Məhkəmə qərarları › İş №1(060)-7/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-7/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-7/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X13, Zərərçəkmiş şəxs və mülki iddiaçı X4 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himaysində 2 azyaşlı övladı var), orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Mubanlı kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan, Azərbaycan Respublikası CM-in 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16.08.2020-ci il tarixdə saat 20:00 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, 17 saylı evin yaxınlığında olan ərzaq dükanının qarşısında tanıdığı X4 onu çağırıdığını zənn edərək ona yaxınlaşıb «mənimləsən» sözünü demiş, Vüsal Haqverdiyev ona sərxoş olduğu üçün evə getməsini və səhər söhbət edəcəklərini bildirib sağ əlini onun çiyninin üstünə qoyduqda xuliqanlıq niyyəti ilə Vüsal Haqverdiyevin çiyninə qoyduğu sağ əlini möhkəm buraraq yumruqla 2 dəfə əlinə vurub aşağı salmaqla və sol tərəfinin döş hissəsini cızmaqla ona sağ mil-bilək oynağının əziyi, hemortozu, sağ əlin V daraq sümüyünün əsasının natamam sınığı, döş qəfəsinin ön səthinin sol yarısının 02 ədəd sıyrığından ibarət xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, daha sonra o cinayət əməlini davam etdirərək həmin günü saat 21:33-də Vüsal Haqverdiyevin yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, 17 saylı evin yaxınlığında saxladığı «Mercedes Benz E-300» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qapısını 03 dəfə təpikləmiş, saat 22:55-də isə etibarnamə ilə idarə etdiyi «Kamaz-55111» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə onun avtomaşını qəsdən 03 dəfə vuraraq sonuncuya 5250 (beş min iki yüz əlli) manat xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla deyil, CM-in 186.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X14 və onun ailə üzvlərini uzun müddətdir ki, tanımaqla, onlar qonşuluqda yerləşən 17 saylı binada yaşayırlar. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 16.08.2020-ci il tarixdə axşam 20:00 radələrində o yaşadığı evin arxasında yerləşən «Nazim» marketə getmişdir. Bir qədər sonra evinə qayıdarkən dükanın yanında Vüsalı idarə etdiyi «Mersedes Benz E-300» markalı avtomobillə dayandığını görmüşdür. Həmin vaxt Vüsal maşının içindən ona söz ataraq «Ayə» sözünü demiş, o da çevrilib sonuncuya «eşidirəm, nə olub» soruşduqda, Vüsal ona «səninlə deyiləm» cavabını vermişdir. O da Vüsala «məndən başqa burada kim var, nədir nə olub? demiş, Vüsal da ona «sən kimsən, nə olub» deyə soruşmuş, o da Vüsala «məni çağıran sənsən, mən öz yolumla gedirəm» cavabını vermişdir. Həmin vaxt Vüsal maşından düşüb onu nalayiq ifadələrlə təhqir edərək yaxınlaşmış, o da Vüsala söyüş söyməməsini, ondan yaşda böyük olduğunu, məhəllədə olduqlarını, camaatın onları eşitdiyini bildirmişdir. Vüsal onu nalayiq ifadələrlə söyüb təhqir edərək getməsini, onu kiminləsə səhv salmamasını bildirmişdir. O da Vüsala «günahkar deyiləm, məni narahat edən sənsən, söyüşlə danışan məni təhqir edən sənsən» sözünü demişdir. Sonuncu da onu itələyərək getməyini deyib söyüb təhqir etmişdir. Həmin vaxt səslərinə Vüsalın atası Abuzər və Azər yaxınlaşmış, Vüsalla birlikdə onu döymüşlər. Bədənin müxtəlif nahiyyələrinə zərbələr endirmişdirlər. Ətrafda olan məhəllə uşaqları onları ayırmışlar. Hətta o qışqıraraq onu döymək istəsələr yenə də döymələrini demişdir. Lakin o səbəbsiz yerə döyülmüşdür. Daha sonra o, Vüsalın nömrəsini götürmüş, məqsədi münasibətlərini aydınlaşdırmaq olmuşdur. Onlardan ayrılıb yaşadığı binanın qarşısına gəlmiş, orada təxminən 10-15 dəqiqə dayanıb nə üçün səbəb olmadan Vüsal və qohumları tərəfindən günahsız yerə döyülməyini düşünmüşdür. Daha sonra, o səbəbsiz döyülməyini qəbul edə bilmədiyi üçün bu məsələni aydınlaşdırmaq və açıqlama dinləmək üçün həmin gün saat 21:00 radələrində yenidən Vüsalın yaşadığı məhəlləyə gələrək onların blokunun qarşısından Abuzəri qışqıraraq səsləməyə başlamışdır. Əlavə edir ki, Abuzərgil 1-ci mərtəbə yaşayır. Belə ki, o qışqıraraq Abuzərin çölə çıxmasını nə üçün səbəbsiz onu döymələrini izahını verməsini istəmişdir. Həmin vaxt Vüsalın idarə etdiyi avtomobili də evin qarşısında dayanmışdır. O Abuzərgilin evindən çölə heç kim çıxmadığını görüb, əsəbindən Vüsalın maşının sağ tərəfinə bir dəfə təpiklə vurmuşdur. Vurmasına səbəb də həmin maşının içində Vüsal oturub özünü lovğa aparması olmuşdur. Həmin vaxt xatırlamadığı məhəllə uşaqları yaxınlaşıb onu sakitləşdirmişlər. Həmin vaxt Vüsal, Abuzər və Azər evdən çölə çıxaraq onu nalayiq ifadələrlə söyüb təhqir edərək üzərinə gəlib onu yumruq və təpiklə döyməyə başlamışlar. Həmin vaxt məhəllədə olan xatırlamadığı şəxslər onları ayırmışlar və o da getsə də yenə də öz-özünə nə üçün Vüsal və onun ailə üzvülərinin, günahı olmadığı halda döymələrini düşünmüşdür. Həmin gün, saat 22:30 radələrində o taksi tutaraq təmirdə olan «Kamaz» markalı avtomaşınını səhər işə getməsi üçün götürmək üçün Sumqayıt şəhərinin çıxışında dairənin yaxınlığında olan sexə getmişdir. Sexdən «Kamaz» markalı avtomaşınımı götürərək saat 23:00 radələrində yenidən yaşadığı məhəlləyə getmiş, məhəlləyə dönəndə yaşadığı 15 saylı binanın başında o Azəri görüb maşını saxlamış və ona yaxınlaşıb salamlaşmışdır. O Azərə «məni nə üçün, nə səbəbə döydünüzü bilmirəm, biz burada qonşuyuq, siz məndən yaşda balacasınız, nə oldu qurtardı, ancaq məni niyə döydünüz bunun səbəbini deyin, bundan da iş qurtarsın» sözünü demişdir. Həmin vaxt baş nahiyəsinin sol tərəfindən kiminsə bir dəfə yumruqla və sol ayağına təpiklə vurmuş, o yerə yıxılmışdır. O ayağa duranda onu vuran Vüsal olduğunu görmüşdür. Həmin vaxt məhəllədə olan xatırlamadığı şəxlər yenədə onlara yaxınlaşıb ayırmışlar. Azər onu vurmamış, bu dəfə kənardan dayanıb baxmışdır. O bu hərəkətlərə əsəbləşərək yenidən «Kamaz» markalı avtomobilinə minmiş, lakin həmin zaman artıq özündə olmamışdır. Maşını döndərib məhələdən çıxıb getmək istədikdə Vüsalgilin yaşadığı binalarının qarşısında saxladığı avtomobilin sol qabaq hissəsinə maşını qabaq hisəsi ilə əsəbi olduğu üçün qəsdən deyil, təsadüfən vurmuşdur. Vüsalın maşınının sol qabaq hissəsi yararsız hala düşmüşdür. 16.08.2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı binanın arxa tərəfində yerləşən «Nərmin» marketin yanında aralarında baş vermiş mübahisə zamanı ilk növbədə onu Vüsal itələmiş, yumruqla baş nahiyəsinə bir dəfə vurmuş, daha sonra Azər təpiklə sağ ayağına vurmuş, o yerə yıxılmışdır. Bundan sonra, o yerdə olarkən Azər, Vüsal, Abuzər onu bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşlar. 16.08.2020-ci il tarixdə, saat 21:00 radələrində 17 saylı binanın qarşısında aralarında baş vermiş mübahisə zamanı ilk növbədə Vüsal baş nahiyəsinə bir dəfə yumruqla möhkəm vurmuş, daha Azər qarnına bir dəfə təpik vurmuş, bir dəfə yumruqla baş nahiyəsinə vurmuşdur. Atası Abuzər yaxasından tutub, bir dəfə yumruqla baş nahiyəsinə vurmuşdur. 16.08.2020-ci il tarixdə, saat 23:00 radələrində baş vermiş hadisə zamanı onu Vüsal yumruqla baş nahiyəsinə, təpiklə ayağına vurmuş, başqa onu heç kim vurmamış, döyməmişdir. 16.08.2020-ci il tarixdə, saat 20:00 radələrində baş vermiş hadisə zamanı içkili olmamış, Vüsalın əlini burmamış, əlini sındırmamış, onun döş qəfəsini cızmamış, ümumiyyətlə Vüsalı döyməmişdir. Həmin gün o ümumiyyətlə heç kimi döyməmiş, vurmamışdır. Əksinə onu Vüsal, Azər, Abuzər döymüşlər. 16.08.2020-ci il tarixdə saat 21 radələrində qardaşı Etiram və qardaşı oğlu Anarı görmədiyini, qardaşı Etiramın onu döyməmişdir. Özündə olmayaraq təsadüfən Vüsalgilin maşını idarə etdiyi «Kamaz» markalı avtomobillə vurmuşdur. Onların maşınını qəsdən vurmamışdır. Vüsalın əlini o zədələməmişdir. Vüsal onu başından vuran zaman zərbənin təsirindən əli həmin zədəni almışdır. Bundan başqa, əlvə edir ki, həmin gün axşam qardaşı onu avtomobillə aparmaq üçün maşına təkidlə əyləşdirsə də onu vurmamış və xəsarət yetirməmişdir. Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxs ifadəsində dəqiqləşdirmə apararaq Vüsalın maşınını 2 dəfə təpiklə əzdiyini, 3 dəfə isə Kamaz markalı yük maşını ilə vurduğunu və hadisənin səhəri günü onların görüşərək ilk əvvəl maşını düzəltməyi barədə razılığa gəlsələr də daha sonra razılaşma olmamış və barəsində şikayətçi olmuşdurlar. Hazırda avtomobilə dəyən 5250 manat ziyanı üzrə bankda hesab açaraq həmin hesaba pulu köçürmüş və pulun alıcısı olaraq Vüsalın adını qeyd etmiş, sonuncu istədiyi vaxt həmin pulu götürə bilər, bu halı da Məhkəməyə təqdim etdiyi qəbzlər təsdiq edir. Təqsirləndirilən şəxs son sözündə cəza təyin edilərkən zərərçəkmişə dəyən maddi ziyanı ödəməsini üçün pulun zərərçəkmiş şəxsin adına olan bank hesabına köçürülməsini, sonuncu ilə dəfələrlə barışığa cəhd etməsini, himayəsində iki azyaşlı övladının olmasını, Vüsala heç bir xəsarət yetirmədiyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və mülki iddiaçı X14 ifadəsində bildirdi ki, 2018-ci ilin yay aylarında alınmış “Mercedes Benz E-300” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını qardaşı Eldəniz Haqverdiyevin adına olsa da, həmin tarixdən ona sonuncu sürmək üçün etibarnamə vermiş və maşını həmin tarixdən idarə edir, maşının bütün xərclərini özü qarşılayır. Təqsirləndirilən şəxs təxminən 20 ilə yaxındır tanıyır, o qonşu binada yaşayır, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 16.08.2020-ci il tarixdə saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes Benz E-300 markalı **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi K.Kərimov küçəsi 17 saylı evin yaxınlağında olan ərzaq dükanının qarşısında saxlamışdır. Avtomobildə tək olmuşdur. Həmin vaxt onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq «mənimləsən» sözünü demişdir. Sonuncunun nəfəsindən kəskin spirtki içki iyinin gəldiyini hiss etmiş və güclə ayaq üstə dayanmışdır. O da Etirana «səninlə deyiləm» sözünü deyib getməsini, içkili olduğunu, səhər söhbət edəcəklərini bildirib onu yola salıb getməsi üçün sağ əlini onun çiyninin üstünə qoymuşdur. Etiran isə ona «sən məni yola verirsən» bildirdikdə, o da getməsini demişdir. Bu vaxt Etiran əli ilə onun çiyninə qoyduğu sağ əlini heç bir əsaslı səbəb olmadan möhkəm buraraq çiynindən aşağı salıb buraxaraq yumruqla 2 dəfə əlinin üzərindən vurmuş və bundan sonra da sol tərəfinin döş hissəsini də çızmışdır. O isə Etiranın sərxoş olduğunu bildiyi üçün sonuncuya qarşılıq verməmişdir. Nəticədə onun sağ əli sınsa da həmin vaxt ağrı hiss etməmişdir. Həmin vaxt atası və qardaşı da onlara doğru yaxınlaşmış, hadisəni şahidi olmuşdurlar. Etiran ondan istifadəsində olan mobil telefon nömrəsini istəmişdir. O da ona öz mobil telefon nömrəsini vermişdir. Etiran ona əl-qol atmağa başlayanda həmin vaxt atası Abuzər və qardaşı Azər onlara yaxınlaşıb onu evə aparmışlar. Avtomobil isə dükanın qarşısında olduğu üçün atası maşını işə salıb məhlələrinin qarşısında saxlamışdır. Atası Abuzər maşını ona verməmiş, Etiranın ona zəng edəcəyini bildiyi üçün mobil telefonunu da əlindən alıb onu çölə qoymamışdır. Həmin gün saat 21:00 radələrində Etiran yaşadığı evin qarşısına gələrək səs-küy salıb onu səsləmiş, o və atası Abuzər səsə pəncərədən həyətə baxdıqda Etiranın avtomobilin sağ iki qapısını təpiklədiyini, qışqıraraq atası Abuzərin adını 2 dəfə çəkərək yanına çağırdığını, əlində mobil telefonla onun mobil telefonuna zəng edərək «kişi deyilsən telefonu aç» sözünü dediyini görmüş və eşitmişdir. Həmin vaxt telefonu sönülü olmuşdur. O atasından evin açarını alıb qapını açaraq aşağıya düşmüş, Etiranı yanına çağırmışdır. Etiran isə onu görüb nalayiq ifadələrlə söyüb təhqir etməklə qaçmışdır. Etiran qaçarkən 15 saylı binanın başında sonuncunun hərəkəltərindən xəbər tutub gələn qardaşı Ehtiram və qardaşı oğlu Anar Hüseynov onu tutub saxlamışlar. Həmin vaxt Etiram Etirana «sən kimsənki Abuzərgillə dalaşırsan» sözünü demişdir. Etiran da Etiramın ailəsinin ünvanına təhqiramiz ifadələr söymüş, bu səbəbdən Etiram Etiranın baş və sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq qardaşı Anar Hüseynovla birlikdə gəldiyi qara rəngli «VAZ 2109» markalı avtomobilə salıb onu Ehtiramın yaşadığı məhələdə yerləşən qarajlara tərəf aparmışlar. Bildiyinə görə orada da Etiram Etiranı döymüşdür. Etiran Etirama onlarla işi olmayacağı barədə söz vermişdir. Ehtiram da ona inanıb Etiranı buraxmış, lakin Etiran onu aldadaraq saat 23 radələrində idarə etdiyi «Kamaz» markalı avtomobillə onların məhlələrinə gələrkən qardaşı Şahid1lə 15 saylı binanın başında rastlaşmış və «Kamaz»dan düşərək Azərlə nəsə barədə söhbət etməyə başlamışdır. Həmin vaxt o onlara yaxınlaşdıqda Etiran onu görüb tez idarə etdiyi «Kamaz» markalı avtomobilə minərək maşını işə salıb yaşadığı evin qarşısında saxladığı, idarə etdiyi «Mersedes Benz» markalı avtomobilin üzərinə sürərək məhəlləni 3-4 dəfə dairə etməklə qəsdən 3-4 dəfə maşınına vurub maşını yararsız hala salaraq getmişdir. Bundan sonra, onun sağ əli də şişməyə başladığından və ağrılar olduğundan o, Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, sağ əli sınmışdır. Hadisə vaxtı o, atası Abuzər, qardaşı Azər Təqsirləndirilən şəxs vurmamışlar, döyməmişlər, Etiran həmin vaxt sərxoş olmuşdur. Təqsirləndirilən şəxs ona bədən xəsarəti yetirərkən yanında atası Abuzər, qardaşı Azər olmuş, yaxınlıqda isə qonşu binada yaşayan Şahid3 və digər hazırda xatırlamadığı şəxslər olmuşlar. Etiranın onun maşınını yararsız hala saldığını o, atası Abuzər, qardaşı Azər, qonşuları Elşad, qonşu binada yaşayan Nəcəf görmüşlər. Təqsirləndirilən şəxs bu qanunsuz hərəkətləri nəticəsində aldığı xəsarətin müalicəsinə görə 800 manat xəcləmiş, avtomobilə dəyən zərər 5240 manat, işləmədiyi müddət ərzində 6000 manat gəlirindən məhrum olmuş, ümumilikdə 12040 manat maddi, 10000 manat mənəvi zərər dəymişdir. Hazirda Təqsirləndirilən şəxs dəymiş maddi zərər görə 12040 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbi vardır. İddia tələbində olan maddi zərər, yəni 12040 manat təqsirləndirilən şəxs ödənildiyi təqdirdə barışa bilər, lakin təqsirləndirilən şəxs ona aztəklif etdiyi məbləğ onu qane etmir. Həmçinin, təqsirləndirilən şəxsi nə o, nə də ki, digər ailə üzvləri döyməmiş və xəsarət yetirməmişdir.Təqsirləndirilən şəxsin ifadəsində göstərilənlər həqiqəti əks etdirməmişdir. Hazırda təqsirləndirilən şəxsin onun adına olan hesaba ödədiyi 5250 manat məbləğlə razı deyil, təqsirləndirilən şəxs barəsində qanunauyğun cəza verilməsini və mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16.08.2020-ci il tarixdə saat 20:00 radələrində Vüsal etibarnamə ilə idarə etdiyi Mercedes Benz E-300 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadıqları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi K.Kərimov küçəsi 17 saylı evin yaxınlağında olan ərzaq dükanının qarşısında saxlamışdır. Vüsal maşında tək olmuşdur. Həmin vaxt o atası Abuzərlə birlikdə onun yanından keçərkən görmüşlər ki, Vüsalla Etiran mübahisə edir, Etiran sərxoşdur, Vüsal sağ əlini onun çiyninin üstünə qoyub çıx getməsini içkili olduğunu demişdir. Həmin vaxt Etiran da Vüsalın mobil telefon nömrəsini istədiyi üçün Vüsal ona mobil telefon nömrəsini vermişdir. Etiran Vüsala onunla əlaqə saxlayacağını və Vüsalın çiyninə qoyduğu sağ əlini möhkəm buraraq yumruqla 2 dəfə əlinə vurub aşağı salmış, sol tərəfinin döş hissəsini də cızmışdır. Nəticədə Vüsalın sağ əli sınmışdır. Daha sonra Etiran Vüsala onu yola verdiyini demişdir. Vüsal da ona çıxıb getməsini bildirmişdir. O və atası Abuzər Vüsalı götürüb evə aparmışlar. Etiran da çıxıb getmişdir. Avtomobil isə dükanın qarşısında olduğu üçün atası Abuzər özü Vüsaldan maşının açarını alıb gedib maşını işə salıb gətirib məhlələrində blokun qarşısında saxlamışdır. Atası Abuzər maşını Vüsala verməmiş, onun mobil telefonunu da əlindən alıb onu çölə qoymamışdır. Çünki bilirdi ki, Etiran ona zəng edəcək. Həmin gün saat 21:00 radələrində atası Abuzər və qardaşı Vüsal pəncərədən həyətə baxdıqda görmüşlər ki, Etiran evin qarşısında saxladıqları avtomobilin sağ iki qapısını təpikləyir və qışqıraraq atası Abuzərin adını 2 dəfə çəkərək yanına çağırır və əlində mobil telefonla Vüsalın mobil telefonuna zəng edərək deyir ki, kişi deyilsən telefonu aç. Həmin vaxt Vüsalın telefonu sönülü olmuşdur. Vüsal atasından evin açarını alıb qapını açıb aşağıya düşüb Etiranı yanına çağırmışdır. Etiran isə onu görüb nalayiq ifadələrlə söyüb təhqir etməklə qaçmışdır. Etiran qaçarkən binanın başında qardaşı Ehtiram və qardaşı oğlu Anar Hüseynov onu tutub saxlamışlar. Həmin vaxt Ehtiram Etirana «sən kimsənki Abuzərgillə dalaşırsan» sözünü demişdir. Etiran da Ehtiramın arvadını söymüşdür. Bu səbəbdən Ehtiram Etiranın baş və sifət nahiyələrinə bir neçə dəfə yumruqla möhkəm vuraraq qardaşı oğlu Anar Hüseynovla birlikdə gəldiyi qara rəngli «VAZ 2109» markalı avtomobilə salıb onu Ehtiramın yaşadığı məhələdə yerləşən qarajlara tərəf aparmışlar, orada da Ehtiram Etiranı döymüşdür. Etiran Ehtirama söz vermişdir ki onlarla işi olmayacaq. Ehtiram da ona inanıb Etiranı buraxmış, lakin Etiran onu aldadaraq saat 23 radələrində Etiran idarə etdiyi «Kamaz» markalı avtomobillə onların məhlələrinə gələrkən onunla rastlaşmış və «Kamaz»dan düşərək ona yaxınlaşıb «indi söhbətimiz bağlandı, sabah danışarıq» sözünü demişdir. O da Etirana «yaxşı get sabah danışarıq» cavabını vermişdir. Həmin vaxt Vüsal onlara yaxınlaşdıqda Etiran onu görüb tez idarə etdiyi «Kamaz» markalı avtomobilə minərək maşını işə salıb yaşadıqları evin qarşısına gələrək məhəllə 4 dəfə dairə vurub Vüsalın idarə etdiyi «Mersedes Benz» markalı avtomobilin üzərinə qəsdən 4 dəfə sürərək vurub maşını yararsız hala salmışdır. Daha sonra isə çıxıb getmişdir. Bundan başqa Vüsalın sağ əli də şişməyə başladığından və ağrılar olduğundan o, Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Hadisə vaxtı Etiran Vüsalın sağ əlini buraraq yumruqla 2 dəfə sağ əlinə vurmuş, nəticədə onun sağ əli sınmışdır. Hadisə vaxtı o, atası Abuzər və qardaşı Vüsal Təqsirləndirilən şəxs vurmamışlar, döyməmişlər. Təqsirləndirilən şəxs hadisə vaxtı spirtli içkili olmuşdur. Təqsirləndirilən şəxs Vüsala bədən xəsarəti yetirərkən yanlarında o, atası Abuzər, yaxınlıqda isə qonşu binada yaşayan Şahid3 və digər hazırda xatırlamadığım şəxslər olmuşlar. Etiranın Vüsalın maşınını yararsız hala saldığını o, atası Abuzər, qardaşı Vüsal, qonşusu Elşad, qonşu binada yaşayan Nəcəf, həmin vaxt həyətdə olan və binaların eyvanından, pəncərələrindən baxan hazırda xatırlamadığı şəxslər görmüşlər. Məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X8 tanıyır, qonşu binada yaşayır. Təqsirləndirilən şəxs Etibar oğlunu uzun müddətdir ki, tanıyır. O da digər qonşu binada yaşayır. Hadisə baş verən zaman o ağacın altında oturmuşdur. 16.08.2020-ci il tarixdə saat 20 radələrində o yaşadığım binanın yaxınlığında yerləşən ərzaq dükanının yanında olan oturacaqda tək əyləşmişdir. Həmin vaxt görmüşdür ki, Vüsal idarə etdiyi Mercedes Benz E-300 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında dayanıbdır, yanında Təqsirləndirilən şəxsdur, Etiran Vüsalla mübahisə edir, onun hərəkətlərindən görünürdü ki, Etiran sərxoşdur. Onlar yavaş-yavaş onun yanına yaxınlaşdıqda görmüşdür ki, Vüsal sağ əlini onun çiyninin üstünə qoyub Etirana içkili olduğu üçün çıxıb getməsini demişdir. Həmin vaxt Etiran da Vüsalın mobil telefon nömrəsini istədiyi üçün Vüsal ona mobil telefon nömrəsini vermişdir. Etiran Vüsala demişdir ki, onunla əlaqə saxlayacaq və Vüsalın çiyninə qoyduğu sağ əlini möhkəm buraraq yumruqla 2 dəfə əlinə vurub aşağı salmışdır, sol tərəfinin döş hissəsini də çızmışdır. Daha sonra Etiran Vüsala «məni yola verirsən» sözünü demiş, Vüsal da ona çıxıb getməsini bildirmişdir. Həmin söhbət zamanı Vüsalın atası Abuzər və qardaşı Azərdə onlara yaxınlaşıb Vüsalı götürüb evə aparmışlar. Etiran da çıxıb getmişdir. Həmin gün saat 21:00 radələrində o həyətdə olaraq 15 saylı binanın tinində siqaret çəkərkən görmüşdür ki, Etiran Vüsalgilin məhləsinə gəlib uca səslə Vüsalın atası Abuzəri çağırmağa başlamış, qulağında mobil telefonla kiməsə zəng etmiş və «kişi deyilsən telefonu aç» sözünü demişdir. Vüsagildən çölə heç kim çıxmadığı üçün Etiran Vüsalgilin evin qarşısında saxladıqları avtomobilin sağ iki qapısını təpikləmiş və yenə də qışqıraraq Abuzəri çağırmışdır. Bir neçə dəqiqədən sonra görmüşdür ki, Vüsal evdən çölə çıxmış, Etiran da onu görüb nalayiq ifadələrlə söyüb təhqir etməklə qaçmışdır. Etiran qaçarkən binanın başında qardaşı Ehtiram və qardaşı oğlu Anar Hüseynov onu tutub saxlamışlar. Ehtiram Etirana «sən kimsən Abuzərgilnən dalaşırsan» sözünü demiş, Etiran da Ehtiramı söyüb əlini çəkməsini bildirmişdir. Bu səbəbdən də Ehtiram onun bədənin baş, sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq onu döymuş, daha sonra qardaşı oğlu Anar Hüseynovla birlikdə gəldiyi qara rəngli, «VAZ 2109» markalı, dövlət qeydiyyat nişanın sonu 206 olan avtomobilə mindirib Ehtiram yaşadığı yaxınlıqdakı məhlənin qarajlarına tərəf aparmışlar. O orada nə baş verdiyini görməmiş, özü də evə tərəf getmişdir. Həmin gün axşam saat 23:00 radələrində o məhəllədə olarkən, Etiran idarə etdiyi «Kamaz» markalı avtomobillə qardaşı Ehtiramın yaşadığı məhəllədən çıxaraq Vüsalgilin məhəllərinə tərəf gələrək Vüsalgilin yaşadıqları evin qarşısında saxladıqları «Mersedes Benz» markalı avtomobilin üzərinə sürüb 3-4 dəfə məhəlləni dairə etməklə hər dəfə vurub maşını yararsız hala salmışdır. Daha sonra isə çıxıb getmişdir. Bundan başqa Vüsalın sağ əli sındığından o Sumqayıt şəhər TTYX-na getmişdir. Hadisə vaxtı Etiran Vüsalın sağ əlini buraraq yumruqla 2 dəfə sağ əlinə vurmuş, nəticədə güman edir ki, onun sağ əli sınmışdır. Hadisə vaxtı Vüsal, atası Abuzər və qardaşı Azər Təqsirləndirilən şəxs vurmamışlar, döyməmişlər. Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs Vüsala bədən xəsarəti yetirərkən, eləcə də idarə etdiyi «Kamaz» markalı avtomobillə sonuncunun «Mersedes Benz» markalı vurub yararsız hala salmasını o, məhəllə uşaqları Şahid4, Vüsalın atası Abuzər, qardaşı Azər və məhəllədə olan digər hazırda xatırlamadığı şəxslər görmüşdür. Məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Vüsal oğludur. 16 avqust 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində oğlu Vüsal öz avtomobilini onların binasının yanında olan ərzaq mağazasının yanında saxlamışdır. O digər oğlu ilə oradan keçən an görmüşdür ki, Ehritan oğlu Vüsalla mübahisə edir. Həmin vaxt Vüsal sağ əlini Etiranın çiyninə qoyaraq “içkilisən, get” demişdir. Həmin zaman Ehitran Vüsaldan onun telefon nömrəsini istəmiş, oğlu Vüsal da Etirana telefon nömrəsini vermiş, Etiran Vüsala onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra, Etiran Vüsalın onun çiyninə qoyduğu sağ əlini möhkəm buraraq aşağı salıb buraxaraq Vüsalın əlinin üzərindən iki dəfə vurmuşdur. Daha sonra, Etiranı Vüsaldan aralanmış, onlar da hadisənin böyüməsinə imkan verməmiş və Etiran həmin yeri tərk etmişdir. Sonra o, oğlu Vüsalda avtomobilin açarını alaraq avtomobili yaşadıqları binanın qarşısında sürüb saxlamışdır. Bundan sonra, isə Vüsalın mobil telefonunu alaraq mübahisə yaranmasın deyə evə aparmışdır. Lakin onlar evə getdikdən sonra, Etiran evinin qarşısına gələrək oğlunu və onu səsləyib çölə çıxmasını tələb edib avtomobilini təpiklə vuraraq onlara qarşı nalayiq ifadələr işlədiyini görmüşlər. Bu zaman Vüsal ondan açarı alaraq aşağı, həyətə düşmüş və Etiranı yanına çağırmışdır. Etiran isə Vüsalı görən zaman ona qarşı nalayiq ifadələr işlətmiş və oradan qaçmışdır. Etiran oradan qaçan zaman 15 saylı binanın qarşısında Etiranın qardaşı Etiram və qardaşı oğlu Anar Hüseynov onu saxlamışlar. Həmin vaxt isə Etiram Etirana “sən kimsən ki, Abuzərgillə dalaşırsan?” sözünü demişdir. Etiran isə buna cavab olaraq Etirama qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də Etiram Etiranın bir neçə dəfə yumruqla vurmuşdur. Daha sonra, Etiran sakitləşməyərək idarə etdiyi “KAMAZ” markalı yük avtomobili ilə binanın qarşısına gələrək oğlu Vüsala məxsus avtomobili 3-4 dəfə dövrə vuraraq vurmuş və avtomobilə ciddi ziyan yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərin həqiqəti əks etdirmədiyini, hadisəni təhrif edib danışdığını, Etiranı nə o, nə də ki, ailə üzvüləri döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X8 tanıyır, o onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs Etibar oğlunu uzun müddətdir ki, tanıyır. O da digər qonşu binada yaşayır. 16.08.2020-ci il tarixdə saat 21 radələrində o evdə olarkən həyətdən səs-küy eşidib eyvana çıxdıqda görmüşdür ki, qonşu binada yaşayan Təqsirləndirilən şəxs qonşuları Vüsal Haqverdiyevin evin qarşısında saxladığı Mercedes Benz E-300 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında dayanıb uca səslə Vüsalın atası Abuzəri çağırır, qulağında mobil telefonla kiməsə zəng edir və deyir ki, kişi deyilsən telefonu aç. Vüsagildən çölə heç kim çıxmadığı üçün Etiran Vüsalgilin evin qarşısında saxladıqları avtomobilin sağ iki qapısını təpikləmiş və yenə də qışqıraraq Abuzəri çağırmışdır. Bir neçə dəqiqədən sonra görmüşdür ki, Vüsal evdən çölə çıxmış, Etiran da onu görüb nalayiq ifadələrlə söyüb təhqir etməklə qaçmışdır. Etiran qaçarkən binanın başında qardaşı Ehtiram və qardaşı oğlu Anar Hüseynov onu tutub saxlamışlar. X33 nəsə demiş, daha sonra isə Etiram Etiranı bədənin baş, sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq onu döyüb qardaşı oğlu Anar Hüseynovla birlikdə gəldiyi qara rəngli, «VAZ 2109» markalı, dövlət qeydiyyat nişanın görmədiyi avtomobilə mindirib onu qardaşı Ehtiramın yaşadığı yaxınlıqdakı məhlənin qarajlarına tərəf aparmışlar. O orada nə baş verdiyini görməmiş və evə keçmişdir. Həmin gün axşam saat 23 radələrində o evdən həyətə düşmüş və məhəllədə olarkən görmüşdür ki, Etiran idarə etdiyi «Kamaz» markalı avtomobillə qardaşı Etiramın yaşadığı məhəllədən çıxaraq onların məhəllələrinə tərəf gələrkən bina ilə üzbə-üz yerləşən 15 saylı binanın başında saxlayaraq maşından düşüb orada dayanan Vüsalın qardaşı Azərə yaxınlaşıb söhəb etmişlər. Nə barədə söhbət etdiklərini bilməmişdir. Həmin vaxt görmüşdür ki, Vüsal da həyətdədir, Etirana tərəf gedir, Etiran da Vüsalı görüb tez idarə etdiyi «Kamaz» markalı avtomobilə əyləşib avtomobili işə salaraq Vüsalgilin yaşadıqları evin qarşısında saxladıqları «Mersedes Benz» markalı avtomobilin üzərinə sürüb 4 dəfə məhəlləni dairə etməklə 4 dəfə qəsdən vurub maşını yararsız hala salmışdır. Daha sonra isə çıxıb getmişdir. Bundan başqa Vüsalın sağ əli sındığını görüb nə baş verdiyini ondan soruşduqda, sonuncu ona demişdir ki, Etiran onun əlini sındırıbdır. Bu səbəbdən Vüsal Sumqayıt şəhər TTYX-na getmişdir. Etiranın Vüsalı vurduğunu, döydüyünü görməmiş, bu haqda Vüsaldan sonra eşitmişdir. Azər, Abuzər, Vüsalın hadisə vaxtı Təqsirləndirilən şəxs vurduqlarını görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Kamaz» markalı avtomobillə Vüsalın idarə etdiyi «Mersedes Benz» markalı qəsdən vurub yararsız hala salmasını o, məhəllə uşaqları Şahid3, Vüsal, atası Abuzər, qardaşı Azər və məhəllədə olan digər hazırda xatırlamadığı şəxslər görmüşlər. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin şifahi vəsatəti əsasında şahid qismində cəlb edilərək dindirilmiş X18 məhkəmə prosesində verdiyi ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi tarixi dəqiqliklə xatırlamasa da, hadisə axşam radələrində baş vermişdir. Axşam radələrində qardaşı Təqsirləndirilən şəxs ona təlaşla zəng etmiş, o qardaşından nə baş verdiyini soruşduqda qardaşı ona dava düşdüyünü və onun yanına gəlməsini bildirmişdir. Daha sonra o qardaşının yanına getmiş, qardaşının yolun qırağında dayandığını görmüş və ondan nə baş verdiyini soruşmuşdur. Qardaşı ona cavab olaraq qonşuqulda yaşayan Abuəzrin oğullarının 5-10 nəfərlə birlikdə onun üzərində hücum çəkərək onu döydüyünü bildirmişdir. O qardaşına onu orada gözləməsini bildirib, Vüsal ilə Abuzərin olduğu yerə getmiş, onların pilləkan meydançasında dayandığını görmüş və niyə belə bir hadisənin baş verdiyini soruşmuş, Vüsal isə cavabında ona bildirmişdir ki, o dava etdiyi şəxsin onun qardaşı olduğunu bilməmişdir. Bu zaman Vüsalın atası Abuzər Vüsalı onun yanında danlayaraq yanlış etdiyini bildirmiş, bu hadisə ilə bağlı uşaqlarını danlayacağını bildirmişdir. O daha sonra qardaşı ilə birlikdə evə qayıtmışdır. Lakin bundan sonra qardaşı ona xəbər vermədən tək başına evdən Vüsalın yanına getmiş və yenidən dalaşmışlar. O bundan xəbəri olan kimi dərhal qardaşının yanına getmiş və qardaşını evə geri gətirmişdir. Həmin zaman Vüsal onun qardaşına yumruq zərbəsi endirmişdir, sonra isə Vüsal maşına əyləşib getmiş, o da qardaşını maşına əyləşdirib aparmışdır. Lakin qardaşı daha sonra yenidən sürdüyü yük maşınına əyləşərək Vüsalgilin həyətlərinə doğru getmiş və orada avtomobili əzmişdir. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş X20 ifadəsində bildirmişdir ki, 16 avqust 2020-ci il tarixdə o işlədiyi kafedə olmuşdur. Hadisənin üzərindən vaxt keçdiyi üçün tarixi dəqiqliklə xatırlamasa da, bazar günü olmuşdur. O, Etiranın qardaşı Ehtiramın onu vuraraq avtomobilə əyləşdirdiyini görmüşdür. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş X9 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə qeyd olunan avtomobil sənəd üzərində onun mülkiyyətindədir. Lakin həmin avtomobili onun qardaşı Vüsal idarə edir və avtomobil faktiki olaraq ona məxsusdur. Cinayət işi üzrə avtomobilin təmir xərclərinin hamısını da Vüsal özü qarşılamışdır. Onun özünün mülkiyyətində ayrı, özünə məxsus avtomobili vardır. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş məhkəmə tibb eksperti X25 ifadəsində X4 məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərinə və qərarda qoyulan suallara baxaraq sonuncunun bədəni üzərində sağ mil-bilk əziyi oynağının əziyi, hemotrtozu, Sağ əlin V daraq sümüyünün əsasının natamam sınığı, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd sıyrığından ibarət xəsarətlərin olmasını müəyyən edildiyini, qeyd olunan xəsarətlərin küt əşya təsirindən törəndiyini, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ biləcəyini, müddəti zərərçəkmiş şəxsin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsində müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 16.08.2020-ci il tarixə uyğun gəldiyini və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edildiyini, bununla bağlı ekspert rəyini də o verdiyini göstərmişdir. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsində bildirmişdir ki, X8 tanımaqla, onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs Etibar oğlunu uzun müddətdir ki, tanıyır, o da digər qonşu binada yaşayır. 16.08.2020-ci il tarixdə saat 21 radələrində o evdə olarkən səs-küy eşidib yaşadığı evin açıq pəncərəsindən çölə baxdıqda görmüşdür ki, qonşu binada yaşayan Təqsirləndirilən şəxs Vüsal Haqverdiyevin evin qarşısında saxladığı Mercedes Benz E-300 markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında dayanıb uca səslə Vüsalın atası Abuzəri çağırır, qulağında mobil telefonla kiməsə zəng edir və deyir ki, kişi deyilsən telefonu aç. Daha sonra Etiran Vüsalgilin evinin qarşısında saxladıqları avtomobilin sağ iki qapısını təpikləmiş və qışqıraraq Abuzəri çağırmışdır. Bir neçə dəqiqədən sonra Vüsal həyətə düşmüş və Etiran da onu görüb qışqıraraq, nalayiq ifadələrlə söyüb təhqir etməklə qaçmışdır. Etiran qaçarkən binanın başında qardaşı Etiram və qardaşı oğlu Anar Hüseynov onu tutub saxlamışlar. O görmüşdür ki, X33 nəsə demiş, daha sonra isə Ehtiram Etiranı bədənin baş, sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq onu döymüş, daha sonra qardaşı oğlu Anar Hüseynovla birlikdə gəldiyi qara rəngli, «VAZ 2109» markalı, dövlət qeydiyyat nişanın görmədiyi avtomobilə mindirib onu qardaşı Etiramın yaşadığı yaxınlıqdakı məhlənin qarajlarına tərəf aparmışlar. O orada nə baş verdiyini görməmiş və evə keçmişdir. Həmin gün axşam saat 23 radələrində o evdə olarkən yenədə səs-küy eşidib yaşadığı evin açıq pəncərəsindən çölə baxdıqda görmüşdür ki, Etiran idarə etdiyi «Kamaz» markalı avtomobillə Vüsalgilin evin qarşısında saxladıqları «Mersedes Benz» markalı avtomobilin üzərinə sürüb 4 dəfə məhəlləni dairə etməklə 4 dəfə qəsdən vurub maşını yararsız hala salmışdır. Daha sonra isə çıxıb getmişdir. Həmin vaxt onun bu hərəkətini qonşular da yaşadıqları evlərinin pəncərəsindən görüb şahidi olmuşlar, həmçinin həyətdə olan bina sakinləri görmüşlər. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları bir daha qeyd etmişdir. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək, onu qeyd etdiyi xüsusatları bir daha qeyd etmişdir. Əvvəlki məhkəmə prosesi zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o da Şahid5 ilə oxşar məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları bir daha qeyd etmişdir. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 955 saylı, 21.08.2020-ci il tarixli rəyindən görünür ki, Vət. X4 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ mil-bilək oynağının əziyi, hemortrozuş Sağ əlin V saraq sümüyünün əsasının natamam sınıı. Döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkmiş şəxsin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsində müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 16.08.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 974 saylı, 22.08.2020-ci il tarixli rəyindən görünür ki, vət. X10 bədni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah nahiyyəsinin hematoması, sol gözaltı nahiyyənin, sağ budun aşağı 1/3-nin, sağ baldırın orta 1/3-nin qançırı, sol dizin ön səthinin 2 ədəd sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsərindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 16.08.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07.09.2021-ci il tarixli, 1(060)-108/2021 saylı qərarı əsasında təyin edilmiş məhkəmə-tibbi ekspertizasının №T314/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, vətəndaş V.Şahid1 sağ mil-bilək oynağının əziyi, hemartrozu, sağ əlin V saraq sümüyü əsasının natamam sınığı, döş qəfəsinin ön səthinin sol yarısının iki ədəd sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən kənar şəxs tərəfindən vurulmaqla yetirilən zərbə nəticəsində törənməsi mümkündür, törənmə müddəti 16.08.2020-ci ilə uyğun gəlir, dərəcəsində görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.10.2020-ci il tarixli, 9/3819 saylı rəyində qeyd olunmuşdur ki, təqdim məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 7500,00 manat olmuş 1992-ci il burxaılışlı Mercedes Benz E3300 markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 5250,00 (7500-30%) manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 19.11.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Xocavənd rayonu, Muğanlı kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş şəxsyyət vəsiqələsinin surətlərindən və doğum ahqqında şəhadətnamələrin surətindən görünür ki, 20.04.2015-ci il təvəllüdlü X11 atası Təqsirləndirilən şəxsdur, 01.08.2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs Etibar oğludur. Cinayət işi materiallarından görünür ki,həmin cinayət işi 10.09.2020-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən X4 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə başlanılmış, 11.09.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, pols kapitanı X16 icraatına qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işi materiallarında olan “şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 24 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbiri seçilməsi haqqında” 24 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 02 noyabr 2020-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 186.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 noyabr 2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Etibar oğluna Azərbaycan Respublikası CM-nin 127.2.3 və 186.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sisteminin 11.03.2022-ci il tarixli çıxarışından görünür ki, “Mercedes Benz 300 Minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın X9 tərəfindən X2 etibar edilmişdir, etibarnamənin etibarlılıq müddəti 07.02.2024-cü il tarixədəkdir. Cinayət işi materiallarına əlavə edilmiş “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, “KAMAZ 55111” YÜK markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X28 tərəfindən Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “KAMAZ 55111” YÜK markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X22r. İş materiallarına əlavə edilmiş ödəniş qəzlərindən görünür ki, Hüseynov X6 ASC-də hesaba 19.05.2022-ci il tarixdə ümumilikdə 5249,00 (beş min iki yüz qırx doqquz) manat ödəniş etmiş və pulun alıcısı olaraq X8 göstərmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün qismən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 zərər vurmamasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir və onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi, əməlindən peşman olması və ilk dəfə cinayət əməli törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə ir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəmiş və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olunması üçün ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan ağır cəzaya alternativ cəza növünün olması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması üçün irəli sürdüyü madddi şərti, təqsirləndirilən şəxsin barışığa cəhdi, cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü olaraq ödəməsi nəzərə alınmalı, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir və müəyyən ərazi hüdudlarını tərk etməsinə dair məhdudiyyət qoyularkən təqsirləndirilən şəxsin sürücü olması diqqətə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı X14, Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə 12040 (on iki min qırx) manat maddi ziyanın, 10000 (on min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3819 saylı, 13.10.2020-ci il rəyi əsasında müəyyən edildi ki, Hüseynov X7 Vüsal Abuzər oğluna 5250,00 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hal cinayət işinin materiallarının araşdırılması və cinayət prosesi iştirakçılarının ifadələri öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia tələbinin avtomobilə dəymiş zərər kimi 5250,00 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Subyektiv hüquq - şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 18 dekabr 2017-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi “Mercedes Benz 300 Minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı X4 qanuni sahibliyində olmuşdur. Bu səbəbdən zərərçəkmiş şəxs və mülki iddiaçı X14 hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Eyni zamanda məhkəmə iclasında avtomobilin mülkiyyətçisi X4 həmin avtomobilin qanuni sahibi olmasını və avtomobilə dəyən zərərin məhz X14 tərəfindən qarşıladığını təsdiq etmişdir. Beləliklə subyektiv hüquq baxımından iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdeh) qanunsuz hərəkətləri nəticəsində zərərşəkmiş şəxs və mülki iddiaçıya 5250,00 manat maddi zərər vurduğu öz təsdiqini tapdığından iddia bu hissədə təmin edilməli, qalan maddi və mənəvi ziyan vurulmasını iddiaçı sübut edə bilməmişdir. Bu səbəbdən iddia qalan hissədə əsaslı sayıla və təmin edilə bilməz. Cinayət işi üzrə maddi sübut 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 50,00 manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.01.2021-ci il tarixli (iş № 1(060)- 108/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 28 saylı orderə əsasən vəkil X17 onun vəkili təyin etmişdir. Müdafiəçi X21 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 186.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması, CM-nin 186.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 50,00 manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət işi üzrə maddi sübut 01 ədəd disk cinayət işində saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 5250,00 (beş min iki yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş X12 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X15 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar