Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-70/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 30 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək hqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 15:07-də, Sumqayıt şəhəri, Qızılqum qəsəbəsi, ev 7a qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, cəmiyyət içində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədə-işlədə şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızlıq göstərərək qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun sifət və bədənin müxtəlif nahiyələrinə əl zərbələri vuraraq ona sol gözaltı nahiyənin, sol almacıq və gözün bayır bucağını əhatə edən qançırşişkinliyi, həmin gözün ağlı qişasına qansızma, sağ saidin və sol baldırın geniş ölçülü qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında arvadı Şahid1 və iki övladı ilə birlikdə yaşayır. Yaşadığı mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs isə onlarla eyni blokda 3-cü mərtəbədə yaşamış və özünü binada nəzarətçi kimi aparmışdır. Onlar məişət tullantılarını yaşadıqları mənzilin qarşısına yığaraq, sonradan həyətə düşəndə götürüb atırmış. Belə ki, 23 mart 2024-cü il tarixdə Şəfiqə yaşadıqları mənzilin qarşısında olan zibil sellofanunu cıraraq zibili yerə dağıtmışdır. xx.xx.2024-cü il tarixində saat 15:00 radələrində arvadı X1 ilə birlikdə yaşadığı evdən çıxarkən, binanın bloku qarşısında Şəfiqə onun arvadı Rənaya uca səslə “zibilləri ora niyə qoyursan dərs olmadı, sənə zibili qapınıza dağıtmağım, hicabından utan” dediyini bildirmişdir. Bundan başqa küçə sözləri ilə onlara qarşı qışqıraraq danışmağa başlamışdır. Həmin vaxt orada adlarını bilmədiyi bir neçə bina sakini də olmuş və arvadı Ləman mübahisənin böyüməsini istəmədiyi üçün oradan uzaqlaşmağa başlamış və bu zaman Şəfiqə yenə də ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək “Fərrux bunun ailəsi deyil, bu bunun rəsmisi deyil” deyib əlləri ilə arvadı Ləmanı boğazından geri itələmişdir. O, bunu görüb əsəblərini cilovlaya bilməmiş və özündən çıxaraq Şəfiqənin sifətindən bir dəfə sillə vurmuşdur. Hadisə yaşadıqları binanın həyətində blokun qarşısında baş vermiş və təxminən 2 dəqiqə davam etmiş, həmin vaxt orada adlarını bilmədiyi bir neçə bina sakini də olmuşdur. O, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etsə də zərərçəkmiş şəxs onu bağışlamamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşu olmuşdur. Belə ki, Fərrux qeyri-rəsmi arvadı Ləman və övladları ilə birlikdə uzun müddətdir ki, binanın 11-ci mərtəbəsində yaşamışlar. Ləman davamlı olaraq zibili binanın blokuna yığdığından qonşular və o, dəfələrlə Ləmana bu barədə irad bildirmişlər. Lakin, Ləman buna məhəl qoymayaraq ona qarşı kobud cavablar vermişdir. Buna görə də əvvəllər də aralarında sözlə mübahisələri olmuşdur. Hadisə baş verən gün yəni, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Ləman ona məxus qapının üzərinə plastik qablar dağıtmışdır. Günorta saatlarında həyətə düşərkən Ləmanın Fərrux ilə həyətə düşdüyünü görüb Ləmana atdığı zibillər barədə öz iradını bildirdikdə Ləman onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı Ləmanın yanında olan Fərrux onun üzərinə hücum edərək üz nahiyyəsinə bir dəfə güclü sillə vuraraq ona xəsarət yetirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Hadisə zamanı qonşuları Hüseyn, Hüseyninin arvadı Sevinc, Emil, Seda və adlarını bilmədiyi bir neçə nəfər şəxs olmuşdur. Fərrux onu vuran zaman qonuşlar müdaxilə edib onu həmin yerdən uzaqlaşdırmışlar. Hadisə zamanı o, Fərrux və ya Ləmana qarşı heç bir fiziki zor tətbiq etməmiş, onları vurmamışdır. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında əri Təqsirləndirilən şəxs və iki övladı ilə birlikdə yaşayır. Yaşadığı mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Yaşadığı mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs isə onlarla eyni blokda 3-cü mərtəbədə yaşamış və özünü binada nəzarətçi kimi aparmışdır. Onlar məişət tullantılarını yaşadıqları mənzilin qarşısına yığaraq, sonradan həyətə düşəndə götürüb atırmış. Belə ki, 23 mart 2024-cü il tarixdə Şəfiqə yaşadıqları mənzilin qarşısında olan zibil sellofanunu cıraraq zibili yerə dağıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində əri Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evdən çıxarkən, binanın bloku qarşısında Şəfiqə ona uca səslə “zibilləri ora niyə qoyursan dərs olmadı, sənə zibili qapınıza dağıtmağım, hicabından utan” dediyini bildirmişdir. Bundan başqa küçə sözləri ilə onlara qarşı qışqıraraq danışmağa başlamışdır. Həmin vaxt orada bina sakinlərindən Emin, Hüseyn və bir neçə adlarını bilmədiyi bina sakinləri də olmuşdur. O, mübahisənin böyüməməsi üçün əri ilə birlikdə uzaqlaşan zaman Şəfiqə ona və ailəsinə qarşı nalayiq ifadələr işlətmişdir. O, zərərçəkmiş şəxsə “Şəfiqə xala sən yaşlı adamsan, bu sözlər yaraşmır, sən get öz işinlə məşğul ol” bildirmiş, Şəfiqə qışqıraraq “Fərrux bunun ailəsi deyil, bu bunun rəsmisi deyil” sözləri işlədərk onu əlləri ilə boğazından geri itələmişdir. Bu zaman Fərrux özündən çıxaraq Şəfiqənin sifət nahiyəsindən bir dəfə sillə vurmuşdur. Hadisə zamanı o, hər hansı bədən xəsarəti almamışdır. Hadisə zamanı onların yaxınlığında təxminən 4-5 nəfər bina sakini olmuşdur. Həmin vaxt o, Şəfiqəyə fiziki güc tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yaşayır. Onunla eyni binada Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin yaşadığı binanın 3-cü mərtəbəsində Zərərçəkmiş şəxs tək yaşayır. Belə ki, 30 mart 2024-cü il tarixdə yaşadığı binanın blokunda təmzilik işləri apardığı zaman həyətdən səs küy gəldiyini eşidib dərhal həyətə düşmüş, həyətə düşərkən başqa şəxslərində toplaşdığını və qonşusu Şəfiqə xanımın yerə yıxıldığını görüb onu ayağa qalxçasına köməklik göstərmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəfiqə adlı qonşu ilə Fərrux adlı qonşusu arasında münaqişə baş vermişdir. Lakin, kimin kimə xəsarət yetirməsini görməmişdir. Həmin yerə çatdıqda artıq Şəfiqə yerdə uzanmış vəziyyətdə olmuş, hadisə təxminən 5-10 dəqiqə aralığında baş vermişdir. Hadisə zamanı orada təxminən 4-5 nəfər qonşu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Onunla eyni binada Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə, həmçinin yaşadığı binanın 3-cü mərtəbəsində Zərərçəkmiş şəxs tək yaşayır. 30 mart 2024-cü il tarixdə yaşadıqları binanın blokunda təmzilik işləri apardığı zaman Fərrux ilə Şəfiqənin sözlə mübahisə etdiyini, bu zaman Fərruxun Şəfiqənin sifət nahiyəsinə sillə zərbəsi vurduğunu binanın blokundan görüb dərhal qonşusu Emil ilə birlikdə blokdan çıxmış və müdaxilə etmişlər. Bundan sonra, Şəfiqə xanım ilə Fərrux və arvadı Ləmanın münaqişəsi zamanı Şəfiqə yerə yıxılmışdır. Emil ilə birlikdə Fərruxu aralayıb həmin yerdən uzaqlaşdırmışlar. Hadisə təxminən 5-10 dəqiqə aralığında baş vermişdir. Hadisə zamanı orada arvadı Sevinc, qonsunu Emil və digər 2-3 nəfər adlarını xatırlamadığı qonşular olmuşdur. Hadisə zamanı Fərruxun Şəfiqənin sifət nahiyəsinə sillə zərbəsi vurduğunu binanın blokundan görüb dərhal hadisəyə müdaxilə etməklə Fərruxu sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 01 aprel 2024-cü tarixli 520 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdaki xəsarətlər vardır: Sol gözaltı nahiyyənin sol almacıq və gözün bayır bucağını əhatə edən qançır-şişkinliyi, həmin gözün ağlı qişasına qansızması, sağ saidin və sol baldırın geniş ölçülü qançırları aşkar edilmişdir. Qeyd Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə – arayışdan, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-218/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(006)-15/2025 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci hissəsi tətbiq edilərək, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 1(006)-218/2018 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 2000 (iki min) manat cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Belə ki, təqsirləndirilən şəxs ona və arvadına qarşı Zərərçəkmiş şəxs bina daxilində tulantıları saxlanmaması, atılması və natəmizlik yaranması barədə iradlarına məhəl qoymayıb, bu iradları ona və arvadına bildirilməsini özü üçün dözülməz hal kimi qəbul edib bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai yer olan küçədə kənar şəxslərin qarşısında zərərçəkmiş şəxsə yüngül dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 15:07-də, Sumqayıt şəhəri, Qızılqum qəsəbəsi, ev 7a qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, cəmiyyət içində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədə-işlədə şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızlıq göstərərək qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun sifət və bədənin müxtəlif nahiyələrinə əl zərbələri vuraraq ona sol gözaltı nahiyənin, sol almacıq və gözün bayır bucağını əhatə edən qançırşişkinliyi, həmin gözün ağlı qişasına qansızma, sağ saidin və sol baldırın geniş ölçülü qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində bir az yaşlı uşağının olmasını məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-70/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-70/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver