Məhkəmə qərarları › İş №1(060)-696/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-696/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-696/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş atası Səftər Məmmədovu azadlığa çıxaracağı adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi olan müddətdə hissə-hissə, yəni 2021-ci ilin oktyabr ayınm sonlarında dəqiq günü istintaq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs əri Şahid1 vasitəsilə Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən Sürücülük Məktəbinin yaxınlığında aldığı 1500 (bir min beş yüz) manat, 2022-ci ilin mart-aprel aylarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Baxçaşəhər kompleksinin yaxınlığında 200, 800, 1000 və 500 manat olmaqla aldığı toplam 2500 (iki min beş yüz) manat, 2022-ci ilin aprel ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə özünə məxsus «Kapital» banka aid 416973******9304 nömrəli kart hesabına Bakı şəhəri ərazisində, istintaqa məlum olmayan ünvandan köçürülmüş 500 (beş yüz) manat, 30 aprel 2022-ci il tarixdə həmin kart hesabına Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Dəniz” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsi ilə köçürülmüş 300 (üç yüz) manat, 2022-ci ilin sentyabr ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə həmin kart hesabına Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan ünvandan köçürülmüş 700 (yeddi yüz) manat və 27 sentyabr 2022-ci il tarixdə həmin kart hesabına Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Dəniz” marketdə quraşdırılmış “MilliÖn” terminalı vasitəsi ilə köçürülmüş 200 (iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5700 (beş min yeddi yüz) manat-xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasın məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs və onun əri Şahid1 təxminən 1 ildir ki, tanıyır. Belə ki, 2021-ci ilin sonlarında həmin şəxslərin yaşadıqları evdə olan qaz xəttində yaranmış problemlə əlaqədar olaraq həmin problemin həll edilməsində atası Şahid2 onlara köməklik göstərmiş və daha sonralar onlarla ailəvi gediş-gəliş yaranmışdır. 2021-ci ilin oktyabr ayında dəqiq günün xatırlamadığı tarixdə Səlimə xanımın əri Nəriman ona zəng edərək qaynatasının məhkum olunduğunu və cəzasının bitməsinə 3 il qaldığını bildirmiş, müvafiq köməklik göstərməsini xahiş etmişdir. Görüləcək işlərin müqabilində ilkin olaraq 3500 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı tarixdə Nərimanla Sumqayıt şəhəri, S. Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında görüşmüş və Nəriman ona 1500 manat pul vermişdir. Həmin pulu alıb hər hansı iş görməmiş və pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra bir müddət də keçmiş və 2022-ci ilin mart aprel aylarında Nərimana bir qədər də pul lazım olduğunu bildirmişdir. Bundan sonra Nərimandan həmin ərəfədə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Baxçaşəhər kompleksinin qarşısında 200, 800, 1000 və 500 manat olmaqla 2500 manat da pul almışdır. Həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2022-ci ilin aprel ayından sentyabr ayına kimi də hissə-hissə olaraq Nəriman və onu həyat yoldaşı onun özünə məxsus olan Kapital banka aid 416973******9304 saylı kart hesabına hissə-hissə olmaqla ümumi olaraq 1700 manat pul göndərmişlər. Lakin sonradan onlara vəd etdiyi kimi işləri həyata keçirə bilməmiş, aldığı pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Nərimanla Səlimə ondan vermiş olduqları pulu qaytarmalarını bildirmişlər. Bu zaman isə hazırda maddi durumunun aşağı olduğunu və pulu qaytara bilməyəcəyini bildirmişdir. Onlardan Səlimə xanımın atasının azadlığa çıxarılması müqabilində ümumilikdə 5700 manat pul almış, həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan da onlara demişdir ki, imkan olanda qayataracaqdır. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə ol verməyəcəkdir. Dəymiş ziyanı ödəyə bilməmişdir, imkanı olduqca ödəyəcəkdir. Özü astma xəstəsidir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin sonlarında yaşadığı evin qaz xəttində yaranmış problemlə əlaqədar olaraq həmin problemin həll edilməsində İlkin adlı şəxsin atası olan Mehman adlı şəxslə tanış olmuşdur və bir müddət sonra o və onun ailə üzvləri ilə yaxın ailəvi gediş-gəlişləri yaranmışdır. Həmin müddət ərzində Mehman adlı şəxs və ailə üzvləri yaşadıqları evə qonaq gəlmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs onlara atası X2 2016-cı ildə yol qəzası törətdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum olunduğunu bildirmiş, bu zaman onlar ondan atasının cəzasının neçə il qaldığını maraqlandıqda onlara 3 il qaldığını bildirmişdir. Bir neçə gün sonra Mehman adlı şəxsin oğlu olan Təqsirləndirilən şəxs yoldaşına zəng edərək atasının cəzasının qalan hissəsinin həll edilə biləcəyini və azadlığa çıxa biləcəyini bildirmiş, daha sonra isə bu işlərin aparılması üçün 3500 manat pul lazım olduğunu bildirmiş, onlar da bu təkliflə razılaşmışdırlar. 2021-ci ilin oktyabr ayının sonlarında əri Şirinov X3 Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Sürücülük məktəbinin yaxınlığında görüşmüş və əri İlkinə ilkin olaraq 1500 manat pul vermişdir. Daha sonra işlərin tamamlanması üçün İlkin onlara yenidən pul lazım olduğunu bildirdiyindən 2022-ci ilin mart-aprel aylarında əri Nəriman ona Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Baxçaşəhər Kompleksinin yaxınlığında 200, 800, 1000, 500 olmaqla ümumilikdə 2500 manat pul vermişdir. Bir müddət sonra isə o, yenidən pul lazım olduğunu bildirmiş və onlara qeyd etdiyi Kapital Banka məxsus 4169 7385 4853 0959 kart hesabına pul göndərməklərini bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayının sonlarında İlkinin onlara təqdim etdiyi kart hesabına ilkin olaraq Qaradağ rayonu, Meyvəli bazarı adlanar ərazidə əri Nəriman tərəfindən ödəmə terminalı vasitəsilə 350 manat, 150 manat olmaqla ümumilikdə 500 manat, daha sonra isə özü tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ödəmə terminalında 150, 150, 200, 700 olmaqla 1200 manat pul göndərmişlər. Lakin ümumilikdə artıq 5700 manat İlkinə pul verməklərinə baxmayaraq İlkin hər hansı iş görmədiyindən pulları geri istəmişlər, bu zaman isə İlkin guya ona pul verilmədiyini bildirərək, “hara istəyirsiniz şikayət edin” ifadəsini işlətmişdir. Hazıradək olan müddət ərzində onlar İlkinin almış olduğu pulu qaytaracağını düşünüb hər hansı müraciət etməmişlər, lakin artıq onun pulu qaytarmadığını gördüklərindən barədə polisə şikayət etmişdirlər. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamışdır. Ailəlidir, dörd azyaşlı övladı var. Təxminən 2021-ci ilin sonlarında yaşadıqları evin qaz xəttində yaranmış problemlə əlaqədar olaraq həmin problemin həll edilməsində İlkin adlı şəxsin atası olan Mehman adlı şəxslə tanış olmuş və bir müddət sonra İlkinin ailə üzvləri ilə yaxın ailəvi gediş-gəlişləri yaranmışdır. Həmin müddət ərzində Mehman adlı şəxs və ailə üzvləri yaşadıqları evə qonaq gəlmişlər. Söhbət zamanı arvadı Səlimə onlara atası X2 2016-cı ildə yol qəzası törətdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum olunduğunu bildirmişdir. Bu zaman onlar qaynatasının cəzasının neçə il qaldığını maraqlandıqda onlara 3 il qaldığını bildirmişlər. Bir neçə gün sonra Mehman adlı şəxsin oğlu olan Təqsirləndirilən şəxs ona zəng edərək qaynatasının cəzasının qalan hissəsinin həll edilə biləcəyini və azadlığa çıxa biləcəyini bildirmişdir. Daha sonra isə bu işlərin aparılması üçün 3500 manat pul lazım olduğunu bildirmiş, onlar da bu təkliflə razılaşmışlar. 2021-ci ilin oktyabr ayının sonlarında İlkinlə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən Sürücülük məktəbinin yaxınlığında görüşmüş və İlkinə 1500 manat pul vermişdir. Daha sonra işlərin tamamlanması üçün İlkin onlara yenidən pul lazım olduğunu bildirdiyindən 2022-ci ilin mart-aprel aylarında İlkinə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Baxçaşəhər Kompleksinin yaxınlığında 200, 800, 1000, 500 olmaqla ümumilikdə 2500 manat pul vermişdir. Bir müddət sonra isə İlkin yenidən pul lazım olduğunu bildirmiş, qeyd etdiyi Kapital Banka məxsus 4169 7385 4853 0959 kart hesabına pul göndərməklərini demişdir. Bundan sonra 2022-ci ilin aprel ayının sonlarında İlkinin onlara təqdim etdiyi kart hesabına ilkin olaraq Qaradağ rayonu, Meyvəli bazarı adlanan ərazidə ödəmə terminalı vasitəsilə 350 manat, 150 manat olmaqla ümumilikdə 500 manat pul göndərmiş, daha sonra isə həyat yoldaşı Səlimə tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ödəmə terminalında 150, 150, 200, 700 olmaqla 1200 manat pul göndərilmişdir. Lakin ümumilikdə artıq 5700 manat İlkinə pul verilməsinə baxmayaraq İlkin hər hansı iş görmədiyindən pulları geri istəmişlər, bu zaman isə İlkin guya ona pul verilmədiyini bildirərək, hara istəyirsiniz şikayət edin ifadəsini işlətmişdir. Hazıradək olan müddət ərzində İlkinin almış olduğu pulu qaytaracağını düşünüb hər hansı müraciət etməmiş, lakin artıq onun pulu qaytarmadığını gördüklərindən bu barədə polisə şikayət etmişlər. İlkinin ondan aldığı pullar arvadı Səliməyə məxsus olmuşdur. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Zərərçəkmiş şəxs isə təxminən 2021-ci ilin sonlarında tanımışdır. Belə ki, şəxsi işləri ilə bağlı Sumqayıt şəhəri qaz idarəsində olduğu zaman orada Səlimə adlı qadınla rastlaşmış, Səlimə qaz xəttində problem olduğunu, həll edə bilmədiyini demişdir. O da bir insan kimi Səliməyə köməklik edib sənədləşmə işlərində istiqamət vermişdir. Beləliklə Səlimənin qaz xəttində olan problem həll olunmuş, bununla da aralarında münasibət yaranmışdır. Səlimənin əri Nəriman onu öz evlərinə qonaq çağırmış söhbət əsnasında öyrənmişdir ki, Səlimənin atası törətdiyi cinayət hadisəsinə görə azadlıqdan məhrum etmə cəzası çəkir. Bu barədə evdə olduğu zaman söhbət etmiş və oğlu İlkin demişdi ki, onlara kömək edə bilər. Bu zaman həmin söhbəti bilib Nərimana da demişdir ki, İlkin ondan pul istəsə verməsin. Bir neçə ay sonra öyrənmişdir ki, oğlu İlkin Səlimə və Nərimandan Səlimənin atası Səftərin azadlığa çıxarılmasına köməklik göstərəcəyi vədi ilə müəyyən məbləğdə pul almışdır. İlkinin həmin pulları almasından heç bir xəbəri olmamışdır. İlkin aldığı həmin pullardan nə ona, nə də ki, digər ailə üzvlərinə verməmişdir. İlkinin Səlimə və Nərimanı aldadaraq pullarını almasını sonradan öyrənmiş və bir ata kimi İlkini tənbeh edib pulla ondan tələb etmişdir. Səlimə və ya Nərimana Səftərin azadlığa çıxarılması üçün pul lazım olacağını deməmişdir. İlkin həmin pulları alıb şəxsi ehtiyaclarına xərcləmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə 500 manat ödəniş etmişdir. İş materiallarında olan “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutularkən Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.4-cü maddələrilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cərimə dövlət büdcəsinə tam ödənilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 66.5-ci maddəsilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin baxılmaına xitam verilmiş, xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə məktuba əsasən cəzasını çəkib qurtarmışdır. Bundan başqa o Ağcabədi RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü, CM-nin 72.2ci maddəsinə əsasən xitam edilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmə cinayətinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Axtarışda olan şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə tutularaq saxlanmış və 16 iyun 2023-cü il tarixdə azad olunmuşdur. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar