Məhkəmə qərarları › İş №1(060)-703/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-703/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-703/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Ermənistan Respublikası Sisyan rayonu, Sofulu kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Şahid1 “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi kart hesabına Sumqayıt şəhəri, "Pioner" marketin yanında "MilliÖn" terminalı vasitəsilə 30 (otuz) manat ödəməklə, həmin gün saat 20:40 radələrində yaşadığı binanın girişinə düşərək Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,325 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 22:55 radələrində ünvan 3 ünvanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı Şahid1 ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-na gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümün içərisində 0,325 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdur. Təxminən 3-4 aydır arabir "patı" deyilən psixotrop maddə olan metamfetamini zərli kağızda yandırmaqla tüstüsünü qəbul edir. Sumqayıt şəhəri, 1-ci mikrorayon sakini Şahid1 ilə təxminən 3-4 aydır tanış olmuş, Rövşənin metamfetamin qəbul etməsini bilmişdir. Rövşən bir dəfə ona pul müqabilində metamfetamin təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rövşənin istifadə etdiyi ***-***-**-** nömrəsinə sms yazaraq ona metamfetamin təşkil edib gətirməyini xahiş etmiş, Rövşən problem olmadığını deyərək onun kartına taksi pulu ilə birlikdə ümumilikdə 30 (otuz) manat göndərməsini, 25 (iyirmi beş) manatlıq metamfetamin gətirəcəyini, 05 (beş) manat da taksi pulu olduğunu deyərək onun ***-***-**-** nömrəsinin Whatsapına öz "xxxx" kartının fotoşəklini göndərmişdir. "Pioner" marketin yanındakı "Milliön" ödəmə terminalından Rövşənin ona şəklini göndərdiyi karta 30 (otuz) manat göndərmişdir. Saat 22:40 radələrində Rövşən ona yaşadığı binanın blokuna düşməyini bildirmiş, o, bloka düşmüş və binanın keçidində görüşmüşlər. Rövşən ona 01 (bir) ədəd ağ rəngli selofan bükümdə metamfetamin vermiş, o, həmin 01 (bir) bükümdə olan metamfetamini əynində olan tünd göy rəngli şalvarının sol yan cibinə qoymuş və Rövşəndən ayrılıb evə getmək istəyən zaman 03 (üç) nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis işçiləri olduqlarını bildirib onların narkotik vasitələrin qanunsuz əldə etmə, qəbulu, üzərlərində gəzdirməkdə və satışında şübhəli olduqları üçün saxladıqlarını bildirmiş və üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etməyərək 3-cü Polis Bölməsinə gəlmişlər. Bölmədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı təkrar bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 polis əməkdaşı tərəfindən təqdim olunmuş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunduqda o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibində saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan bükümü çıxardıb təqdim edərək içərisində "patı", yəni metamfetamin olduğunu, həmin maddəni Rövşəndən aldığını bildirmiş, həmin bükümün içərisinə baxıldıqda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, özü qəbul edir. Əvvəllər də bir neçə dəfə ondan narkotik maddələr almışdır. Rövşənin satdığı psixotrop maddə metamfetamini kimdən və haradan əldə etməsini bilmir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik maddələr qəbul etməsi və üzərində gəzdirməsi və eləcə də, həmin narkotik maddələri Şahid1 alması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən otru 07.05 2022-ci ıl tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 3-cü PB-nin CA üzrə inspektoru, polis serjantı X8 və 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 22:50 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 22.55 radələrində onu Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2-nin keçidində hərəkət etdiyini müşahidə etmişlər. Belə ki, onun Şahid1 uzaqlaşdığını gördükdən sonra qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb əvvəlcə Təqsirləndirilən şəxs daha sonra isə Şahid1 tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını onlara bildirmişlər. Bundan sonra onlar müqavimət göstərmədən avtomobilə minib 3-cü PB-na gətirilərək, ayrı-ayrı otaqlara salınmışlar. Əvvəlcə Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra X3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirmiş, ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim etmişdir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bır predrnet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü sol əli ilə əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək, içərisində “patı” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Rövşəndən onun kartına 30 (otuz) manat ödədikdən sonra əldə etdiyini bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda ağ rəngdə kristalik formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bundan başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predrnet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 (bir) bükümdə olan kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə metamfetamini haradan əldə etməsi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olmuşdur və Təqsirləndirilən şəxs saxladıqları zaman onun yaxınlığında hərəkət edən Şahid1 saxlamışlar və həm Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini Şahid1 aldığını bildirmiş, həm də Şahid1 Təqsirləndirilən şəxs 30 (otuz) manat müqabilində 01 (bir) büküm metamfetamin stadığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər və ya saxlanıldığı ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 əvvəlcə özünü təqdim edir. Həmin vaxt 3-cü PB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirir, ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü sol əli ilə əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək, içərisində “patı” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Rövşəndən onun kartına 30 (otuz) manat ödədikdən sonra əldə etdiyini bildirir. Həmin büküm açılaraq içərisinə baxıldıqda ağ rəngdə kristalik formada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs şalvarın sağ arxa cibindən çıxardığı 01 (bir) ədəd “Hoffman” markalı mobil telefonu təqdim edərək, həmin telefonda ***-***-**-** mobil nömrəsinin olduğunu bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd astma spreyi, gödəkçənin sol yan cibindən isə içərisində papiroslar olan 02 (iki) ədəd “Rotmans” siqareti qutusu aşkar edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bundan başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 (bir) bükümdə olan kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildiyi zaman tərəzinin ekranında 0,45 qram yazılır. Bundan sonra təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin127 nömrəli möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının 08 may 2022-ci il tarixli, 6/2666 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində” Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd bukumdə təmiz çəkisi 0,325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,325 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,275 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 iyul 2022-ci il tarixli, 3835 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs psixosimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır, Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,325 qram psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,275 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,325 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,275 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, 123 nömrəli fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,275 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar