Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-699/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Fizuli rayonu Xələfşə kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Məcburi Köçkünlər şəhərciyi” bina 136, mənzil 14-də yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd bükümdə 0,462 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,286 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, həmin narkotik vasitələr 28 aprel 2022-ci il tarixdə, saat 23-10 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad X1 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Məcburi Köçkünlər” şəhərciyi, bina 736, mənzil 15-də saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. 28 aprel 2022-ci il tarixdə, qonşusu Elnurun mənzilində Akif və Pərvizlə birlikdə narkotik vasitələr qəbul etmişlər. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən əldə edir. Saat 22 radələrində Elnur siqaret almaq üçün aşağı düşmüşdür. Təxminən saat 23:10 radələrində Elnurun Sumqayıt şəhəri, 12-ci mikrorayon, ”Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok 11 b, 15 saylı mənzilində olduğu zaman mülki geyimdə polis əməkdaşları Elnurla birlikdə mənzilə daxil olmuş və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Polis əməkdaşları hər birindən üzərində narkotik vasitə olub-olmamasını soruşanda hər biri üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib videoçəkiliş vasitəsilə hüquqlarını qoruyacaq vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxardıb təqdim etmiş, həmin bükümlərdən birində metafetamin, digər bükümdə isə heroin olunmuşdur. Həmin bükümləri tanımadığım şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Üzərindən çıxmış bükümlər zərfə qablaşdırıldırılıb möhürlənmişdir. Daha sonra təmin edilmiş digər vəkillərin iştirakı ilə Pərviz Hacıyevin və Akif Zairovun də üzərinə şəxsi axtarış keçirilən zaman onlardan da narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin Elnurun yaşadığı mənzilin qonaq otağında masa üzərində olan bir büküm heroin, digər büküm metamfetamin olmaqla 2 büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Masa üzərində olan narkotik vasitə qəbul etmək üçün istifadə edilən şprislər də polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin şprislərdən istifadə etməmişdir. O, dövlət proqramı üzrə gündəlik metadon həmləsini qəbul edir və hərdən yenidən narkotik vasitələr əldə edərək istifadə edir. Sonuncu dəfə narkotik vasitəni 1-2 gün əvvəl istifadə etmişdir. Əməlindən peşmandır. Himayəsində 2 azyaşlı övladı vardır. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 aprel 2022-ci il tarixdə Elnur Yusifovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində daşıması, həmçinin yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Elnur Yusifovun cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, ŞPİ-nin NMB-nin rəisi, polis mayoru İlham Rəhimov, ŞPİ-nin KTB-nin kriminalisiti, polis mayoru Asəf Həbibov, ŞPİ-nin sabiq baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadə, NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Elman Qasımov, polis leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Elnur Yusifovun ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon “Məcburi Köçkünlər şəhərciyi” ev 736, blok 11 B və həmin binanın ətrafı müşahidəyə götürülmüşdür. 28 aprel 2022-ci il tarixdə saat təxminən 22:15-də Elnur Yusifovun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon Məcburi köçkünlər şəhərciyi ev 736, blok 11 b-də olduğunu görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Elnur Yusifova üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat aldıqlarını bildirərək şübhəli şəxs qismində tutulacağını izah etmişlər. Bundan sonra Elnur Yusifov şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri ona izah edilərək hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Elnur Yusifova üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirləcəyi izah edilərək üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və predmet olub-olmadığını soruşmuşlar. O əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd büküm çıxarıb təqdim edərək bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda bir bükümdə qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Elnur Yusifovdan aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün baş müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Elnur Yusifovdan yaşadığı mənzildə hər hansı bir qanunsuz əşya əşya və ya narkotik vasitə olub-olmadığını soruşduqda yaşadığı mənzildə özünə məxsus narkotik vasitə olduğunu, həmçinin yaşadığı mənzildə tanışları Rəşad, Pərviz və Akif adlı şəxslərin narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Elnur Yusifova yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirdikdə o buna etiraz etmədiyini bildirmiş, bundan sonra Elnur Yusifov üzərində olan açarla mənzilin qapısını açmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında 3 nəfər şəxsin olduğu müəyyən olunmuşdur. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, X12 və X14 olduqlarını bildirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs, X8 və X2 Yusifovun mənzilində narkotik vasitə qəbul etdiklərini və üzərlərində də narkotik vasitə olduğunu bildirmişlər. Bununla əlaqədar həmin şəxslərə şübhəli şəxs qismində saxlanıldıqlarını bildirib hüquq və vəzifələrinə dair bildiriş və vəkillərinin siyahısını təqdim olunmuşdur. Onların seçdiyi vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxs, X12 və X6 üzərlərinə və mənzilə baxış keçirməyə başlamışlar. Qonaq otağına baxış keçirilən zaman sağ tərəfdə yerləşən masa üzərində istifadə edilmiş şprislər, siqaret qırıntıları aşkar edilmişdir. Həmçinin masa üzərində 2 ədəd büküm aşkar edilmişdir. Elnur Yusifov həmin bükümlərin ona məxsus olduğunu və bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, istifadə edilmiş şprislərdə isə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bükümlər tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram, digər bükümdə olan ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,09 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürəndikdən sonra götürülmüşdür. Daha sonra evin digər otaqlarına baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdən birinin içərsində heroin, digır bükümdə metamfetamin olduğunu bildirərək həmin bükümləri tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,46 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. İki ədəd bükümdə olan həmin kütlələr ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra X5 vəkillin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. X12 özü əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. X12 nəmin bükümlərdən birində heroin, digərində metafetamin olduğunu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. X3 aşkar olunmuş bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra vəkilin iştirakı ilə X6 videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. X14 özü əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərsində heroin, digər bükümdə metamfetamin olduğunu bildirmişdir. Akif Zairov bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Akif Zairovun üzərindən aşkar olunmuş bükümlər kağızla birlikdə tərəziyə qoyulub çəkilib ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şübhəli şəxs qismində tutulmuş şəxsləri Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından X14 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrılmış ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, HK-1/401 №-li material əsasında Azərbaycan Respublikası CM-nin 234.1 və 238.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə, saat 23:10-da ünvan 1 ünvanında tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış, mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Tahir Abbasov mənzilə gəlmiş və vəkil Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əyində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli ketlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,46 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. X9 aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. X13 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 1 ədəd “Samsung A52” markalı mobil telefon, 5 qəpiklik əskinaz və qara rəngli ip aşkar edilərək götürülmüşdür. 5 qəpiklik əskinaz və qara rəngli ip əhəmiyyət kəsb etmədyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 08 may 2022-ci il tarixli 6/2665 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki (Nö5) 01 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,286 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələri” in siyahısına (Siyahı İ ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,412 qram metamfetamin, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,236 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,286 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram metamfetamin ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,236 qram heroin, 1 ədəd bükümdə 0,412 qram metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 571 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunması və tutulduqdan sonra Sumqayıt ŞPİnin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 124- 10640-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə barəsində 730793 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 418 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Xələfşə kəndində qeydiyyatdadır və Sumqayıt şəhəri, 12-ci mkrorayon, X23-1005, bina 736, mənzil 14 ünvanında atası-X20, anası-X7, həyat yoldaşı-X15, qızı-X21, oğlu-X17 ilə birlikdə yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Tahirli Ayan və xx.xx.2015-ci il təvəllüdlü Tahirli Ayxan adlı övladları vardır. İş materiallarında olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 417 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 4106 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,286 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram metamfetamin ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,236 qram heroin, 1 ədəd bükümdə 0,412 qram metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 4189 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayından “narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsin bildirdiyinə görə cinayət işi ibtidai və məhkəmə araşdırılması zamanı dövlət proqramı üzrə gündəlik metadon həmləsini qəbul etməklə yanaşı yenidən narkotik vasitələr əldə edərək istifadə edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən bu hal da nəzərə alınmalı, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Təqsirləndirilən şəxs tutulduğu 2022-ci ilin aprel ayının 28-30-u tarixləri və barəsində axtarış elan olunarkən tutulduğu iyul ayının 19-21 tarixləri ona təyin olunmuş cəzadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,236 qram heroin və 0,412 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-699/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1263 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,236 qram heroin və 0,412 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-699/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-699/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver