Məhkəmə qərarları › İş №1(060)-70/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-70/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-70/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 5 ünvanında daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 28 aprel 2022-ci il tarixdə saat 02:30 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-ə məxsus hazırda fəaliyyətini dayandırmış polietilen sexinə sexin giriş qapısını sındırmaqla qanunsuz daxil olub oradan ümumi dəyəri 400 (dörd yüz) manat təşkil edən 01 ədəd 50 manat dəyərində qaz balonuna oxşar əşya, 01 ədəd 10 manat dəyərində idarəedici mexanizmə bənzər əşya, 01 ədəd 150 manat dəyərində mühərrik, 01 ədəd 20 manat dəyərində elektrik şitinə bənzər əşya, 01 ədəd 5 manat dəyərində mühərrikin təzyiq ölçən aparatının göstəricisi, 01 ədəd 15 manat dəyərində idarəedici mexanizmi və 01 metri 15 manat olan 10 metr uzunluğunda qara rəngli izolyasiyalı, alüminium ekran təbəqəli, 20 mm diametrli, 24 jilalı, mis əsaslı ərintidən hazırlanmış 150 manat dəyərində naqili oğurlayan zaman MMC-nin mühafizəçi X11 tərəfindən polisə məlumat verilmiş və polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılaraq polis bölməsinə aparıldıqlarından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Hacı Zeynalabdin qəsəbəsində olan zaman təsadüfən qəsəbə ərazisində yerləşən "xxxx" MMC-nin ərazisində metal olduğunu, bunu öyrəndikdən sonra uzaq qohumu Zaura zəng edərək H.Z.Tağıyev qəsəbəsində yerləşən işləməyən zavodun olduğunu, həmin zavodun ərazisində metal hissələrinin olduğunu bildirib Zaura “gəlirəm səni götürüm, həmin ünvana gedək, 5-10 manat pul qazanaq” demişdir. Zaurun onun təklifi ilə razılaşaraq, dostu Vaqifin də onun yanında olduğunu, birlikdə getməyi təklif etmişdir. STP zavod tərəfindən nömrəsini xatırlamadığı VAZ 2106 markalı avtomobillə taksi danışıb pulunun olmadığını, lakin yüklərinin olduğunu, həmin yükü satıb onun pulunu verəcəyini bildirmiş, sürücü onunla razılaşmışdır. Sonra uşaqları götürmək üçün onlar Sumqayıt şəhəri, Əşya bazarına getmişlər, oradan Zauru və Vaqifi götürüb yenidən H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" MMC-nin ərazisinə qayıtmışlar. Həmin yerin kənarlarının hasara alındığını, qapısının olduğunu, lakin qapının yarı açıq vəziyyətdə olduğunu görüb, taksi sürücüsünə “sən gözlə, yükümüzü götürüb qayıdaq, satıb sənin də pulunu verəcəm” demişdir. Sonra Zaur və Vaqiflə həmin yerdən oğurluq etmək məqsədilə əraziyə daxil olmuşlar, ərazidə bir neçə sex olduğunu, həmin sexlərdən birinə daxil olduqda, orada çoxlu dəzgahlar, elektrik şitlər, qurğular olduğunu görmüşlər, bundan başqa ərazidən metal axtarmağa başlamışlar, iki torba avadanlıq yığdıqdan sonra mühafizəçilər, daha sonra isə polis əməkdaşları onları saxlamışdır. Bu səbəbdən həmin ərazidən heçnə oğurlaya bilməmişlər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla aralarında dostluq münasibətləri vardır. 27 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində dostu Vaqiflə birlikdə əşya bazarı yaxınlığında olan zaman qohumu Ərtoğrul ona zəng edərək Hacı Zeynalabdin qəsəbəsində sahibsiz yer olduğunu, həmin ərazidən metal çıxarıb satmağı təklif etmiş, o da razılaşaraq, Ərtoğrula Vaqiflə olduğunu bildirmiş, Vaqifin pula ehtiyacı olduğunu, birlikdə getməyi bildirdikdə, Ərtoğrul ona “gəlirəm sizi götürəm” demişdir. Danışıqlarından təxminən yarım saat sonra Ərtoğrul VAZ 2106 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Sumqayıt şəhəri Əşya bazarı adlanan ünvana onların yanına gəlmiş, həmin taksi ilə gecə saatlarında H.Z.Tağıyev qəsəbəsində yerləşən işləməyən zavoda metal hissələri yığmağa getmişlər. Ərtoğrulun taksi sürücüsünə “gözlə, metalımız var, onu götürüb qayıdaq, satıb sənin pulunu verəcəyik” demiş, həmin əraziyə daxil olduqda, ərazidə bir neçə sex olduğunu görüb, sexlərdən birinə sexin giriş qapısını sındırmaqla daxil olub ərazidə metal axtarmağa başlamışlar. O, Vaqif və Ərtoğrul bir neçə avadanlıq söküb iki ədəd torbaya yığdıqdan sonra mühafizəçilər, sonra isə polis əməkdaşları sexə daxil olaraq onları saxlamışlar. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. 27 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində dostu Zaurla birlikdə əşya bazarı yaxınlığında olan zaman Zaurun qohumu Ərtoğrulun ona zəng edərək Hacı Zeynalabdin qəsəbəsində sahibsiz yer olduğunu, həmin ərazisindən metal çıxarıb satmaqlarını təklif etmiş, Zaur da onunla razılaşmış, Zaura onun da pula ehtitaycı olduğunu, birlikdə getməyi xahiş etmiş, Ərtoğrulla Zaurun danışıqlarından təxminən yarım saat sonra Ərtoğrul VAZ 2106 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Sumqayıt şəhəri Əşya bazarı adlanan ünvana onların yanına gəlmiş, həmin taksi ilə birlikdə gecə saatlarında H.Z.Tağıyev qəsəbəsində yerləşən işləməyən zavoda metal hissələri yığmağa getmişlər. Ərtoğrul taksi sürücüsünə “gözlə, metalımız var, onu götürüb qayıdaq, satıb sənin pulunu verəcəyik” demiş, əraziyə daxil olduqda, ərazidə bir neçə sex olduğunu görüb, həmin sexlərdən birinə giriş qapısını sındırmaqla daxil olub ərazidə metal axtarmağa başlamışlar. Zaur və Ərtoğrul ilə birlikdə bir neçə metal əşyalar götürən zaman mühafizəçilər, sonra isə polis əməkdaşları sexə daxil olmuşlar, onları saxlayıb polis bölməsinə aparmışdılar. Oğurluq etməyə cəhd etdiyi MMC-nin sahibini tanımır, həmin ünvana Ərtoğrulun yolu göstərməsi ilə getmişlər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2004-cü ildən ünvan 8 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə keçə gecə saat 02:30 radələrində ərazidə mühafizəçi işləyən X8 ona zəng edərək əraziyə 3 nəfər şəxsin oğurluq məqsədilə daxil olduğunu, bu barədə polisə məlumat verdiyini və həmin şəxslərin hadisə yerində saxlanılaraq ərazidən oğurlamaq istədikləri avadanlıqlarla birlikdə polis bölməsinə aparıldıqlarını bildirdi. O, MMC-уə gəldikdə, həmin şəxslərin MMC-nin ərazisində yerləşən sexlərdən 1 ədəd soyuducu matoru, qaldırıcı kranın idaredici mexanizmini, 1 ədəd 7.5 kv mühərik, danışıq aparatının mexanimzini, 1 ədəd mühərriyin təzyiq ölçən aparatın göstəricisini, 1 metr uzunluğunda olan, 30 jilalı mis telefon naqilini gizli talayaraq oğurlamağa cəhd etmələrini aşkar etmişdir. Orğuluq etmək istədikləri avadanlıqların ümumilikdə təxminən 1200 (bir min iki yüz) manat qiyməti olmuşdur. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsləri bağışladığını, ona dəymiş maddi ziyan vurulmadığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 1 il olar ki, ünvan 8 ünvanda yerləşən ona məxsus "xxxx" MMC-də mühafizəçi işləyir. xx.xx.2022-cı il tarixdə gecə səhər saatlarında MMC-nin ərazidə olan zaman ərazidə üç nəfər şəxsin sexə daxil olduğunu aşkar edib. xx.xx.2022-ci il tarixdə gecə saat 02:30 radələrində ərazidə olan zaman 3 nəfər şəxsin əraziyə daxil olduğunu görüb dərhal bu barədə polisə müraciət etmiş, polis əməkdaşları gəlib həmin şəxsləri hadisə yerində saxlamış və polis bölməsinə aparmışdır. Həmin şəxslərin heç birini tanımır, sonradan həmin şəxslər ərazidən 1 ədəd soyuducu matoru, qaldırıcı kranın idaredici mexanizmini, 1 ədəd 7,5 kv mühərik, danışıq aparatının mexanimzini, 1 ədəd mühərriyin təzyiq ölçən aparatın göstəricisini, 10 metr uzunluğunda olan, 30 jilalı mis telefon naqilini gizli talayaraq oğurlamaq istədiyi ona məlum olmuşdur. Oğurluğa cəhd edən şəxslərin heç birini tanımır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. 28 aprel 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində növbədə olarkən polis bölməsinin inzibati ərazisi olan H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-dən mühafizəçi Şahid1 MMC-nin ərazisinə oğurluq etmək istəyən 3 nəfər şəxsin daxil olduğu barədə məlumat almış, bu zaman Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə dərhal həmin ünvana getmiş, MMC-nin ərazisində oğurluq etmək istəyən sonradan adları onlara məlum olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 MMC-nin ərazisində yerləşən sexlərin birində oğurluq edərkən aşkar edib saxlamışlar. Hadisə yerinə çatanda adlarını qeyd etdiyi şəxslər MMC-yə məxsus sexlərin birindən sexə məxsus bir neçə avadanlıqları söküb həmin yerdən çıxarmaq üçün torbaya yığdıqları üçün həmin şəxsləri oğurlamaq istədikləri əşyalar ilə birlikdə polis bölməsinə gətirib bu barədə polis bölməsinin rəisinə raportla məruzə etmişlər. Sonradan həmin şəxslərin ərazidən 1 ədəd soyuducu matoru, qaldırıcı kranın idaredici mexanizmini, 1 ədəd 7.5 kv mühərrik, danışıq aparatının mexanimzini, 1 ədəd mühərriyin təzyiq ölçən aparatın göstəricis, 10 metr uzunluğunda olan mis telefon naqilini gizli yolla talayaraq oğurlamaq istədikləri müəyyən edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, ifadəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, polis mayoru olduğunu, 18 sentyabr 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində əməliyyat qruppasında növbədə olarkən polis bölməsinin inzibati ərazisi olan H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-dən mühafizəçi Şahid1 MMC-nin ərazisinə oğurluq etmək istəyən 3 nəfər şəxsin daxil olduğu barədə məlumat aldığını, bu zaman Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi Şahid3la birlikdə dərhal həmin ünvana getdiklərini, MMC-nin ərazisində oğurluq etmək istəyən sonradan adları onlara məlum olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 MMC-nin ərazisində yerləşən sexlərin birində oğurluq edərkən aşkar edib saxladıqlarını, həmin yerə çatanda adlarını qeyd etdiyi şəxslərin MMC-ə məxsus sexlərin birindən sexə məxsus bir neçə avadanlıqları söküb həmin yerdən çıxarmaq üçün torbaya yığdıqlarını, həmin şəxsləri oğurlamaq istədikləri əşyalar ilə birlikdə polis bölməsinə gətirib bu barədə polis bölmənin rəisinə raportla məruzə etdiklərini, sonradan həmin şəxslərin ərazidən 1 ədəd soyuducu matoru, qaldırıcı kranın idaredici mexanizmini, 1 ədəd 7.5 kv mühərrik, danışıq aparatının mexanimzini, 1 ədəd mühərriyin təzyiq ölçən aparatın göstəricisini, 10 metr uzunluğunda olan, 30 jilalı mis telefon naqilini gizli yolla talayaraq oğurlamaq istədiklərini müəyyən etdiyini, lakin onlar tutulduqları üçün etdikləri cinayət əməlini başa çatdıra bilmədiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ********* nömrəli cinayəti işi başlanaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3343 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 01 ədəd qaz balonuna oxşar əşya-50 manat

2. 01 ədəd idarəedici mexanizmə bənzər əşya-10 manat

3. 01 ədəd mühərrik-150 manat

4. 01 ədəd elektrik şitinə bənzər əşya-20 manat

5. 01 ədəd mühərrikin təzyiq ölçən aparatının göstəricisi-5 manat

6. 01 ədəd idarəedici mexanizm- 15 manat

7. 01 metr qara rəngli izolyasiyalı, alüminium ekran təbəqəli, 20 mm diametrli, 24 jilalı, mis əsaslı ərintidən hazırlanmış naqil- 15 manat Ekspertiza tədqiqatına təqdim edilmiş 07 adda malların yuxarıdakı xüsusatları nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 265.00 manat müəyyən edilir. İş materiallarından olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 874 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində və Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 2981 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Yusifov Vaqif Vidadi oğlu ünvan 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Yusifov Vaqif Vidadi oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Yusifov Vaqif Vidadi oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məcburi qaydada Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin 125-7782- 122 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində Sumqayıt şəhəri “Əşya bazarı” yaxınlığında saxlanıldığı üçün Pİ-nin MSY-nə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayış və xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı-xx.xx.1992-ci il təvəllüdlü X7, qızı-xx.xx.2011-ci il təvəllüdlü X9, oğluxx.xx.2013-cü il təvəllüdlü Zeynalov İsmayıl Zaur oğlu, oğlu-xx.xx.2015-ci il təvəllüdlü X16 oğlu və anasından ibarətdir və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 117.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin İŞ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ondan heç bir şikayət, tələb və iddiası yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin 125-7743- 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində kirayə yaşadığı ünvanda saxlanıldığı üçün Pİ-nin MSY-nə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-3741/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060) 750/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı MKS tərəfindən verilmiş 847 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi atasıxx.xx.1970-ci il təvəllüdlü X10, nənəsi-xx.xx.1958-ci il təvəllüdlü X4 ibarətdir və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2 və 333.1-ci maddələri ilə təqsirli bilinərək N il şərti sınaq müddəti tətbiq edilməklə N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-243/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-985/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Vidadı oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 29.177.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə 01 ədəd qaz balonuna oxşar əşya, 01 ədəd idarəedici mexanizmə bənzər əşya, 01 ədəd mühərrik, 01 ədəd elektrik şitinə bənzər əşya, 01 ədəd mühərrikin təzyiq ölçən aparatının göstəricisi, 01 ədəd idarəedici mexanizm, 10 metr uzunluğunda qara rəngli izolyasiyalı, alüminium ekran təbəqəli, 20 mm diametrli, 24 jilalı, mis əsaslı ərintidən hazırlanmış naqil maddi sübut kimi tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır. Ona dəymiş maddi ziyan yoxdur. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, cinayət əməlini törədən zaman məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd idarəedici mexanizmə bənzər əşya, 01 ədəd mühərrik, 01 ədəd elektrik şitinə bənzər əşya, 01 ədəd mühərrikin təzyiq ölçən aparatının göstəricisi, 01 ədəd idarəedici mexanizm, 10 metr uzunluğunda qara rəngli izolyasiyalı, alüminium ekran təbəqəli, 20 mm diametrli, 24 jilalı, mis əsaslı ərintidən hazırlanmış naqil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-750/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1406 saylı orderə əsasən vəkil X2 Təqsirləndirilən şəxs3 vəkili, xx.xx.2022-ci il tarixli 1405 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2022-ci il tarixli 1404 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs1 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün X3 13 saat, Müdafiəçi1 13 saat, Müdafiəçi2 13 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 234 (iki yüz otuz dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 13 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd idarəedici mexanizmə bənzər əşya, 01 ədəd mühərrik, 01 ədəd elektrik şitinə bənzər əşya, 01 ədəd mühərrikin təzyiq ölçən aparatının göstəricisi, 01 ədəd idarəedici mexanizm, 10 metr uzunluğunda qara rəngli izolyasiyalı, alüminium ekran təbəqəli, 20 mm diametrli, 24 jilalı, mis əsaslı ərintidən hazırlanmış naqil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat müştrək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat, Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar