Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-708/2023 02.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X9, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1984-cü ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, tanışı X5 Almaniya Federativ Respublikasına getmək üçün iş vizası düzəldəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün sonuncu ilə razılaşmaqla sövdələşib, 2022-ci ilin noyabr ayının son 10 günlüyündə dəqiq günü istintaqa məlum olmayan tarixdə Şahid1 Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən Mehdi Hüseynzadə adına stadionun qarşısında 950 (doqquz yüz əlli) manat məbləğində pul almaqla Elçin Dünyamalıyevə həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar olaraq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, tanışı Elçin Dünyamalıyevə kürəkəni Şahid2 sosial müavinat düzəldəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Şahid1lə razılaşmaqla sövdələşib, 2022-ci ilin noyabr ayının son günlərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında 520 (beş yüz iyirmi) manat məbləğində pul almaqla X5 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, əvvəllər məhkum olunmamışdır. Təxminən 2022-ci ilin iyun ayında Sumqayıt şəhərində yerləşən “VMX” mühafizə şirkətində Sumqayıt şəhəri Mehdi Hüseynzadə adına stadionda mühafizəçi işləmiş, həmin vaxt Elçin Dünyamalıyev ilə tanış olmuşdur. Belə ki, Elçin Dünyamalıyevdə həmin stadionda fəhlə işləmişdir. Həmin vaxtdan yoldaşlıqları yaranmış və münasibətləri yaxşı olmuşdur. Bir dəfə Elçin ilə söhbəti zamanı Almaniya Respublikasına getmək istədiyini Elçinə bildirdikdə, Elçin də Almaniyaya getmək istədiyini bildirmiş, o, da Elçinə birlikdə getmək üçün visa məsələlərini həll edə biləcəyini bildirmişdir. Bundan sonra Elçinə Almaniya Federasiyasına getmək üçün visa məsələləri ilə bağlı 2000 manat pul lazım olacağını demiş və Elçin də onunla razılaşmışdır. Elçin pulu düzəldib ona verəcəyini demişdir. Həmin zaman maddi durumu yaxşı olmadığından Elçindən pul almaq qərarına gəlmişdir. Buna görə də Elçinə 950 manat pul verməsini, qalan pulu özü düzəldəcəyini, Almaniyada işləyib qaytarmasını söyləmişdir. Elçin onunla razılaşmış və sonuncuya sənədlərin fotoşəkillərini ona göndərməsini xahiş etmişdir. Elçin də da şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun fotoşəkillərini istifadəsində olan 070 ***-**-** nömrə altında işləyən Whatsapp ani mesajlaşma proqramına göndərmişdir. 2022-ci ilin avqust ayının son 10 günlüyündə işlədiyi stadionun qarşısında Elçin ona qardaşı Elmanın iştirakı ilə 950 manat məbləğində pulu visa məsələsinin həlli üçün vermişdir. Elçindən pulu alıb hər hansı iş görməmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra söhbət əsnasında Elçin yeznəsi Ağaların işsiz olduğunu bildirmişdir. O da Elçindən təkrarən pul almaq qərarına gəlmiş və Elçinə sosial müavinat düzəldə bilmək imkanının olmasını, Ağalara da sosial müavinat düzəldə biləcəyini bildirmişdir. Bunun üçün Elçindən 520 manat pul istəmişdir. Elçin onunla razılaşmış və sonuncu kürəkəni Ağalara məxsus sənədlərin surətlərini ondan götürüb ertəsi gün, yəni 2022-ci ilin düzəldilməsi adı ilə Sumqayıt şəhəri Avtovağzalın qarşısında 520 manat pul almış, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. X1 dəymiş ziyan tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Bundan başqa cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəniş etməsini, cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncu ilə barışdığını, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ibtidai istinaq zamanı verdiyi məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayından 2022-ci ilin noyabr aymadək ünvan 2 ünvanında yerləşən Mehdi Hüseynzadə adına stadionda fəhlə işləmişdir. İşlədiyi müddətdə stadionda Təqsirləndirilən şəxs da mühafizəçi işləmişdir. 2022-ci ilin avqust ayında Azərlə söhbət zamanı Azər ona Almaniya Federativ Respublikasına işləmək üçün gedəcək visa işlərini gördüyünü bildirmiş, onun üçün də visa məsələsini həll edə biləcəyini və birlikdə gedə biləcəklərini təklif etmişlər. O, da təklif ilə razılaşmışdır. Azər visa işlərini görmək üçün 2.000 manat yaxın pul lazım olacağını bildirmişdir. Həmin zaman Azər 950 manat pul verməsini, qalan pulu özü düzəldəcəyini, Almaniyada işlədikdən sonra qaytarmasını bildirmişdir.Həmçinin Azər özünə məxsus şəxsiyyət vəsiqəsinin ümumvətədaş pasportunun fotoşəkillərini ona göndərməsini bildirmişdir. O da Whatsapp ani mesajlaşma proqramı ilə özünə məxsus sənədlərin fotoşəkillərini Azərə göndərmişdir. 2022-ci ilin avqust ayının son on günlüyündə dəqiq gününü xatırlamadığı tarixdə Azərə visa işinin həll edilməsi üçün 950 manat məbləğində pulu işlədikləri stadionun qarşısında qardaşı Elmanın iştirakı ilə vermişdir. Bundan təxminən 2-3 gün sonra Azərlə söhbət əsnanmda Azər ona bir neçə şəxsə sosial müavinət də düzəldə bildiyini söyləmişdir. O da yeznəsi Ağaların işsiz olduğunu, ona sosial müavinat düzəltmək lazım olduğunu bildirmişdir. Azər də ona asan məsələdir, həll edə biləcəyini söyləmişdir. Bunun üçün 520 manat pul və Ağalara məxsus müvafiq sənədlərin surətlərini istəmişdir. O da Ağalardan ona məxsus müvafiq sənədləri surət edib həmin gündə yəni, 2022-ci ilin avqust ayının son günlərində Azərlə Sumqayıt şəhəri Bakı küçəsində yerləşən Avtovağzalın qarşısında görüşmüş və Azərə kürəkəni Şahid2 sosial müavinatı üçün 520 manat pul vermişdir. Bundan sonra Azər müxtəlif bəhanəlrə gətirməklə nə onun visa məsələsini, nə də ki, Ağaların sosial müavinatmı düzəltməmişdir. Bundan sonra Azərin onu aldatdığını başa düşmüşdür. Azər ona toplam olaraq 1470 manat maddi ziyan vurmuşdur. Həmin pulun 950 manatını visa üçün, 520 manatını isə sosial müavinat üçün vermişdir. Azərlə olan yazışmaları Whatsapp ani mesajlaşma proqramından çıxarıb izahatına da əlavə etmişdir. Şahid2 sosial müavinat alması üçün Təqsirləndirilən şəxs verdiyi 520 manat pul kürəkəni Ağaların deyil öz pulu olmuş, maddi ziyan ona dəymişdir. Hazırda ona qarşı dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, onunla barışmışdır. Bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işi üzrə Şahid2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istinaq zamanı verdiyi məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ruhi-əsəb və s. xəstəliyim yoxdur. X6 qaynıdır. 2022-ci ilin avqust ayında qaynı Elçin ona Azər adında iş yoldaşı olduğunu, az təminatlı ailə olduğu üçün Azərin vasitəsilə ona sosial müavinat düzəldəcə biləcəyini söyləmişdir. Buna görə də ona məxsus müvafiq sənədlərin lazım olacağını demişdir. 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri Avtovağzalın qarşısında Azər ilə görüşmüşlər. Özünə məxsus şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətini və övladlarının sənədlərinin surətlərini qaynı Elçinin yanında Azərə təqdim etmişdir. Azər bir ay müddətində ona sosial müavinat düzəldəcəyini bildirmişdir. Lakin Azər müavinatını düzəltməmiş, nə də ki, Elçindən aldığı 520 manat məbləğində pulu qaytarmamışdır. Sonradan Azər qaynı Elçini Almaniya Federasiyasına viza alacağı adı ilə də aldadıb ondan 950 manat pul aldığını öyrənmişdir. Bildirmişdir ki, onun də işinə görə 520 manat məbləğində pulu qaynı Elçin Azərə vermiş, oAzərə hər hansı məbləğdə pul verməmişdir. Maddi ziyan qaynı Elçinə dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, X4 müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v. 1); “şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 57) 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 69-70) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 78-79); “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 80-83); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyi (i.v.85); İş materiallarında arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2006-cı il təvəllüdlü Məzahir Səfərov, xx.xx.2009-cu il təvəllüdlü Mələk Səfərzadə və xx.xx.2011-ci il təvəllüdlü Nəzrin Səfərzadə adlı övladları var. (i.v. 86) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 87). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında yəni 368 manat dövlət büdcəsinə ödəniş edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 88-91); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-708/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-708/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver