Məhkəmə qərarları › İş №1(060)-699/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-699/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-699/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış, hazırda cəza çəkən, Mingəçevir şəhəri Dövlət ittihamçısı1 küçəsi ev 12, mənzil 33-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, 5-ci həyət, A bloku, mənzil 43-də kirayəşin yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədilə 26 may 2022ci il tarixdə saat 07:50-də Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında quraşdırılmış bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs kömək etmək adı ilə yaxınlaşıb, sonuncuya məxsus bank kartını ondan alıb digər bank kartı ilə dəyişdirərək, sonradan dəyişdirdiyi bank kartını bankomata daxil edib, ona bankomatdan pul çıxdıqda kartını və pulunu götürməsini deyib həmin yerdən uzaqlaşmış, daha sonra həmin gün saat 07:54:11-də Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən "xxxx"ın Qubadlı filialının qarşısında quraşdırılan bankomata yaxınlaşıb Zərərçəkmiş şəxs aldığı məlumatlar əsasmda elektron məlumat daşıyıcısı hesab edilən ona "xxxx" tərəfindən verilmiş 4169 **** **** 7628 nömrəli bank kartının informasiya sisteminə qanunsuz daxil olaraq, bankomat vasitəsilə bank kartının bank hesabından Ə.Zərərçəkmiş şəxs məxsus 345 (üç yüz qırx beş) manat pul vəsaitini çıxarıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, insan immun çatışmazlığı xəstəliyindən əziyyət çəkir və İİİ qrup əlildir. Pula ehtiyacı olduğundan xx.xx.2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə səhər saat təxminən 08 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısına getmiş, orada quraşdırılan "xxxx"a məxsus bankomatın qarşısında dayanıb kiminsə ona kartından pul çıxarılmasında köməklik göstərilməsi üçün müraciət etməsini gözləməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra oraya bir nəfər yaşlı kişi yaxınlaşmış, sonra isə ona müraciət edərək onun kartından pulunu çıxardıb ona verməyini xahiş etmişdir. Həmin kişidən yəni, Zərərçəkmiş şəxs kartını alıb, həmin kartın əvəzində küçədən təsadüfən tapdığı başqa bir kartı "xxxx"ın bakomatına daxil etmiş, bunda məqsədi kartı dəyişdirdikdən sonra başqa bir ərazidə həmin kartdakı pulu çıxartmaq olmuş, kartı bonkomata daxil etdikdən sonra isə kartın kodunu həmin şəxsdən soruşmuş, daha sonra onun dediyi kodu bankomatda yığdığı kimi özünü göstərərək həmin şəxsə yəni, Zərərçəkmiş şəxs tələsdiyini deyib ondan bankomatdan pul və kartı çıxdıqda götürməsini deyərək ordan uzaqlaşmışdır. Bundan sonra kartdakı pulu çıxartmaq məqsədilə Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən "xxxx"ın Qubadlı fialının qarşısına gəlmiş, orda kartı bonkamata daxil etdikdən sonra Zərərçəkmiş şəxs öyrəndiyi kodu bankomata daxil etmiş, kartın hesabında 345 manat pul məbləğinin olmasının gördükdə həmin pulu bankomatdan çıxartmışdır. Kartı isə əzib yararsız vəziyyətə salaraq həmin ərazidəki zibil qutusuna atmış, daha sonra isə kartın hesabından çıxartdığı həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmişdir. Əvvəllər də bir neçə dəfə bu cür oğurluq hadisəsi törətmişdir, hazırda cəza çəkir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan yalnız 160 manat ödəmişdir. Himayəsində azyaşlı övladı vardır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqaüdçüdür. Təqaüdündən əlavə Laçın rayonundan məcburi köçkün olduğundan ona aylıq 345 manat sosial müavinət verilir. X11 tərəfindən verilmiş bank kartı vasitəsilə bankomatlardan alır. Sonuncu dəfə 26 may 2022-ci il tarixdə saat təxminən 08 radələrində ona verilən bank kartının bank hesabından pul çıxartmaq üçün Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin bayır tərəfində quraşdırılan bankomata yaxınlaşmış, gözü zəif gördüyündən ona verilən bank kartının bank hesabından pul çıxartmaq üçün özünə məxsus bank kartını bankomatın yaxınlığında dayanmış hazırki təqsirləndirilən şəxsə verib, ondan köməklik göstərməsini, kartdan pulu çıxardıb ona verməsini xahiş etmişdir. Bundan sonra həmin şəxs ondan kartını alaraq kartı bankomata daxil etmiş, sonra ondan PİN kodu soruşduqda özünə məxsus kartın 4 rəqəmli PİN kodunu ona demişdir. Həmin şəxs verdiyi kodu bankomatın ekranında yığdıqdan sonra ona tələsdiyini, bankomatdan pul çıxdıqdan sonra pulunu götürməyini deyib tələsik ordan uzaqlaşaraq çıxıb getmişdir. Bundan sonra bir qədər gözləsə də bankomatdan pulun çıxmadığını görüb, orda olan başqa şəxsdən kartını bankomatdan çıxartmasını xahiş etmiş, həmin şəxs imtina düyməsini basdıqdan sonra bankomatdan ona məxsus "Kapital Bank” tərəfindən verilmiş göy rəngli bank kartının əvəzində, qırmızı rəngli bank kartı çıxmış, bundan sonra ilk olaraq kartını verərək bankomatdan ona məxsus bank kartının bank hesabından pulunu çıxarıb ona verməsində köməklik göstərməsini xahiş etdiyi şəxsin ona məxsus bank kartını, başqa kartla dəyişdirdiyini, başqa yerdən kartının hesabından pul çıxaracağını başa düşdüyündən, bundan dərhal sonra mobil telefonla "xxxx"a məxsus 196 çağrı mərkəzinə zəng vurub kartını bloklatdırmaq istəmişdir. Buna baxmayaraq zənginə cavab verən olmamış, daha sonra isə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən "xxxx"ın filialına müraciət edərək hadisə barədə məlumat vermiş, bu zaman isə xx.xx.2022-ci il tarixdə saat 07:54:11-də Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən "xxxx"ın Qubadlı filialının qarşısında quraşdırılmış bankomat vasitəsilə ona məxsus bank kartının bank hesabından ümumilikdə 345 manat pulun çıxarılmasını öyrənmişdir. Bu səbəbdən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə ərizə ilə müraciət edib bankomat vasitəsilə ona məxsus kartın hesabından pul çıxarıb ələ keçirmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ona dəymiş ziyandan 160 manat ödənilmişdir, qalan pulun ödənilməsini tələb edir. Şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-420/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin 1(012)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 568/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 318 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Dövlət ittihamçısı1 küçəsi, ev 12, mənzil 33 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı-1995-ci il təvəllüdlü X9, oğlu-2015-ci il təvəllüdlüQasımov Rza Rövşən oğlu, qızı-2019-cu il təvəllüdlü X5 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1, 180.1, 180.2.4 və 181.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, X3 məxsus, Kapital Bank’" tərəfindən verilmiş bank kartından 150 manat pulun çıxarılaraq ələ keçirilməsi faktı təsdiqini tapmadığından, fakt üzrə başlanmış cinayət təqibinə və cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, X3 məxsus, "xxxx" tərəfindən verilmiş bank kartından 150 manat pulun Təqsirləndirilən şəxs tərəfindən çıxarılaraq ələ keçirilməsi faktı təsdiqini tapmadığından barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş, yaddaşında 01 (bir) ədəd Sumqayıt Şəhər Polis Şöbəsi (220736217 nömrəli cinayət işi)” adlı fayl, həmin faylın yaddaşında isə 02 (iki) ədəd, birincisi "X4" və ikincisi “X6” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə və bank kartlarının bank hesabından çıxarışa baxış keçirilməsi barədə” protokoldan görünür ki, “X4” adlı faylın yaddaşında “xx.xx.2022” adlı fayl, həmin faylın yaddaşında isə 18 (on səkkiz) ədəd elektron məlumat daşıyıcısı hesab edilən bonkomat vasitəsilə əməliyyat icra edən Təqsirləndirilən şəxs məxsus foto şəkillərin olduğu müəyyən edildi. Bununla bağlı həmçinin "xxxx" tərəfindən ayrıca cədvəl 1 formasında təqdim edilmiş cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus bank kartının bank hesabından çıxarışa baxış keçirildikdə həmin kartın bank hesabından 26 may 2022-ci il tarixdə saat 07:54:11-də 345 (üç yüz qırx beş) manat pulun nağdlaşdırıldığı müəyyən edildi. Baxışda iştirak edən cinayət işi üzrə Təqsirləndirilən şəxs faylın yaddaşındakı fotoşəkillərin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, o ilkin ifadəsində göstərilən xüsusatların doğruluğunu bir daha hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmişdir. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması və zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin davamlılığını, təkrarlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut olan 01 (ədəd) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-699/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1007 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar