Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-703/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Yevlax şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o özgənin xeyli miqdarda əmlakını etibardan sui- istiludə və ya aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə əvvəlcədən tanıdığı və normal münasibəti olduğu, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs Universitetə qəbul ola bilməyən oğlu X4 Gəncə Dövlət Universitetinə tələbə kimi qəbul olunmasını təşkil edə biləcəyi barədə Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin göıülməsi müqabilində ondan xx.xx.2023-cü il tarixdə özünün yaşadığı ünvan 1 ünvanında 8000 (səkkiz min) manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ixtisasca ingilis dili müəlliməsidir və uşaq hazırlığı ilə məşğul olur. Onun qonşuluğunda olan Zərərçəkmiş şəxs oğlu Fərid də onun yanına gəlmişdir. Lakin, Fərid ali məktəbə qəbul ola bilməmişdir. Daha sonra Fəridin valideyni Zərərçəkmiş şəxs onun yanına gəlmiş və söhbət əsnasında başqa bir övladının dünyasını dəyişdiyini demişdir. Söhbət zamanı onun Zərərçəkmiş şəxs yazığı gəlmiş və ona tanışları vasitəsilə pul müqabilində X7 Universitetinə tələbə kimi düzəldə biləcəyini demişdir. Əslində isə onun belə bir tanışı olmamışdır. Zərərçəkmiş şəxs xərcin nə qədər olacağını soruşduqda o, sonuncuya 10.000 (on min) manat, lakin onun ailə vəziyyətinin pis olmasını nəzərə alaraq 8.000 (səkkiz min) manat məbləğə həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs həmin pulu tapdıqdan sonra ona məlumat verəcəyini, həmçinin ondan xəbər gözləyəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, həmin 8000 ( səkkiz min) manat pulu da ona təqdim etmişdir. O, həmin pulu şəxsi tələbatları üçün xərcləmiş, borclarını ödəmişdir. Vaxt çatdıqda Zərərçəkmiş şəxs ondan işin nə yerdə olduğunu soruşmuş və hər dəfə tezliklə oğlu Fəridin GDU-na qəbul olunması iiə bağlı sənədləri ona verəcəyini bildirmişdir. Lakin o, vaxt keçdikcə artıq Zərərçəkmiş şəxs yalan danışa bilməmiş və məcbur qalaraq onun verdiyi pullarını öz tələbatlarına xərclədiyini etiraf etmişdir. O, Zərərçəkmiş şəxs vəd verdiyi kimi Fəridin GDU-na işə düzəldilüməsi ilə bağlı hər hansı iş görməmiş, heç kimlə görüşməmiş, ümumiyyətlə onun bu sahədə bir tanışı yoxdur. Zərərçəkmiş şəxs ona pul verdiyi zaman yanında heç kim olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qonşusu Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, inglis dili müəlliməsi olaraq tanıyır. O, oğlu 16 yaşlı Fəridi də inglis dilindən hazırlığa Təqsirləndirilən şəxs yanına göndərmişdir. Fərid ali məktəbə daxil olmamışdır. O, Təqsirləndirilən şəxs Fəridi universitətə qəbul olunmasında köməklik göstərməsini xahiş etmişdir. Bu səbəbdən 2023-cü ilin iyun ayının ortalarında Afaq Şəfərova ona zəng edib evə çağırmışdır. O, Afaqın evinə getmiş, orada söhbət əsnasında Təqsirləndirilən şəxs ona X7 Universitetinə tələbə kimi yerləşdirəcəyini bildirmişdir. Onun yanında kiməsə zəng edib bununla bağlı nəsə danışmış, sonra isə ona həmin işin həlli üçün 10.000 manat pul lazım olduğunu demişdir. Daha sonra işi düzəldən şəxs həmin puldan Təqsirləndirilən şəxs 2000 manat hörmət edəcəyini, lakin götürməyəcəyini bildirirərək 8000 manat düzəltməsini demişdir. O, Təqsirləndirilən şəxs kiminlə danışdığını soruşmuş, sonuncu ona həmin şəxsin kim olması barədə məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs borc tapıb verəcəyiini bildirmişdir. O, gedib evdə əri Şahid ilə məsləhətləşmiş və razılaşmışlar. Belə ki, evin təmiri üçün 2023-cü ilin aprel ayında xalası qızı X2 adına "xxxx" ASC-dən özü üçün 11.000 manat pul götürmüş, həmin puldan 8000 manat qalmışdır. O, təmiri yarımçıq qoyaraq 8000 manat pulu Təqsirləndirilən şəxs verməyi qərara almışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Qurban bayramında Gəncəyə gedəcəyini, həmin məbləği Gəncədə həmin şəxslə görüşüb verəcəyini bildirmişdir. O, Afaqa zəng edib pulun hazır olduğunu və səhər gətirəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon 36 saylı binada yerləşən mənzilinə əri Fuadla birlikdə getmiş, Afaqın əri evdə olmadığı üçün Fuad aşağıda gözləmişdir. Özü tək evə çıxmış, üstündə olan 8000 manat pulu sayıb evdə Təqsirləndirilən şəxs təhvil vermişdir. Həmin vaxt Afaqın yanında 3 azyaşlı övladlarından başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona narahat olmamağı, abituryentlərin qəbul imtahanının cavabları çıxdıqda Fəridin də adının Gəncə Dövlət Universitetinin tələbəsi kimi həmin siyahıda çıxacağını bildirmişdir. 2023-cü ilin sentyabr ayında qəbul imtahanın nəticələri çıxanda o, oğlunun adını tələbələr siyahısında çıxmadığını görmüş, o, buna görə də Afaqa zəng etmiş, sonuncu ona narahat olmamağı, Fəridin oktyabr-noyabr aylarında həmin universitetə yerləşdirələcyini demişdir. Lakin həmin vaxt da məsələ həll olunmamışdır. O, Afaqın evinə getmiş, məsələnin hansı səbəbdən gecikdiyini soruşduqda sonuncu ona müxtəlif bəhanələr gətirərək arxayın salıb aldatmışdır. O, aldadıldığını başa düşmüş, verdiyi 8000 manat pulu Təqsirləndirilən şəxs geri tələb etməyə başlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Belə ki, oğlu Fuad bir müddət Afaq adlı ingilis dili müəlliməsinin yanında ali məktəbə hazırlaşmışdır. Oğlu ali məktəbə daxil ola bilməmişdir. 2023-cü ilin iyun ayının əvvəlləri həyat yoldaşı Zərərçəkmiş şəxs ona Fəridin müəlliməsi olan və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə söhbət etdiyini, sonuncunun X7 Universitetinə tələbə kimi pul müqabilində düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin xərcin əslində 10.000 ( on miı.) manat, lakin, Təqsirləndirilən şəxs onların maddi imkanları bildiyi üçün 8.000 manata həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pul tapa bilsələr təklifin uyğun olduğunu bildirmişdir. O, həmin vaxtdan pul axtarmış, tanışlarından və qohumlardan borca, həmçinin bankdan pul götürməklə 8.000 manat pul hazırlamışlar. İyun ayının sonları Təqsirləndirilən şəxs öz işi ilə bağlı Gəncə şəhərinə gedəcəyini, buna görə də həmin pulu ona verməyi demişdir. Onlar xx.xx.2023-cü il tarixdə həmin 8.000 manat pulu götürüb Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Sonuncunun həyat yoldaşı evdə olmadığı üçün binanın dəhlizində gözləmiş, Zərərçəkmiş şəxs isə evə daxil olmuşdur. Bir qədər sonra Zərərçəkmiş şəxs geri qayıtmış, pulu Afaqa verdiyini və tezliklə məsələnin həll olacağını bildirmişdir, daha sonra onlar evlərinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs dediyi müddət gəlib çatsa da, lakin Fəridin tələbə bileti onlara təqdim edilməmişdir. Təqsirləndirilən şəxs onlara dəfələrlə müxtəlif bəhanələr söyləyərək işi yubatmışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs həmin pulu öz tələbatları üçün xərclədiyini etiraf etmiş və onları aldatdığını etiraf etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onlara pulu geri qaytarması üçün vaxt versələr də o, pulu geri qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs bir dəfə onlar polisə şikayət edənə qədər 1300 (min üç yüz) manat, istintaq dövründə isə 2000 (iki min) manat olmaqla ümumilikdə 3800 (üç min səkkiz yüz) manat qaytarsa da, 4200 (dörd min iki yüz) manat pulu geri qaytarmamışdır. Cinayət işinin 58-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Qeyd edilən halları, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 19920 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə müvafiq olaraq 2000 manat ödəniş etmişdir. Beləliklə, X3 törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 8000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-703/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-703/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver