Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-7/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, X2, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın iştirakı ilə, xx.xx.1975-ci ildə Qubadlı rayonu, Seləli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumlu]u olan, evli, Qubadlı rayonu, Seləli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə yəni Zərərçəkmiş şəxs məxsus olan, lakin vasitəçi qismində iştirak etmiş cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu cəmi 7000 manat məbləğində pulu ələ keçirmək üçün Zərərçəkmiş şəxs təqaüdünün bərpa olunmasında köməklik göstərəcəyi adı ilə özünü Şahid4 nüfuzlu şəxs kimi təqdim edərək etibarından sui-istifadə etməklə yalan vəd verib aldatmaqla xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə yerləşən “Neptun” marketdə 5000 manat və 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində 2000 manat məbləğində, ümumilikdə 7000 manat məbləğində pulu Şahid4 vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, yəni Zərərçəkmiş şəxs məxsus olan, lakin vasitəçi qismində iştirak etmiş cinayətdən xəbərsiz Şahid4 vermiş olduğu cəmi 8000 manat məbləğində pulu ələ keçirmək üçün Zərərçəkmiş şəxs kürəkəni Şahid1 təqaüdünün bərpa olunmasında köməklik göstərəcəyi adı ilə özünü Şahid4 nüfuzlu şəxs kimi təqdim edərək etibarından sui-istifadə etməklə yalan vəd verib aldatmaqla 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasının yaxınlığında 6000 manat pulu özü alaraq və 2023-cü ilin aprel ayının ortalarında Şahid4 tərəfindən Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketdə ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs dediyi bank kartına göndərilmiş 2000 manat məbləğində, ümumilikdə 8000 manat məbləğində pulu Şahid4 vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, təxminən 2023-cü ilin fevral ayının ortalarında Yeganə ona zəng vuraraq Misirxanın 10 il ərzində təqaüd aldığını hazırda kəsildiyini bildirmiş və ondan sonuncunun pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin ərəfələrdə maddi imkanı yaxşı olmadığından və borcları olduğuna görə düşünmüşdür ki, Yeganə ilə razılaşıb müəyyən məbləğdə pul alıb işlərini qaydasına salsın, daha sonra pulu qaytarar. Bu məqsədlə də Yeganəni aldadaraq pensiya məsələsi ilə bağlı həkim komissiyasında qohumunun işlədiyini və Misirxanın işini düzəltməkdə köməklik göstərəcəyini, lakin bunun üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. Yeganə Misirxana bu barədə deyib ona məlumat verəcəyini demişdir. O, Misirxanı tanıdığından özü birbaşa sonuncu ilə əlaqə saxlamamış və Yeganənin əlaqə saxlamasını istədiyindən sonuncuya bu barədə heç bir söz deməmişdir. Həmin ərəfələrdə Yeganə bir daha ona zəng vuraraq təkrarən Misirxanın pensiya məsələsinin hansı müddətə düzəldəcəyini və bunun üçün nə lazım olduğunu soruşmuş, o, yenə də Misirxanın pensiyasının düzəlməsi üçün 7000 manat pul lazım olduğunu və məsələnin təxminən 40 gün ərzində həllini tapacağını demişdir. Təxminən 20 fevral 2023cü il tarixdə Yeganə onunla telefonla danışaraq Misirxanın işinin həlli üçün ona 5000 manat pul verdiyini və görüşüb həmin pulu vermək istədiyini bildirmişdir. O, həmin ərəfədə Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə olduğundan Yeganəyə həmin ərazidə yerləşən “Neptun” marketə gəlməsini demiş, Yeganə də gələcəyini bildirmişdir. Həmin gün saat təxminən 15 radələrində Yeganə “Neptun’' marketə gələrək orada onunla görüşmüş və Misirxanın vermiş olduğu 5000 manat pulu və sənəd surətlərini ona verib qalan 2000 manat pulu da Misirxanın bir neçə həftəyə verəcəyini və ona çatdıracağını bildirmişdir. O, razılaşıb Yeganədən ayrılmış və sonuncunun ona vermiş olduğu 5000 manat pulu şəxsi ehtiyaclarına istifadə etmişdir. Bundan sonra pula ehtiyacı olduğundan təxminən 2023-cü ilin mart ayının əvvəllərində Yeganəyə zəng vurub Misirxanın verməli olduğu 2000 manat pulu istəmiş, Yeganə Misirxanla danışıb ona məlumat verəcəyini bildirmişdir. Həmin ərəfələrdə o, yenə Yeganə ilə əlaqə saxlayıb pulu alıb-almadığını maraqlanmış, sonuncu isə Misirxanın 2000 manat pulu da verdiyini və Bakı şəhərində yerləşən “Baku Mail” ticarət mərkəzində “Mado” restoranında olduğunu bildirmişdir. O, həmin yerə gedib orada Yeganə ilə görüşmüş, Yeganə ona evə getmək istədiyini demiş, o isə sonuncunun ona daha da inanması üçün pulu aparıb sənədlərin düzəlməsi üçün həkim komissiyasında işləyən qohumuna verəcəyini demişdir. Onlar birlikdə tanımadığı taksiyə əyləşmiş və yolda Yeganə taksidə olarekən 2000 manat pulu ona vermiş, o, isə taksidən düşüb getmişdir. Yeganədən aldığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində Yeganə yenə də onunla əlaqə saxlayıb Misirxanın kürəkəni Nurlanın da pensiyasının dayandırıldığını bildirmiş və sonuncunun da pensiyanın bərpası üçün köməklik göstərməsini xahiş etmişdir. O, razılıq verib bunun üçün 8000 manat pul verməli olduğunu bildirmişdir. Yeganə Misirxanla danışıb xəbər verəcəyini demişdir. Sonradan Yeganə onunla əlaqə saxlayıb Misirxanın 8000 manat pul verə biləcəyini demiş, o da razılaşmışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Yeganə onunla əlaqə saxlayıb Misirxanın kürəkəninin işi üçün ona 6000 manat pul verdiyini və görüşüb həmin pulu ona vermək istədiyini demişdir. Onlar razılaşıb Bakı şəhəri, Respublika Klinik Xəstəxanasının yaxınlığında görüşmüş və orada Yeganə ona 6000 manat pulu və Nurlanın sənədlərini vermişdir. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Yeganə yenə də onunla telefonla əlaqə saxlayıb Misirxanın qalan 2000 manat pulu da ona verdiyini demiş, o da Yeganəyə hazırda xatırlamadığı bank kartlarının nömrəsini göndərib həmin pulu və əlavə olaraq borc kimi 200 manat pulu karta köçürməsini istəmişdir. Yeganə ümumilikdə 2200 manat pulu karta köçürtmüş, o, da ümumilikdə əldə etmiş olduğu 8200 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Yeganə onunla əlaqə saxlayıb Misirxan və Nurlanın pensiya işi ilə bağlı maraqlananda o, hər dəfə vaxt qazanmaq məqsədi ilə Yeganəni aldadıb işin qısa müddət ərzində düzələcəyini bildirmişdir. Lakin nə iş düzəlmiş nə də, maddi imkanı olmadığından həmin pulu qaytara bilməmişdir. Yeganənin ona vermiş olduğu Misirxana məxsus 15000 manat puldan Yeganəyə verməmiş və bu barədə də aralarında heç bir razılaşma olmamışdır. Həmin pulun hamısını özü şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə heç bir ödəniş etməmişdir. Qeyd olunanların nəzərə alınmasını yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 2-3 il olar ki, qonşusu Nizam adlı şəxsə görə tanımışdır. Həmin ərəfədə Nizam ona Firdovsinin hərbi hissədə zabit olduğunu, hazırda təqaüdə çıxdığını, insanlara pensiya düzəldilməsində köməklik etməsini demişdir. Təxminən 2022ci ilin yay aylarında o, Firdovsi və Nizamla daş bazarının yanında görüşmüş, Nizam Firdovsiyə onun işi barədə məlumat vermişdir. Belə ki, o, 2017-ci ildən 2021-ci ilədək İİ qrup əlil olduğuna görə pensiya almış, 2021-ci ilin iyul ayında pensiyası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə fondu tərəfindən kəsilmişdir. Bu barədə o, Nizama da demişdir. Nizam Firdovsi adlı tanışının vasitəsi ilə onun pensiyanının bərpa edilməsinin mümkünlüyünü ona demişdir. 2022-ci ilin yay aylarında onlar, yəni Nizam o və Firdovsi Sumqayıt şəhəri ərazisində yerləşən “daş bazarı” adlanan yerin yanında çayxanada görüşmüş, həmin vaxt Firdovsi ona artıq bir neçə ildir bu işlərlə məşğul olduğunu, hətta bir neçə nəfərə belə bir işin düzəlməsində köməklik etdiyini bildirmişdir. Firdovsi onun pensiyasnın bərpa olunmasına görə ilk dəfə 4000 manat pul istəmiş və ona demişdir ki, uzağı iki aya bu işi həll edəcək və pensiya ala biləcək. Firdovsi ilə görüşəndə aralarında olan söhbət zamanı ilkin olaraq ondan 500 manat, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti və xəstəliyilə bağlı sənədləri istəmişdir. O, razılıq verdikdən sonra çayxanadan çıxıb evinə gəlmiş, pulu və lazımı sənədləri də götürüb təxmini 1 saata həmin yerə qayıtmış, pulu və sənədləri Nizamın yanında Firdovsiyə vermişdir. Firdovsi ona demişdir ki, qalan 3500 manat pulu hissə-hissə verər. Təxminən 15 gün sonra Firdovsi onun istifadəsində olan ***- ***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng edərək əlavə 500 manat pul istəmiş və o, həmin pulu da götürüb Nizamla birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında metronun çıxışında Firdovsiyə vermiş, 15 gün sonra Firdovsi yenə ona həmin zəng edərək əlavə 500 manat pul istəmiş və o həmin pulu Sumqayıt şəhərində bərpa xəstəxanasının yaxınlığında Firdovsiyə vermiş və sonuncu ona demişdir ki, yaxın günlərdə pensiya məsələsi həllini tapacaq. Təxminən 1 ay sonra yenidən Firdovsi eyni qaydada ona zəng edib demişdir ki, həkimlərə pul verilməlidir, əlavə olaraq 400 manat da pul lazımdır və o, həmin pulu Sumqayıt şəhərində yerləşən şəhidlər xiyabanın yaxınlığında Firdovsiyə vermişdir. Bu qayda ilə o, Firdovsiyə əlavə olaraq hissə-hissə 600 manat pul vermiş, ümumilikdə o Firdovsiyə 2500 manat pul versə də, bu iş baş tutmamış və o, Firdovsidən pensiya məsələsinin düzəlməməsini soruşanda sonuncu ona narahat olmamasını, bu işin yaxın günlərdə düzələcəyini bildirsə də, o, görmüşdür ki, bu iş düzələnə oxşamır və o, Firdovsiyə ümumilikdə hissə-hissə verdiyi 2500 manat pulun 1600 manatını almışdır. Firdovsi ona həmin pulu guya həkimlərə verdiyini, pulu geri ala bilmədiyini bildirmişdir. Təxminən 2023-cü ilin fevral ayının ortalarında Firdovsi ona Yeganə adl bir nəfər qadının olduğunu bu işlərlə məşğul olduğunu bildirmişdir. Lakin Yeganənin onun bacısı oduğunu əvvəlcədən deməmiş, o bunu bir ay sonra Yeganənin özü deyəndən sonra bilmişdir. O, Firdovsi ilə görüşəndə sonuncu ona Yeganənin belə işlərlə məşğul olduğunu, bu məsələni 40 günə həll edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Firdovsi, o və Yeganə bir yerdə Sumqayıt şəhərində Göyərçin abidəsinin yaxınlığında çay evində görüşmüş, görüş zamanı Firdovsi ona Yeganənin onun tanışı olduğunu, 40 gün ərzində onun pensiyasını bərpa edəcəyini bildirmişdir. Həmin vaxtı Yeganə həmin işin düzəlməsinə görə ondan 7000 manat pul istəmiş və bu işi özü həll etməsini boynuna götürmüşdür. İki gün sonra Yeganə ona zəng edərək Göyərçin abidəsinin yaxınlığında həmin çayxanada oturduğunu və onu gözlədiyini demiş, eyni zamanda 7000 manat pulu, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti və xəstəliyilə bağlı sənədləri istəmişdir. O, Yeganyə 7000 manat pula hələki gücü çatmadığını, 5000 manat pul düzəltdiyini, qalan 2000 manat pulu da gətirəcəyini bildirmişdir. Yeganə razılaşmış, o həmin günü saat 12 radələrində sonuncunun dediyi yerə gəlmiş, həmin vaxt Yeganənin yanında təxmini 25-26 yaşlarında, Könül adlı bir nəfər qadın da olmuşdur. Həmin şəxs Yeganənin sürücüsü olmuşdur. O, çayxanaya gəlmiş, Yeganə ilə görüşmüş və sonra hər üçü çayxanadan çıxmışlar. Yeganəni pulu və sənədləri vermək üçün onu öz maşınına dəvət etmişdir. Yeganə onun idarə etdiyi Prado markalı avtomobildə əyləşmiş və o, 5000 manat pulu və sənədləri Yeganəyə vermişdir. Yeganə ona təxminən 1 həftə sonra qalan 2000 manatı verməyi tapşırmışdır. Təxminən 1 həftə sonra Yeganə ona zəng edərək qalıq qalmış 2000 manat pulu istəmişdir. O, Yeganəyə Firdovsinin ona borcu olduğunu bildirmiş, sonuncu ona borclu olduğu 1000 manatı Yeganəyə özü ona verəcəyini, qalan 1000 manat isə özü təqdim edəcəyini bildirmişdir. Belə ki, qalıq 1000 manatı həmin gün Sumqaıt şəhərində Qayalı marketin daxilində yerləşən “E-manat” terminalıdan Yeganənin ona verdiyi kart hesabına göndərmişdir. Həmin günü Firdovsi ona verməli olduğu 1000 manatı Yeganənin kartına atmış, hətta Firdovsi ona qəbzi də göndərmişdir. Bununla da o, Yeganəyə 7000 manatı ödəmişdir. O, 7000 manatı Yeganəyə ödədikdən sonra sonuncu ona məsələnin yaxın günlərdə həllini tapacağını bildirmişdir. O, Yeganəyə inanmış və həmin ərəfədə kürəkəni Nurlanın da pensiyası kəsilmiş və bu minvalla Yeganədən həmin işin düzəlməsinə görə də kömək istəmiş, Yeganə ondan kürəkəninin məsələsinin həll olunmasından ötrü əlavə olaraq 11000 manat pul istəsə də o, danışıb həmin məbləği 8000 manata salmış və ilkin olaraq o, Yeganəyə 2023-cü ilin aprel ayında Yasamal rayonu ərazisində Respublika Klinik xəstəxanasının həyətində 6000 manat pulu Könül adlı qadının və kürəkəni Nurlanın yanında vermişdir. Təxmini 1 həftə sonra qalan 2000 manat pulu kürəkəni Şahid1 yaşadığı Xəzər rayonundan Yeganənin bank kartına göndərmişdir. Bir müddət keçəndən sonra o, Yeganədən işin nə səbəbə düzəlmədiyini soruşduqda sonuncu ona narahat olmamasını, sosialdan ona kod gələcəyini və həmin kod gələndən sonra kodu ona deməsini bildirmişdir. Belə ki, 06 fevral 2023-cü ildə nəhayət ki, ona sosialdan sms kod gəlmiş və o, həmin kodu Yeganəyə demiş, sonuncu ona xəstəxanaya çağıracağını, bir yerdə gedəcəklərini bildirmişdir. Həmin vaxt çatsa da onu xəstəxanaya çağırmamışlar və o, şübhələnməyə başlamışdır. Yeganəyə adının bazadan çıxmadığını, ona ordan bir nəfərin nömrəsini verməsini gedib həmin adamın özündən soruşacağını bildirmişdir. O, Yeganədən məsələlərə aydınlıq gətirmək üçün nömrə istəsə də sonuncu nömrə verməmiş və təxminən 15 gün sonra Yeganə ona “Vitekdə” oturan bir nəfər şəxs olduğunu bildirərək həmin şəxsin nömrəsini vermişdir. O, həmin nömrəyə zəng edib özünü təqdim etmiş, həmin şəxs Sərməs olmuşdur. O, Sərməsi tanımış, sonuncu ona kim olduğunu deməmiş, çünki Sərməs ona kim olduğunu desəydi onu tanıyardı. Sərməsin Qubadlı rayonunun Zilanlı kəndindən olduğunu əvvəldən bilmişdir. O, Sərməsi uşaqlıq illərindən tanımış, bir kənddə böyümüşlər. Sərməs də onu tanıdığı halda ona adını qəsdən deməmişdir. O, Sərməslə danışandan 10 gün sonra sonuncu ilə görüşmüş, Sərməsi tanımış və tanış olduqları halda nəyə görə adını vermədiyini soruşanda sonuncu sürpriz etdiyini demişdir. O, Sərməsdən işin nəyə görə görə düzəlməməsini soruşanda sonuncu ona demişdir ki, yaxın günlərdə düzələcək. Aralarında olan söhbət zamanı Sərməs ona Yeganəyə ümumilikdə nə qədər pul verməsini soruşanda o, Sərməsə 15000 manat pul verdiyini demişdir. Bundan sonra hər iki şəxsin onu aldatdığını bilmişdir. Ona ümumilikdə 15000 manat maddi ziyan vurulmuşdur. Özünün və Nurlanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi üçün Yeganəyə ümumilikdə 15000 manat pul vermiş, Yeganə əvvəllər heç kimin adını çəkməsə də sonralan ona vermiş olduğu 15000 manat pulu Sərməsə verdiyini demişdir. Təqsirləndirlən şəxsdən şikayətçidir, vurulmuş ziyanın ona ödənilmədiyini nəzərə alaraq sonuncuya ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Onunla həmişə normal münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Sərməslə söhbət zamanı sonuncu sosial yardım düzəltmək üçün həkim komissiyasında qohumlarının olduğunu, onların vasitəsi ilə müxtəlif şəxslərə sosial yardım düzəltdiyini demişdir. Təxminən 2023-cü ilin fevral ayının ortalarında ögey qardaşı Şahid2 ona zəng edərək tanışı Zərərçəkmiş şəxs 10 il ərzində təqaüd aldığını hazırda kəsildiyini demişdir. Firdovsi ondan Misirxanın pensiyasının bərpa edilməsi üçün tanışının olub-olmadığını soruşmuş, o, Firdovsiyə tanışının olduğunu, danışdıqdan sonra məlumat verəcəyini demişdir. Bu barədə Sərməsə zəng edərək maraqlanmış, sonuncu ona 40 gün ərzində həmin işin həl edilməsinin mümkünlüyünü bildirmişdir. Həmin ərəfələrdə o, Firdovsi və Misirxanla Sumqayıt şəhərində yerləşən “Göyərçin” abidəsinin yaxınlığında görüşmüşlər. Söhbət zamanı o, Misirxanın yanında Sərməsə zəng vurmuş və bir daha sonuncudan Misirxanın pensiya məsələsinin hansı müddətə düzələcəyini və bunun üçün nə lazım olduğunu soruşmuş, Sərməs bir daha ona həmin işin həlli üçün 7000 manat pul lazım olduğunu və məsələnin təxminən 40 gün ərzində həllini tapacağını bildirmişdir. Misirxan razılaşaraq həmin pulu verəcəyini demişdir. Təxminən 20 fevral 2023-cü il tarixdə Misirxanla Sumqayıt şəhəri, Bulvar ərazisində görüşmüş, həmin vaxt o, tanışı Könül adlı şəxslə sonuncuya məxsus avtomobillə həmin yerə getmiş və Misirxanla avtomobildə görüşmüşlər. Orada Misirxan ona 5000 manat pul və sənədlərini vermiş, qalan 2000 manat pulu da bir neçə həftəyə verəcəyini bildirmişdir. Misirxandan pulu alıb sağollaşdıqdan sonra Sərməslə danışmış və pulu aldığını demişdir, sonuncu ona Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə yerləşən “Neptun” marketə gəlməsini bildirmişdir. O, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində tanışı Könüllə “Neptun” marketə getmişdir. O, marketdə Sərməslə görüşmüş və orada Misirxanın ona verdiyi 5000 manat pulu və sənədləri Sərməsə vermiş, qalan 2000 manat pulu da Misirxanın bir neçə həftəyə verəcəyini və ona çatdıracağını demişdir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində Sərməs onunla əlaqə saxlayıb Misirxanın verməli olduğu 2000 manat pulu da istəmiş, o da Misirxanla bu barədə danışmış, sonuncu isə Firdovsinin ona 1000 manat borclu olduğunu, 1000 manatı Firdovsinin verəcəyini, qalan 1000 manatı isə kartına göndərəcəyini bildirmişdir. Həmin ərəfələrdə Firdovsi və Misirxan onun bank kartına pulu göndərmiş, o, da həmin pulu çıxarıb 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhərində yerləşən “Baku Mail” ticarət mərkəzində tanışı Könüllə “Mado” restoranında nahar etdiyi zaman Sərməs onunla əlaqə saxlayaraq onun yanına gəlmişdir. Sonra o, evinə getmək istədiyini demiş və Sərməslə birlikdə taksi ilə qayıdanda Yasamal rayonu ərazisində olan zaman yolda 2000 manat pulu Sərməsə vermişdir. Bununla da o, Misirxanın pensiya məsələsi üçün ona vermiş olduğu 7000 manat pulu Sərməsə vermişdir. Həmin ərəfələrdə, yəni təxminən 2023-cü ilin mart ayının əvvəllərində Misirxan yenə də onunla əlaqə saxlayıb kürəkəni Şahid1 3 il təqaüd aldığını və son vaxtlar kəsildiyini deyib sonuncunun pensiyasının bərpa olunması üçün köməklik göstərməsini xahiş etmişdir. O, Misirxanla razılaşdıqdan sonra bu barədə Sərməslə danışmış, sonuncu həmin işin həlli üçün 11000 manat pul lazım oldğunu demişdir. O, Sərməsin dediklərini Misirxana bildirdikdə, sonuncu razılaşmayıb 8000 manat verə biləcəyini bildirmiş, o da bu barədə Sərməsə demiş və sonuncu da bu məbləğlə razılaşmışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman Misirxan onunla əlaqə saxlayıb Nurlanın pensiya məsələsinə görə 6000 manat pul düzəltdiyini və görüşüb ona vermək istədiyini demişdir. O, Misirxan və Nurlanla Respublika Klinik Xəstəxanasının yaxınlığında görüşmüş və orada Misirxan ona 6000 manat pulu və Nurlanın sənədlərini verib getmişdir. O, Sərməslə əlaqə saxlayıb Misirxanın kürəkəni Nurlanın işinə görə ona 6000 manat pul verdiyini bildirmişdir. Bir müddətdən sonra Sərməs həmin yerə gəlib onunla görüşmüş və o, 6000 manat pulu və Nurlanın sənədlərini Sərməsə vermişdir. Təxminən 2 həftə sonra, yəni 2023-cü ilin aprel ayının ortalarında Misirxan onunla əlaqə saxlayıb Nurlanın qalan pulu olan 2000 manatı da düzəltdiyini və bank kartına göndərcəyini demişdir. Misirxan 2000 manat pulu onun kartına göndərdikdən sonra o, pulu çıxarıb Sərməsə məlumat vermiş, və sonucunun ona göndərdiyi bank kartına həmin 2000 manat pulu ödəmə terminalı vasitəsilə göndərmişdir. Sərməs həmin vaxt ondan əlavə olaraq 200 manat borc pul istəmiş və həmin pulu da sonuncuya göndərmişdir. Sərməsin dediyi vaxtdan 40 gün keçdikdən sonra o, sonuncu ilə mütəmadi olaraq danışıb Misirxan və Nurlanın pensiya məsələsi barədə maraqlanmağa başlamışdır. Sərməs hər dəfə müxtəlif bəhanələr gətirib işin həll edilməsi üçün bir qədər də vaxt istəmiş və 2 ay ərzində düzələcəyini demişdir. Misirxan hər dəfə onunla əlaqə saxlayıb işi barədə maraqlanmışdır. Sərməsin dediyi müddət qutardıqdan sonra o, yenidən Sərməslə əlaqə saxlamış, sonuncu yenə bəhanələr gətirmişdir. Misirxan ona zəng edərək pulunu tələb etməyə başlamış, o, da buna görə Sərməslə əlaqə saxlamışdır. Lakin sonradan Sərməs onun telefonlarına cavab verməmişdir. Misirxan və kürərəkəni Nurlan pulu ondan tələb etdikdə, o onlara pulu Sərməsə verdiyini bildirmiş, lakin onlar ondan şikayət edəcəklərini bildirmişlər. O, bu səbəbdən özü Sərməs barəsində polisə müraciət etmişdir. Misirxanın pensiya məsələsinə görə ona vermiş olduğu ümumilikdə 15000 manat pulun hamısını Sərməsə vermiş, həmin puldan özü götürməmiş, ümumiyətlə Sərməsin həmin puldan ona verəcəyi ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş Zərərçəkmiş şəxsla ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlərdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdikləri efadələri elan edilməklə tədqiq edilmiş Şahid2 və Şahid1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəyə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə CM-nin 178.2.4-cü maddəsilə Sumqayıt şəhər prokuroru tərəfindən ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1); 230736126 nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl 04 sentyabr 2023-cü il tarixli qərarla CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, 04 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonuncu istintaqa gəlməyərək yayındığından ona həmin maddələrdə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamış, 04 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Cinayət Prossesual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v 56-57, 59), Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirildiyindən 26 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. (i.v 60-61, 65-66), Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və 27 dekabr 2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. (i.v 77-78. 89-91) DİN-nin BƏSİİ-dən alınmış sorğudan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bağı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 178.3.2, 67.1 və 70-ci maddələri ilə təqsirli bilinərək 04 il 11 ay 27 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. (i.v.34-43); CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi zaman nəzərə alınmayan hallardan biri kimi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların olduğu göstərilmişdir. Azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, lakin CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza sınaq müddəti müəyyən edilərək şərti hesab edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsa xx.xx.2023-cü il tarixdə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Sərməs Taığyev barəsində CMnin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid4 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 barəsində CM-nin 178.1-ci maddəsi cinayət təqibinin başlanması rə\dd edimişdir. (i.v. 101-111); Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hər hansı üzrlü səbəb olmadan iştirak etmədiyi, məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 08 may 2024-cü il tarixli məktubunda xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə Bakı şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə qanunun qeyd olunan normalarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, bundan öncə eyni məzmunlu cinayət törətdiyi üçün bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, lakin hələ də islah olmamasını, zərərçəkmiş şəxsin mövqeyini, vurulmuş ziyanın ödənilməməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxsa yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi2 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhət 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-7/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-7/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver