Məhkəmə qərarları › İş №1(060)-70/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-70/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-70/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 (bir) gün 02 (iki) günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixədək cəzasından 02 (iki) il 25 (iyirmi beş) gününü çəkmiş və çəkilməmiş cəzası 11 (on bir) ay 01 (bir) gün təşkil edir, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində Şahid3 sonuncunun yaşadığı ünvan 3 ünvanın yaxınlığında 10 (on) manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) bükümdə təmiz çəkisi 0,356 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 08 avqust 2023-cü il tarixdə saat 20:42 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında küçədə saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) bükümdə təmiz çəkisi 0,356 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində işdən çıxmış, avtobusa əyləşərək qaynatasıgildən ailəsini götürmək üçün Corat qəsəbəsinə gəlmişdir. Təxminən saat 17:00 radələrində Corat qəsəbəsinə çatmış və qaynatasığilin evinə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt tanımadığı və Corat qəsəbəsində yaşayan Ağami adlı şəxsə qarşı əməliyyataxtarış tədbiri keçirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən bloger Nail Kəmərli tərəfindən çəkiliş aparılmış və o da həmin çəkilişə düşmüşdür. Onu saxladıqdan sonra təxminən bir saat Ağami adlı şəxsin həyətində saxlamışlar, sonra isə Polis İdarəsinə aparmışlar. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis İdarəsində ona psixi təsir göstərilmişdir. Ona görə də, idarədə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman polis tərəfindən ona verilən narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən üç ildir fasilələrlə narkotik vasitə heroini iynə vasitəsilə qəbul edir. Fərdi qaydada bağlarda bağbanlıq edir. Bir müddətdir özünə narkotik vasitə heroini Sumqayıt şəhəri, Corat qəsəbə sakini Ağamidən alır. Ağami Sumqayıt şəhəri, Corat qəsəbəsində Corat məscidinin yaxınlığında yaşayır. 08 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində Ağami ilə yaşadığı məhəllədə görüşüb Ağamiyə 10 (on) manat verərək 01 (bir) bükümdə narkotik vasitə heroin almışdır. Həmin heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. Bir neçə saatdan sonra saat 20:42 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi Corat məscidinin yaxınlığında küçədə olan zaman ona mülki geyimdə olan bir necə şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə bölməyə gəlmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) ədəd qızılı rəngli siqaretin kağızı bükümündə olan heroini çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş və verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin olduğunu, bir qədər əvvəl Corat qəsəbə sakini Ağamidən 10 (on) manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə heroin elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Üzərinndən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini aldığı Ağami adlı şəxs Sumqayıt şəhəri, Corat qəsəbə sakinidir, Corat məscidinin yaxınlığında yaşayır. Ağami əvvəllər də bir neçə dəfə ona heroin satmışdır. Əldə etdiyi heroindən heç kimə verməmiş və satmamışdır, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul etmişdir. Mobil telefon istifadə etmir və mobil nömrəsi də yoxdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. 08 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbə sakini Şahid3 qanunsuz olaraq yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması və satışını həyata keçirməsi, həmçinin Corat qəsəbə sakini Təqsirləndirilən şəxs və qeyrilərinə narkotik vasitə satması, sonuncunun Şahid3 əldə etmiş olduğu narkotik vasitəni üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdər. Təxminən saat 20:42 radələrində Təqsirləndirilən şəxs Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında küçədə olmasını görmüşlər və bir neçə dəqiqə onu müşahidə etdikdən sonra yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından sonuncunu üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil Müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Emin Adbullayevə üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) ədəd qızılı rəngli siqaretin kağız bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qızılı rəngli siqaretin kağız bükümündə narkotik vasitə heroin olduğunu, həmin heroini həmin gün bir qədər əvvəl axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında yaşayan Ağami adlı şəxsdən 10 (on) manat pul verməklə aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs bloger Nail Kəmərli tərəfindən çəkilişlə Corat qəsəbəsində yaşayan Ağami adlı şəxsə qarşı əməliyyat-axtarış tədbiri keçirilərkən saxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zmanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Corat qəsəbə sakini kimi tanıyır, münasibətləri normaldır. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələr qəbul etdiyini bilirmiş, Emin özü bu barədə ona demişdir. Özü narkotik vasitə istifadəçisi olmaqla yanaşı arabir tanıdığı şəxslərə narkotik vasitələr də satmışdır. Təxminən bir ay əvvəl, yəni 05 avqust 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında tanımadığı şəxsdən təxminən 25 (iyirmi beş) qram narkotik vasitə olan heroin almışdır. Həmin heroini gətirib yaşadığı ünvan 3 ünvanında gizlədib saxlamışdır. Həmin heroini həm özü istifadə etmək, həm də tanışlarına istədikləri halda onlara satmaq məqsədi ilə əldə etmişdir. 08 avqust 2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı məhəllədə olan zaman Təqsirləndirilən şəxs oraya gəlmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ağrıları olduğunu deyərək ondan heroin olub-olmadığını soruşmuş, o, Eminə heroin olduğunu deyəndə Emin ondan istifadə etmək üçün 10 (on) manat dəyərində heroin satmağını istəmişdir. O da evdə gizlətdiyi heroindən əvvəlcədən satmaq üçün çəkib 01 (bir) ədəd qızılı rəngli kağıza bükdüyü və üzərində saxladığı heroini Təqsirləndirilən şəxs vermiş və Emindən 10 (on) manat pulu almışdır. Sonra isə Təqsirləndirilən şəxs çıxıb getmiş, o da biraz keçdikdən sonra Sumqayıt şəhərində dəniz kənarına getmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini satan zaman Eminə üzərində və yaşadığı ünvanında əlavə olaraq narkotik vasitə olması barədə heç bir söz deməmiş, Təqsirləndirilən şəxs də bu barədə ondan soruşmamışdır. Əvvəllər də Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə satdığından Eminin onun narkotik vasitə satmağından məlumatı olmuşdur. Təqsirləndirilən şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı heç bir razılaşma və onun hansısa şəxslərə narkotik vasitə satmağı barədə Təqsirləndirilən şəxs məlumatı olmamış, o, bu barədə Eminə heç bir söz deməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin TŞ-də xidməti otaqda baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ümumilikdə 09 (doqquz) manat pulu, sağ yan cibin üzərindəki kiçik cibdən 01 (bir) ədəd qızılı rəngli siqaretin kağız bükümünü çıxarıb masanın üzərinə qoyduğu, həmin bükümün içərisinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qızılı rəngli siqaretin kağız bükümündə narkotik vasitə heroin olduğunu, həmin heroini həmin gün bir qədər əvvəl axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat məscidinin yaxınlığında yaşayan Ağami adlı şəxsdən 10 (on) manat pul verməklə aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirdiyi, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmadığı və götürülmədiyi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkildiyi, olduğu kağız bükümlə birlikdə çəkisi 0,54 qram olduğu, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi 09 (doqquz) manat pul özünə qaytarıldığı, şəxsi axtarışın saat 21:25-də başladığı və saat 21:30-da bitdiyi müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2023-cü il tarixli, 3-16/16/1-6/4247 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “... Saxlanılan şəxs(imza) Təqsirləndirilən şəxs" sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,356 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,306 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X3" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 5241 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,356 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,306 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1309 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmur. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2014-cü il təvəllüdlü X1). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə şahidlərin istifadəsində olan 050 211-37-92, 050 ***-**-** və təqsirləndirilən şəxsin istifadəsində olan 050 591-62-77 nömrəli mobil telefonların 08 avqust 2023-cü il tarixdə anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 01 (bir) ədəd CD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şahidlərin istifadəsində olan 050 211-37- 92, 050 ***-**-** və təqsirləndirilən şəxsin istifadəsində olan 050 591-62-77 nömrəli mobil telefonların anten dairələrində təqsirləndirilən şəxsin tutulma yeri və saatı barədə ziddiyyət müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 (bir) gün 02 (iki) günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 (bir) gün 02 (iki) günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixədək cəzasından 02 (iki) il 25 (iyirmi beş) gününü çəkmiş və çəkilməmiş cəzası 11 (on bir) ay 01 (bir) gün təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elektron Monitorinq İdarəsinin məlumatına əsasən məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə mobil nəzarət qurğusunu enerji ilə təmin etmədiyi üçün ərazi trayektoriyası müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərək özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun əməli şahid ifadələri və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur, o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) günü Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 (bir) gün 02 (iki) günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,356 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,306 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,306 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar