Məhkəmə qərarları › İş №1(060)-702/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-702/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-702/2023 14.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Faiq oğlunun, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Faiq oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Faiq oğlu özgənin əmlakını gizli yolla talama məqsədi ilə, 2023-cü ilin aprel ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına açıq vəziyyətdə olan pəncərədən qanunsuz daxil olaraq, otaqlardan 120 (yüz iyirmi) manat məbləğində 01 (bir) ədəd "Start" markah 16-hq ölçüdə olan velosipedi, 50 (əlli) manat məSndə 01 (bır) ədəd Bosch” markalı dreli və 60 (altmış) manat məbləğində 01 (bir) ədəd "Bosch” markah laqondam götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş şəxs X3 ümumilikdə 230 (iki yüz otuz) manat məbləğində maddi zivan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına açıq vəziyyətdə olan pəncərədən qanunsuz daxil olaraq otaqlardan 70 manat məbləğində 01 ədəd Molinex markalı şirəçəkəni, 30 manat məbləğində bir ədəd Siemens markalı ev telefonunu və 200 manat məbləğində 01 ədəd Diamond markalı oval formalı xalçanı götürüb aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Faiq oğlu Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmədiyindən daima pula ehtiyacı yaranmış, bu səbəbdən hardansa oğurluq etmək qərarına gəlmişdir. Buna görə içərisinə daxil olması rahat mənzil axtarmışdır. 2023-cü ilin təxminən aprel ayının ortalarında gecə saatlarında Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 29/32A ünvanında binanın həyətində olan zaman 3 mərtəbəli binanın 1-ci mərtəbəsinin pəncərəsinin açıq olmasını görmüşdür. O, həmin mənzilin kimə məxsus olmasını bilməmişdir. Qeyd olunan mənzildə heç kəsin olmadığından arxayın olaraq mənzilin çölə baxan açıq pəncərəsindən içəriyə daxil olmuşdur. Mənzilin içərisi qaranlıq olduğundan orada nələr olmasına tam fikir verə bilməmiş, bu səbəbdən qarşısında olan bir ədəd "Start" markalı velosiped, bir ədəd drel və bir ədəd laqonda götürərək mənzilə girdiyi yerdən çıxaraq oradan uzaqlaşmış və yaşadığı evə tərəf piyada getməyə başlamışdır. Yaşadığı evin qarşısında üzdən tanıdığı Fərhad adlı şəxslə rastlaşmış, ona müraciət edərək ona təcili pul lazım olduğundan övladına məxsus velosipedi 20 manata satmaq istədiyini bildirdikdə Fərhad onu yaxından tanımadığından və evli olub- olmadığını bilmədiyindən ona inanmış və velosipedi almağa razılaşaraq 20 manat pulu ona verib velosipedi götürmüşdür. Bundan sonra o, dreli və laqondanı yaşadığı mənzilə aparmayaraq bir yerdə gizlətmişdir. Həmin günü sabahısı drel və laqondanı Sumqayıt şəhəri kolxoz bazarı adlanan əraziyə aparıb tanımadığı şəxsə 30 manata satmış və pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt onda həmin evdən yenidən oğurluq etmək fikri olmamışdır. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə pula ehtiyacı yarandığından yenidən həmin mənzildən oğurluq etmək qərarına gəlmiş, çünki əmin olmuşdur ki, həmin mənzildə heç kim yaşamır. Bu səbəbdən gecə saatlarında eyni üsulla həmin mənzilə daxil olub yarı qaranlıq vəziyyətdə olan otaqdan əli ilə əşyalar axtarmağa başlamış və əlinə düşən 1 ədəd şirəçəkən, bir ədəd ev telefonu və bir ədəd oval formalı xalçanı götürüb pəncərədən çıxmaqla mənzili tərk etmişdir. Həmin əşyaları da, gecə yaşadığı mənzilin giriş hissəsində gizlədib sabahı gün Sumqayıt şəhəri “Əşya” bazarı adlanan yerdə tanımadığı şəxsə üçünü birlikdə 60 manata satmış, əldə etdiyi pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Qeyd olunan mənzildən iki dəfə ayrı-ayrı vaxtlarda oğurluq etdiyi zaman bu cinayətlərin törədilməsində ona heç kim köməklik göstərməmiş, etdiyi oğurluqdan heç kəsin xəbəri olmamışdır. O, həmin mənzildən başqa heç yerdən oğurluq etməmişdir. O, mənzilə oğurluq etmək məqsədi ilə daxil olarkən hər iki dəfə pəncərədən istifadə etmiş, mənzilin döşəməsində yarıq olub-olmamasına fikir verməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 2 il öncə ona məxsus olan ünvan 3-dəki mənzilini “AYTA LTD” şirkəti tərəfindən tikilən hündürmərtəbəli binada olan mənzil ilə dəyişmişdir, lakin, köhnə mənzildə hal-hazıra kimi ona məxsusdur və özünə məxsus olan bəzi əşyalarını həmin mənzildə saxlamışdır, xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində həmin mənzilə gəlib bəzi əşyalar qoyub çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə avtomobil üçün ehtiyat hissələri götürmək məqsədi ilə həmin mənzilə getmiş, lakin orada olarkən evin pəncərəsinin açıq olmasını görmüşdür. Evə girib baxarkən 2012-ci il təvəllüdlü qızı Emilya Pənahova üçün 150 manata aldığı “Start” markalı, 16-hq ölçüdə velosipedin, 90 manat dəyərində 01 ədəd “Bosch” markalı drelin və 90 manat dəyərində 01 ədəd “Bosch” markalı laqondanın olmadığını aşkar etmiş, evdə oğurluq olduğunu anlamışdır. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin oğurluq hadisəsi zamanı ona cəmi 330 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə o yenidən ünvan 3 ünvanına getmişdir. Həmin vaxt yenidən evin pəncərəsinin açıq olduğunu, həmçinin evə daxil olduqda evin döşəməsində yarıq olduğunu görmüşdür. Evə baxarkən oradan ona məxsus 190 manat dəyərində 01 ədəd “MOLİNEX” markalı şirəçəkən aparatının, 170 manat dəyərində 01 ədəd “SİEMENS” markalı ev telefonunun və 200 manat dəyərində 01 ədəd “DİAMOND” markalı oval formalı xalçanın oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək və ərizə ilə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə müraciət edərək baş vermiş oğurluq hadisəsi nəticəsində məlumat vermişdir. Ona baş vermiş oğurluq hadisələri nəticəsində ümumilikdə 890 manat məbləğində maddi ziyan dəymişdir. O, mənzildə 2-ci dəfə baş vermiş oğurluq zamanı mənzilin pəncərəsinin açıq olduğunu, həmçinin döşəmədə yarıq olduğunu görmüş, buna görə də oğurluğun mənzilin döşəməsində olan yarıqdan istifadə edilməklə törədilməsini ehtimal etmişdir. Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 29/32A, 7 saylı mənzilin içərisindəki döşəmədə olan yarığın çıxışı çöl tərəfə idi. Hazırda Təqsirləndirilən şəxs Faiq oğlunun ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid (hərbi qulluqçu olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir) göstərmişdir ki, 2023-cü ilin aprel ayının ortalarında axşam saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayonda olan zaman qismən tanıdığı, adını Rauf kimi bildiyi şəxs ona yaxınlaşaraq “Start” markalı velosiped satmaq istədiyini bildirmiş, o, ondan həmin velosipedin haradan əldə etdiyini soruşmuşdur. Rauf isə həmin velosipedin öz övladına məxsus olduğunu, təcili pul lazım olduğu üçün satdığını bildirmişdir. Qiymətdə onlar 20 manata razılaşmışlar, o, ona 20 manat pul verib həmin velosipedi ondan almışdır. 11 may 2023-cü il tarixdə onun mobil telefonuna zəng gəlmiş, ona zəng edən şəxs polis əməkdaşı olduğunu bildirərək onu polis bölməsinə dəvət etmiş və o, da etriaz etmədən polis bölməsinə getmişdir. Polis bölməsində velosiped aldığı şəxsi görmüş, o, polis bölməsində etiraf etmişdir ki, qismən tanıdığı Rauf adlı şəxsdən 20 manata velosiped almış və sonradan həmin velosipedi təhqiqata təqdim etmişdir. O, Təqsirləndirilən şəxs həmin velosipedi oğurluq yolu ilə əldə etdiyini bilməmiş, Rauf ona velosipedi satarkən öz övladına məxsus olmasını bildirmiş, Raufun övladının olubolmaması barədə məlumatı olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Xanməmədov Raufun onun evindən oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-6040/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 01 ədəd şprits iynə ilə birlikdə, 01 ədəd bıçaq və 01 ədəd mişarın üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid 1 ədəd mavi rəngli velosipedi təqdim edərək Rauf adlı şəxsdən 25 AZN-ə almasını bildirmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yarımtikiliyə baxış keçirilmişdir. Baxış zamanı hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin pəncərəni açıb qonşunun yaşamış olduğu evə, oradan da divarı söküb Zərərçəkmiş şəxs yaşamış olduğu evə daxil olaraq müxtəlif əşyaları oğurladığı müəyyən edilmişdir. Hadisə yerinin müayinəsini həyata keçirən ekspert-kriminalsit tərəfindən tədqiqat üçün yararlı ola biləcək əl-barmaq izləri və ya digər sübutlar aşkar edilməmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:15-də Sumqayıt ŞPİ-də tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi yeri və necə oğurluq etdiyini əyani şəkildə göstərmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Start” markalı 16-lıq ölçüdə olan velosiped maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 69.3-cü maddəsilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3886 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 330,00 manat müəyyən edilir. Qərarda göstərilən Diamond markalı oval formalı xalçanın ölçüləri dair məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan 18 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə 3-cü mikrorayonun binalarının zirzəmilərinin işlənməyən borularını oğurlayıb. Yaşadığı binanın 3-cü zirzəmiyə girişinin taxta qapısını qırıb lazım olmayan zibilləri yığıb. MKS-nin işçiləri tərəfindən təmizlənib, öznə xəbərdarlıq edilib. Heç bir məhəl qoymayıb zirzəmini təkrar olaraq zibillə doldurub. Bu da həmin girişdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olub. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 180 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Şahid əməlində CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs Faiq oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Faiq oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Faiq oğlunun cəzasını yüngülləşdirən hal qismində əməlindən peçman olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Faiq oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 69.3cü maddəsi ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəza çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 497/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla toplanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 497/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Təqsirləndirilən şəxs Faiq oğlunun cəzasının əvvəli tutulduğu 11 may 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Faiq oğlundan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Faiq oğlu dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Faiq oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd “Start” markalı 16-lıq ölçüdə olan velosiped Zərərçəkmiş şəxs təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Faiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 497/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla, qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Faiq oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Faiq oğlunun barəsində bu iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Faiq oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Start” markalı 16-lıq ölçüdə olan velosiped Zərərçəkmiş şəxs təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs Faiq oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar