Məhkəmə qərarları › İş №1(060)-697/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-697/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-697/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay (boşanmış, himayəsində 01 azyaşlı övladı olan) ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhər məhkəməsinin 1(060)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda AR ƏN-ni PX-nin 4 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi,1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********937410 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx"-a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********547657 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 120 (bir yüz iyirmi) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən 1 saylı Sumqayıt regional «ASAN xidmət» mərkəzinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs3 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********697001 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 284 (iki yüz səksən dörd) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 11:06-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs4 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********649998 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 15:53-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs5 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********867895 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 326 (üç yüz iyirmi altı) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 11:54-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid3 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib bacısı Zərərçəkmiş şəxs6 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********413673 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs6 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 12:09-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs7 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********057720 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 250 (iki yüz əlli) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 19:58-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kart vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs8 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********614114 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022ci il tarixdə, saat 12:09-da ünvan 5 ünvanda quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs9 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********640658 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 400 (dörd yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış "xxxx"a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid2 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib qızı Zərərçəkmiş şəxs10 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********062961 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs10 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid1 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib əri Zərərçəkmiş şəxs11 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********849001 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 120 (bir yüz iyirmi) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs11 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs12 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib əri X1 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********689405 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 300 (üç yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs12 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 15:10-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” marketin qarşısında quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs13 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Azərbaycan Beynəlxalq Bank” tərəfindən verilmiş **********370263 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs13 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 14:06-da Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs14 qızına yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********211300 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs14 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 12:40 radələrində Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs15 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********410973 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs15 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 11:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs16 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********069829 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 500 (beş yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs16 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 17:19-da Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs17 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********596161 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 150 (bir yüz əlli) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs17 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 14-cü məhəllə ərazisində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs18 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan “Azərbaycan Beynəlxalq Bank” tərəfindən verilmiş **********760122 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 370 (üç yüz yetmiş) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs18 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə saat 18:49-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs19 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********194997 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 130 (bir yüz otuz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs19 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 14:42-də Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs20 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********186075 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 152 (bir yüz əlli iki) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs20 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 19 radalərində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs21 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********988630 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs21 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 09:37-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış "xxxx"a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs22 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********459167 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 200 (iki yüz) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs22 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə, saat 11:49-da Sumqayıt şəhəri, Sülh küçəsi, 3-cü mikrorayon ərazisində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs23 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********269279 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 140 (bir yüz qırx) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Samirə Nürəddinovaya maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 14:35-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs24 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********410537 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 280 (iki yüz səksən) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs24 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə, saat 10 radələrində ünvan 5 ünvanında quraşdırılmış "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəyən Şahid4 yaxınlaşaraq nağdlaşdırmanın “Wifi” üsulu vasitəsi ilə həyata keçirilməsinə köməklik göstərəciyini bildirib qızı Zərərçəkmiş şəxs25 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" tərəfindən verilmiş **********832433 nömrəli bank kartının şifrəsindən istifadə edərək bank hesabından 326 (üç yüz iyirmi altı) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs25 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşıb ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi 75- 80 yaşında olan Əlisahib Ələşrəfovun bankomatın qarşısına keçib kartı bankomata daxil etdiyini görüb onun arxasında dayanmış, həmin kişi kartı bankomata daxil edib kodu yazmış və 1 neçə saniyə sonra kart bankomatdan çıxmışdır. Kişi kartı götürən kimi dayanmamış və oradan çıxıb getmişdir. O kartda pulun olduğunu və terminaldan pul çıxdığını gördüyü üçün orada dayanmış və pulu götürüb oradan uzaqlamışdır. Onun bankomatdan 500 manat pul götürməsini heç kim görməmiş, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Asan xidmət” mərkəzinin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşaraq ora gələn şəxslərdən hər hansı biri ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq bankomatdan pul çıxartmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan ona məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmiş, o da bunu fürsət bilib kartı alıb üzərində olan vayfayın işarəsini bankomatın üzərində olan vayfay işarəsinə tutmuş və xanımdan kartın PİN kodunu soruşmuş, Rahilə də ona kartın kodunu demişdir. O, kodu daxil etdikdən sonra onun kartında 120 (yüz iyirmi) manat məbləğində pul olduğunu görmüş, o, həmin xanıma kartda pulunun olmadığını demiş və həmin xanım oradan uzaqlaşdıqda, Vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin xanım oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan 120 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Asan xidmət” mərkəzinin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşaraq ora gələn şəxslərdən hər hansı birinin onun kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 45-50 yaşında olan Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan ona məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmiş, o da bunu fürsət bilib kartı alıb üzərində olan vayfayın işarəsini bankomatın üzərində olan vayfay işarəsinə tutmuş və ondan kartın PİN kodunu soruşmuş, İlham da ona kartın kodunu demişdir. O kodu daxil etdikdən sonra onun kartında 284 (iki yüz səksən dörd) manat məbləğində pul olduğunu görmüş, o, həmin şəxsə kartda pulunun olmadığını demiş sonuncu oradan uzaqlaşmışdır. Vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan 284 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 45-50 yaşında olan Zərərçəkmiş şəxs4 kartını bankomata daxil etdiyini görmüş, o, həmin vaxt onun kartının kodunu ekranda görüb ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu demiş və çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və həmin formada kartını vayfaya yaxınlaşdırıb kodunu daxil etmiş, o kartda 93 manat pulun olduğunu görüb çıxartmayıb oradan uzaqlaşmışdır. Vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan avans şəklində 400 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-cü il tarixdə, saat 15 radələrində qərara gəlmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hər hansı birinin ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2022-cü il tarixdə, saat 15 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 45-50 yaşında olan Zərərçəkmiş şəxs5 kartını bankomata daxil etmək istədiyini görmüş, həmin vaxt həmin xanıma pul çıxartmağın daha asan üsulu olduğunu, yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşıb kartını ona vermiş, O, da həmin formada kartını vayfaya yaxınlaşdırıb kodunu daxil etmiş və kartda 336 manat pulun olduğunu görmüşlər sonuncu ona 10 manat pulunu çıxartmasını dediyi üçün 10 manat pulu çıxardıb ona vermişdir. Zərərçəkmiş oradan uzaqlaşdıqdan sonra vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün yadında saxladığı 4 rəqəmli kodu yığmış, 326 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 132-ci məhəllə ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 30-35 yaşında olan Şahid3 kartını bankomatın vayfay sisteminə yaxınlaşdırıb pul çıxartmaq istədiyini görmüş, həmin vaxt o kodu daxil etmiş və balansda olan 409 manat pulu çıxartmışdır. O ondan yalandan pulun hamısın çıxardıb çıxartmadığını soruşmuş, həmin şəxs ona baxaraq heç bir cavab verməmişdir. Sonuncu oradan uzaqlamış, vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan avans şəklində 200 manat pulu çıxardıb getmiş və pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hər hansı birinin ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 30-35 yaşında olan Zərərçəkmiş şəxs7 kartını bankomata daxil etmək istədiyini görmüş, həmin vaxt ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, həmin şəxs onunla razılaşmış, kartını vayfaya yaxınlaşdırmış, o ondan kodu soruşub ekranda qeyd etmişdir. Onlar kartda 485 manat pulun olmadığını görmüş və həmin xanım 485 manat pulun çıxmağını qeyd etsə də pul çıxmamışdır. O həmin şəxsə yalandan bankomatda pul olmadığını bildirərək “Pioner” marketin yaxınlığında yerlən bankomata yaxınlaşmasını demişdir. Sonuncu oradan uzaqlaşan kimi dərhal yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan 485 manat puldan 250 manat pulu çıxardıb getmişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə gedib orada yerləşən "xxxx"-ın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hər hansı birinin ondan kartdan pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 55-60 yaşında olan Zərərçəkmiş şəxs8 kartını bankomata daxil etmək istədiyini görmüş, o həmin şəxsə yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, həmin şəxs onunla razılaşmış, kartını ona vermiş və həmin formada kartını vayfaya yaxınlaşdırıb kodunu soruşub daxil etmişdir. O kartda pulun olmadığını görmüş və bu barədə sonuncuya demişdir. Sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan avans şəklində 200 manat pulu çıxardıb getmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 40cı məhəllə ərazisində yerləşən "xxxx"-ın binasının çöl hissəsinə gedib orada yerləşən terminala yaxınlaşmış, ora gələn şəxslərdən hər hansı birinin ondan kartdan pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 30-35 yaşında olan Zərərçəkmiş şəxs9 kartını bankomatın vayfay sisteminə yaxınlaşdırıb pul çıxartmaq istədiyini görmüş, həmin vaxt o 4 rəqəmli kodu daxil etmiş və adi kağız çıxardıb oradan uzaqlaşmış və özü dərhal yadında saxladığı 4 rəqəmli kodu yığmış və kartda 2000 manat pulun olduğunu görmüş və oradan 400 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa sonradan adını bildiyi Şahid2 əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Ehtiyacların ödəmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Gold Qayalı” adlı ticarət mərkəzinə gedib çöl hissəsində yerləşən "xxxx"-a məxsus bankomatın yanında gedib dayanmaq və ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, o xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində bankomatın yanında gözləyən zaman Şahid2 ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan ona məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmiş, o. da bunu fürsət bilib kartı alıb üzərində olan vayfayın işarəsini bankomatın üzərində olan vayfay işarəsinə tutmuş və xanımdan kartın PİN kodunu soruşmuşdur. Zümrüd ona kartın kodunu demiş, kodu daxil etdikdən sonra onun kartında 450 (dörd yüz əlli) manat məbləğində pul olduğunu görmüşdür. Zümrüdün ona dediyi 50 manat pulu çıxarıb özünə vermiş və pulu ona verəndə cəld kartı bankomatda tanıdıb yenidən 200 manat pul çıxartmış və kartı özünə qaytarıb oradan getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə yenidən qərara gəlmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Gold Qayalı” adlı ticarət mərkəzinə gedib çöl hissəsində yerləşən Kapital Banka məxsus bankomatın yanında gedib dayansın və ora gələn hər hansı şəxsin ondan kartdan pul çıxarmağı xahiş edərsə kartı götürüb kartdakı puldan özü üçün də oğurlasın. O, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində bankomatın yanında gözləyən zaman sonradan adını bildiyi Şahid1 bankomatdan pul çıxartığını görmüş, o, həmin vaxt kartın kodunu ekranda görmüş və ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu demiş və ondan kart alıb əli ilə ekrandakı vayfaya yaxınlaşdırıb yadında saxladığı kodu yığmış və kartı özünə qaytarmışdır. Sevil ona çox sağol deyərək oradan uzaqlaşmış, həmin kartda 120 (yüz iyirmi) manat məbləğində pul olduğunu görmüş və həmin pulu götürüb oradan evinə gəlmiş, evinə gələrkən yolda həmin pula ehtiyacı olan ərzaqları almışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmaq və ora gələn hər hansı şəxsin ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 60-65 yaşında olan Surayyə adlı xanımın kartını bankomata daxil etmək istədiyini görmüş, O sonuncuya yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolunu, yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, sonuncu onunla razılaşmış, kartını vayfaya yaxınlaşdırmış kodu ekranda qeyd etmişdir. Onlar kartda 1150 manat pulun olmadığını görmüş və həmin xanım 1150 manat pulun çıxmağını qeyd etmişdir. Həmin xanım 1150 manat pulu çıxardıb oradan uzaqlaşmışdır. Vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan avans şəklində 300 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 23 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” marketin qarşısına gələrək orada olan bankomatlardan pul çıxarmaq istəyən şəxsləri köməklik edəcəyi adı ilə aldadıb, onların pullarını kartdan oğurlamaq qərarına gəlmiş, həmin vaxt təxminən 30-35 yaşlı bir qadının “Bazar Store” marketinin qarşısında yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan plastik kartı vasitəsilə pul çıxarmaq istəyərkən çətinlik çəkdiyini görmüş, bankomatdan pul vəsaiti vay-fay üsulu vasitəsilə çıxarıldıqdan sonra əməliyyat aparılan həmin plastik kartın lazım olan məlumatlarının bankomatın ekranında qaldığını bildiyinə görə o həmin qadına bankomatdan pulu yeni üsulla çıxarmasını məsləhət görmüşdür. Həmin xanım ona bankomatdan pulu vayfay vasitəsilə çıxara bilmədiyini bildirdikdə, o sonuncuya plastik kartını bankomatın üzərinə qoymağını və şifrəni yığmasını məsləhət görmüş, həmin şəxs də onun dediyi kimi etdikdən sonra 50 manat pulu götürüb getmişdir. O dərhal ekranda olan məlumatlara əsasən həmin qadının plastik kartından kodunu yığaraq 200 manat pulu nağdlaşdırıb uzaqlaşmışdır. Oğurluq yolla əldə etdiyi həmin 200 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bu səbəbdən törətdiyi həmin cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Plastik kartından oğurluq etdiyi şəxsi, hazırda adı ona məlum olan Zərərçəkmiş şəxs13 əvvəllər tanımamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə övladına Epilepsiya xəstəsi olduğu üçün dərman almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən Kapital bankın qarşısından keçən zaman ona məxsus olan Kapital banka məxsus bank kartından pul çıxarmaq üçün həmin bankomata yaxınlaşmış, bundan sonra ona məxsus olan kartdan 50 manat pul çıxartmışdır. Həmin vaxt orada olan bir nəfər qadın ona yaxınlaşaraq ona məxsus kartdan pul çıxarmaq üçün kömək istəmiş, o ona kömək etməsi nəticəsində qadın kartından 30 manat pul çıxartmış, sonuncu kartından pul çıxararkən o gizlicə olaraq ona məxsus bank kartının şifrəsini yadında saxlamış qadının hadisə yerindən tam uzaqlaşmasından əmin olduqdan sonra dərhal bankomata yaxınlaşıb tanışının ona öyrətdiyi xüsusi əməliyyatı icra edərək həmin qadına məxsus kartdan 500 manat pulu gizlincə olaraq çıxartmış, həmin puldan 380 manata övladına dərman almış, qalan 120 manatın 20 manatı ilə kreditə ödəniş etmiş və qalan pulla ev üçün ərzaq almışdır. Bir neçə gün sonra polis əməkdaşları onun yaşadığı Sumqayıt şəhəri 45-ci məhəllədə küçədə olan zaman 19-cu PŞ-nin əməkdaşları ona yaxınlaşaraq PŞ-nə dəvət etmiş, Nəsimi RPİ-nin İŞ-də olan zaman izahat verdikdən sonra vətəndaşın 350 manat pulun geri qaytarmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşaraq ora gələn hər hansı şəxsdən ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün oğurlamaq qərarına gəlmiş, o, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi Bəsti Hacıbalayevanın kartını bankomata daxil etmək istədiyini görmüş, o, həmin vaxt ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu. yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış, kartını ona vermiş və o vayfaya yaxınlaşdırmışdır. O kodu soruşub ekranda qeyd etmiş, kartda 715 manat pulun olduğunu görmüşlər və həmin xanımın kartında olan 715 manat pulun 220 manatını çıxartmasını demişdir. O, 220 manat pulu çıxardıb sonuncuya vermiş və qadın oradan uzaqlaşmışdır. Həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və hesabda qalan 495 manatdan 200 manat pulu çıxardıb getmiş, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə yenidən pul lazım olduğu üçün yaxın olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən Kapital banka məxsus fillialın qarşısında olan bankamatın qarşısına getmiş, orada tanımadığı bir qadın pul çıxararkən həmin qadına pulu daha tez çıxara biləcəyini bunun üçün başqa bir yol olduğunu demişdir. O həmin xanıma “belə çox vaxt gedir siz kartı wifi işarəsi olan yerə tutun belə daha rahat pulu çəkmək olur” sözünü demiş, həmin qadın onun dediklərini yoxlamış, həqiqətən də pulu daha rahat çəkmiş və təxminən 4 dəfə ardıcıl olaraq 1000 manat pul çəkmişdir. Bundan sonra o həmin qadına “kartdan 5 dəfədən artıq pul çəkmək olmur” sözünü demiş, qadın inanmış və çıxardığı pulları götürüb getmişdir. Sonuncu getdikdən sonra xüsusi əməliyyatı icra edərək həmin kartdan 500 manat pulu gizlincə olaraq çıxartmışdır. Çıxardığı pulları şəxsi istifadəsi, dərmanlar və müalicə üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsinə gedib orada yerləşən "xxxx"-ın terminalına yaxınlaşmaq və ora gələn şəxslərdən hər hansı birinin kartdan pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 35-40 yaşlarında Zərərçəkmiş şəxs17 kartını bankomata daxil etmək istədiyini görmüş, O həmin vaxt ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolunu, yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış, kartını vayfay sisteminə yaxınlaşdırmış və dediyi kimi kodu ekranda qeyd etmişdir. Onlar kartda 198 manat pulun olduğunu görmüşlər və həmin qadın kartında olan 198 manat pulun 40 manatını çıxartmış və oradan uzaqlaşmışdır. Sonuncu uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və hesabda qalan 158 manatdan 150 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən "xxxx"-ın çöl hissəsindən arxa tərəfə gedib orada yerləşən həmin bankın terminalına yaxınlaşmış və ora gələn hər hansı şəxsdən birinin kartından pul çıxarmağı xahiş edərsə kartı götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində bankomatın yanında gözləyən zaman adını sonradan bildiyi təxminən 80-85 yaşlarında Zərərçəkmiş şəxs18 bankomatdan pul çıxartmaq istədiyini demiş və o, da kartı ondan alıb kömək edəcəyini demişdir. O, həmin xanımdan kartın kodunu öyrənib kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb yığmış və yalandan ona kartda pul olmadığını demişdir. Əslində kartda 370 manat pul olmuşdur. Yaşlı qadın hesabda pul olmadığı üçün oradan uzaqlaşmışdır. Sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və 370 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşaraq və ora gələn hər hansı şəxsdən ondan kartından pul çıxarmağı xahiş edərsə kartı götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 35-40 yaşında olan Zərərçəkmiş şəxs19 kartını bankomata daxil etmək istədiyini görmüşdür. O həmin qadına yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, sonuncu onunla razılaşmış, kartını vayfaya yaxınlaşdırmış, ondan kodu soruşub ekranda qeyd etmişdir. Onlar kartda 150 manat pulun olduğunu görmüş və həmin xanım 20 manat pulun çıxarmağı xahiş etmişdir. Pulu çıxardıb həmin xanıma vermiş və qadın oradan uzaqlaşmışdır. Sonuncu uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və qalan 130 manat pulu çıxardıb getmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Araz marketin çöl hissəsinə gedib orada yerləşən Kapital bankın terminalına yaxınlaşmış və gələn hər hansı şəxsdən ondan kartından pul çıxarmağı xahiş edərsə kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində bankomatın yanında gözlədiyi vaxt adını istintaq zamanı sonradan bildiyi təxminən Zərərçəkmiş şəxs20 kartını bankomata daxil etmək istədiyini görmüş, o, həmin qadına yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, həmin şəxs onunla razılaşmış, kartı ona vermiş və o kartı vayfaya yaxınlaşdırmışdır. Qadından kodu soruşub ekranda qeyd etmiş, kartda 352 manat pulun olduğunu görmüş və həmin xanım 200 manat pulu çıxmağı ondan xahiş etmiş, pulu çıxardıb həmin qadına vermiş və sonuncu oradan uzaqlaşmışdır. Həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və kartda qalan 152 manat pulu çıxardıb getmişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Araz» Ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış "xxxx"-ın terminalına yaxınlaşmış və ora gələn hər hansı şəxsdən ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində bankomatın yanında gözlədiyi vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs21 kartını bankomata daxil etmək istədiyini görüb ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu demiş, sonuncu onunla razılaşıb kartı ona vermiş və o kartı vayfaya yaxınlaşdırmışdır. Qadından kodu soruşub ekranda qeyd etmiş və kartda 972 manat pulun olduğunu görmüşlər. Həmin kişi 600 manat pulunu çıxartmasını istədiyi üçün həmin məbləği çıxardıb ona vermiş və kişi oradan uzaqlaşmışdır. Sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış kartda qalan 200 manat pulu çıxardıb getmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində yerləşən “Qold Qayalı” ticarət mərkəzinin çöl hissəsində quraşdırılmış "xxxx"-ın terminalına yaxınlaşmış və ora gələn hər hansı şəxsdən biri ondan kartından pul çıxarmağı xahiş edərsə kartı götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində bankomatın yanında gözləyən zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs22 kartını bankomata daxil etmək istədiyini görmüşdür. O həmin qadına yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu, yən kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmış, kartı vayfay olan yerdə təxminən 1 dəqiqə saxlayıb götürüb çıxıb getmişdir. Sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və kartda qalan 200 manat pulu çıxardıb getmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində quraşdırılmış "xxxx"-ın terminalına yaxınlaşmış və ora gələn şəxslərdən hansısa birinin ondan kartdan pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində bankomatın yanında gözlədiyi vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs23 kartını bankomata daxil etmək istədiyini görmüş, ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu demişdir. Həmin qız kartı vayfaya yaxınlaşdırmış, kartda 293 manat pul olmuş, qız 20 manat pul çıxardıb oradan uzaqlaşıb getmişdir. Sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və kartda qalan 140 manat pulu çıxardıb getmişdir. pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2023cü il tarixdə, saat 14:40 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasının çöl hissəsində quraşdırılmış "xxxx"-ın terminalına yaxınlaşmış və ora gələn şəxslərdən hər hansı birinin ondan kartdan pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində bankomatın yanında gözlədiyi vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs24 kartını bankomata daxil etmək istədiyini görüb ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün asan yolun olduğunu, yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş. Həmin şəxs onunla razılaşıb kartı ona vermiş və o kartı vayfaya yaxınlaşdırıb ondan kodu soruşub ekranda qeyd etmiş, kartdan dəqiq xatırlamadığını məbləğdə pul çıxardıb ona vermiş və o oradan uzaqlaşmışdır. Vayfay vasitəsi ilə əməliyyat aparan zaman kart məlumatları 30 saniyə ərzində aktiv olduğu üçün həmin şəxs oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və oradan qalan 280 manat pulu çıxardıb getmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində quraşdırılmış "xxxx"-ın terminalına yaxınlaşmış və ora gələn şəxslərdən hər hansı biri ondan kartından pul çıxarmağı xahiş edərsə onun kartını götürüb kartdakı puldan özü üçün də oğurlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində bankomatın yanında gözləyən zaman adını istintaq zamanı sonradan bildiyi təxminən 75-80 yaşında olan Şahid4 kartını bankomata daxil etmək istədiyini görüb ona yaxınlaşıb köməklik edə biləcəyini bildirmiş, həmin yaşlı qadında razılaşıb kartını ona vermiş və o kartı vayfaya yaxınlaşdırıb, ona yalandan, kartda pul olmadığını bildirərək kartı özünə qaytarmış, həmin qadın kartı ondan götürüb uzaqlaşmış, sonuncu oradan uzaqlaşan kimi yadında saxladığı 4 rəqəmli kodu yığmış və qalan 326 manat pulu çıxardıb getmişdir. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. O, törətdiyi sözügedən oğurluqları özü tək etmiş, həmin vaxt yanında heç kim olmamış və bundan heç kimi qabaqcadan və ya sonradan məlumatı olmamışdır. O həmin oğurluqları törədərkən kart sahiblərinin terminallardan təxminən 200 metr uzaqlaşmasını gözləmiş və kartlardan pulu bundan sonra çəkmiş, ona görə həmin oğurluqarı törədərkən onu heç kim görməmiş və arxasınca səsləməmişdir. Əməlindən çox peşmandır, himayəsində bir azyaşlı övladı var. Hazırda cəza çəkir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o təqaüdünü almaq üçün Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində yerləşən Kapital banka məxsus bankomata yaxınlaşmış, həmin vaxt kartında 724 manat pul olmuş, o kartı bankomata daxil edib təhlükəsizlik kodunu yığdıqdan sonra 500 manat pul çıxartmaq üçün düyməyə basmış, bir neçə saniyədən sonra kart bankomatdan çıxmış, lakin 500 manat pul çıxmamışdır. O fikirləşmişdir ki, yəqin nəisə düz etməmişdir. Buna görə kartı yenidən bankomata daxil edib müxtəlif məbləğdə pul çıxartmaq istəsə də kartdan pul çıxara bilməmişdir. O kapitalbankın başqa bankomatına yaxınlaşıb yenidən kartı bankomata daxil etmişdir. Bu vaxt balansında 224 manat pul qaldığını görmüşdür. Lakin o yenə də pul çıxara bilməmişdir. xx.xx.2022-ci il tarixdə kartından 224 manat pul çıxartmışdır. Sonra isə banka müraciət etmişdir. Lakin orada ona bildirilmişdir ki, bununla bağlı polisə müraciət etsin. O Sumqayıt ŞPİ-nin 4-cü PB-yə ərizə ilə müraciət etmiş və bu barədə izahat yazmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qubadlı rayonundan məcburi köçkün olduğundan dövlət tərəfindən ona aylıq 120 manat çörək pulu verilmişdir. Həmin pulu ona "xxxx" tərəfindən verilmiş 4169 7420 6954 7657 nömrəli bank kartı vasitəsilə bankomatlardan almışdır. Sonuncu dəfə 02 iyun 2022-ci il tarixdə saat təxminən 15 radələrində Sumqayıt şəhəri 15ci məhəllə ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşmış və gözünün zəif görməsi səbəbindən bankomatdan özü pul çıxara bilmədiyindən, orada bankomatın yaxınlığında dayanmış, təxminən 35-40 yaşlı, arıq bədən quruluşlu, qarabəniz qadına müraciət edib kartından pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin qadın ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra ondan kodu soruşduqda o, özünə məxsus kartın 4 rəqəmli PİN kodunu ona demiş, həmin qadın verdiyi kodu ekranda yığdıqdan sonra, bankomatda bir sıra əməliyyatlar icra edərək bankomatın üzərindəki düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq kartın hesabında pul köçürülmədiyini bildirmişdir. O həmin qadına inanıb ordan uzaqlaşmışdır. Bir neçə gündən sonra Kapital Bankın filialına müraciət edərək çörək pulunun niyə köçürülməməsi ilə maraqlanmış, lakin ona pulun köçürüldüyü və xx.xx.2022-ci il tarixdə saat 15:06:57-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “Asan Xidmət” mərkəzinin qarşısında quraşdırılmış bankomat vasitəsilə ona məxsus bank kartının bank hesabından ümumilikdə 120 manat pulu çıxarıldığı bildirilmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edib bankomat vasiətsilə ona məxsus kart hesabından pul çıxarıb ələ keçirmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o,Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X4 Birliyinin tabeliyindəki "xxxx" MMC-də fəhlə işləməklə aylıq təxminən 283-284 manat məvacib alır. Məvacibini "xxxx" tərəfindən verilmiş 4169 7414 9769 7001 nömrəli bank kartı vasitəsilə bankomatlardan alır. Sonuncu dəfə 03 noyabr 2022-ci il tarixdə bank hesabına məvacibi köçürülmüş, və o, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Asan Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomata yaxınlaşmış və bankomatdan özü pul çıxara bilmədiyindən, orada bankomatın yaxınlığında dayanmış, təxminən 35-40 yaşlı, arıq bədən quruluşlu, qarabəniz qadına müraciət edib kartından pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin qadın ondan kartı aldıqdan sonra kartı bankomata daxil etmiş, sonra məndən kodu soruşduqda o özünə məxsus kartın 4 rəqəmli kodunu ona demişdir. Həmin qadın verdiyi kodu ekranda yığdıqdan sonra, bankomatda bir sıra əməliyyatlar icra edərək bankomatın üzərindəki düymələrə toxunmuş, daha sonra kartı çıxarıb özünə qaytararaq kartın hesabına pul körülmədiyini bildirmişdir. Bundan sonra ordan uzaqlaşaraq çıxıb getmişdir. O bundan sonra iş yerimə qayıdıb iş yoldaşları ilə məvaciblərin köçürülüb köçürülmədiyini dəqiqləşdirdikdə məvaciblərin köçürüldüyünü öyrənmişdir. Bundan sonra isə Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx"ın Qubadlı filialına müraciət edərək məvacibinin hansı səbəbdən köçürülməməsinin səbəbini aydınlaşdırmaq istədikdə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən Asan Xidmət mərkəzinin qarşısında quraşdırılan bankomat vasitəsilə ona məxsus bank kartının bank hesabından ümumilikdə 284 manat pulunun çıxarılmasını öyrənmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edib hesabından pul çıxarıb ələ keçirmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs4 11 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus Kapital Banka aid kartdan balansına yoxlamaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşmış, kartından adi qaydada balansına baxmaq istəyərkən ondan bir neçə saniyə sonra yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartdan pul çıxartmağın asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. O da onunla razılaşmış və həmin formada kartını vayfaya yaxınlaşdırıb kodunu daxil etmişdir. O kodu yığarkən həmin qadın da görmüşdür. Balansda 93 manat pulun olduğunu görmüş, o pul çıxartmamış və çıxıb getmişdir. O birbank tətbiqini yüklədikdən sonra xx.xx.2022-ci il tarixdə mobil nömrəsinə 400 manat avans çıxartması ilə bağlı ismarıc gəlmiş, o, həmin məbləğdə pul çıxartmadığına görə banka yaxınlaşmış və bankda ona xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomatdan 400 mana pul çıxarıldığını və vayfayla əməliyyat etdikdən bir neçə saniyə pəncərənin açıq qaldığını bildirmişlər. Sonradan yadına düşmüşdür ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşdıqda bankomata ondan bir neçə saniyə qabaq yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Ona məlum olmuşdur ki, həmin qadın oradan uzaqlaşdıqdan sonra 400 manat pulunu avans şəklində götürmüşdür. xx.xx.2022-ci il tarixdə o Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmiş, 4-cü PB-də həmin qadının şəkillərini göstərmişlər və o onu tanıdıqda adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:10 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Leyla geyim mağazasının yanındakı Kapital banka məxsus bankomata yaxınlaşmışdır. Bankomata yaxınlaşıb kartdan adi qaydada pul çıxartmaq istəyərkən bankomata ondan bir neçə saniyə sonra yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, başında papaq olan qadın kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, o da, həmin formada balansda olan 198 manat puldan 40 manat pulu ekrana vurub çıxartmışdır. O, 40 manat pulu götürüb getmək istəyəndə həmin qadın ona əməliyyatın tamamlanması üçün kartını bir neçə saniyə vayfay sistemində qalmasını demişdir. O bir neçə saniyə gözlədikdən sonra kartı və pulu oradan götürüb çıxıb getmişdir. O təxminən 100 metr məsafə qət etmişdir ki, həmin vaxt mobil telefonuna baxanda kartından 150 manat pulun çıxarılması ilə bağlı mesaj gəldiyini görmüş, dərhal həmin bankomata yaxınlaşmış, lakin həmin qadını orada görməmişdir. Sonradan banka yaxınlaşmış və bankda ona kartı vayfaya yaxınlaşdırmaqla əməliyyat aparıb bitirdikdən 10 saniyə ərzində kart sahibinin məlumatlarının aktiv qaldığını, həmin vaxt kənar şəxs tərəfindən hesaba daxil olub pul çıxartmaq mümkün olduğunu bildirmişlər. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş və 4-cü PB-nə getmişdir. O ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkilləri göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adanın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini və hal-hazırda onu axtardıqlarını bildirmişlər. Bu hadisədən 2-3 gün sonra o Ayseli Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Leyla geyim mağazasının yanındakı Kapital banka məxsus bankomatın yanında görüb yaxınlaşmış, o ona kartından pul oğurladığını demişdir. Aysel ona bu barədə heç kimə deməməsini və mobil nömrəsini istəmişdir ki, pulu axşam gətirib versin. O mobil nömrəsini verməmiş və oradan uzaqlaşmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus Kapital Banka aid əmək haqqı kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşmış, kartdan adi qaydada pul çıxartmaq istəyərkən ondan qabaq orda olan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın kartının şifrəsini gözlədiyini demiş və onu öz növbəsinə buraxmışdır. O kartını terminala salıb pulu çıxartmaq istəyərkən o, ona kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. O kartı həmin qadına vermiş, həmin qadın ondan şifrəni soruşmuş və ekranda yazmışdır. Ekranda 336 manat pulun olduğu görünmüş və o, ona 10 manat çıxartmasını demişdir. Qadın 10 manat pulu çıxardıb ona vermiş, daha sonra həmin qadın kartını yenidən vayfaya yaxınlaşdırıb ona təqdim etmişdir. Həmin vaxt o ondan heç bir şey soruşmamışdır. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən bankomata yaxınlaşıb pul çıxartmaq istəyərkən balansda 81 qəpik olduğunu görmüş, evə gedib mobil telefonuna birbank tətbiqini yükləmiş və bu zaman xx.xx.2022-ci il tarixdə Kapital banka məxsus bankomatadan 326 manat pulun çıxarıldığını görmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmiş və 4-cü PB-nə getmişdir. O, ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkillərini göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulumu çəkən adamın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini və hal-hazırda onu axtardıqlarını bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus "xxxx"a aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Leyla geyim mağazasının yanındakı Kapital banka məxsus bankomata yaxınlaşmış, kartından pul çıxartmaq üçün ondan əvvəl dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, başında papaq olan qadına onun kartından pul çıxartmasını xahiş etmiş, o kartını ona vermiş, sonuncu kartını vayfay sisteminə yaxınlaşdırmış və ondan kodu soruşmuşdur, kodu demiş, həmin qadın kodu daxil etdikdən sonra kartın blok olduğunu və ona banka yaxınlaşmasını demişdir. Həmin qadın özü əlindəki kartı vayfaya yaxınlaşdırıb pul çıxardıb getmişdir. O, oradan Kapital bankın filialına yaxınlaşmış və orada ona kartından xx.xx.2023-cü il tarixdə saat 14:47 radələrində 280 manat pulun çıxarıldığını bildirilmişdir. Bundan sonra 4-cü PB-nə gedib bu barədə ərizə ilə müraciət etmişdir, Ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-yə bu barədə məlumat verərkən bölmədə ona qadının şəkillərini göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adanın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs8 21 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində özünə məxsus olan Kapital banka aid kartla bankomatdan təqaüd pulunu çıxartmaq üçün Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasında quraşdırılmış bankomatın qarşısına getmiş, kartını bankomata daxil etmiş və balansında 134 manat pulun olduğunu görmüş, əslində onun təqaüdü 345 manat olmalı olduğu halda bu onun üçün müəmmalı olmuş və Kapital bankın qaynar xəttinə zəng edib məlumat almışdır. Oradan ona xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Leyla” geyim mağazasında quraşdırılmış bankomatdan 200 manat pulun çıxarıldığını demişlər. O, Kapital banka gedib bu barədə çıxarış almış və çıxarışda həmin pulun avans şəklində çıxarıldığı qeyd olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə bu barədə Sumqayıt ŞPİnin 4-cü PB-nə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə kartından pulun çıxarılması ilə bağlı video görüntü polis tərəfindən əldə edildikdən sonra xatırlamışdır ki, həmin tarixdə özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Kapital banka məxsus bankomata yaxınlaşdıqda, kartdan adi qaydada pul çıxartmaq istəyərkən bankomata ondan bir neçə saniyə əvvəl yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartdan pul çıxartmağın asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, o da kartı həmin qadına vermiş, həmin qadın kartı vayfaya yaxınlaşdırmış, ekranda pəncərə açılmış və o, ona kartda pul olmadığını demişdir. O da pulun olmadığını görüb oradan uzaqlaşmışdır. Video görüntüdən sonra ona məlum olmuşdur ki, həmin qadın o oradan uzaqlaşdıqdan sonra 200 manat pulunu avans şəklində götürmüşdür. Sonradan banka yaxınlaşmış və bankda ona kartı vayfaya yaxınlaşdırmaqla əməliyyat aparıb bitirdikdən 10 saniyə ərzində kart sahibinin məlumatlarının aktiv qaldığını, həmin vaxt kənar şəxs tərəfindən hesaba daxil olub pul çıxartmaq mümkün olduğunu bildirmişlər. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. O videogörüntüyə baxdıqda həmin qadının onun kartını alıb kömək edən qadın olduğunu demişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus Kapital Banka aid əmək haqqı kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Araz” marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşmış, kartından adi qaydada pul çıxartmaq istəyərkən bankomatda ondan qabaq orda olan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadından kömək istəmişdir. Həmin qadın ona kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, o da həmin formada kartı sistemə yaxınlaşdırmış, həmin qadın ondan şifrəni soruşub ekranda yazmışdır. Balansda 485 manat pulun olduğunu görünmüşdür. O, 485 manat pulun hamısını yazmış və təsdiq əməliyyatını basmışdır. Bir neçə saniyə gözlədikdən sonra həmin qadın ona bankomatda pul olmadığını və yaxınlıqda olan “Pioner” marketdin çölündə bankomat olduğunu və ora getməsini məsləhət görmüş, lakin o, ora getməmişdir. Təxminən 2 saat sonra Abşeron rayou, Saray qəsəbəsində yerləşən “Əsləm” marketin çöl hissəsində quraşdırılmış Kapital bankın bankomatına yaxınlaşıb pulunu çıxartmaq istəyərkən balansda 235 manat pulun olduğunu görmüşdür. O, kartından pul çıxarmadığına görə təkrarən həmin bankomata yaxınlaşmış, lakin həmin qadını orada görməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmiş və 4-cü PB-yə getmişdir. Ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkillərini göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Kapital Banka aid Birkart kredit kartı almaq üçün həmin bankın Sumqayıt şəhəri, 4-cü mkr ərazisində yerləşən filialına yaxınlaşmış, oradan içərisində 2000 manat olan 4169-7388-3864-0658 nömrəli kartı adına rəsmiləşdirib ona vermişlər. Kartına dörd rəqəmli təhlükəsizlik kodu qoymaq üçün xx.xx.2022-ci il tarixdə, saat 12:08 radələrində bankdan çıxıb çöl hissədə olan bankomata yaxınlaşıb kartı vay-fay sisteminə yaxınlaşdırıb 4 rəqəmli kodu yazıb təsdiq etmişdir. Bundan sonra kartı cibinə qoymuş, Pin kodun dəyişdirilməsi haqqında çekin çıxmasını gözləmiş və bir neçə saniyə sonra çeki götürüb avtomobilinə tərəf getmişdir. Həmin vaxt yanında təxminən 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, boğazında boz rəngli şərf, başında papaq, əynində boz rəngli palto olan xanım dayanmışdır. O bankomatın qarşısından çəkilən kimi həmin xanım bankomatın qarşısına keçmişdir. Həmin vaxt bankdan aldığı birkartdan 400 manat pulun çıxarılması ilə bağlı mobil telefonuna mesaj gəlmişdir. O kartından pul çıxarmadığına görə dərhal banka yaxınlaşmış və bankda ona kartı vay-faya yaxınlaşdırmaqla əməliyyat aparıb bitirdikdən 10 saniyə ərzində kart sahibinin məlumatlarının aktiv qaldığını, həmin vaxt kənar şəxs tərəfindən hesaba daxil olub pul çıxartmaq mümkün olduğunu bildirmişlər. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş və 3-cü PB-yə getmişdir. Ondan arxada dayanmış xanımdan şübhələnmiş və 3-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona xanım şəkilləri göstərmiş və o həmin vaxt bankomatın arxasında dayanmış xanımın şəklini tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. 3-cü PB-də həmin xanımın adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini və hal-hazırda onu axtardıqlarını bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddiasını müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs18 04 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində özünə məxsus Beynəlxalq Banka aid kartdan təqaüd pulunu çıxartmaq üçün Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq banka məxsus bankomata yaxınlaşmışdır.Bankomata yaxınlaşıb kartdan pul çıxarda bilmədiyi üçün bankomata ondan qabaq yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdə yanaqlı qadın ona kartdan pul çıxartmağa kömək edəcəyini demiş, o da kartını ona vermişdir.Həmin qadın kartını özünə qaytarıb kartda pul olmadığını demişdir. O da buna görə oradan çıxıb getmişdir. O xx.xx.2023-cü il tarixdə yenidən təqaüd pulunun vurulmasına baxmaq üçün xx.xx.2023-cü il tarixdə bankomata yaxınlaşmış və ona kartında pul olmadığını demişlər. Novruz bayramı günləri qeyri iş günü olduğundan banka gedə bilməmişlər.xx.xx.2023-cü il tarixdə nəvəsi Məhərrəmlə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq banka yaxınlaşdıqda orada Bankda onlara xx.xx.2023-cü il tarixdə kartında olan 370 manat pulun çıxarıldığını demişlər. xx.xx.2023-cü il tarixdə nəvəsi Məhərrəmlə 4cü PB-yə getmişlər. O xx.xx.2023-cü il tarixdə ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkillərini göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb ona köməklik göstərənin o olduğunu demişdir. 4-cü PBdə həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini və halhazırda onu axtardıqlarını bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 23 yanvar 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında yerləşən "Bazarstore" marketin qarşısına gedərək həmin yerdə quraşdırılmış “Azərbaycan Beynəlxalq Bankı”-na məxsus bankomatdan 4127 2093 0337 0263 nömrəli plastik kartı vasitəsilə pul çıxartmaq istəmişdir. Həmin vaxt yanında növbə gözləyən tanımadığı bir nəfər şəxs ona bankomatdan pulu yeni üsulla, yani “vay-fay” vasitəsilə çıxartmasını məsləhət görmüşdür. O, həmin şəxsə bankomatdan pulu vay-fay vasitəsilə çıxara bilmədiyini bildirdikdə həmin şəxs plastik kartını bankomatın üzərinə qoymasını və şifrəni yığmasını məsləhət görmüşdür. O həmin şəxsin dediyi kimi etdikdən sonra 50 manat pulu götürüb evə getmiş, təxminən 10 dəqiqə sonra mobil telefonuna həmin hesabdan 50 manat pul çıxardıqdan 1 dəqiqə sonra 200 manat pulunun da çıxarılması barədə ona bildiriş gəldiyini görmüşdür. Bundan sonra o, Xırdalan şəhərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı”-na gedərək bu barədə çıxarış aldıqda görmüşdür ki, həqiqətən də həmin tarixdə saat 15:09-da o ona məxsus hesabdab 200 manat pulu çıxarılmışdır. Bundan sonra isə ona məlum olmuşdur ki, bir qədər əvvəl bankomatdan pul çıxardığı zaman ona köməklik göstərmək istədiyini bildirən şəxs onu aldadaraq diqqətinin yayınmasından istifadə edib plastik kartından həmin 200 manat pulunu ələ keçirmişdir. Ona görə də o həmin vaxt DİN-in "102" xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin qadın orta boylu, orta bədən quruluşlu olmaqla təxminən 38-40 yaşlarında olmuş və əynində də təxminən açıq qırmızı rəngli gödəkçəsi olmaqla onu birinci dəfə idi görmüşdür. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddiasını müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs14 20 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki,, xx.xx.2023-cü il tarixdə, saat 14:06 radələrində Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində quraşdırılmış özünə aid "xxxx" a məxsus bankomatdan plastik kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdırmaq istəmişdir. Həmin vaxt yanında növbə gözləyən tanımadığı bir nəfər şəxs ona bankomatdan pulu yeni üsulla, yani vay-fay vasitəsilə çıxartmasını məsləhət görmüşdür. O həmin şəxsə bankomatdan pulu vay-fay vasitəsilə çıxara bilmədiyini bildirdikdə isə həmin şəxs plastik kartını bankomatın üzərinə qoymasını və şifrəni yığmasını məsləhət görmüşdür. O həmin şəxsin dediyi kimi etdikdən sonra 30 manat pulu götürüb evə getmiş, bir müddət sonra işə çatan zaman mobil telefonuna plastik kartından 500 manat pulun çıxarılması barədə bildiriş gəlmişdir. Ona görə də o, DİN-in "102" xidmətinə zəng edərək məlumat vermişdir. Həmin qadın orta boylu, orta bədən quruluşlu olmaqla təxminən 38-40 yaşlarında olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddiasını müdafiə edir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Respublika Diaqnostika mərkəzində həkim ümümcərrah vəzifəsində 3 ilə yaxındır ki, işləyir, maaş ayda ortalama ***-**** manat arası alır. Belə ki, onlarda əməhaqqı dəqiq olmur faizə görə dəyişir. Əməkhaqqı kapital banka məxsus **********069829 nömrəli karta hər ayın ilk iki həftəsi yüklənir, o da pulu çıxarır. Bakı şəhəri, Binəqədi rayonu M, Kazımovski küçəsində yaşadıqları üçün pulunu adətən yaşadığı ünvana yaxın yerləşən bankamatdan çıxarır. xx.xx.2023-cü il tarixində pul lazım olduğu üçün Telefon vasitəsilə Online qaydada Birbank vasitəsi ilə öz maaş kartına təxminən 8200 manat kredit götürmüşdür. Pul kartına 1-2 saat ərzində yüklənmiş, o, həmin tarixdə, pulu çıxarmaq üçün aşadığı ünvana yaxın olan Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən Kapital banka məxsus filialın qarşısında olan bankamatdan pulu çıxarmaq üçün yaxınlaşmış, bu zaman təxminən orada 4-5 nəfər adam olmuş, onlar içərisində həm kişi həm də qadınlar olmuşdur. Növbəni gözlədikdən sonra bankamatdan pulu çıxarmaq üçün kartı salmış, bu zaman orada olan üzünü xatırlaya bilmədiyi boyu 1.60–1.65 arası boyu olan qarabəniz bir qadın olmuş, o kartı bankomata saldıqdan sonra 8200 manat pulu çəkmək istəmiş, lakin pul vahidi çox olduğu üçün pul çəkmək mümkün olmamış, o yenidən kartı bankamata salmış, bu zaman təxminən 800 manat pul çəkmişdir. O, hər pulu çəkən zaman kartı bankamata salıb çıxardığı üçün yanında olan qadın ona belə çox vaxt getdiyini, kartı wife işarəsi olan yerə tutmasını belə daha rahat pulu çəkmək olduğunu demişdir. O yoxlamış, həqiqətən pulu daha rahat çəkmiş və təxminən 4 dəfə ardıcıl olaraq 1000 manat pul çəkmişdir. Bundan sonra yanındakı qadın ona kartdan 5 dəfədən artıq pul çəkmək olmadığını dediyi üçün ona inanmış, pulları götürüb Kapital Banka məxsus filiala daxil olmuşdur. Orada əlində olan manatları Avroya dəyişdirmişdir. Əcəmi metrosunun yaxınlığına gedən zaman telefonuna kartından 500 manat pulunun çəkilməsi barədə mesaj gəldiyini görmüşdür. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs15 04 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Leyla geyim mağazasının yanındakı Kapital banka məxsus bankomata yaxınlaşmış, kartdan pul çıxartmaq üçün ondan öndə dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, qadına onun kartından pul çıxartmasını xahiş etmiş, o kartını ona vermiş, həmin qadın kartı vayfay sisteminə yaxınlaşdırmış və ondan kodu soruşmuş, o da ona kodu demiş, kodu daxil etdikdən sonra ona 220 manat pul çıxartmasını bildirmiş, həmin vaxt kartda 715 manat pul olmuş, o, 220 manat pulu ona vermiş və o çıxıb getmişdir. Bir neçə saat sonra kartda qalan 495 manat pulu çıxartmaq istədikdə kartda 295 manat pulun olduğunu görmüş, o, bir neçə gündən sonra bankın filialına yaxınlaşmış və orada ona kartından xx.xx.2023-cü il tarixdə 200 manat pulun çıxarıldığı bildirilmişdir. O, bu barədə 4-cü PB-nə gedib ərizə ilə müraciət etmişdir.O ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkilləri göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. Zərərçəkmiş şəxs6 20 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki,, Şahid3 onun bacısıdır və xx.xx.2022-ci il tarixdə özünə məxsus 4169 7414 7041 3673 nömrəli "xxxx"-a aid kartı bacısına vermişdir ki, əməh haqqısını çıxartsın. Günel xx.xx.2022-ci il tarixdə, səhər saatlarında evdən çıxarkən özünə məxsus kartdan pul çıxartmaq üçün vermiş və o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz superstore mağazasının yanındakı bankomata gedərək kartın balansında olan 409 manat pulu çıxartmış, bir neçə dəqiqə sonra mobil telefonuna kartdan 200 manat avans çıxması barədə mesaj gəlmiş və o dərhal Günelin mobil nömrəsinə yığaraq avans çıxardıbçıxartmadığını soruşmuşdur. Günel ona 409 manat pul çıxartdığını və 200 manat avans çıxartmadığını demişdir. Günel ona həmin vaxt yanında bir nəfər 35 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, başında kepka, gözündə eynək olan bir qadın olduğunu, pulu çıxardıb götürəndə ona pulun hamısını çıxardıb-çıxartmadığını soruşduğunu, ona cavab verməyib çıxıb getdiyini, kodu yığarkən həmin qadının gördüyünü və ola bilər ki, həmin qadının o getdikdən sonra kodu yığıb 200 manat pulu çıxardığını düşündüyünü demiş və xx.xx.2023-cü il tarixdə onla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:42 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış bankomata yaxınlaşıb kartdan pul çıxartmaq üçün ondan qabaq dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, qadına onun kartından pul çıxartmasını xahiş etmiş, o, kartını ona vermiş, həmin qadın onun kartını vayfay sisteminə yaxınlaşdırmış və ondan kodu soruşduğu üçün ona kodu demişdir. Həmin qadın kodu daxil etdikdən sonra kartda olan 352 manat puldan 200 manat pulu çıxartmasını demişdir. Həmin qadın 200 manat pulu çıxardıb ona vermişdir. O, 2 saat sonra kartında olan 152 manat pulun da çıxarıldığını öyrənmiş, bu barədə 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, ona kömək edən qadından şübhələnmiş və 4-cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkillərini göstərmişlər və o qadını tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini və hal-hazırda onu axtardıqlarını bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Arayış”da iş üzrə Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd olunmuşdur. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Şahid1 onun həyat yoldaşıdır və özünə məxsus bank kartını Sevilə vermiş. Sevil xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində işdən çıxarkən kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Gold Qayalı mağazasının yanındakı Kapital banka məxsus bankomata yaxınlaşıb kartdan pul çıxartmaq istəyərkən bankomatın qarşısında dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, qadın ona yxınlaşaraq kartdan pul çıxartmasının daha asan yolu olduğunu demiş və köməklik etmək istədiyini bildirmişdir. Sevil kartın kodunu və 20 manat pul çıxarılmasını qadına demiş, həmin qadın 20 manat pulu çıxardıb ona vermiş və kartı götürüb oradan uzaqlaşmışdır. Təxminən həmin saatlarda Sevilin mobil telefonuna kartından 120 manat pulun çıxarılması ilə bağlı mesaj gəlmiş və dərhal ona zəng etmişdir. Sevil pulu tanımadığı qadının çıxartdığını və ola bilər ki, həmin qadının onu aldatdığını demişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Arayış”da iş üzrə şahid X13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyi qeyd olunmuşdur. Şahid X13 ibtidai isintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs11 ifadəsinə oxşar ifadə vermişdir. Zərərçəkmiş şəxs12 Hacımməd qızı 21 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, X3 onun həyat yoldaşıdır, hal-hazırda Rusiya Federasiyasında yaşayır və özünə məxsus Kapital Banka aid kartı ona vermişdir. Həmin karta bir müddət əvvəl özünə aid 1200 manata yaxın ona borclu olan şəxs tərəfindən göndərilmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində işdən çıxarkən kartdan həmin pulu çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz superstore mağazasının yanındakı bankomata yaxınlaşıb pul çıxartmaq istəyərkən orada dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, qadın kartdan pul çıxartmağın daha asan yolu olduğunu demiş və köməklik etmək istədiyini bildirmişdir. O kartın kodunu və pul çıxarılmasını qadına demiş, həmin qadın pulu çıxartmış və o 1150 manat pulu və kartı götürüb oradan uzaqlaşmışdır. Təxminən həmin saatlarda oğlu onun mobil nömrəsinə zəng edərək mobil telefonuna kartdan 300 manat avans pulun çıxarılması ilə bağlı mesaj gəldiyini demiş, o, pulu tanımadığı qadının çıxartdığını və ola bilər ki, həmin qadının onu aldatdığını düşünmüş və bu barədə xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Həmin kart onun əri Aydına məxsus olsa da, kartda olan pul onun özünə aid olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində anası ona məxsus Kapital Banka aid kartdan pul çıxartmaq və alış veriş etmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən Gold Qayalı mağazasının yanındakı bankomata yaxınlaşıb kartdan pul çıxarda bilmədiyi üçün bankomatın qarşısında dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, ağzında tibbi maska və başında papaq olan qadından kartdan pul çıxartmağı xahiş etmiş, kartın kodunu və 50 manat pul çıxarılmasını qadına demiş, həmin qadın 50 manat pulu çıxardıb ona vermiş və kartı götürüb oradan uzaqlaşmışdır. Bundan sonra mobil telefonuna kartından 250 manat pulun çıxarılması ilə bağlı mesaj gəlmiş və dərhal anasına zəng etmiş və o anasına 50 manat pul çıxartmasını demiş və o, da 50 manat pul çıxartdığını bildirmişdir. O, ona 250 manat çıxartması ilə bağlı mesaj gəldiyini dedikdə anası pulu tanımadığı xanımın çıxartdığını və ola bilər ki, həmin qadının onu aldatdığını demişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X17 20 noyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, hazırda Nəsimi rayonunda yerləşən 132№ uşağ baxçasında tərbiyyəçi müəllimə vəzifəsində işləməklə oradan ayda 394 manat maaş alır, maaşı Kapital bank ASC məxsus bankamatdan çıxarır. Maaş hər ayın əvvəli ilk 10 gündə ödənilir. O təxminən 3-4 ay olar ki kartdan pul çıxarmamışdır. xx.xx.2023-cü il tarixində Bakı şəh. Nəsimi rayonunda yerləşən Kapital bankın Əcəmi filialından 30 manat pul çıxardarkən bir qadın ona yaxınlaşaraq köməklik etmək üçün orada olan başqa bir yerə qoymağı məsləhət görmüş, belə ki, bundan daha tez pul çıxarmaq olduğunu demişdir. O pulu çıxardıqdan iş yerinə qayıtmış, telefonuna kartından 500 manat pul çıxarılması barədə sms gəlmişdir Bundan sonra o DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu PŞnə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus Kapital Banka aid əmək haqqı kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Gold Qayalı” marketin çöl hissəsində quraşdırılmış Kapital banka məxsus bankomata yaxınlaşıb kartdan vayfay vasitəsi ilə pul çıxartmaq üçün kodu yığmış və 3 manat pul çıxartmışdır. Bankomatin yanında olan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartı 1 dəqiqə ekranda qalmasını demiş və o da elə edərək oradan uzaqlaşmışdır. Bir neçə metr getdmişdir ki, mobil telefonuna kartdan 200 manat pul çıxarılması ilə bağlı mesaj gəlmiş, o nə baş verdiyini başa düşməmiş və bu barədə DİNnin 102 xidmətinə zəng edib məlumat vermiş, o, ona kömək edən qadından şübhələnmiş və xx.xx.2023-cü il tarixdə 4-cü PB-nə bu barədə məlumat verərkən bölmədə ona qadının şəkilləri göstərilmiş və o, həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. 4-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs25 12 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs25 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Şahid4 onun anasıdır və onlar bir evdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə özünə məxsus Kapital Banka aid kartı anasına vermişdir ki, əmək haqqısını çıxartsın. Anası xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Kapital banka məxsus bankomata gedib, bankomata yaxınlaşıb pul çıxartmaq üçün həmin vaxt yanında bir nəfər 35 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı, bir qadın olmuş və kartı ona verib pul çıxartmasını bildirmişdir.Həmin qadın anasına kartda pul olmadığını demiş və çıxıb getmişdir.Anası evə qayıdıb gələndə bu barədə ona məlumat vermişdir. O bankın qaynar xəttinə yığdıqda 326 manat pulun kartdan çıxarıldığını demişlər. Anası ona tanımadığı qadının yanında dayandığını, ola bilər ki, həmin qadının onu aldadıb 326 manat pulu çıxardığını düşündüyünü demiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedərək bu barədə ərizə ilə müraciət etmişlər. İş üzrə Şahid4 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini, üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 ibtidai isintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs25 ifadəsinə oxşar ifadə vermişdir. Zərərçəkmiş şəxs19 04 dekabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz superstore mağazasının yanındakı bankomata yaxınlaşmiş, həmin vaxt bankomatın qarşısında 2-3 nəfər adam olmuş, Bankomata ondan öndə dayanan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı olan qadın ona kartdan tez pul çıxarmasını demiş və o da tələsdiyi üçün kartını ona vermişdir. O kartını vayfay sisteminə yaxınlaşdırmış və ondan kodu soruşmuşdur. O da ona kodu demişdir. Həmin qadın kodu daxil etdikdən sonra kartdan 20 manat çıxartmasını bildirmiş və 20 manat pulu çıxardıb kartla birlikdə ona vermişdir. Həmin gün saat 18:50 radələrində mobil telefonuna kartından 130 manat pulun çıxarılması barədə mesaj gəlmiş, o bu barədə 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. O ona kömək edən qadından şübhələnmiş və PB-də bu barədə məlumat verərkən ona qadının şəkillərini göstərmişlər və o, həmin vaxt qadın şəkildən tanıyıb pulunu çəkən adamın bu olduğunu demişdir. Zərərçəkmiş şəxs21 04 deakbr 2023-cü il tarixdə teleqramlə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ibtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, bildirərək iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin çöl hissəsində quraşdırılmış bankomata yaxınlaşıb kartdan adi qaydada balansına baxmaq istəyərkən orada ondan bir neçə saniyə sonra yaxınlaşan 35- 40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, o da onunla razılaşmış və həmin formada kartı yaxınlaşdırıb kodunu daxil etmişdir. O kodu yığarkən həmin qadın da görmüşdür. Balansda 972 manat pulun olduğunu görmüş, o 600 manat pul çıxartmış və çıxıb getmişdir. Həmin tarixdə saat 19 radələrində mobil nömrəsinə 200 manat çıxartması ilə bağlı sms gəlmişdir. Sonradan fikirləşəndə yadına düşmüşdür ki, bankomata yaxınlaşdıqda bankomata ondan bir neçə saniyə qabaq yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın ona kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demişdir. Ona məlum olmuşdur ki, həmin qadın o oradan uzaqlaşdıqdan sonra 200 manat pulunu götürmüşdür. O həmin tarixdə DİN-nin 102 xidmətinə zəng edərək 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. PB-də həmin qadının şəkillərini ona göstərmişlər və o onu tanıdıqda adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində özünə məxsus Kapital Banka aid kartdan pul çıxartmaq üçün Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Kapital banka məxsus bankomata yaxınlaşıb kartdan adi qaydada pul çıxartmaq istəyərkən bankomata ondan bir neçə saniyə sonra yaxınlaşan 35-40 yaşlarında ortaboylu, ağbəniz, girdəyanaqlı qadın mənə kartdan pul çıxartmağın daha asan yolunu yəni kartı bankomatın vayfay düyməsinə yaxınlaşdırıb çıxarda biləcəyini demiş, o da həmin formada balansda olan 293 manat puldan 20 manat pulu ekrana vurub çıxartmışdır. Daha sonra kartı və pulu oradan götürüb çıxıb getmişdir. Bir neçə dəqiqə sonra mobil telefonuna kartından 140 manat pulun çıxarılması ilə bağlı mesaj gəldiyini görmüşdür. O kartından pul çıxarmadığına görə dərhal həmin banlomata yaxınlaşmış, lakin həmin qadını orada görməmişdir. Sonradan banka yaxınlaşmış və bankda ona kartı vayfayyə yaxınlaşdırmaqla əməliyyat aparıb bitirdikdən 10 saniyə ərzində kart sahibinin məlumatlarının aktiv qaldığını, həmin vaxt kənar şəxs tərəfindən hesaba daxil olub pul çıxartmaq mümkün olduğunu bildirmişlər. O bu barədə dərhal DİN-nin 102 xidmətinə müraciət etmiş və 3-cü PB-nə getmişdir. O ona kömək edən qadından şübhələnmiş və 3cü PB-də bu barədə məlumat verərkən bölmədə ona qadının şəkilləri göstərmişlər və o həmin vaxt qadının şəklini tanıyıb pulunu çəkən adanın bu olduğunu demişdir. 3-cü PB-də həmin qadının adının Aysel olduğunu və dəfələrlə bu cür oğurluqlar etdiyini bildirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 1); “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İ, 129-130) “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında” Sumqayıt şəhər prokurorunun 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış ilkin material üzrə fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır (cild İ, i.v. 243) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İ, 240-241) “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında” Sumqayıt şəhər prokurorunun 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış ilkin material üzrə fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır (cild İİ, i.v. 96-97) cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİ, 92-94) “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanılması haqqında” Sumqayıt şəhər prokurorunun 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış ilkin material üzrə fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır (cild İİ, i.v. 119-120) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİ, 115-117) “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında” Sumqayıt şəhər prokurorunun 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış ilkin material üzrə fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır (cild İİ, i.v. 142-143) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİ, 138-140) “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanılması haqqında” Sumqayıt şəhər prokurorunun 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilmiş, toplanmış ilkin material üzrə fakta görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır (cild İİ, i.v. 166-167) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİ, 161-164) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İ, 55-58) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İstintaq şöbəsində aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİİ, 46-50) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərovun icraatında olan X11 AR CM-nin 29,180.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işindən fakta görə AR CMnin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İİİ, 161-165, 167-170) “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq şöbəsində aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmişdir.(cild İV, 60-65) 230730053 nömrəli cinayət işi üzrə “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 18 yanvar 2023-cü il tarixdə, saat 16:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 97); 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 109-110) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 117-119); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v. 121-122); 220736121 saylı cinayət işi üzrə 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, ********* saylı cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (cild İ, i.v. 188-189) “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru A.Mikayılov tərəfindən AR CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( cild İİİ, i.v. 53); 230270226 nömrəli cinayət işi üzrə “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİİ, i.v. 118); 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİİ, i.v 122-123) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİİ, i.v. 131-132); 20 mart 2023-cü il tarixdə Abşeron rayon prokuroru tərəfindən AR CM-nin 177.2.3-1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. ( İİİ cild, i.v. 135-137) “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İİİ, i.v. 138-139); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı S.Qəşəmli tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( cild İV, i.v. 69); “cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə ibtidai istintaq ********* nömrə ilə davam etdirilmiş, cinayət işi üzrə əməl AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. (cild İV, i.v. 99-100) 230070052 nömrəli cinayət işi üzrə “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İV, i.v. 158); 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İV, i.v 168-169) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İV, i.v. 178-180); 25 fevral 2023-cü il tarixdə Nəsimi rayon prokuroru tərəfindən AR CM-nin 177.2.3-1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. ( İV cild, i.v. 183-184) “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən dərhal azad edilmiş, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İV, i.v. 185-188); 230070052 saylı cinayət işi üzrə 01 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. (cild İV, 205,208) xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Nəsimi RPİ-nin 19-cu PŞ-ə gətirilmişdir. (cild İV, 210-211) “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (İV, cild 212-213) “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İV, i.v. 231-233) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəblinin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin bankomatlna baxış keçirilmiş, baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs18 Əmiyusub qızı xx.xx.2023-cü il tarixdə həmin bankomatda olan təqaüdünü almaq istəyən zaman köməklik göstərəcəyi adı ilə kartı ondan alan qadının hesabından 370 manat pulu çıxardaraq oğurladığını bildirmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i.v. 09-11) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəblinin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəh, Nərimanov küç, 32-ci məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin bankomatına baxış keçirilmiş, baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs20 xx.xx.2023-cü il tarixdə bankomatdan təqaüdünü almaq istəyən zaman köməklik göstərəcəyi adı ilə kartı ondan alan qadının hesabından 152 manat pulu çıxardaraq oğurladığını bildirmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i.v. 22-24) xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Araz marketin müşahidə kameralarına qeydə alınmış video göründüyü baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs19 bankomatdan pul çıxararkən yanında ağ papaqlı, gözündə günəş eynəyi olan qadının olduğu, Zərərçəkmiş şəxs19 oradan uzaqlaşandan sonra həmin qadının bankomatın qarşısında 27 saniyə qalıb 27 saniyə qalıb əməliyyat aparması müəyyən olunmuşdur. (cild İİİ, i.v. 20) Sumqayıt şəhəri, Nərimanov küçəsi, 32-ci məhəllə ərazisində yerləşən "xxxx" ASCnin bankomatlna baxış keçirilmiş, baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs20 xx.xx.2023cü il tarixdə həmin bankomatda olan təqaüdünü almaq istəyən zaman köməklik göstərəcəyi adı ilə kartı ondan alan qadının hesabından 152 manat pulu çıxardaraq oğurladığını bildirmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i.v. 22-24) 230270226 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Alqayıd Mikayılovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan görünür, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında yerləşən Beynəlxalq Bank” ASC-nin bankomatına baxış keçirilmiş, baxış zamanı vətəndaş X9 bankomatdan 50 manat pul çıxartmış, 1 dəqiqə sonra ona məxsus kartdan 200 manat pulun çıxardılması ilə bağlı ona bildiriş gəlmişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İİİ, i.v. 57-60) 230270226 saylı cinayət işi üzrə 18 mart 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alınan zaman göstərdiyi xüsusatları təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İİİ, i.v. 99-100) 230270226 saylı cinayət işi üzrə 18 mart 2023-cü il tarixli “şəxsi tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksinin yaxınlığında yerləşən "xxxx" ASC-nin bankomatın qarşısında guya ona kömək edən şəxsin hazırda soldan sağa 3-cü yerdə dayanan şəxs olduğunu göstərmişdir. (cild İİİ, 101-102) 230070052 saylı cinayət işi üzrə 19 aprel 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild İV, i.v. 228-230) 230730291 saylı cinayət işi üzrə 07 may 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınan zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild V, i.v. 124-138) 20 yanvar 2023-cü il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki. ********* nömrəli cinayət işi üzrə 120 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq Şahid1 verilmişdir. (cild İ, i.v. 124A) 02 fevral 2023-cü il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 mülki iddiaçı qismində tanınmışdır. (cild İİ, i.v. 20) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)- 57/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına, Sumqayıt şəhər məhkəməsinin 1(060)- 407/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 19 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin 1(060)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə görə CM-nin 66.5 və 68.1.1-cimaddələri tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda AR ƏN PX-nin 4 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. (cild İİİ, i.v. 157-159, V cild, i.v. 219-240) Məhkəmə istintaqı zamanı tədqiq edilən 15 ədəd disklərə baxış zamanı Təqsirləndirilən şəxs oğurluqlar etməsi öz təsdiqini tapmışdır İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild V, i.v 241) İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2005-ci il tarixli X14 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı övladları var. ( cild V, i.v. 243) “sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, hazırda AR ƏN PX-in 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmış, Aysel Süleymanovanın əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 177.2.1, 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, iş materiallarında olan disklər və bank çıxarışlarını maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması qərara alınmışdır ( V cild, i.v. 03-37); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama,- təkrar törədildikdə və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 18-ci bəndinə görə Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli qərarına görə ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli qərarına görə Təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl AR CM-nin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən dörd nəfərin şikayətçi olmadığını, CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını, bundan öncə də dəfələrlə eyni məzmunlu cinayət törətməsini, məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsinə baxmayaraq hələ də islah olmamasını, zərərçəkmiş şəxslərin mövqeyini, vurulmuş ziyanın böyük bir hissəsinin ödənilməməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 05 may 2023-cü il tarixdən hesablanmalı, onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməli, ibtidai isintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar- oğurluq faktı ilə bağlı video görüntülər olan 15 ədəd disk və bank çıxarışları iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilməli, 400 manat məbləğində dəymiş ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs9 ödənilməlidir . Zərərçəkmiş şəxs13 mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 200 manat pul və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 231 manat pul alınaraq Zərərçəkmiş şəxs13 ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs23 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X16 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12 240 (iki yüz qırx manat) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 07 (yeddi) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 05 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın, ibtidai istintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilsin. Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 400 manat pul alınaraq Zərərçəkmiş şəxs9 verilsin. Zərərçəkmiş şəxs13 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 200 manat pul və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 231 manat alınaraq Zərərçəkmiş şəxs13 verilsin. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs23 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs etdiyi oğurluq faktı ilə bağlı video görüntülər olan 15 (on beş) ədəd disk və bank çıxarışları iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X16 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx manat) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar