Məhkəmə qərarları › İş №1(060)-706/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-706/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-706/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda polietilen torbada şəffaf sellofanın içərisində təmiz çəkisi 410 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 11 avqust 2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın kəmər hissəsində qarın nahiyəsindən polietilen torbada şəffaf sellofanın içərisində təmiz çəkisi 410 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. 11 avqust 2021-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında olarkən təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxs üzərində 400 qramdan yuxarı narkotik vasitə marixuana olduğunu və marixuananı satmaq istədiyini bildirəndə, o, həmin şəxsdən narkotik vasitəni neçəyə satmasını soruşmuşdur. Həmin şəxs narkotik vasitəni 80 manata satdığını deyəndən sonra o, razılaşaraq həmin şəxsə 80 manat pul verib və polietilen torbada, şəffaf sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı ondan alıb əynində olan qara rəngli şalvarının kəmər hissəsində gizlədib yoldan keçən bir taksiyə əyləşərək Sumqayıt şəhərinə, yaşadığı H.Z.Tağıyev qəsəbəsinə gəlmişdir. Həmin gün saat 17:00 radələrində yaşadığı H.Z.Tağıyev qəsəbəsinə çatmış və piyada Xətai küçəsində yerləşən evinə gəlmişdir. Bir neçə dəqiqə sonra narkotik vasitədən istifadə etmək üçün elə kəmər hisssəsində gizlətdiyi narkotik vasitə ilə birlikdə evdən çıxıb bir qədər aralanmışdır ki, 3 nəfər mülki geyimdə və polis geyimində olan şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deməklə onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri barədə ona bildiriş təqdim edildikdən sonra ona təqdim olunmuş vəkilin iştirakı və onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O da polis əməkdaşlarına əynindəki qara rəngli şalvarının kəmər hissəsində qarın nahiyəsində saxladığı 1 ədəd polietilen torbada, şəffaf sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları sellofanı açıb içərisində yaşıl rəngli, spesifik iyə malik kütləni gördükdə o, bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır və həmin narkotik vasitəni 11 avqust 2021-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında olarkən təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxsdən 80 manata almışdır. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana onun iştirakı ilə tərəzidə çəkilmiş və çəkisinin sellofan torba ilə birlikdə 440 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənib və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılar tərəfindən imzalanmışdır. Artıq bir neçə ildir ki, narkotik vasitələr istifadə edir, həmin narkotik vasitəni 11 avqust 2021-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Bakı şəhərində 20 Yanvar metrostansiyası yaxınlığında olarkən təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxsdən 80 manata almış, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, bu vaxta qədər heç kimə narkotik vasitə satmamış, üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən səhvə yol verib üzərindən aşkar olunmuş narkotik vasitəni İran vətəndaşından aldığını demiş, əslində isə tanımadığı şəxsdən almış, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 11.08.2021-ci il tarixdə işlədiyi polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Mehbulla oğlunun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ərazisinə getmişlər. Həmin gün saat 17:30-da bir nəfər şəxsin Təqsirləndirilən şəxs Mehbulla oğlunun əlamətləri ilə uyğun gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Mehbulla oğlu olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacağılarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün xidməti avtomobillə sonuncunu Sumqayıt ŞPİnin 2-ci PB-nə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də xidməti otaqlarının birində təhqiqatçı Taleh Abdullayev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 2-ci PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib bildiriş təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının ön kəmər hissəsində, qarın nahiyyəsindən 1 (bir) ədəd yaşıl rəngli sellofan torbanı çıxardaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan açıldıqda speisifik iyə malik olan, tünd yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Təhqiqatçının müvafiq suallarına cavab olaraq, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin “marixuana” olduğunu, həmin “marixuana”nı 11.08.2021-ci il tarixdə Bakı şəhərində İran vətəndaşından 80 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütləni tərəziyə qoyub çəkən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisinin 440 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs vəkili X4 hər hansı bir sualının olması barədə soruşduqda Nail Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsə həmin narkotik vasitəyə bənzər kütlənin sonuncuya məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı aşkar olunmuş həmin maddəni xüsusi qaydada qablaşdırıb və tərəflərindən imzalanaraq Azərbaycan Respublikasının DİN-nin 128 möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə tanımamış, həmin şəxsi yalnız həmin gün ilk dəfə görmüş, həmin şəxsə dair düşmənçilik və ədavət münasibəti olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə ona hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid X6 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdig edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 11.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və X2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12.08.2021-ci il tarixli 7/778 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış polietilen torbada şəffaf sellofanın içərisində təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır(marixuananın təmiz çəkisi 410,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-409,95 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 22.09.2021-ci il tarixli 3571 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opiodilərin, kannabiodlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 05 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 13.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 409,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-706/2021) qərarını icra edərək, 18 oktyabr 2021-ci il tarixli 1309 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyataalınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 409,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 89 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar