Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-703/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,043 qram çəkidə narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,370 qram çəkidə psixatrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 1 ünvanında saxlamış, 16 may 2023-cü il tarixində, saat 15:56-da DİN-nin 102 zəng mərkəzi xidmətinə verilmiş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən baxış və götürmə keçirilərkən evin mətbəxindəki dolabda olan 01 ədəd qara rəngli karton qutunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə 0,370 qram çəkidə psixatrop maddə metamfetamin, 01 ədəd qara rəngli siqaret kağızı bükümdə 1,043 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olan zaman Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları yaşadığı ünvana gəlmişlər və ona dayısı oğlu Şahid4 DİN-nin 102 xidmətinə zəng vuraraq onun narkotik vasitə istifadə etməyi barədə məlumat verdiyini elan etmişlər. Onunla aparılan ilkin söhbət zamanı yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını səmimi etiraf edərək, həmin narkotik vasitəni təqdim edəcəyini, bundan başqa araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Onun yaşadığı ünvanda olan zaman videokamera işə salınmış və iştirakçılarla birlikdə həmin tarixdə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış keçirilməsinə başlanmazdan əvvəl ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, yaşadığı ünvanda dəhlizin sonunda giriş qapısı ilə üzbəüz yerləşmiş mətbəxdə dolabda saxlamış olduğu 1 ədəd qara rəngli karton qutunu təqdim etmişdir. Həmin qutu açılan zaman qutunun içərisində 1 ədəd şeffaf sellofan bükümün, 1 ədəd qara rəngli siqaret kağızı bükümün, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin, 1 ədəd açıq vəziyyətdə olan şüşə dərman ampulasının olduğu görülmüşdür. Sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddənin "metamfetamin", 1 ədəd qara rəngli siqaret kağızma bükülmüş qəhvəyi rəngli maddənin isə "kakos" olduğunu, həmin maddələri Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün birini 20 manata, digərini isə 15 manata alaraq yaşadığı ünvanda saxladığını bildirmişdir. Aşkar olunmuş həmin maddələr və şüşə ampula Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bununla əlaqədar olaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətmiş çəkilişlə vəkil və iştirakçılarla birlikdə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir və üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr ona məxsusdur, elektron tərəzini isə istifadə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək ona lazım olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü ildə PB-nin növbətçilik cəvdəli üzrə PB-nin təhqiqatçısı Emin Alışov və PB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə növbədə olan zaman saat 15:56 radələrində PB-nə DİN-nin 102 zəng mərkəzi xidmətindən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin təsiri altında olması və evdə münaqişə yaratması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə deyilən ünvana getmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs arvadı Şahid3 ərizə ilə müraciət edərək ərinin narkotik vasitələrin aludəçisi olduğunu, hal- hazırda evin mətbəxində qutunun içərisində narkotik vasitə saxladığını, evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Sonra Təqsirləndirilən şəxs barəsində edilmiş şikayətlə bağlı polis əməkdaşları tərəfindən video çəkilişlə evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə alınmış və evə baxış həyata keçirilmişdir. Baxışdan əvvvəl özünü təqdim edən şəxs Təqsirləndirilən şəxs Bayram oğlu olduğunu qeyd etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs onun evdə narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə məlumatın daxil olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi ifadəsi üçün saxlayaraq istifadə etdiyini və hal-hazırda evdə narkotik vasitə olduğunu demiş və yaşadığı ünvanda dəhlizin sonunda giriş qapısı ilə üzbəüz yerləşmiş mətbəxdə dolabda saxlamış olduğu 1 ədəd qara rəngli karton qutunu təqdim etmişdir. Həmin qutu açılan zaman qutunun içərisində 01 ədəd şəffaf sellofan bükümün, 01 ədəd qara rəngli siqaret kağızı bükümün, 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin, 1 ədəd açıq vəziyyətdə olan şüşə dərman ampulasının olduğu müəyyən olunmuşdur. Bükümlər açılan zaman 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə, 1 ədəd qara rəngli siqaret kağızı bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan "heroin”ə bənzər maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə və psixatrop maddəni adını tam xatırlamdığı şəxsdən ümumilikdə 35 manat pul verərək əldə etdiyini, həmin narkotik vasitə və psixatrop maddələrdən qataraq 2 dəfə istifadə etdiyini bildirdi. Sonra həmm bükümlər elektron tərəzidə çəkilmiş 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkiksinin 0,68 qram, 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1,52 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr və şüşə ampula Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmçinin təhqiqatçı tərəfindən elektron tərəzi götürüldü, şərait olmadığı üçün PB-də qablaşdırılacağı qeyd olunaraq araşdırma zərurəti ilə bağlı Təqsirləndirilən şəxs PB-nə dəvət edildi. PB-də videogörüntü ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilib üzərində hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Sonra evindən aşkar edilmiş elektron tərəzi qablaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Şahid4 adlı şəxsin DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verərək ünvan 1 ünvanında yaşayan bibisi oğlu Ümidvarın həmin ünvanda narkotik vasitə saxladığını məlumat vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Pİ-nin 3-cü PB~nin əməliyyat müvəkkili, Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur, bununla yanaşı onun bacısı Şahid3 əridir. Rəqsanə ilə Ümidvar 2007-ci ildən evlidirlər. Ümidvarın narkotik vasitə və psixatrop maddə istifadə etməsini uzun müddətdir ki, bilir. Ümidvar ilə dəfələrlə profilaktiki söhbətlər etsə də onun məsləhətlərinə qulaq asmamışdır. Son iki ay olar ki, Ümidvar narkotik vasitələri və psixatrop maddələri evdə qəbul edir və saxlayırdı. Evdə qəbul etdikdən sonra isə Rəqsanə ilə heç bir səbəb və əsas olmadan münaqişələr yaradırdı. O, bacısının ailəsində artıq söz söhbət olmasın deyə bununla bağlı polisə məlumat vermirdi. Lakin xx.xx.2023-cü il tarixdə günorta saatlarında bacısı Rəqsanə ona zəng edərək Ümidvarın evdə narkotik vasitə qəbul etdiyini, narkotik vasitə təsiri altında münaqişə yaratdığını ona demişdir. O, hərhansı ağır hadisənin qarşısını almaq üçün dərhal DİN-in 102 zəng mərkəzinə məlumat vermiş və dərhal bacısıgilin evinə getmişdir. Bir neçə dəqiqə sonra polislər gəlmişlər və o, çölə çıxmışdır. Sonra məlum olmuşdur ki, polislər evə baxış keçirmişlər, Ümidvar evdə saxladığını narkotik vasitə heroini və psixatrop maddə metamfetamini polislərə təqdim etmişdir. O, Ümidvarın xəstəxanaya yatırılıb müalicə almasından ötrü polislərə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur, bununla yanaşı onun əridir. Evliliklərindən bir qız və bir oğlan olmaqla iki övladları vardır. Ümidvarın narkotik vasitə və psixatrop maddə istifadə etməsini uzun müddətdir ki, bilir. Ailəyə o, işləyib baxır. Son iki ay olar ki, Ümidvar narkotik vasitələri və psixatrop maddələri evdə qəbul edir və saxlayırdı. Evdə qəbul etdikdən sonra isə heç bir səbəb və əsas olmadan onunla münaqişələr yaradırdı. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yenidən Ümidvar evdə narkotik vasitə və psxiatrop maddə qəbul etdi və onunla münaqişə yaratdı. O, qorxduğu üçün qardaşı İlqara zəng edib məlumat verdi. İlqar isə öz növbəsində baş verən hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra qardaşı və polislər gəlmiş, qardaşı polislər gəldikdən sonra çölə çıxmış, polislər onun ərizəsini və izahatını almışlar. Evə baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirib bununla bağlı ərizə yazmışdır. Sonra polislər Ümidvardan həmin məzmunda ərizə alıb və Ümidvarın iştirakı ilə evə baxış keçirdilər. Ümidvar evdə saxladığı narkotik vasitəni və psixatrop maddəni polislərə təqdim etmişdir. Bundan sonra polislər Ümidvarı PB-nə dəvət etmişlər. Tərəzini isə Ümidvar özü narkotik vasitələri çəkmək üçün istifadə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün istintaq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şahid4, DİN-nin 102 xidmətinə zəng vuraraq bibisi oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitənin təsiri altında olması və münaqişə yaratması barədə məlumat vermiş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu üzvləri ilə birlikdə göstərilən ünvana gedilmiş, Təqsirləndirilən şəxs ilə aparılan ilkin söhbət zamanı sonuncunun həqiqətən də narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranmış və Təqsirləndirilən şəxs yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını səmimi etiraf edərək, həmin narkotik vasitəni təqdim edəcəyini, bundan başqa araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan ünvan 4aşayış binasının 4-cü mərtəbəsində yerləşmişdir. Həmin ünvanda olan zaman inspektor- kriminalist rəqəmsal tipli "Panasonic" markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə göstərilən ünvana baxış keçirildi. Baxış keçirilməsinə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs yaşadığı ünvanda dəhlizin sonunda giriş qapısı ilə üzbəüz yerləşmiş mətbəxdə dolabda saxlamış olduğu 1 ədəd qara rəngli karton qutunu təqdim etdi. Həmin qutu açılan zaman qutunun içərisində 1ədəd şəffaf sellofan bükümün, 1 ədəd qara rəngli siqaret kağızı bükümün, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin, 1 ədəd açıq vəziyyətdə olan şüşə dərman ampulasının olduğu görüldü. Həmin aşkar edilən bükümlər açılan zaman 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin”ə bənzər maddənin, 1 ədəd qara rəngli siqaret kağızı bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan "heroin'ə bənzər maddənin olduğu aşkar edildi. Bundan sonra qeyd edilen ünvana baxış davam etdirilən zaman Təqsirləndirilən şəxs yaşadığı ünvandan başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin'ə bənzərmaddənin şüşə" 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər maddənin isə "kakos" olduğunu, həmin maddələri Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün birini 20 manata digərini isə 15 manata alaraq yaşadığı ünvandan saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan 'metamfetamin'ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 0,68 qram, 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1,52 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr və şüşə ampula Azerbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 17:00-dan, 17:15-dək davam etdi, daha sonra araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs əməliyyat qrupu üzvləri ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət edildi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 23A/8, mənzil 14 ünvanında xx.xx.2023-cü il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirdi. Onun üzərinə şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, yaşadığı ünvandan aşkar edilmiş elektron tərəzini isə istifadə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək məqsədilə yaşadığı ünvanda saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2847 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №127" dairəvi möhür əksi və "... Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 02 bükümdə narkotik vasitəyə bənzər maddə; Təqsirləndirilən şəxs-imza; Qablaşdırdı:X4-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 bir ədəd bükümdə təmiz çəkisi -1,043 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,370 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd başlıq hissəsi sınmış vəziyyətdə ampulanm içərisində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqat obyekti üzərində "Azərbaycan Respublikası DİN Zərfler üçün №127" dairəvi möhür əksi və "... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; müdafiəçi-imza, təhqiqatçı: Emin Alışov-imza.." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1), metamfetamin- "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildirlər.. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,993 qram heroin, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,320 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,043 qram olan heroin, 0,370 qram olan metamfetamin, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,993 qram çəkidə heroin və 0,320 qram metamfetain maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs ünvanına baxışın və üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk də maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, «20230516_170039.mp4» və «20230516_170035.mp4» sözləri yazılmış 02 ədəd qovluq müəyyən edilir. «20230516_170039.mp4» qovluqda 14 dəqiqə 12 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısı, polis leytenantı X4 özünü təqdim edir. Sonra tarixin xx.xx.2023-cü il olduğunu deyir. Təhqiqatçı xx.xx.2023-cü il tarixdə Şahid4 adlı şəxsin DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verərək ünvan 1 ünvanında yaşayan bibisi oğlu Ümidvarın həmin ünvanda narkotik vasitə saxladığını məlumat verməsini deyir. Bununla bağlı deyilən ünvana gəldiklərini, həmin ünvanda yaşayan Ümidvarın həyat yoldaşı Şahid3 evdə Ümidvar tərəfindən narkotik vasitələr qəbul etdiyini, saxladığını, tez-tez narkotik sərxoşluğu halında mübahisələr yaratdığını deyir. Sonra CPM-nin müvafiq maddəsinə əsasən həmin ünvana baxış keçirilməli olduqlarını qeyd edir. Baxış keçirilmə ilə bağlı həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs və Şahid3 razılıq ərizələrinin alındığını deyir. Bundan sonra ağ köynəkdə olan şəxsən özünü təqdi etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək 1987-ci ildə Salyan rayonunda anadan olan Təqsirləndirilən şəxs Bayram oğlu olduğunu qeyd edir. Sonra digər şəxslərdən özlərini təqdim etməsini xahiş edir. Həmin şəxslər özlərini təqdim edərək 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, polis kapitanı X5 olduqlarını bildirirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs onun evdə narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə məlumatın daxil olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi ifadəsi üçün saxlayaraq istifadə etdiyii bildirir. Təhqiqatçı hal-hazırda evdə narkotik vasitə olduğunu soruş. Təqsirləndirilən şəxs hal-hazırda evdə narkotik vasitə olduğunu deyir. Təhqiqatçı evin yataq otağından, qonaq otağından, mətbəxdən və sanitar qovşadan ibarət olduğunu qeyd edir. Baxış keçirilməsinə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyam təqdim etməyini təklif edir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda dəhlizin sonunda giriş qapısı ilə üzbəüz yerləşmiş mətbəxdə dolabda saxlamış olduğu 1 ədəd qara rəngli karton qutunu təqdim etdi. Həmin qutu açılan zaman qutunun içərisində 01 ədəd şəffaf sellofan bükümün, 01 ədəd qara rəngli siqaret kağızı bükümün, 01 ədəd markası olmayana gümüşü rəngli elektron tərəzinin, 1 ədəd açıq vəziyyətdə olan şüşə dərman ampulasının olduğu görüldü. Həmin aşkar edilən bükümlər açılan zaman 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin"ə bənzər maddənin, 1 ədəd qara rəngli siqaret kağızı bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan "heroin'ə bənzər maddənin olduğu aşkar edildi. Bundan sonra qeyd edilen ünvana baxış davam etdirilən zaman Təqsirləndirilən şəxs yaşadığı ünvandan başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkoik vasitə və psixatrop maddəni adını tam xatırlamdığı şəxsdən ümumilikdə 35 manat pul verərək əldə etdiyini, həmin narkotik vasitə və psixatrop maddələrdən qataraq 2 dəfə istofadə etdiyini bildirir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd şeffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan "metamfetamin'ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 0,68 qram, 1 ədəd qara rəngli siqaret kağızma bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1,52 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddələr və şüşə ampula Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Həmçinin təhqiqatçı tərəfindən elektron tərəzi götürülür, şərait olmadığı üçün PB-də qablaşdırılacağı qeyd edilir. Sonra evin digər otaqlarına baxılır və iş üzrə sübut əhəmiyyətli hər hansı əşya və predmet aşkar edilmir. 20230516_170039.mp4» qovluqda 07 dəqiqə 51 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı X4 özünü təqdim edir. Təhqiqatçı xx.xx.2023-cü il tarixdə Şahid4 adlı şəxsin DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verərək ünvan 1 ünvanında yaşayan bibisi oğlu Ümidvarın həmin ünvanda narkotik vasitə saxladığını məlumat verməsini deyir. Bununla bağlı deyilən ünvana gəldiklərini, həmin ünvanda yaşayan Ümidvarın həyat yoldaşı Şahid3 evdə Ümidvar tərəfindən narkotik vasitələr qəbul etdiyini, saxladığını, tez-tez narkotik sərxoşluğu halında mübahisələr yaratdığını deyir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hərhansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa hamin əşyanı təqdim etməyini təklif etdi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirdi. Tərəfimdən onun üzərinə şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs üzərinden qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmədi. Sonra evindən aşkar edilmiş elektron tərəzi qablaşdırıldı. Sonra videoçəkiliş dayandırıldı. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Bundan başqa Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə araşdırması aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3178 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1978 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır, yaşamır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,043 qram olan heroin, 0,370 qram olan metamfetamin, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,993 qram çəkidə heroin, 0,320 qram metamfetamin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən evə baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı iki gün müddət hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,993 qram çəkidə heroin və 0,320 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş №1(060)-703/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,993 qram çəkidə heroin və 0,320 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regionaı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-703/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-703/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver