Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-706/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs – X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib bitirmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 fevral 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 tərəfindən işlədilən velosiped mağazasının plastik materialdan olan qapısının kilidinə dəmir parçası ilə fiziki təsir edib açaraq mağazaya qanunsuz daxil olmuş və oradan qiyməti 200 manat olan Rusiya Federasiyası istehsalı, istifadə olunmuş, “Start” markalı, 29 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosiped və qiyməti 120 manat olan Almaniya Federativ Respublikası istehsalı, istifadə olunmuş, “Vilano” markalı, 24 ölçülü, sükanı əl əyləcli 01 ədəd velosipedi gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 mart 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə, yaşayış sahəsinə bitişik vəziyyətdə olan hasarın üzərinə qalxıb evin sağ yan pəncərəsinə dəmir parçası ilə fiziki təzyiq göstərib açmaqla oraya qanunsuz daxil olub, pəncərənin açıldığı evin yataq otağındakı üst-üstə yığılmış döşəklərin arasından 9800 (doqquz min səkkiz yüz) manat nağd pulunu gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən X4 məxsus yaşayış sahəsinin həyətinə, həyətin ön hissəsinin əhatə olunduğu dəmir məftildən ibarət qapısına heç bir fiziki təzyiq göstərmədən əli ilə açıb qanunsuz daxil olduqdan sonra həyətdəki evin pəncərəsinə fiziki təzyiq göstərməklə açıb evə daxil olaraq, oradan qiyməti 150 manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Stels” markalı, 26 ölçülü 01 ədəd velosiped, qiyməti 250 manat olan “LG” markalı, “32LH2000” model, 32 düyüm, istifadə olunmuş, LCD 01 ədəd televizor və 1050 manat nağd pulu gizli olaraq götürüb talayaraq X4 ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 fevral 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən velosiped mağazasının yanından keçən zaman mağazadan velosiped oğurlamaq qərarına gəlmişdir. Mağazanın giriş qapısına yaxınlaşmış, ətrafda kənar şəxslərin olmadığını görüb küçədən tapdığı dəmir parçası ilə mağazanın plastik qapısının kilidinə fiziki təsir göstərərək açmışdır. Sonra mağazaya daxil olub, mağazada çoxsaylı velosipedlər və velosiped ehtiyat hissələri olduğunu, demək olar ki, velosipedlərin işlənmiş vəziyyətdə olduğunu görmüşdür. O, 01 ədəd ağ-qırmızı rəngli “Start” markalı və 01 ədəd mavi-yaşıl-göy rəngli "Vilano" markalı velosipedi oradan tək-tək götürərək oğurlamışdır. Hər ikisini eyni vaxtda aparmağının çətin və şübhə yaradacağından ehtiyat edib, ilk əvvəl “Start” markalı velosipedi götürüb mağazadan çıxartmış, mağazanın qapısını kilidlənməmiş şəkildə bağlamışdır. Velosipedi sürərək uzaq məsafədə olmayan, Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində yerləşən yaşadığı evə aparmışdır. Daha sonra piyada şəkildə yenidən həmin mağazaya qayıdıb digər velosipedi mağazadan götürüb oradan çıxartmışdır. Mağazanın qapısını kilidlənməmiş şəkildə bağlayıb oradan uzaqlaşaraq həmin velosipedi də yaşadığı ünvanın həyətinə gətirmişdir. Onunla eyni ünvanda yaşayan anası Şahid1 velosipedləri yaşayış sahəsinin həyətində gördükdə haradan əldə etdiyini soruşmuş və o, hər birinin dostuna məxsus olduğunu, müvəqqəti saxlamağını ondan istədiyi üçün yaşadığı ünvana gətirdiyini demişdir. 21 fevral 2023-cü il tarixdə oğurladığı "Vilano" markalı velosipedlə hərəkət edərək müştəri tapmaq niyyətində olmuşdur. Həmin tarixdə, saat 21 radələrində o, Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsi ilə daş bazan istiqamətində “Vilno” markalı oğurladığı velosipedlə hərəkətdə olarkən həmin ərazidə xidmətdə olan post patrul avtomobilini və əməkdaşlarını görmüş, oğurluq əməli törətdiyi üçün onların yaxınlığından keçərkən həyəcanlanmış və polis əməkdaşları onu səsləyib yaxınlaşmışlar. Şəhər ərazisində baş vermiş oğurluqlar, o cümlədən velosiped oğurluqları ilə bağlı sürdüyü velosipedin kimə məxsus olduğunu, haradan əldə etdiyini soruşduqda, o, artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb, yalan məlumat verməkdən çəkinib sürdüyü "Vilano" markalı velosipedi Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən velosiped mağazasından oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları araşdırma ilə bağlı onu polis bölməsinə dəvət etmişir. O, polis əməkdaşları ilə birlikdə aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasına gəlmişdir. Velosipedi də götürmüşdür. Sonra həmin velosipedlər onun tərəfindən təqdim edilmişdir. Bundan başqa 11 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs2 və ailəsinin yaşadığı ünvandan pul oğurlamışdır. Yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində olarkən Zərərçəkmiş şəxs2 və ailəsinin səhər saatlarında yaşadığı ünvanı tərk edib, axşam saatlarında evə qayıtdıqlarını müşahidə etmişdir. Evdə kənar şəxslərin olmadığını və ailə üzvlərinin axşam saatlarınadək evə qayıtmadıqlarını bildiyindən 11 mart 2023-cü il tarixdə, saat 19 radələrində həmin yaşayış sahəsinin qarşısına gəlmiş, həyət qapısının kilidli olduğundan, şübhə çəkəməmək üçün hasarın üzərindən atdanıb hasarla əhatə olunmuş qonşu sahəyə keçmiş, daha sonra Zərərçəkmiş şəxs2 evinin divarına bitişik vəziyyətdə olan yaşayış sahəsinin əhatə olunduğu hasarın üzərinə qalxıb, hasarın üzərində küçədən tapdığı dəmir parçası ilə evin sağ yan pəncərisinə fiziki təzyiq göstərib açaraq evə daxil olmuşdur. Otaqdakı üst-üstə yığılmış döşəklərin arasında torbaya yığılmış vəziyyətdə kağız pulların olduğunu görmüş, həmin kağız pullar çoxsaylı olduğundan və rahatlıqla əynindəki paltarda gizlədə biləcəyini bildiyindən evin digər otaqlarına baxmadan, pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Oğurladığı pulları saydıqda 100 manatlıq və 50 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə təxminən 9800 manat pulun olduğunu bilmişdir. Pulun bir hissəsini Quba rayonunda hal-hazırda adını dəqiq olaraq xatırlamadığı istirahət mərkəzlərində, bir hissəsini narkotik vasitələr almaqdan ötrü xərcləmişdir. Pulun böyük bir hissəsini isə, yəni təxminən 7530 manatını isə “Pin UP’" və “Mostbet” onlayn kazino saytlarında işlətmişdir. Son nəticədə yenə borclu vəziyyətə düşmüşdür. Bu səbəblə də borcunu ödəməkdən ötrü yenidən oğurluq etmək qərarına gəlib, Alişan Ələkbərovun evindən oğurluq etmişdir. Qonşuluqda yaşayan, yəni Sumqayıt şəhəri, 52-ci məhəllə ərazisində piyada hərəkətdə olduğu zaman Alişan Ələkbərova məxsus yaşayış sahəsində heç kimin olmadığını və Alişanın gün ərzində ümumiyyətlə ora gəlmədiyini müşahidə etmişdir. 24 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Alişan Ələkbərova məxsus yaşayış sahəsinin qarşısına gəlmiş, yaşayış sahəsinin ön hissəsi dəmir məftillərlə əhatə olunmuşdur və o, yaşayış sahəsində yenə də heç kimin olmadığını müşahidə edib küçədə tapdığı dəmir parçasını götürüb dəmir məftildən olan və həyətə açılan qapı kimi istifadə edilən yerdən hər hansı bir müdaxilə etmədən əli ilə açaraq həyətə daxil olub həyətdəki birmərtəbəli evə daxil olmaq üçün evin giriş qapısına yaxınlaşmışdır. Giriş qapısı kilidli olduğundan yerdən götürdüyü dəmir parçası ilə evin pəncərəsinə fiziki təzyiq göstərib pəncərəni açaraq evə daxil olmuşdur. Evin mətbəxindən 01 ədəd “LG” markalı televizoru, yataq otağından 01 ədəd 26 ölçülü göy rəngli velosipedi, həmçinin evdəki dolabların içini, paltarların ciblərini yoxlayaraq, yataq otağının qapısının üzərində asılmış vəziyyətdə olan göy rəngli pencəyin cibindən 20 manatlıq, 50 manatlıq, 100 manatlıq əskinaslar tapıb götürmüşdür. Pulları əynindəki şalvarın cibinə qoyub, velosiped və televizoru bir-bir evə daxil olduğu pəncərədən yaşayış sahəsinin həyətinə, daha sonra isə küçəyə çıxartmış, bundan sonra velosipedə əyləşib televizoru qucağında tutaraq yaşadığı ünvana gətirib, zirzəmisində saxlamışdır. Evə gəldikdə Alişan Ələkbərovun evindən oğurladığın pulları saydıqda ümumilikdə təxminən 1050 manat pulun olduğunu bilmişdir. Həmin pulun 1000 manatı ilə qumar borcunun bir hissəsini ödəmişdir. Səhər açıldıqdan sonra velosipedi sürərək Sumqayıt şəhəri, daş bazarı adlanan əraziyə gəlib velosipedi orada tanımadığı bir şəxsə 10 manata satmış, daha sonra yaşadığı ünvana geri qayıdıb, oğurladığı televizoru satmaq üçün götürmüşdür. Sumqayıt şəhər ərazisində satacağı təqdirdə şübhə çəkəcəyini fikirləşib taksi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində göy məscid deyilən yerə gedib, küçədə, yol kənarında dayanıb kənar şəxslərə televizoru satmaq istədiyini demiş və həmin ərazidə tanımadığı bir şəxsə 50 manata satmışdır. Velosipedlər qayytarılmış, lakin maddi vəziyyəti yaxşı olmadığı üçün ziyandan ödəyə bilmir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən velosiped mağazası vardır. 19 fevral 2023-cü il tarixdə, saat təxminən 19 radələrində mağazanın plastik materialdan olan qapısını kilidləyib oranı tərk etmişdir. Qapının açarı yalnız özündə olmuşdur. Növbəti gün, yəni 20 fevral 2023-cü il tarixdə səhər saatlarında mağazaya gəldikdə qapı örtülü vəziyyətdə olsa da, kilidinin açıldığını görmüşdür. Mağazaya daxil olub nəzər yetirdikdə 01 ədəd sükanı əl əyləcli, qırmızı-ağ rəngli, 29 ölçülü “Start” markalı və 01 ədəd mavi-qırmızıyaşıl rəngli, sükanı əl əyləcli, 24 Ölçülü "Vilano" markalı velosipedin, həmçinin 02 ədəd velosiped təkər disklərinin orada olmadığını müşahidə etmişdir. 22 fevral 2023-cü il tarixdə polis əməkdaşları işlədiyi mağazaya gəlib mağazdan oğurluq edilib-edilmədiyini soruşduqda artıq polis əməkdaşlarının hadisədən məlumatlı olduğunu bilib, həmin zaman mağazada tapa bilmədiyi 02 ədəd velosipedin və 02 ədəd velosiped diskinin oğurlanması ilə bağlı aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Mağazaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış keçirildikdən sonra o, mağazada oğurlandığını bildirdiyi 02 ədəd velosiped diskini tapmışdır. Buna görə də mağazadan yalnız 01 ədəd 200 manat dəyərində Rusiya Federasiyası istehsalı, sükanı əl əyləcli, qırmızı-ağ rəngli, 29 ölçülü "Start" markalı velosiped və 01 ədəd 150 manat dəyərində Almaniya Federativ Respublikası istehsalı, mavi-qırmızı-yaşıl rəngli, sükanı əl əyləcli, 24 ölçülü "Vilano" markalı velosiped oğurlanmış, hadisə nəticəsində ona cəmi 350 manat maddi ziyan dəymişdir. Hər iki velosiped istifadə edilmiş vəziyyətdə olmuşdur. Hazırda oğurlanmış velosipedlərin hər ikisi ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, evlidir, Neftçala rayonu, Mirzəqurbanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və səhər işə onun avtomobili ilə getdikləri üçün evdən çıxanda oğlu, həyat yoldaşı birlikdə evdən çıxırlar. O, ailə üzvlərini iş yerlərinə qoyub daha sonra axşam saatlarında onları iş yerlərindən götürüb evə birlikdə qayıdırlar. Yaşayış sahəsinin qapılarının açarı yalnız ev sakinlərində olmuşdur. 11 mart 2023-cü il tarixdə də onlar eyni vaxtda, yəni saat 08 radələrində yaşadıqları ünvanı tərk etmişdirlər. O, oğluna ev almaqdan ötrü qazandığı pulun əksər hissəsini uzun müddətidir ki, toplayıb yaşadığı ünvanda saxlamış, ümumilikdə 10000 (on min) manat nağd pul olmuşdur. 11 mart 2023-cü il tarixdə yaşadıqları ünvanı tərk edərkən şəxsi işlərinə görə pul lazım olduğundan evin giriş qapısından sol tərəfində, sonuncu otaqda yerləşən yataq otağındakı döşəklərin arasında saxladığı 10000 manat puldan 200 (iki yüz) manatını götürüb, 9800 (doqquz min səkkiz yüz) manat pulu torbanın içində həmin yerə qoymuşdur. Pulun orada olmasını yalnız ev sakinləri bilmişdir. Onlar birlikdə evi tərk edib həmin tarixdə, saat 21 radələrində evə geri qayıtmışlar. Növbə ilə yaşayış sahəsinin giriş qapısını daha sonra darvazanı açaraq həyət daxil olmuşlar. Bundan sonra isə evin giriş qapısını kiliddən açıb evə daxil olmuşlar. Yaşayış sahəsinin həyətində və evdə dağınıqlıq olmamış, kilidlərə müdaxilə olunmamışdı. Lakin o, pulları saxladığı yataq otağına keçdikdə evdən çıxmazdan əvvəl bağlı vəziyyətdə olan yataq otağının pəncərəsinin açıq olduğunu görüb dərhal oradakı döşəklərin arasında saxladığı 9800 manat pulun yerində olub-olmadığını yoxlamış, pulun yerində olmadığı görüb oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng etmişdir. Daha sonra o, Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək 9800 manat pulunun oğurlandığını bildirmişdir. Evdən başqa əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 52ci məhəllədə yerləşən özünə məxsus birmərtəbəli fərdi evdə yaşayır. Tikinti sahəsində usta kimi fəaliyyət göstərir. Bu səbəblə də, qısa və ya uzun müddətli yaşadığı ünvana gedə bilmədiyi müddətlər olmuşdur. Yaşayış sahəsində yalnız özü yaşayır, evin giriş qapısının açarı yalnız özündə olur. 21 aprel 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı ünvanı tərk edib Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gedərək 28 aprel 2023-cü il tarixədək orada qalıb ev təmiri ilə məşğul olmuşdur. 28 aprel 2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən ona məxsus sözügedən yaşayış sahəsinə geri qayıtdıqda, yaşayış sahəsindəki evin giriş qapısı kilidli olsa da, qapının yanındakı pəncərənin açıq olduğunu görmüşdür. Sonra giriş qapısını kiliddən açıqda evin dağınıq vəziyyətdə olduğunu, evdəki paltarlarının qarışdırıldığını müşahidə etdikdən sonra evdəki əşyaları yoxlamağa başlamış və ona məxsus qiyməti 300 manat olan 26 ölçülü, Çin Xalq respublikası istehsalı, tərəfindən istifadə edilmiş 01 ədəd velosiped, qiyməti 500 manat olan “LG” markalı, 32LH2000 model, 32 düym, tərəfindən istifadə edilmiş 01 ədəd LCD televizor və mətbəxdə tapdığı pencəyinin cibindən 1050 manat pul oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. Təqsirləndirilən şəxs ilə evdə ikisi yaşayır. xx.xx.2023-cü il tarixdə gündüz həyətə düşən zaman həyətdə 02 ədəd velosiped görmüş və bu barədə oğlu Yusifdən velosipedləri hardan əldə etdiyini soruşduqda Yusif Daşdaşzadə dostuna məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yusif evə bir neçə polis əməkdaşı ilə gəlmiş və həyətdə olan velosipedi götürmüşdürlər. Təqsirləndirilən şəxs həmin velosipedləri oğurlaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt ŞPİ-nin PPXTnin 2-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21 fevral 2023-cü il tarixdə, saat 21 radələrində 9180 çağırışlı avtopatrulda digər polis əməkdaşları, PPXT-nin 2-ci bölüyünün polis nəfəri, polis serjantı Elvin Xasayzadə və PPXT-nin 2-ci bölüyünün manqa komandiri, polis baş serjantı Nurlan Nəsibli ilə birlikdə inzibati və cinayət əməllərinin qarşısı alınması, profilaktiki söhbətlər aparılması məqsədi ilə xidməti ərazidə olarkən Sumqayıt şəhəri, 17-ci mikrorayon, Məhəmməd Əsədov küçəsində daş bazarı istiqamətində şəxsiyyəti həmin zaman onlara məlum olmayan velosipedlə hərəkətdə olan 1 nəfər şəxsin onları görərək velosipedlə hərəkətini sürətləndirdiyini müşahidə etmişlər. Həmin şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsə velosipedin kimə məxsus olması, haradan əldə etməsini soruşmuşlar. Həmin şəxs özünü itirdikdən sonra həmin velosipedin özünə məxsus olmadığını, Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən velosiped mağazasından oğurladığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmiş və velosipedlə birlikdə polis bölməsinin inzibati binasına gəlmişlər. Həmin şəxsin ünvan 8 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X4 məxsus yaşayış sahəsinə “baxış keçirilməsi'’ haqqında protokoldan görünür ki, yaşayış sahəsi Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşir, yaşayış sahəsinin ön hissəsi dəmir məftillə əhatə olunmuşdur, hər hansı kilidi yoxdur, yaşayış sahəsinin həyətində bir mərtəbəli ev vardır, evin giriş qapısının yanındakı pəncərənin kilidinə müdxilə olunaraq açılmış, oradan 01 ədəd velosiped, 01 ədəd televizor və 1050 manat nağd pul oğurlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri, 52- ci məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs2 və X2 yaşadığı ünvanlar göstərilərək ayrıayrı vaxtlarda həmin ünvanlardan etmiş olduğu cinayət əməllərini necə, hansı şəraitdə törətdiyini əyani olaraq bildirmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50-də Sumqayıt ŞPİ-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs2 yaşadığı fərdi evə “baxış keçirilməsi’' haqqında protokoldan görünür ki, yaşayış sahəsi Sumqayıt şəhəri, 52ci məhəllədə yerləşir, yaşayış sahəsinin həyəti daş hasarla əhatə olunmuşdur, yaşayış sahəsinə düz istiqamətdə baxdıqda sol tərəfindəki sahə hasarla əhatə olunsa da, həmin sahədə hər hansı bir tikili olmamaqla boş sahədir. Yaşayış sahəsinin həyətinə giriş yaşıl rəngli dəmir darvazadan və eyni rəngli dəmir qapıdandır, həyət qapısının kilidinə hər hansı bir müdaxilə olunmamışdır, yaşayış sahəsinin alt hissəsi avtomobil qarajı və anbar kimi istifadə olunmaqdan ötrü nəzərdə tutulmaqla bir mərtəbəli ev vardır. Yaşayış sahəsinin həyətindəki evin giriş qapısı dəmir materialdandır və giriş qapısının kilidinə müdaxilə olunmamış, zədələnməmişdir, evə daxil olduqda evin digər tərəfinədək uzanan foye çıxır, foyedə qaz peçi quraşdırılmışdır, foyenin sağında iki, solunda üç otaq vardır, otaqların qapısının kilidlərinə müdaxilə edilməmiş, zədələnməmişdir, evdə dağınıqlıq müşahidə olunmur. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 yaşayış sahəsinə gəldiyi zaman həyət qapısına, həmçinin evin giriş qapısına heç bir müdaxilə olunmadığından, qapılan kiliddən özü açmış, oğurluq barədə hə hansı bir şübhəsinin olmadığını, lakin foyenin solundaki ən sonuncu otaqda yerləşən yataq otağına girdiyi zaman otağın plastik materialdan olan pəncərəsinin açıq olduğunu müşahidə etdiyini, həmin otaqdakı döşəklərinin arasında saxladığı ümumilikdə 9800 manat pulun orada olub-olmadığını yoxladıqda isə pulun saxladığı yerdə olmadığının ona məlum olduğunu, evdən yalnız həmin yerdə saxladığı 9800 manat nağd pulun oğurlandığını bildirdi. Bundan sonra həmin otağa baxış keçirilmiş, yalnız həmin otağın pəncərəsinin açıq olduğu və kilidinə çöl hissədən fiziki təsir göstərildiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 pulları saxladığı yeri göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 işlətdiyi velosiped mağazasına “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mağaza Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşir, mağaza bir mərtəbəlidir, giriş qapısı plastik materialdandır, mağazanın içində çoxsaylı velosiped və velosiped ehtiyat hissələri vardır, baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 mağazadan 01 ədəd “Start” markalı və 01 ədəd “Vilano” markalı velosipedlərin mağazanın giriş qapısına müdaxilə edilərək içəri daxil olunub oğurlandığını bildirib, həmin velosipedlərin olduğu yeri göstərmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:25-də Sumqayıt ŞPİ-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1744 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 01 ədəd Rusiya Federasiyası istehsalı, istifadə olunmuş, “Start” markalı, 29 ölçülü, sükanı əl əyləcli velosipedin qiyməti 200 manat, 01 ədəd Almaniya Federativ Respublikası istehsalı, istifadə olunmuş, “Vilano” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosipedin qiyməti 120 manat olmaqla göstərilən malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 320,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)-686/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 52-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 41,42 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 52-ci məhəllədə yaşayır, ailə tərkibi anası-xx.xx.1962-ci il təvəllüdlü Şahid1 ibarətdir, yaşayış ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkənıə-əmtəəşünaslıq ekspertizasının 9/3888 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 01 ədəd Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Stels” markalı, 26 ölçülü velosipedin qiyməti 150 manat, 01 ədəd "LG“ markalı, “32LH2000" model, 32 düyüm, istifadə olunmuş LCD televizorun qiyməti 250 manat olmaqla göstərilən malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 400,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı təqdim edilməklə götürülmüş 01 ədəd Rusiya Federasiyası istehsalı, istifadə olunmuş, “Start” markalı, 29 ölçülü, sükanı əl əyləcli velosiped və 01 ədəd Almaniya Federativ Respublikası istehsalı, istifadə olunmuş, “Vilano” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosiped maddi sübut hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilərək o, Azərbaycan Resoublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci naddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın 320,00 nanat. X4 dəymiş maddi ziyanın 1450 manat məbləğində olduğu nəzərə alınmış, istintaq zamanı götürülmüş 01 ədəd "Start" markalı velosipedin və 01 ədəd “Vilano" markalı velosipedin cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin velosipedlər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verimiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, tərəfindən işlədilən Sumqayıt şəhəri, 51-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən velosiped mağazasından oğurlanmış ona məxsus 01 ədəd “Start” markalı velosipedi və 01 ədəd “Vilano” markalı velosipedi müstəntiqdən tam saz vəziyyətdə təhvil almışdır. Bu barədə heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan üzrə əşyalar qaytarılmışdır. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut 01 ədəd "Start" markalı velosipedin və 01 ədəd “Vilano" markalı velosipedin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-706/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut 01 ədəd "Start" markalı velosipedin və 01 ədəd “Vilano" markalı velosipedin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-706/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-706/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver