Məhkəmə qərarları › İş №1(060)-698/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-698/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-698/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi ev ünvanında yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi ev ünvanında yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı və şişkinliyi xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə rəsmi ailə həyatı qurmuş, onların birgə nigahlarından 2018-ci ildə X1 adında qız övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında onların münasibətləri normal olmuş, ara-sıra xırda söhbətləri olsa da, heç vaxt həmin söhbətləri böyüdüb münaqişəyə çevirməmişlər. O araba ilə Sumqayıt şəhəri ərazisində meyvə tərəvəz satışı ilə məşğul olub ailəmi dolandırıram. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin qarşısında olan zaman həyat yoldaşı Naibə oraya gəlmiş, ona xəbər vermədən onun yanına gəlməsindən əsəbiləşdiyi üçün ondan evə getməsini tələb etmiş və təxminən saat 20:00 radələrində də özü evə gəlmişdir. O evə gələn zaman şəhər ərazisindəki kafelərin birində bir qədər spirtli içki qəbul etmiş, yaşadığı ünvana çatan zaman sərxoş olduğundan yenidən həyat yoldaşı Naibə ilə onun iş yerinə gəlməsi üçün münaqişə etmişdir. Münaqişə zamanı Naibə həyat yoldaşı kimi ona hörmət etmədiyindən və ona cavab qaytardığından əsəbiləşərək onun sol gözünə 01 yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra isə onların aralarında olan münaqişə bitmişdir. Lakin sonradan yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər, ona məlum olmuşdur ki, həyat yoldaşı Naibə onun barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları yaşadıqları ünvana gəldikdən sonra onlarla söhbətlər aparmış və daha sonra onları PB-nə dəvət etmişlər. PB-nə gətirildikdən sonra onun sərxoşluq dərəcəsini müəyyən etməkdən ötrü onu Sumqayıt RND-nə aparmışlar və o orada müayinə olunmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə rəsmi ailə həyatı qurmuş, onların birgə nigahlarından 2018-ci ildə X1 adında qız övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından onların münasibətləri normal olmuş, ara-sıra xırda söhbətləri olsa da, heç vaxt həmin söhbətləri böyüdüb münaqişəyə çevirməmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o həyat yoldaşı Elnura yemək aparmaq üçün Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin qarşısına getmişdir. Ona xəbər vermədən getdiyi üçün Elnur əsəbiləşmiş və ondan evə getməyini tələb etmişdir. Təxminən saat 20:00 radələrindədə yaşadığı ünvanda olan zaman Elnur sərxoş vəziyyətdə evə gəlmiş, bu səbəbdən yenidən onların arasında münaqişə yaranmışdır. Yaranmış münaqişə zamanı Elnur onun sol gözünə 01 yumruq zərbəsi ilə vurdmuş və bundan sonra isə onların arasında olan münaqişə bitmişdir. O hadisə vaxtı xəsarət aldığı üçün əsəbi vəziyyətdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları yaşadıqları ünvana gəldikdən sonar onlarla söhbətlər aparmış, daha sonra onları PB-nə dəvət etmişlər. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1214 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı və şişkinliyi vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3255 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il tarixdən “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 4 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 266 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar