Məhkəmə qərarları › İş №1(060)-701/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-701/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-701/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-İstifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 əlilliyə görə dövlət təqaüdü verilməsini təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 10 yanvar 2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron düşərgəsində sonuncunun 7500 manat və 25 yanvar 2019-cu il tarixdə yenə eyni ünvanda 4000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 11500 (on bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin yoxlanılması üçün keçirilən tibbi sosial ekspert komisiyasının yoxlanışından keçərək növbəti illərdə də, təqaüd almasını, əlillik dərəcəsinin ləğv olunmamasını təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 2021 -ci ilin dekabr ayında, ünvan 3 ünvanında 5500 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 5500(beş min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 2021-ci ilin avqust ayının əvvəlləri, Bakı şəhəri, Kardiologiya İnstitutunda həkim işləyən Sevinc adlı xanım vasitəsi ilə tanımışdır. O, Sevincə əlillik təqaüdü kəsilmiş istənilən şəxsin əlillik təqaüdünü bərpa etdirmək imkanları olduğunu bildirmiş, bu səbəbdən də Sevinc Zərərçəkmiş şəxs1 onunla tanış etmişdir. 2021-ci ilin avqust ayında Əmirxanla onun arasında olan söhbət zamanı Əmirxan müharibədə iştirakı nəticəsində ikinci dərəcəli əlil olduğunu, 2021-ci ilin oktyabr ayında əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə tibbi-sosial ekspert komissiyasının müayinəsindən keçəcəyini, ancaq müayinədən keçdikdən sonra əlillik təqaüdünün kəsiləcəyindən narahat olduğunu bildirib, TSEK-nın müayinəsindən keçməkdə Əmirxana köməklik etməsini ondan xahiş etmişdir. O, tanışlarının vasitəsi ilə 5000 manat müqabilində Əmirxana köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış və 2021-ci ilin avqust ayının sonları Əmirxan ona çatdırması üçün Sevincə 5000 manat vermiş və Sevinc də həmin məbləği taksi ilə ona göndərmişdir. Adını bilmədiyi taksi sürücüsü sözügedən 5000 manat pulu Bakı şəhəri 20 Yanvar ərazisində ona çatdırmışdır. Ancaq təxminən 7 gün sonra Sevinc ona zəng edərək Əmirxanın “işi”ni həll etməsi üçün ona göndərdiyi 5000 manat pulu qaytarmasını xahiş etmiş və o, həmin məbləği Şahid1lə Sevincə göndərmişdir. Əmirxan 2021-ci ilin oktyabr ayında TSEK-nin müayinəsindən keçdikdən sonra əlillik təqaüdü kəsildiyi üçün Əmirxan yenidən ona müraciət edərək əlillik təqaüdünün bərpa olunmasında köməklik etməsini xahiş etmişdir. O, Əmirxanın əlillik təqaüdünün bərpa olunmasının, əlillik dərəcəsinin ləğv olunmamasının təşkil edilməsinin çətin iş olduğunu demiş və tanışları vasitəsi ilə 5500 manat müqabilində həll etdirəcəyini bildirmişdir. Əmirxan onunla razılaşmış və 2021-ci ilin dekabr ayında Əmirxanın yaşadığı ünvan 4 ünvanında Əmirxandan 5500 manat pul almışdır. Maddi ehtiyacları olduğundan Əmirxandan aldığı 5500 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 uzun müddətdir ki tanıyır. 2019-cu ilin yanvar ayında, Bakı şəhəri Mərdəkan qəsəbəsi “stansiya” deyilən ərazidə növbəti dəfə görüşüb söhbət etdikdə Zərərçəkmiş şəxs2, tanışlarının vasitəsi ilə əlilliyə görə dövlət təqaüdü verilməsini təşkil edə biləcəyini, bunun üçün 11500 manat pul verilməli olduğunu və hər ay 475 manat təqaüd alacağını bildirmişdir. Allahverdi onun təklifi ilə razılaşmış, ancaq 11500 manat pulu ona hissə-hissə verəcəyini bildirmişdir. 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Abşeron düşərgəsində Zərərçəkmiş şəxs2la görüşmüş və əlilliyə görə dövlət təqaüdü verilməsini təşkil etməsi üçün aralarında olan razılaşmaya görə Zərərçəkmiş şəxs2 verməli olduğu 11500 manat pulun 7500 manatını ona verərək, qısa müddət ərzində də qalan 4000 manatı da, verəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2la görüşmüş və sonuncu, qalan 4000 manat pulu ona vermişdir. O, qısa müddət ərzində Zərərçəkmiş şəxs2 “işi”ni həll edəcəyini, sonuncunun tezliklə təqaüd alacağını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb “iş”in nə yerdə olduğunu soruşduqda o, hər dəfə Zərərçəkmiş şəxs2 aldadaraq qısa müddət ərzində əlilliyə görə təqaüd alacağını bildirmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmiş, ödəməyə imkanı da yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1-ci Qarabağ müharibəsi veteranı və 2-ci qrup müharibə əlilidir, bu səbəbdən də, əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə hər 5 ildən bir keçirilən Tibbi Sosial Ekspert Komisiyasmm yoxlanışından keçir, növbəti yoxlanışının vaxtının 2021-ci ilin oktyabr ayına təyin edilmiş, ancaq ondan öncə TSEK yoxlanışından keçən bir çox tanıdığı əliliyə görə təqaüd alan şəxslərin yoxlanışdan keçdikdən sonra əliliyə görə aldıqları dövlət təqaüdü ləğv edildiyi üçün o da müayinədən keçdikdən sonra əlillik təqaüdünün kəsiləcəyindən narahat olaraq, həkim işləyən Sevinc adlı tanışından, onun əlillik dərəcəsinin yoxlanılması üçün keçirilən tibbi sosial ekspert komissiyasının yoxlanışından keçərək növbəti illərdə də, təqaüd almasına, əlillik dərəcəsinin ləğv olunmamasına köməklik edə biləcək hər-hansı bir şəxslə onu tanış etməsini xahiş etmiş, bu səbəbdən Sevinc onu Təqsirləndirilən şəxsla tanış etmiş, Fəxxrəddin Xanlarov ona köməklik edə biləcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxsla görüşüb söhbət edərək, müharibədə iştirak etməsi nəticəsində ikinci dərəcəli əlil olduğunu, 2021-ci ilin oktyabr ayında əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə tibbi-sosial ekspert komissiyasının müayinəsindən keçəcəyini, ancaq müayinədən keçdikdən sonra əlillik təqaüdünün kəsiləcəyindən narahat olduğunu bildirmişdir. Fəxrəddin tanışlarının vasitəsi ilə 5000 manat müqabilində ona köməklik edə biləcəyini qeyd etmişdir. O, Fəxrəddinlə razılaşmış və həmin məbləği 2021-ci ilin avqust ayının sonları Fəxrəddinə çatdırması üçün Sevincə 5000 manat vermiş və Sevinc də, həmin məbləği taksi ilə Fəxrəddinə göndərmişdir. Ancaq sonradan TSEK-nın müayinəsindən keçə biləcəyini, əlillik təqaüdünün ləğv olunmayacağını ehtimal etdiyi üçün fikrindən daşınmış və sözügedən məbləği verdikdən təxminən 7 gün sonra Fəxrəddinə verdiyi pulu alıb ona qaytarmasını Sevincdən xahiş etmişdir. Sevinc də öz növbəsində həmin məbləği Fəxrəddindən alıb ona qaytarmışdır. Ancaq əlillik təqaüdü ləğv olunduqdan sonra o, yenidən Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmiş və Fəxrəddinlə əlaqə saxlayıb əlillik təqaüdünün bərpa olunmasında ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs çətin iş olduğunu, tanışları vasitəsi ilə 5500 manat müqabilində onun əlillik təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. O, Fəxrəddinlə razılaşmış və 2021-ci ilin dekabr ayında yaşadığı mənzildə-ünvan 4 ünvanında Fəxrəddinlə görüşmüş və ona 5500 manat pulu vermişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq Fəxrəddin onun əlillik təqaüdünü bərpa etdirməmiş o, Fəxrəddinlə əlaqə saxlayıb “iş”in nə yerdə olduğunu soruşduqda Fəxrəddin hər dəfə bir bəhanə gətirərək onu aldatmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs onun əlillik təqaüdünü bərpa etdirəcəyi adı ilə ondan aldığı 5500 manat pul qaytarmasını tələb etməyə başlamışdır. Ancaq Fəxrədin bəhanələr gətirərək pulunu qaytarmamış və onunla əlaqələrini kəsmişdir. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1997-ci il tarixdən tanıyır. 2019-cu ilin yanvar ayında Fəxrəddinlə Mərdəkan qəsəbəsində, stansiya deyilən ərazidə görüşmüş və söhbət əsnasında Fəxrəddin ona hər ay 475 manat təqaüd almasını düzəltmək imkanı olduğunu bildirib, bunun qarşılığında ondan 11500 manat pul istəmişdir. O, Fəxrəddinin təklifi ilə razılaşmış və xx.xx.2019-cu il tarixdə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron düşərgəsində Fəxrədinə 7500 manat pul vermişdir. 15 gün sonra həmin ünvanda Fəxrəddinlə görüşüb sonuncuya 4000 manat pul vermişdir. O, iki ay gözlədikdən sonra Fəxrəddinlə əlaqə saxladıqda Fəxrəddin müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda ona təqaüd düzəldəcəyini bildirmiş, ancaq bir müddət sonra Fəxrəddin onunla əlaqələrini kəsdikdə, Fəxrəddin tərəfindən aldadıldığını başa düşmüşdür. X8 adlı şəxs tanış etmiş, hazırda həmin şəxs ölmüşdür. Fəxrəddin ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, taksi fəaliyyəti göstərdiyi üçün Fəxrəddin onun müştərisidir, 2021-ci il tarixdə Fəxrəddini bir neçə dəfə Sumqayıt şəhərinə aparmış və Fəxrəddin Sumqayıt şəhərində Zərərçəkmiş şəxs1 adlı şəxslə görüşmüşdür. Fəxrəddin ona pul verərək, Bakı şəhərində, Kardiologiya İnstutunda həkim işləyən Sevinc adlı xanıma çatdırmasını xahiş etmişdir. O da Fəxrəddinin xahişini yerinə yetirmişdir. X4 göndərdiyi pulun məbləğini və hansı səbəbdən pul göndərməsini bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 5 il müddətdir ki tanıyır. O, Fəxrəddinin özünə və eləcə də bir neçə yaxınına müalicə olunmaları istiqamətində öz sahəsi üzrə köməklik göstərdiyini, münasibətlərinin də bu münvalla yarandığını qeyd edərək bildirmişdir ki, tanışlıqları dövründə Fəxrəddin özünü ona geniş əlaqələri, əlillik təqaüdü kəsilmiş istənilən şəxsin əlillik təqaüdünü bərpa etdirmək imkanları olan bir şəxs kimi təqdim etmişdir. Bu səbəbdən də, o, müalicə etdiyi şəxs Zərərçəkmiş şəxs1 əliliyə görə aldığı dövlət təqaüdünün kəsiləcəyini bildirdikdə o, mümkün köməkliklər etməsi məqsədi ilə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla tanış etmişdir. 2021-ci ilin avqust ayının sonları Əmirxan müayinə üçün onun yanına getdikdə Əmirxan Fəxrəddinlə görüşüb söhbət etdiyini, Fəxrəddinin Əmirxanın əlillik təqaüd işini həll edəcəyinə söz verdiyini bildirmiş və müayinədən sonra Fəxrəddinlə görüşməyə vaxtı olmadığı üçün ona paketin içərisində dəqiq miqdarını bilmədiyi qədər də pul verərək, Təqsirləndirilən şəxs çatdırmasını ondan xahiş etmişdir. O, içərisində pul olan həmin paketi taksi sürücüsü ilə Fəxrəddinə göndərmişdir. O, sonradan öyrənmişdir ki, Əmirxanın, Fəxrəddinə göndərməsi üçün ona verdiyi pulun miqdarı 5000 manat olmuşdur və həmin məbləği Əmirxan əlilik təqaüdünün kəsilməməsinin təşkil edilməsi üçün Fəxrəddinə göndərmişdir. Bundan sonra o, Fəxrəddinin Əmirxanı aldada biləcəyindən və Əmirxanın işini həll etməyərək aldığı pulu mənimsəməsindən narahat olmuş və Fəxrəddinlə əlaqə saxlayaraq Əmirxanın verdiyi 5000 manat pulu geri istədiyini bildirib, pulu geri qaytarmasını Fəxrəddindən xahiş etmişdir. Fəxrəddin həmin 5000 manat pulu Şahid1 adlı taksi sürücüsü ilə ona göndərmiş və o, həmin 5000 manat pulu Əmirxana qaytarmış, hətta Əmirxana işi həll olunmadan öncə heç kimə pul verməməsini tapşırmışdır. Ancaq bir müddət sonra o, öyrənmişdir ki, Əmirxan yenidən Fəxrəddinlə görüşüb TSEK-nın müayinəsindən keçdikdən sonra Əmirxanın əlillik təqaüdünün bərpa olunmasında sonuncuya köməklik etməsini Fəxrəddindən xahiş etmiş və bu işin həl olunması üçün Fəxrəddinə 5500 manat pul vermişdir. X5 işini həll etməyərək sonuncudan aldığı pulu mənimsəmişdir. Hətta o da, bir neçə dəfə Fəxrəddinlə əlaqə saxlayıb Əmirxanın pulunu qaytarmasını xahiş etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadıb pulunu ələ keçirməsi kimi bir niyyəti olmasını bilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru Mürvət Həsənov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş əxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111-də 06 aprel 2023-cü il tarixdə saat 19:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, 08 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ İŞ tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatlan bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ İŞ tərəfindən 15 aprel 2023-cü il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, 17 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittihamın mahiyyəti izah edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-ü il tarixdən saat 17:00-dan hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ İŞ-nin icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02-05 aya kimi, yəni 7 iyun 2023-cü il tarixdən 7 avqust 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Şuşa rayon İcra Hakimiyyəti Başçısının Malıbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 102 və 103 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yeni yaşayış massivində 96 nömrəli evdə məskunlaşmışdır, ailə tərkibi X1 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid2 barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rüşvət verməyə təhrik etməsi heç bir istintaq sənədləri ilə təsdiq edilmədiyindən həmin xüsusat üzrə Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5500 manat ziyan ödənilməmişdir, ondan şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 11500 manat ziyan ödənilməmişdir, şikayətçidir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlər və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 701/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1019 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar