaraq başının arxa hissəsini və burnunun üst hissəsini kəsmişdir. Bu səbəbdən o, Əmirəhmədə demişdir ki, Şahin onu öldürəcək, zəng edib polisə məlumat versin. Əmirəhməd də bu səbəbdən 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Şahin onu döyən vaxt orada onlardan başqa heç kim olmamışdır. Şahin onu yaşadığı evin içərisində döyərək xəsarət yetirmişdir. Şahin polisə məlumat veriləcəyini eşitdiyi üçün sakitləşmiş və yenədə evin içərisində onunla mübahisə edərək yanında olan şəxsin kim olduğunu ona deməsini tələb etmişdir. O, isə Şahinin həmin şəxsi tapıb dava edəcəyindən qorxduğu üçün Şahinə heç nə deməmiş və Şahinə xatırlatmışdır ki, o, onun heç nəyidir, artıq boşanmışlar. Təxminən 10-15 dəqiqə keçdikdən sonra polis əməkdaşları onların ünvanına gələrək onları 2-ci polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 23.09.2021-ci il tarixli, 1264 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın ənsə nahiyyəsinin, burnun yarası, sol bazunun, sağ bud-çanaq oynağının, sol əlin arxa səthinin, sol baldırın qançırlar. Qeyd olunan xəsarətlərdən başın və burnun yarası-kəsici kənarlı alətlə, ola bilsin ki, sınmış banka şüşəsinin təsirindən əmələ gəlmişdir, digər xəsarətlər isə küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təpik və yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 22.09.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, özünü təqsirli bildiyini və zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 25.09.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08.10.2021-ci il tarixli (iş № 1(060)-696/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıtşəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-696/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-696/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver