Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-697/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslərin qanuni nümayədəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.2005-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xocasən qəsəbəsində yaşayan, “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2007-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xocasən qəsəbəsində yaşayan, barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xalası oğlu X6 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Mini Marketin plastik qapısının aşağı hissəsində olan pəncərəni sındıraraq içəri qanunsuz daxil olub, ilk olaraq Şəmil Bəkirov 67 manat məbləğində nağd pulu götürərək dükanın çölünə çıxıb hər hansı bir adam gələrsə Maksuma xəbər verməsi üçün pusquda dayanmış, Təqsirləndirilən şəxs2 isə dolabın içərisində olan 36 manat dəyərində 01 blok “Kent 4’ nazik markalı, 36 manat dəyərində 01 blok “Kent cristal” markalı, 36 manat dəyərində 01 blok san rəngli “Davidoff” nazik markalı, 28 manat dəyərində 01 blok boz rəngli “Davidoff” kompak markalı, bir bloku 38 manat olmaqla 76 manat dəyərində 02 blok “Sobranie” kompak ballı markalı, bir bloku 34 manat olmaqla 68 manat dəyərində 02 blok boz rəngli “Winston" kompaq markalı, bir bloku 36 manat olmaqla 72 manat dəyərində 02 blok “Kent" mentol markalı, bir bloku 36 manat olmaqla 72 manat dəyərində 02 blok “Kent” qalın markalı, bir bloku 39 manat olmaqla 78 manat dəyərində 02 blok qara rəngli “Sobranie” qalın markalı, bir bloku 39 manat olmaqla 195 manat dəyərində 05 blok göy rəngli “Sobranie” nazik markalı, bir bloku 39 manat olmaqla ümumilikdə 117 manat dəyərində 03 blok ağ rəngli “Sobranie” nazik markalı, bir bloku 39 manat olmaqla 114 manat dəyərində 03 blok ağ rəngli “Sobranie” qalın markalı, bir bloku 34 manat olmaqla 02 blok 68 manat dəyərində göy rəngli Winston kompak markalı, bir bloku 34 manat olmaqla 68 manat dəyərində 02 blok boz rəngli "Winston” nazik markalı və hər biri 39 manat olmaqla 78 manat dəyərində 02 blok göy rəngli “Sobranie” qalın markalı siqaretləri aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1209 (bir min iki yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xalası oğlu X6 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində X2 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Rayhan Parfum” ətir dükanının qarşısına gələrək Ş.Bəkirovun dükanın plastik qapısını sıxıb açmaqla içəri qanunsuz daxil olaraq sonuncu dolabın içərisində olan 130 manat nağd pulu, Təqsirləndirilən şəxs1 isə vitrinlərdəki BƏƏ istehsalı olan bir ml qramının qiyməti 3 manat olmaqla 90 manat dəyərində 30 ml qram "Meqamor ota Paris” markalı, bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram "Sospıro Akcento markalı, bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram "Creed Aventus" markalı və bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram “Ajimal” markalı parfum ətirlərini götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş şəxs Təranə Heydərovaya ümumilikdə 280 manat (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, maddi ehtiyaclarını ödəmək üçün xalası oğlu Şəmil Bəkirov ilə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə tanımadıqları taksi ilə Sumqayıt şəhərinə gəlmişlər. xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində Şəmil ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində piyada gəzişən zaman həmin ərazidə yerləşən “Mini Market” adlı mağazanın olduğunu görmüşlər və həmin mağazaya daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra, Şəmil yerdə olan daşı götürüb mağazanın plastik materialdan olan giriş qapsının alt hissəsinin şüşəsini sındırmışdır. Bundan sonra, hava soyuq olduğuna görə üşüdüyü üçün Şəmil əynində olan qara rəngli gödəkçəsini çıxarıb ona vermiş və sındırdıqları yerdən birinci olaraq Şəmil, sonra isə özü mağazanın içərisinə daxil olmuşlar. Şəmil mağazanın içərisində olan 2 ədəd ayrı-ayrı daxıldan dəqiq məbləğini bilmədiyi təxminən 60 manat civarında qəpik və kağız pullan götürərək mağazanın çölünə çıxıb hər hansı bir adam gələrsə ona xəbər vermək üçün pusquda dayanmış, özü isə mağazanın içərisindən siqaret saxlanılan vitrinindən müxtəlif, yəni "Sobranıe”, “Kent’ “Winston” və “Davudoff” markalı siqaretləri blok və açıq şəkildə oğurlayaraq sellafan paketə yığıb mağazadan çölə çıxmışdır. Çölə çıxan zaman, Şəmilin ona verdiyi gödəkçə yerə düşmüş, lakin o, buna əhəmiyyət verməmiş və sonra onlar mağazanın qarşısından qaçıb uzaqlaşaraq tanımadıqları “Mercedes” markalı taksini saxlatdırıb əyləşərək Sumqayıt şəhər avtovağzalına gəlmişlər. Avtovağzaldan onlar bir manatlıq taksiyə əyləşərək Bakı şəhəri, “20 Yanvar” dairəsinə gəlmişlər və oğurladıqları siqaret bloklarını öz aralarında açıb bölüşdürmüşlər, hərəsinə təxminən 50-55 qutu müxtəlif markalı siqaret düşmüşdür. Şəmil Mağazanın daxılından oğurladığı qəpik və kağız pullardan 10 manatı ona vermişdir. Sonra, xalası oğlu Şəmil ondan ayrılaraq çıxıb getmiş, özü isə 50 paçka müxtəlif markalı siqareti götürərək Xocasən qəsəbəsinə yaşadığı evə getmişdir. Səhəri gün həmin siqaretləri küçədə oğurluq olduğunu bildirmədən tanımadığı şəxslərə dəyər dəyməzinə satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə o, yaşadığı evdə olan zaman polis əməkdaşları oraya gələrək onu Sumqayıt şəhərinə 3-cü polis bölməsinə dəvət etmişlər və polis bölməsində etdiyi oğurluq hadisəsini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə xalası oğlu Şəmil Bəkirov ilə Bakı şəhərindən çıxıb tanımadıqları taksi ilə Sumqayıt şəhərinə oğurluq etmək məqsədi ilə gəlmişlər. Həmin gecə, saat 03 radələrində xalası oğlu Şəmil Bəkirov ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisi deyilən yerdə piyada gəzişən zaman həmin ərazidə yerləşən “Rayhan Parfum” adlı ətir mağazasının olduğunu görmüş və pula ehtiyacları olduğuna görə həmin ətir mağazasına daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra, xalası oğlu Şəmil yerdə olan dəmir parçasını götürüb mağazanın plastik materialdan olan giriş qapısının arasına salaraq qapını açmış və içəriyə daxil olmuşlar. Sonra, Şəmil ətir mağazasının içərisində olan daxıldan 130 manat nəğd pulu oğurlayaraq çölə çıxmış, özü isə bir neçə ətri oğurlayaraq oradan çıxmışdır. Lakin, oğurladığı ətrin biri əlindən düşüb mağazada sınmış, qalanlarını isə oradan aralandıqdan sonra satmaqda çətinlik çəkəcəyini fikirləşdiyi üçün tullamışdır. Onlar oğurladıqları 130 manat pulu öz aralarında bölmüş, hərəsi 65 manat pul götürüb tanımadıqları və markasını dəqiq bilmədiyi taksini saxlatdırıb əyləşərək Sumqayıt şəhər avtovağzalına gəlmişlər. Sonra, avtovağzaldan onlar bir manatlıq taksiyə əyləşərək Bakı şəhəri, 20 yanvar dairəsinə gəlmişlər və oradan hərəsi öz evinə getmişlər. Səhəri gün əldə etdikləri 65 manat pulu öz şəxsi ehtiyacına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar dairəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq Sumqayıt şəhərinə polis bölməsinə dəvət etmişlər və polis bölməsində etdiyi oğurluğu səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “Mini” market mağazası ona məxsusdur. Həmin mağazada müxtəlif çeşidli qida və qeyri-qida məhsullarını, eləcə də müxtəlif adlı tütün məmulatları satır. xx.xx.2021-ci il tarixdə, səhər saat 07:30 radələrində işlətdiyi mağazanı açmağa gələrkən mağazanın plastik materialından olan giriş qapısının alt hissəsinin şüşəsinin sındırıldığını görmüşdür. Bu zaman mağazada oğurluq olduğunu başa düşüb mağazaya daxil olmamış və istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onlarla birlikdə mağazaya daxil olmuş və mağazanın dağınıq vəziyyətdə olduğunu, ərzaqların və siqaretlərin yerə töküldüyünü görmüşdür. Mağazada olan malları yoxlayan zaman mağazanın içərisində olan siqaret vitrinlərindən 2 blok hər birinin içərisində 10 ədəd “Kent mentoi markalı siqaretin, 1 blok içərisində 10 ədəd “Kent 4” markalı nazik siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Kent 4” markalı qalın siqaretin, 1 blok içərisində 10 ədəd “Kent cristal” markalı siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Sobranie” markalı, qara rəngli qalın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Sobranie” markalı kompakt ballı siqaretin, 5 blok hər birinin içərisində 10 ədəd “Sobranie” markalı göy rəngli nazik siqaretin, 3 blok hər birinin içərisində 10 ədəd "Sobranie-markalı ağ rəngli nazik siqaretin, 3 blok hər birinin içərisində 10 ədəd "Sobranie” markalı ağ rəngli qaiın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Sobranie” markalı göy rəngli qalın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Winston” markalı göy kompakt siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Winston” markalı boz kompak siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Winston” markalı boz nazik siqaretin, 1 blok içərisində 10 ədəd "Davidoff” markalı sarı nazik siqaretin və 1 blok içərisində 10 ədəd “Davidoff” markalı boz kompak siqaretlərin, həmçinin mağazada pulları yığdığı daxıldan 67 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Həmçinin, mağazaya baxış keçirilən zaman oradan polis əməkdaşları tərərfindən qara rəngli gödəkçə aşkar olunaraq götürülmüşdür. Baş vermiş hadisə nəticəsində 1085 manat dəyərində siqaretlər və 67 manat nəğd pulu oğurlanmış və nəticədə, ona ümumilikdə 1152 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş üzrə zərərçəkmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "Rayhan Parfum” adlı ətir mağazasını icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə, səhər saat 08:30 radələrində işlətdiyi parfum mağazasını açmağa gələrkən mağazanın plastik materialdan olan giriş qapısının asma qıfılının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüşdür. Bu zaman parfum mağazasının içərisinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etdiklərini fikirləşib, içəri daxil olmadan dərhal istifadə etdiyi mobil telefon ilə AR DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə mağazaya daxil olmuşdur. Baxış zamanı mağazanın içərisinin qismən dağınıq vəziyyətdə olduğunu, mağazanın içərisində olan parfum vitrindən müxtəlif adlarda və qramlarda olan ümumilikdə 150 manat dəyərində parfum ətirlərinin oğurlandığını, həmçinin mağazanın içərisində olan pulların yığılması üçün nəzərdə tutulmuş daxıldan hamısı xırda şəkildə olmaqla ümumilikdə 100 manat məbləğində nəğd pul və oturduğu vitrinin üstündə olan 30 manat nəğd pulunun oğurlandığını aşkar etmişdir. Bu hadisə nəticəsində olan ümumilikdə 280 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslərin qanuni nümayədəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, istintaq zamanı sabiq müstəntiq Bayram Əsgərov tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması keçirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə əvvəllər haqqında ifadələr verdiyi və ya hazırda ifadələr verə biləcəkləri şəraiti və yerləri göstərmələri təklif olunduqda, onlar istintaqa verdikləri ifadələrində göstərdikləri xüsusatları, haqqında danışdıqları şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs2 özünün göstərdiyi marşrutla Sumqayıt şəhəri, 6-cı mikrorayon. C.Məmmədquluzadə küçəsində yerləşən “Mini” market mağazasının, eləcə də, Təqsirləndirilən şəxs1 özünün göstərdiyi marşrutla Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Rayhan Parfum” adlı ətir mağazasının yaxınlığına gəldikdə, onlar sözügedən mağazalara hansı istiqamətdən işəriyə qanunsuz daxil olmalarını, orada oğurluq etdikləri yerləri və oğurluq etdikdən sonra hansı istiqamətdən getdiklərini göstərmişlər. İş materiallarından görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin iş-in sabiq müstəntiqi, polis mayoru X4 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin İŞ-in sabiq müstəntiqi, polis mayoru X4 tərəfindən xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-in sabiq müstəntiqi, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən itttiham elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-in sabiq müstəntiqi, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 120 saylı rəyin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadlərində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. -Həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 dünyagörüşü və biliklərin aşağı səviyyədə olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək qabiliyyətinə malikdir. Nitqi ardıcıldır, mühakimələrində səthilik müəyyən edilir. -Həmin rəyin Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tətqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. -Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. -həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: -Təqsirləndirilən şəxs1 ünsiyyətçilik, məsuliyyətsizlik, səthilik, nəticəni proqnozlaşdırmadan hərəkət etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. -Təqsirləndirilən şəxs1 hadisə vaxtı şüur və fəaliyyətinə təsir edə biləcək psixiemosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq törətdiyi əməl dövründə öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. -Qərarın təsviri hissəsində qeyd edilmiş əməl zamanı Təqsirləndirilən şəxs1 psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır -Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. -Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 121 saylı rəyin Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Dünyagörüşü və bilikləri aşağı səviyyədədir. Buna baxmayaraq o, iş üçün əhəmiyyət kəsb edəcək halları düzgün qavramaq, təsvir etmək, dərk etmək qabiliyyətinə malikdir. Həmin rəyin Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tətqiqınə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. -Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. -həmin rəyin Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: -Təqsirləndirilən şəxs2 ünsiyyətçilik, konfliktə meyilli olmamaq, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. -Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -Ona ittiham olunan əməli törədən zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. -Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. -Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8547 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 180.00 (bir yüz səksən ) manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir: 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret, 68 manat dəyərində 2 blok “Winston” markalı boz rəngli kompakt siqaret. Bundan başqa, tədqiqata təqdim olunmayan tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 974.00 (doqquz yüz yetmiş dörd) manat müəyyən edilir. Həmin əşyaların ayrı- ayrılıqda adlan və qiymətləri cədvəl 2-də göstərilmişdir: 78 manat dəyərində 2 blok “Kent mentol” markalı siqaret, 78 manat dəyərində 2 blok “Kent 4” markalı qalın siqaret, 36 manat dəyərində 1 blok “Kent cristal” markalı siqaret, 78 manat dəyərində 2 blok “Sobranie” markalı qara rəngli qalın siqaret, 195 manat dəyərində 5 blok "Sobranie” markalı göy rəngli nazik siqaret, 117 manat dəyərində 3 blok “Sobranie” markalı ağ rəngli nazik siqaret, 114 manat dəyərində 3 blok "Sobranie” markalı ağ rəngli qalın siqaret, 78 manat dəyərində 2 blok “Sobranie” markalı göy rəngli qalın siqaret, 68 manat dəyərində 2 blok “Winston” markalı göy rəngli kompakt siqaret, 68 manat dəyərində 2 blok “Winston” markalı boz rəngli nazik siqaret, 36 manat dəyərində 1 blok “Davidoff” markalı san rəngli nazik siqaret 28 manat dəyərində 1 blok “Davidoff” markalı boz rəngli kompakt siqaret. Digər mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, istehsal ili, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində tədqiqata təqdim olunmuş və təqdim olunmamış tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə 154 manat qeyd edilsə də, müəyyən edilmişdir ki, ряйdə riyazi hesablamada texniki səhf edilərək hər bloku 36 manat olmaqla ümumilikdə 72 manat dəyərində 02 blok "Kent mentol” markalı və hər bloku 36 manat olmaqla ümumilikdə 72 manat dəyərində 02 blok “Kent 4” qalın markalı siqaretlərin cəm qiymətləri 72 manat əvəzinə səhvən hər biri 78 manat yazılmışdır. Ona görə də siqaretlərin ümumi orta bazar qiymət 1154 manat yox, 1142 manat hesab edilmişdir. Cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “MİNİ” market mağazanın çöl və içəri müşahidə kameraları tərəfindən çəkilmiş video görüntüləri əks etdirən “CD” formatlı diskə baxış keçirilən zaman həmin mağazanın içərisinə qanunsuz daxil olaraq oradan oğurluq edən şəxslərin X6 və Təqsirləndirilən şəxs2 olduqları özlərinin etirafları ilə təsdiq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış protokolu iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “Mini” market mağazasından oğurlanmış tütün məmulatlarının 1085 manat dəyərində olduğunu göstərmişdir. Lakin, məhkəməəmtəəşünashq ekspertizası xx.xx.2021-ci il tarixli, 9/8547 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və təqdim olunmamış tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 1142 manat müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən Zərərçəkmiş şəxs1 məxsus “Mini” market adlı mağazasından oğurlanmış tütün məmulatlarının ekspert rəyində göstərilən 1142 (bir min yuz qırx iki) manat qiyməti və zərərçəkmiş ifadəsində qeyd etdiyi ona məxsus oğurlanan 65 manat oğurlanan nağd pul əsas götürülmüşdür. Təqsirləndirilən şəxslərdən götürülmüş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston" markalı boz rəngli kompakt siqaret maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan ekspertiza rəyində X2 icarə əsasında işlətdiyi “Rayhan Parfum” adlı ətir mağazasından oğurlanmış ətirlər haqqında kifayət qədər məlumat (istehsal yeri, istehsal ili, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmadığından həmin dükandan oğurlanmış ətirlərin qiymətləri T.Heydərovanm ifadəsində qeyd etdiyi kimi, yəni 150 manat dəyərləndirilmiş və bununla da, “Rayhan Parfum” adlı ətir mağazasından 130 manat məbləğində nağd pulun və 150 manat dəyərində parfumeriyanın oğurlanması nəzərə alınaraq T.Heydərovaya ümümilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan dəydiyi qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.2, 59.2-ci maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və digər hallar cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 məxsus “Mini Market” ərzaq mağazasında baş vermiş oğurluq hadisəsinin video görüntü olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalı və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston" markalı boz rəngli kompakt siqaret Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər dəymiş ziyanın ödənilməsini tələb etmişlər, amma mülki iddia verməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xocasən qəsəbəsindəki evini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xocasən qəsəbəsindəki evini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından ayrı-ayrılıqda 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs1 məxsus “Mini Market” ərzaq mağazasında baş vermiş oğurluq hadisəsinin video görüntüsü olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston" markalı boz rəngli kompakt siqaret Zərərçəkmiş şəxs1 qaytarılsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-697/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-697/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver