Məhkəmə qərarları › İş №1(060)-708/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-708/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-708/2025 05.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, məhkumluğu ödənilmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 09 sentyabr 2025-ci il tarixdə saat 19:39 radələrində Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə, 35 saylı peşə məktəbinin yaxınlığında saxlanılmış və üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində Qalib və adlı xatırlamadığı başqa polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə şəxsi axtarış keşirilmiş və üzərindən çəkisini dəqiq xatırlamadığı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanıldığı gün səhər saatlarında “20 Yanvar” ərazisindən tanımadığı şəxsən 20 manata almışdır. Bildirir ki, şəxsi istifadəsi üçün psixotrop maddəni əldə etmişdir və satış məqsədi olmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilməmişdir. Belə ki, psixotrop maddələri daimi yox, 2- 3 aydan bir olmaqla 1 ildən az müddətdir ki, çəkmə üsulu ilə istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixotrop maddələrdən istifadə etməyib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə səhər saat 10-11 radələrində Bakı şəhəri, 20 Yanvar ərazisindən 20 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və əynində olan şalvarın sağ yan kiçik cibinə qoymuşdur. Bundan sonra Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində özünə münasib yer axtarmışdır ki, aldığı psixotrop maddə metamfetamindən istifadə etsin. Qeyd olunan tarixdə yəni, 09 sentyabr 2025-ci il tarixdə saat 19:39 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 35 saylı peşə məktəbinin yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitə üzərində daşımasında, gəzdirməsində, istifadəsində şübhəli olduğunu bildirib və üzərinə baxış keçirəcəklərini bildirmişlər və baxış keçirilməmişdən qabaq hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarının sağ yan kiçik cibində saxladığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək büküm ilə birlikdə çəkisi 0,52 qram olduğu müəyyən edilmiş, zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda videoçəkiliş vasitəsilə onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin təqdim etdiyini, həmin bükümü saxlanıldığı gün Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsus olmuşdur. O həmin psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldığı gün Bakı şəhəri, 20 Yanvar ərazisində 20 manata tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi, disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan təqsiri sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 35 saylı peşə məktəbinin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş, onun üzərinə yoxlama keçirilməyə başlanılmışdır. O üzərində olan 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra həmin büküm tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmışdır. Bundan sonra şəxsi istintaq hərəkəti aparılması üçün şəxs polis orqanına aparılmış, orada vəkilin iştirakı ilə videoçəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı rütbəsində xidmət edir. Bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025ci il tarixdə saat 19:39-da Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 35 saylı peşə məktəbinin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş etdilər. O da özünü təqdim etdi. Daha sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olundu. Onun üzərinə yoxlama keçirilməyə başlanıldı. Yoxlamadan öncə Pərvizə üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildi. O da əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etdi. Daha sonra həmin büküm tərəzidə çəkilərək çəkisinin şəffaf sellofan bükümlə birlikdə 0,52 qram olması müəyyən olundu. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd büküm xüsusi qaydada qablaşdırılaraq möhürləndi, qablaşdırılmış zərf onun və polis əməkdaşları tərəfindən imzalandı. Sorğu zamanı Pərviz həmin metamfetamini Bakı şəhəri 20 yanvar deyilən ərazisdə olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra Pərvizin üstü yoxlanıldı və üzərində başqa qanunsuz əşya və ya predmet aşkar olunmadı. Bundan sonra videoçəkliş dayandırıldı. Daha sonra müvafiq sənədləşmə aparılması üçün Pərviz tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-yə gətirildi. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini bildirdi. Pərviz də özünü təqdim etdi. Daha sonra polis əməkdaşları da özlərini təqdim etdi. Baş təhqiqatçı Elsevər Quliyev tərəfindən onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elman Musayevi təqdim olundu. Pərviz bildirişlə tanış olaraq, vəkilinə etiraz etmədi. Orada ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edildi. O üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirdi. Baş təhqiqatçı X12 Cahangirovun polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etdiyi, daha sonra həmin metamfetaminin müvafiq qaydada götürülməklə qablaşdırdığını bildirdi. Təqsirləndirilən şəxs onun dediklərini təsdiq etdi. Həmin vaxt Sumqayıt ŞPİ-nin CAŞ-m əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfi təqdim edib həmin zərfin içərisində Pərviz İsmayılovun saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümün içərisində metamfetamin təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, həmin maddənin tərəzidə çəkilərək çəkisinin 0,52 qram olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri 20 yanvar ərazisində olarkən tanımadığı şəxsdən 20 manat pul verməklə aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin vaxt müdafiəçinin sualın cavablandıran Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq edib saxlanılarkən heç bir təsir və təziqə məruz qalmadığını bildirdi. Bundan sonra video çəkiliş dayandırıldı. Müvafiq sənədləşmə aparıldı və Pərviz də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etdi. Ona qarşı təziq göstərilməmiş, o könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 19:39-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİdən MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu və 78-79-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 19:39- da Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 35 saylı peşə məktəbinin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş etdilər. O da özünü təqdim edir. Daha sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur. Onun üzərinə yoxlama keçirilməyə başlanılır. Yoxlamadan öncə Pərvizə üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilir. Pərviz də əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Daha sonra həmin büküm tərəzidə çəkilərək çəkisinin şəffaf sellofan bükümlə birlikdə 0,52 qram olması müəyyən olunur. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd büküm xüsusi qaydada qablaşdırılaraq möhürlənir, qablaşdırılmış zərf onun və polis əməkdaşları tərəfindən imzalandı. Sorğu zamanı Pərviz həmin metamfetamini Bakı şəhəri 20 yanvar deyilən ərazisdə olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Pərvizin üstü yoxlanılır və üzərində başqa qanunsuz əşya və ya predmet aşkar olunmur. Bundan sonra videoçəkliş dayandırılır. Cinayət işinin 30-31-ci və 80-81-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 19:39-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 35 saylı peşə məktəbinin yaxınlığında hərəkət edərkən saxlanılıb, üzərinə yoxlama aparılarkən, üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqlarının birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılır. Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini bildirir. Pərviz də özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Baş təhqiqatçı Elsevər Quliyev tərəfindən onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elman Musayevi təqdim olunur. Pərviz bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Orada ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. O üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirir. Baş təhqiqatçı X12 Cahangirovun polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini təqdim etdiyini, daha sonra həmin metamfetaminin müvafiq qaydada götürülməklə qablaşdırdığını bildirir. Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edir. Həmin vaxt Sumqayıt ŞPİ- nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfi təqdim edib həmin zərfin içərisində Pərviz İsmayılovun saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 01 ədəd şəffav sellofan bükümün içərisində metamfetamin təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, həmin maddənin tərəzidə çəkilərək çəkisinin 0,52 qram olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhəri 20 yanvar ərazisində olarkən tanımadığı şəxsdən 20 manat pul verməklə aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin vaxt müdafiəçinin sualını cavablandıran Təqsirləndirilən şəxs şəxsi axtarışda iştirak həmin polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiq edib, saxlanılarkən heç bir təsir və təziqə məruz qalmadığını bildirir. Bundan sonra videoçəkliş dayandırılır. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №124” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; Şahid2 /imza/; Şahid3 /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,435 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,385 qram. Cinayət işinin 45-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X14 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5821 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,435 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,385 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Cinayət işinin 100-105-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,435 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,385 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməyi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarışın və təqdim olunmuş əşyanın götürülməsinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlanılmaqla N ay şərti sınaq müddəti verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 2008-ci il təvəllüdlü X13 oğlu, 2009-cu il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X1 Cahangirovun uşaqlarıdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan 3 övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5821 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,385 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,385 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar