Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-700/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə 1992-ci il sentyabrın 18-də Rusiya Federasiyası, Samara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2022-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs ilə tanış olub xarici ölkədən mebel gətirməklə gəlir əldə edəcəkləri adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 29 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz” marketin arxasında Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində pul vəsaitinin alınmasına nail olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o X1 oğlunun sinif yoldaşının valideyni Fərqanənin vasitəsi ilə tanımışdır. Belə ki, Fərqanə ona Aytən adlı tanışının qızıl-zinət əşylarının nisyə şəkildə satdığını bildirmiş və bundan sonra o, Aytən adlı qadınla 2022-ci ilin aprel-may aylarında tanış olmuşdur. Belə ki, o, bir müddət Aytəndən qızıl-zinət əşylarını nisyə götürüb pulunu da hissə-hissə ödəmiş və aralarında etibar yaranmışdır. Bundan sonra aralarında qızıl-alış verişi olmuş, hətta Aytəndən qızıl alıb başqa adamlara da qızıl satmışdır. Lakin anasının xəstəliyi ilə əlaqədar həmin aldığı qızılların bir qismini "Mugan bankda" lombarda qoyub pul götürmüşdür. Bundan başqa 2022-ci ilin avqust ayında Aytənə xaricdən mebel gǝtirib burada satıb öz işlərini qura biləcəyini, hətta yaxşı qazanc əldə edəcəyini bildirmişdir. Bunun üçün Aytəndən 5000 manat pul istəmiş və həmin pulun müqabilində 2500 manat qazanc əldə edəcəyini bildirdikdə, sonuncu onunla razılaşmış və 29 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Ucuz” marketin arxasında Kənan adlı azyaşlı tanışı ilə göndərmişdir. O, həmin 5000 manatı götürüb anasının xəstəliyi ilə əlaqədar xərcləmişdir. Bu səbəbdən də heç bir mal gətirə bilməmiş və bir müddət sonra Aytən ondan qızıllarla birlikdə 35000 manat pul tələb etdikdə o, Aytənlə haqq-hesab aparmış və nəticədə natariusa gedib Aytənə 18500 manat borcu olması barədə ərizə vermişdir. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və onunla barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs tanışı Fərqanə adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin aprel ayında Fərqanə onun icazəsi ilə mobil telefon nömrəsini Əfsanəyə vermiş və onunla əlaqə saxlamışdır. Əfsanə ilkin olaraq ondan qızıl sırğa və qolbaq almış, ilkin ödəniş olaraq 100 manat pul vermiş və ayda ona 100 manat olmaqla 6 ay da pul verməli olmuşdur. Bir müddət keçdikdən sonra Əfsanə yenə də ilkin ödəniş edərək başqa qızıl zinət əşyaları götürməyə başlamışdır. Əfsanə söhbət əsnasında ona mebel işi ilə məşğul olduğunu, xaricdən material gətiridiyini və həmin mebelləri burda satdıqdan sonra 2 qat pul əldə etdiyini bildirib, ona da 5000 manat pul verməsini təklif etmiş və həmin məbləğin qarşılıqında bir həftəyə 2500 manat pul əldə edəcəyini bildirmişdir. O, Əfsanənin dediklərinə inanmış və onunla razılaşaraq xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon, ərazisində yerləşən Ucuz marketin arxasında əmisi nəvəsi Kənan vasitəsilə Əfsanəyə 5000 manat pul vermişdir. Bir həftə sonra Əfsanədən pulunu istəyən zaman Əfsanə ona qazancı götürdüyünü və pulu da anasının əməliyyatına xərclədiyini bildirmişdir. Bundan sonra dəfələrlə Əfsanədən pulunu almaq istəsə də, Əfsanə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa Əfsanənin qızıllara görə də ona 30.000 manat borcu olduğunu bildirdi. Hazırda bu iş üzrə Əfsanə vurduğu 5000 manat ziyanı məhkəmə iclasında ona ödəmişdir. Bununla da o, dəymiş ziyanın tam qaytarıldığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs 4-5 ildir ki, tanıyır. Belə ki, Aytənin qızı ilə onun qızı Sumqayıt şəhərində yerləşən Olimpiya kompleksində birgə idmana gedirlər. Həmçinin Təqsirləndirilən şəxs övladı ilə digər övladı Sumqayıt şəhəri 11 saylı tam orta məktəbdə sinif yoldaşı olublar. O, Aytənin qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün Əfsanə ilə söhbət zamanı Əfsanə ona qızıl-zinət əşyası almaq istədiyini bildirmiş və o, qızıl-zinət əşyaları satan tanışı olduğunu bildirmişdir. Bununla əlaqədar o, Aytənlə danışdıqdan sonra onun nömrəsini Əfsanəyə vermiş və özüylə əlaqə saxlamağı bildirmişdir. Bir neçə ay sonra ona məlum olmuşdur ki, onlar qızıl-zinət əşayalarının alqı-satqısı ilə məşğul olmuş və Əfsanənin Aytənə borcu yaranmışdır. X2 müəyyən məbləğdə pulu başqa iş görəcəyi vədi ilə ondan alıb qaytarmamışdır. Lakin həmin işlərin görülməsindən və onlar arasında olan alqı-satqı münasibətlərindən heç bir xəbəri olmamışdır. Sonradan Aytən ona demişdir ki, Əfsanə onun pulunu iş görmək adı ilə mənimsəmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, 29 iyul 2022-ci il tarixdə qohumu, yəni atasının əmisi qızı Aytən onlarda olarkən axşam saatlarında bibisi Aytən ona 5000 manat pulu kağıza büküb vermişdir ki, həmin pulu Əfsanə adında qadına yaşadıqları binanın qarşısında versin. O da Əfsanə ilə yaşadıqları binanın yaxınlığında “Ucuz” marketin arxasında görüşmüş və bibisi Aytənin ona verdiyi pulu kağıza bükülü vəziyyətdə Əfsanəyə vermişdir. Həmin pulun bibisi Aytən tərəfindən həmin qadına hansı məqsədlə verilməsi barədə məlumatı olmamışdır. Sonradan anası ilə Aytənin danışıqlarından başa düşmüşdür ki, Əfsanəyə verdiyi pulu o, bibisi Aytəni aldatmaqla ələ keçirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-700/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-700/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver