Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-7/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxx 1973-cü ildə Qubadlı rayonu, Ulaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Ulaşlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 15, otaq 45-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı verilmiş ittihamdangörünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 08:28 radələrində AB seriyalı, 803671 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 53-12 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “QAZ 53-12 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə hərəkət istiqamətinin sol tərəfindən yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, yolun örtük səthinə ataraq, sonra isə idarə etdiyi avtomobillə üzərindən keçərək onun ölümünə səbəb olan kəllə sümüklərinin açıq, qəlpəli sınıqları, beyin maddəsinin dağılması, başın deformasiyası, başın yaraları, sağ kürək nahiyəsinin, hər iki saidin qançırları, sağ dizin sıyrığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 08:28 radələrində AB seriyalı, 803671 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “QAZ 53-12 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “QAZ 53-12 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin kuza hissəsi ilə hərəkət istiqamətinin sol tərəfindən yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, yolun örtük səthinə ataraq, sonra isə idarə etdiyi avtomobillə üzərindən keçərək onun ölümünə səbəb olan kəllə sümüklərinin açıq, qəlpəli sınıqları, beyin maddəsinin dağılması, başın deformasiyası, başın yaraları, sağ kürək nahiyəsinin, hər iki saidin qançırları, sağ dizin sıyrığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Bulvar ərazisində yerləşən yeni tikilən hündürmərtəbəli binalardan birinin həyətindəki üç ton çəkidə tikinti materialı olan “armaturu” Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə aparmaqla bağlı bir nəfər şəxsdən sifariş aldığından, həmin gün saat təxminən 07:30 radələrində qeyd edilən əraziyə getmiş, orda olan tanımadığı tikintidə fəhlə işləyən şəxslər tərəfindən tikinti materialı olan və “armatur” adlan yük idarə etdiyi avtomobilə yüklənmiş, bundan sonra idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə yola düşmüş, saat təxminən 08:20 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən, “Daş Bazarı” adlanan ərazidə yerləşən “Universal” ticarət mərkəzinin qarşısında idarə etdiyi yük avtomobilin arxa təkərindən gələn səs eşitmiş və idarə etdiyi avtomobilin nəsə maneənin üstündən keçdiyini hiss etmiş, bundan sonra idarə etdiyi yük avtomobilini irəli doğru təxminən 10-15 metr məsafədə hərəkət etdirərək, avtomobili yol kənarında saxlamış, idarə etdiyi avtomobildən yerə düşərkən yolun hərəkət hissəsində bir nəfər adını, anket məlumatlarını sonradan öyrəndiyi piyada Zərərçəkmiş şəxs üzü üstə uzandığını, idarə etdiyi avtomobilin arxa sol təkərinin həmin piyadanın üz nahiyəsindən keçdiyini görmüş, bundan dərhal sonra hadisə barədə zəng vurub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra oraya polis əməkdaşları və tibb işçiləri gəlmiş, aradan bir müddət keçdikdən sonra hazırda kim olduğunu xatırlamadığı şəxslərdən hadisədən əvvəl mərhum piyada Zərərçəkmiş şəxs başqa bir “Hyundai Tucson” markalı avtomobilin vurub idarə etdiyi avtomobilin altına atdığını, onun isə idarə etdiyi avtomobillə piyadanın üstündən keçdiyini danışdıqlarını eşitmiş, ilkin olaraq ifadə verərkən hadisənin təsiri altında olduğundan, xx.xx.2021-ci il tarixdə saat təxminən 08:20 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən, “Daş Bazarı” adlanan ərazidə yerləşən “Universal” ticarət mərkəzinin qarşısında hərəkət istiqamətinin sol hissəsindən bir nəfər piyadanın qəflətən idarə etdiyi avtomobilin qarşısına çıxdığını gördüyünü, bundan sonra əyləcdən istifadə etsə də idarə etdiyi avtomobili saxlaya bilmədiyini və nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin piyadanı yolun hərəkət hissəsində vurduğunu, idarə etdiyi avtomobillə piyadanı vurduqdan sonra isə piyadanın yola yıxıldığını gördükdə özünü itirdiyindən əyləci buraxdığını, idarə etdiyi avtomobilin bundan sonra irəli doğru müəyyən məsafə qət edərək dayandığını, idarə etdiyi avtomobildən yerə düşdükdə isə idarə etdiyi avtomoibillə vurduğu piyadanın baş nahiyəsinin əzildiyini gördüyünü bildirmişdir. Piyadanın hadisədən əvvəl yolun hərəkət hissəsində hərəkət etməsini görməmişdir. Hadisədən əvvəl spirtli içki və bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı idarə etdiyi avtomaşında sərnişin olmasa da, təxminən üç ton çəkidə yük olmuş, hadisə vaxtı hər hansı xəsarət almamış, hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 40-50 km/saat olmuş, idarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında hər hansı texniki nasazlıq olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, mərhum xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs atasıdır. Onlar ünvan 1 ünvanında digər ailə üzvüləri ilə birlikdə yaşamış, sonuncu dəfə xx.xx.2021ci il tarixdə saat 08:00 radələrində mərhum atası Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxaraq “Daş Bazarı” adlanan əraziyə getdiyini bildirmişdir. Həmin gün günorta saatlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-dən adını xatırlamadığı polis əməkdaşı ona atasına məxsus mobil telefondan zəng vurub onu Polis Bölməsinə dəvət etmiş, Polis Bölməsinə getdikdən sonra isə həmin gün saat təxminən 08:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 53-12 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində atası Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurduğunu, mərhum atasının aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyini öyrənmiş, bundan sonra atasının meyitini ekspertiza şöbəsinin morqundan qəbul edib Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə idarə etdiyi “QAZ 53-12 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə mərhum atası Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Hadisə vaxtı mərhum atası Zərərçəkmiş şəxs əynində olan geyi paltarlarını yəni, bir ədəd qəhvəyi rəngli, boğaz nahiyyəsində üç düymə olan uzun qol köynək, bir ədəd tünd göy rəngli idman şalvarı və alt paltarlarını mərhum atasının meyitini ekspertiza şöbəsinin morqundan qəbul edərəkən, meyitlə birlikdə qəbul edib Sumqayıt şəhəri 10-cu mikrorayonla Sumqayıt şəhəri 47-ci məhəllənin kəsişməsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqsinin yaxınlığında yerləşən zibil qutularına digər məişət tullantıları ilə birlikdə atmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən dəymiş maddi ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır onun tərəfindən dəymiş maddi ziyan tam ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2006-cı ildən DİO-da, hazırda tutduğu vəzifədə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ YPX-nin inspektoru vəzifəsində isə 2011-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi və ətraf ərazilərdə xidmət yoldaşı Vüsal Abbasovla birlikdə ** YP *** dövlət qeydiyyat nişanlı avto patrul avtomobilində xidmətdə olmuş, həmin gün saat 08:35 radələrində Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsində ümumi rabitə əlaqəsi saxlanılaraq Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində yük avtomobilinin piyadanı vurması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildiyindən və yaxınlıqda xidmət aparan polis əməkdaşlarının həmin əraziyə yaxınlaşması tapşırıldığından, o xidmət yoldaşı ilə birlikdə hadisə baş vermiş əraziyə yaxınlaşmışdır. Hadisə yerinə gedərkən hadisə yerində “Qaz 53” markalı ** AC *** dövlət qeydiyyat nişanlı, üzərinə armatur adlanan və tikinti materialı olan yük yığılmış yük avtomobilinin yol kənarında dayandığını, yolun hərəkət hissəsində isə bir nəfər kişi cinsindən olan piyadanın üzü üstə uzanıqlı vəziyyətdə qaldığını müəyyən etmişdir. Bundan sonra hadisə yerinə gəlmiş digər polis əməkdaşları ilə birlikdə hadisə yerini mühafizə edib qorumaq üçün hadisə yerinin ətrafına qoruyucu lent çəkmişlər və hadisə yerinin mühafizəsini təmin etməyə başlamışlar. Daha sonra anket məlumatlarını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən hadisənin hansı şəraitdə baş verməsi barədə suallar verildikdə, sürücü verilmiş sualları şifahi şəkildə cavablandıraraq piyadanın idarə etdiyi avtomobilin qarşısına çıxdığını, bundan sonra hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edərək idarə etdiyi avtomobili saxlamağa çalışdığını, ancaq bunu bacarmadığını və nəticədə idarə etdiyi avtomobillə piyadanı vurduğunu, bundan sonra özünü itirdiyindən əyləci buraxdığını, daha sonra idarə etdiyi avtomobilin bir qədər irəliyə doğru hərəkət etdiyini, bundan sonra idarə etdiyi avtomobili saxlayaraq yerə düşdükdə idarə etdiyi avtoomobilin təkərinin piyadanın üstündən keçdiyindən və piyadanın baş nahiyəsindən aldığı xəsarətlərdən öldüyünü müəyyən etdiyini, bu səbəbdən özünə məxsus mobil telefonla zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmiş, oraya təcili tibbi yardım avtomobilində gəlmiş təcili tibbi yardım birqadasının əməkdaşları hadisə yerində qalmış piyadanın meyitini götürüb xəstəxananın meyitxanasına yerləşdirilməsi üçün aparmış, bundan sonra isə xidmət yoldaşı ilə birlikdə xidməti ərazilərinə qayıdaraq xidmətlərini davam etdirməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, onunla qonşu kəndlərdən olmuşlar, münasibətləri normal olmuş, aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat təxminən 08:30 radələrində bir nəfər hazırda kim olmağını xatırlamadığı tanışı ilə “Universal” ticarət mərkəzinin qarşısında dayanıb ona məxsus yükün daşınması ilə bağlı söhbət edərkən, həmin vaxt kimsə qışqırmış, ətrafa nəzər yetirdikdə ətrafda olan şəxslərin yolda hərəkətdə olan QAZ 53 markalı avtomobilə tərəf baxdığını gördükdə, bundan sonra həmin istiqmətə diqqətini yönləndirmiş, bu zaman isə yolda piyadanın üzü üstə yıxıldığını, Qaz 53 markalı avtomobilin onun başının üstündən keçdiyini görmüş, bundan sonra hadisə yerinə yaxınlaşdıqda Vüqarın idarə etdiyi avtomobillə piyadanın başının üstündən keçdiyini müəyyən etmiş, daha sonra oraya polis əməkdaşları gəldiyindən, ordan uzaqlaşmış, piyadanın yolun hərəkət hissəsinə hansı şəraitdə yıxılmasını, hadisədən əvvəl piyadanı yolda hərəkət edən hər hansı avtomobilin vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2000-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xüsusi tağımının yol patrul xidməti inspektoru vəzifəsində 2021-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 08:30 radələrində idarə etdiyi “Mercedes” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə xidmət yerinə, yəni Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə getmək üçün Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətimin sol tərəfindən, idarə etdiyi avtomobildən bir qədər irəlidə bir nəfər kişi cinsindən olan piyadanın yolun əks tərəfi istiqamətində hərəkət etdiyini, həmin piyadanın idarə etdiyi avtomobildən irəlidə hərəkətdə olan “Qaz 53” markalı, üzərində tikintidə istifadə edilən və “armatur” adlanan yük yığılmış yük avtomobilnə tərəf getdiyini görmüş, həmin vaxt piyadanın yolda hərəkət etməsi idarə etdiyi avtomobilin hərəkəti üçün təhlükə yaratmadığından nəzərini ani olaraq başqa istiqamətə yönləndirsə də, təkrar diqqətini həmin istiqamətə yönləndirdikdə artıq piyadanın yük avtomobilinin altında olduğunu və yük avtomobilinin sol arxa təkərinin piyadanın üstündən keçdiyini görmüş, yük avtomobilinin sürücüsü isə ilk əvvəl idarə etdiyi avtomobilin sürətini azaltmış, sonra isə idarə etdiyi avtomobili yol kənarında saxlayaraq idarə etdiyi avtomobildən düşüb yolun hərəkət hissəsində üzü üstə uzanıqlı vəziyyətdə qalmış piyadaya yaxınlaşmış, bundan sonra idarə etdiyi avtomobili saxlayaraq sürücüyə yaxınlaşmış və ona hadisə barədə zəng edərək polisə, eləcə də təcili tibbi yardım xidmətinə zəng etməklə məlumat verməsini məsləhət görmüşdür. Hadisə baş vermiş ərazi xidmət etdiyi əraziyə aid olmadığından hadisə yerində bir qədər gözləmiş, hadisə yerini imkan daxilində mühafizə etməyə çalışmış, oraya hadisə baş vermiş ərazidə xidmət edən polis əməkdaşları gəldikdən sonra isə xidməti avtomobilinə əyləşərək xidmət yerinə getmiş, hadisə vaxtı idarə etdiyi “Mercedes” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin üzərində quraşdırılmış müşahidə kamerası işlək vəziyyətdə olmuş, həmin müşahidə kamerasının hadisə baş verən anda çəkdiyi video görüntülər verilmiş sorğu əsasında istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun anket məlumatlarını ancaq ifadəsinin alınması üçün İstintaq Şöbəsinə dəvət edilərkən öyrənmiş, sürücü Təqsirləndirilən şəxs ilkin ifadəsindən fərqli olaraq əlavə ifadə verərək, ifadəsində hadisədən əvvəl piyadanın yolun hərəkət hissəsində hərəkət etdiyini görmədiyini, ancaq idarə etdiyi avtomobilin arxa təkərindən səs gəldiyini eşitdiyini və idarə etdiyi avtomobilin hansısa maneənin üstündən keçdiyini hiss etdiyini, ehtimalına görə həmin piyadanı “Hyundai Tukson” markalı avtomobilin vuraraq idarə etdiyi avtomobilin altına atdığını bildirməsinin səbəbi ona məlum olmamış, hadisədən əvvəl yolda hərəkət edən piyadanı yol nəqliyyat hadisəsi baş verməmişdən bir qədər əvvəl yolun hərəkət hissəsində, hərəkət istiqamətinin sol tərəfindən yolun əks tərəfi istiqamətində adi yerişlə hərəkət etdiyini görmüşdür. Həmin vaxt piyadanın yolda hərəkət etməsi, idarə etdiyi avtomobilin hərəkəti üçün təhlükə yaratmadığından nəzərini ani olaraq başqa istiqamətə yönləndirsə də, təkrar diqqətini həmin istiqamətə yönləndirdikdə artıq piyadanın yük avtomobilinin altında olduğunu və yük avtomobilinin sol arxa təkərinin piyadanın üstündən keçdiyini görmüş, qeyd etdiyi hadisə ani olaraq, bir neçə saniyyə ərzində baş vermiş, ondan irəlidə hərəkətdə olan yük avtomobili görüş məsafəsini məhdudlaşdırdığından, yük avtomobilinin qarşısını görə bilmədiyindən yolda hərəkətdə olan piyadanın hansı şəraitdə yük avtomobilinin altına düşməsini görə bilməsə də, piyadanı başqa bir avtomobilin vurmadığını, həmçinin piyadanı başqa bir avtomobilin vuraraq yük avtomobilinin altına atmadığını dəqiq olaraq görmüş, hadisə baş verən anda hadisə baş vermiş ərazidə başqa bir avtomobilin, o cümlədən “Hyundai Tukson” markalı avtomobilin hərəkət etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən həm DİO-da, həm də hazırda tutduğu vəzifədə, yəni Sumqayıt ŞPİ-nin Post Patrul Xidməti Taborunun polis nəfəri vəzifəsində xidmət aparmağa başlamış, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi və ətraf ərazilərdə postaçı yoldaşı Şahid3 ilə birlikdə 9177 çağrışlı avto patrul avtomobilində xidmətdə olmuş, həmin gün saat 08:35 radələrində Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən ümumi rabitə əlaqəsi saxlanılaraq Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində yük avtomobilinin piyadanı vurması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildiyindən və yaxınlıqda xidmət aparan polis əməkdaşlarının həmin əraziyə yaxınlaşması tapşırıldığından, postaçı yoldaşı Şahid3 ilə birlikdə hadisə baş vermiş əraziyə yaxınlaşmışdır. Hadisə yerinə gedərkən hadisə yerində “Qaz 53” markalı ** AC *** dövlət qeydiyyat nişanlı, üzərinə armatur adlanan və tikinti materialı olan yük yığılmış yük avtomobilinin yol kənarında dayandığını, yolun hərəkət hissəsində isə bir nəfər kişi cinsindən olan piyadanın üzü üstə uzanıqlı vəziyyətdə qaldığını müəyyən etmişlər, bundan sonra hadisə yerinə gəlmiş digər polis əməkdaşları ilə birlikdə hadisə yerini mühafizə edib qorumaq üçün hadisə yerinin ətrafına qoruyucu lent çəkmişlər və hadisə yerinin mühafizəsini təmin etməyə başlamışlar. Daha sonra anket məlumatlarını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən hadisənin hansı şəraitdə baş verməsi barədə suallar verildikdə, sürücü verilmiş sualları şifahi şəkildə cavablandıraraq piyadanın idarə etdiyi avtomobilin qarşısına çıxdığını, bundan sonra hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edərək idarə etdiyi avtomobili saxlamağa çalışdığını, ancaq bunu bacarmadığını və nəticədə idarə etdiyi avtomobillə piyadanı vurduğunu, bundan sonra özünü itirdiyindən əyləci buraxdığını, daha sonra idarə etdiyi avtomobilin bir qədər irəliyə doğru hərəkət etdiyini, bundan sonra idarə etdiyi avtomobili saxlayaraq yerə düşdükdə idarə etdiyi avtomobilin təkərinin piyadanın üstündən keçdiyindən piyadanın baş nahiyəsindən aldığı xəsarətlərdən öldüyünü müəyyən etdiyini, bu səbəbdən özünə məxsus mobil telefonla zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmiş, daha sonra oraya təcili tibbi yardım avtomobilində gəlmiş təcili tibbi yardım birqadasının əməkdaşları hadisə yerində qalmış piyadanın meyitini götürüb xəstəxananın meyitxanasına yerləşdirilməsi üçün aparmış, bundan sonra isə xidmət yoldaşı ilə birlikdə xidməti ərazilərinə qayıdaraq xidmətlərini davam etdirməyə başlamışlar. Sürücü Təqsirləndirilən şəxs hadisədən əvvəl piyadanın yolun hərəkət hissəsində hərəkət etdiyini görmədiyini, ancaq idarə etdiyi avtomobilin arxa təkərindən səs gəldiyini eşitdiyini və idarə etdiyi avtomobilin hansısa maneənin üstündən keçdiyini hiss etdiyini, həmin piyadanı “Hyundai Tukson” markalı avtomobilin vuraraq idarə etdiyi avtomobilin altına atdığını bildirməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X6. Məhkəmə tibb eksperti vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində kəllə sümüklərinin açıq, qəlpəli sınıqları, beyin maddəsinin dağılması, başın deformasiyası, başın yaraları, sağ kürək nahiyəsinin, hər iki saidin qançırları, sağ dizin sıyrığı aşkar edilmişdir. Bu xəsarətlər küt əşya təsirindən törənmişdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan yük avtomaşınının hissələrinin zərbəsindən və mərhumun yolun örtük səthinə atılmasından, sonradan maşının təkərinin baş üzərindən keçməsindən əmələ gələ bilərdi. İlkin zərbə sağ kürək nahiyəsinə, döş qəfəsinin arxa səthinə olmuşdur. Xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər – kəllə sümüklərinin açıq qəlpəli sınıqları, beyin maddəsinin dağılması olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs hərəkət edən QAZ 53-12 yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının ön üzlük (oblisovka) hissəsi ilə zərbə yetirilə bilərdi. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. Video görüntünün nəqliyyat vasitəsinin üzərində quraşdırılmış kameradan çəkildiyi, video görüntünün əvvəlində nəqliyyat vasitəsinin yolda hərəkət etdiyi, bundan sonra həmin avtomobilin dayandığı, daha sonra yolda olan digər avtomobillərin hərəkətə başladığı, həmin yolda ilk əvvəl üzərində tikinti materialları yığılmış yük avtomobilinin, daha sonra ağ rəngli “Prado” markalı, ondan sonra isə “VAZ 21015” markalı avtomobilin hərəkətə başlayaraq qarşıda yerləşən “Universal” ticarət mərkəzi istiqamətində hərəkətə başladıqları, üzərindəki kameradan üzərində çəkiliş aparılan avtomobilin dayandıqdan sonra hərəkətə başladığı, bir qədər əvvəl yük avtomobili və digər avtomobillərin hərəkət etdiyi istiqamətdə hərəkət etdiyi, həmin avtomobilin hərəkət etdikdən sonra bir qədər əvvəl həmin yolda hərəkətdə olan yük avtomobilinin arxa sol təkərinin hansısa maneənin üstündən keçdiyinin ekranda görsəndiyi, yük avtomobilinin dayandığı, yük avtomobilinin qapısını açan şəxsin avtomobildən yerə enərək idarə etdiyi avtomobilin arxa tərəfinə doğru getdiyi, üzərində olan kameradan video çəkiliş aparılan avtomobilin isə irəli doğru hərəkət edərək yol kənarında dayandığı, daha sonra ekranda avtomobillərin hərəkət etdiklərinin göründüyü müəyyən olunur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 60 saylı rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Kəllə sümüklərinin açıq, qəlpəli sınıqları, beyin maddəsinin dağılması, başın deformasiyası, başın yaraları, sağ kürək nahiyəsinin, hər iki saidin qançırları, sağ dizin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan yük avtomaşınının hissələrinin zərbəsindən və mərhumun yolun örtük səthinə atılmasından, sonradan maşının təkərinin baş üzərindən keçməsindən əmələ gələ bilərdi. İlkin zərbə sağ kürək nahiyəsinə, döş qəfəsinin arxa səthinə olmuşdur. Xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər – kəllə sümüklərinin açıq qəlpəli sınıqları, beyin maddəsinin dağılması olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 iyun 2021ci il tarixli 8/1280 saylı rəyindən görünür ki, Qaz 53-12 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 01/60 saylı əlavə rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs hərəkət edən QAZ 53-12 yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasının ön üzlük (oblisovka) hissəsi ilə zərbə yetirilə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 dekabr 2022-ci il tarixli 8/3545 saylı rəyindən görünür ki, Qaz 53-12 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında xx.xx.2021-ci il tarixli, 3190 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 072516 nömrəli, xx.xx.2006-cı il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 302-3038-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2012-ci il tarixdə AB 803671 seriyalı “BC” kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsinin olduğu bildirilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. İş materiallarımda olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən xx.xx.2021-ci il tarixli 302-3459- 1221 saylı məktubla daxil olmuş çıxarışdan görünür ki, ** AC *** dövlət qeydiyyat nişanlı, QAZ 53 12 Yük Yük markalı, 1989-cu il buraxılışlı, mavi rəngli, mühərrik nömrəsi 0280014, şassi nömrəsi ******* olan, xx.xx.2001-ci il tarixdə AA 389944 nömrəli şəhadətnamə verilmiş, maksimal kütləsi 7850 kq, yüksüz kütləsi 3250 kq olan avtomobil, Qubadlı rayonu, Ulaşlı kəndində qeydiyyatda olan və müvəqqəti olaraq Sumqayıt şəhəri, 40-cı məhəllə, təzə bina ərazisində məskunlaşmış Qubadlı rayon Natavan adına kolxoza məxsusudur. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Ulaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Qubadlı rayon Natavan adına kolxoza məxsus ** AC *** dövlət qeydiyyat nişanlı, QAZ 53 markalı avtomobil kalxoz fəaliyyətini dayandırdığı üçün 1993-cü ildən Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. İş materiallarında olan nikah və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X4). İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Ulaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş atası Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 04 (dörd) ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müharibə veteranı olmasını isə Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarında Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 53-12 Yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə mərhum Zərərçəkmiş şəxs vurduğu göstərilsə də, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin kuza hissəsi ilə mərhum Zərərçəkmiş şəxs vurduğu müəyyən edilmişdir. Belı ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 60 saylı rəyinə əsasən ilkin zərbə sağ kürək nahiyəsinə, döş qəfəsinin arxa səthinə olmuş, xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər – kəllə sümüklərinin açıq qəlpəli sınıqları, beyin maddəsinin dağılması olmuşdur. Həmçinin məhkəmə tərəfindən avtomobilə keçirilmiş yerli baxış zamanı avtomobilin ön hissəsində bamper olduğundan ilkin zərbə mərhum Zərərçəkmiş şəxs sağ kürək nahiyəsinə və döş qəfəsinin arxa səthinə deyil onun ayaq nahiyyəsindən olmalı idi. Ona görə də, məhkəmə rəylə razılaşmayaraq yenidən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 30 dekabr 2022-ci il tarixli 8/3545 saylı rəyinə əsasən məhkəmə tərəfindən piyadanın QAZ 53-12 markalı avtomobilin kuza hissəsi ilə vurulması göstərilmişdir. Təhlükə yaranan andan QAZ 53-12 markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafənin dayanma yolundan kifayət qədər böyük olduğundan piyada QAZ 53-12 markalı avtomobilin kuzasının hansı hissəsi ilə vurulması rəyin nəticəsinə təsir etməyəcəkdir. Bununla da müəyyyən olunur ki, QAZ 53-12 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Əmrahov X3 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 185 (bir yüz səksən beş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 185 (bir səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-7/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-7/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver