Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-70/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Sumqayıt şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd göy rəngli polietilen paketin içərisində, 01 ədəd üzəri şəffaf yapışdırıcı ilə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 405 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 15.07.2021-ci il tarixdə saat 18:30-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Bakı Quba yolunda, STP zavodun yaxınlığında saxlanılmış və narkotik vasitələrin istifadəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nə aparılmış, Pİ-də üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxlamış olduğu 01 ədəd göy rəngli polietilen paketin içərisində, 01 ədəd üzəri şəffaf yapışdırıcı ilə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 405 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin istifadəçisidir. Bir neçə gün əvvəl Xızı rayonu, Sitalçay ərazisinə getmiş və orada olduğu zaman şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana axtarmışdır. Həmin vaxt bir nəfər şəxs diqqətini çəkmiş, düşünmüşdür ki, narkotik vasitələrin istifadəçisidir. Həmin şəxsə yaxınlaşaraq yol soruşmuş, daha sonra söhbət əsnasında narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O, istifadə etdiyini bildirmiş və həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu söyləmiş, lakin tapa bilmədiyini demişdir. Sonradan həmin şəxs ona istədiyini tapmaqda yardımçı olacağını bildirmişdir. Həmin şəxs ona Bakı Quba yoluna getməsini və həmin yolun kənarında gözləməsini söyləmişdir. Təqribən 20 dəqiqədən sonra əlində göy rəngli sellofan paketlə ona yaxınlaşaraq həmin paketin içərisində “nəşə” adlandırdığı narkotik vasitə olduğunu və 150 manata satdığını demişdir. O, həmin şəxslə razılaşaraq göy rəngli sellofanı 150 manata almış, 15.07.2021-ci tarixdə təxminən saat 18:30 radələrində Bakı Quba yolunda, STP zavodunun yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirəcəyi bildirildikdə o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə üzərinə şəxsi axtarış keçirələciyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü sağ əlində saxlamış olduğu göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində qara rəngli sellofan bükümün, həmin bükümün içərisində isə yaşıl rəngli spesifik iyə malik qurudulmuş bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Həmin vaxt üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi elektron tərəzidə çəkilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan olunan Şahid1 Eyvaz oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 15.07.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs İsbala oğlunun qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması və gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş inspektoru Şahid2 və CAŞ-nin baş inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq 15.07.2021-ci il tarixdə saat 18.30-da Təqsirləndirilən şəxs İsbala oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı-Quba yolunun STP zavodunun yaxınlığında piyada hərəkət edən zaman həmin şəxsi saxlamışlar, özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Günay Cəfərova təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə sağ əlində olan göy rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan qara rəngli sellofana bükülmüş içərisində isə yaşıl rəngli spesifik iyə malik qurudulmuş narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bitki kütləsinin “nəşə” olduğunu, Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin əynində olan paltarların ciblərinə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofanın içərisində olan bitki kütləsi qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş qablaşdırılmışdır. Məhkəmədə ifadəsi elan olunan şahidlər CAŞ-nın baş inspektoru Şahid2 və CAŞnın baş inspektoru Şahid3 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 15 iyul 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Elsevər Quliyev tərəfindən, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nin baş inspektoru Şahid2, CAŞ-nin baş inspektoru Şahid3 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə sağ əlində olan göy rəngli sellofan torbanı təqdim edir, həmin sellofan qara rəngli sellofana bükülmüş içərisində isə yaşıl rəngli spesifik iyə malik qurudulmuş narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bitki kütləsinin “nəşə” olduğu, Xızı rayonu, Sitalçay qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı onun əynində olan paltarların ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməyir. Bundan sonra Təqsirləndirilən şəxs sağəlində olan sellofanın içərisində olan bitki kütləsi qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilir və həmin vaxt tərəzinin ekranında 452.0 qram yazılır. Həmin sellofanda olan bitki kütləsi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 16 iyul 2021-ci il tarixli, 7/676 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Saxlanılan şəxs Təqsirləndirilən şəxs “ yazılar və imzalar olan 01 ədəd göy rəngli polietin paketdə bir ədəd üzəri şəffaf yapışdırıcı ilə bağlanmış qara rəngıi sellofan bağlamada təmiz çəkisi 405,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi: 405 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 404,95 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 2389 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 404,95 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17.07.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-70/2022 saylı, 09.02.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 22.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/40-898 nömrəli, 25.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.02.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq 24.02.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15.07.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 22.02.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 404,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15.07.2021-ci il tarixdən 17.07.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 404,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-70/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-70/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver