Məhkəmə qərarları › İş №1(060)-709/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-709/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-709/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Ələgər oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Sahil küçəsində yerləşən “Gəmi Qaya" restoranının avtomobil dayanacağında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mercedes" markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının açıq olmasından istifadə edib, vahid niyyətlə avtomobilin salonunda Zərərçəkmiş şəxs2 məxsus üzərində 04 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 450,00 manat dəyərində “İphone SE" markalı mobil telefonu, Zərərçəkmiş şəxs4 məxsus üzərində 04 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 300.00 manat dəyərində “Xiaomi M İ 9SL" markalı mobil telefonu, Zərərçəkmiş şəxs3 məxsus 30 manat pulu və üzərində 04 manat dəyərində 055-778- 09-88 mobil nömrəsi olan 350,00 manat dəyərində “X2 10S" markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 məxsus 90 manat pulu və üzərində 04 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan 150,00 manat dəyərində “X2 7" markalı mobil telefonu gizli talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 1386 (bir min üç yüz səksən altı) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o Gəncə şəhər sakinidir. Gəncə şəhərində iş tapa bilmədiyindən və maddi vəziyyətinin aşağı olduğundan xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. O Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən “Gəmi Qaya” istirahət mərkəzinin çimərlik hissəsində bir qədər gəzdikdən sonra istirahət mərkəzinin dayanacaq tərəfinə getmişdir. Maddi vəziyyəti ilə əlaqədar maşınlardan oğurluq edəcəyini öz ağlında planlaşdırmışdır. Buna görə də avtomobil dayanacağında olan maşınların içərisinə baxmışdır. Dayancaqda olan "Mercedes" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, avtomobilin içərisinə çöldən vizual olaraq baxış keçirmiş, avtomobilin salonunda bir neçə ədəd mobil telelon olduğunu görmüşdür. Ətrafa göz gəzdirmiş və heç kimin olmadığından tam əmin olduqdan sonra avtomobilin sol tərəf arxa qapısının açıq olduğunu görərək, qapını açıb salona daxil olmuş və avtomobilin salonunda olan 01 ədəd “İPHONE SE" markalı və 03 ədəd "Redmi" markalı mobil telefonları, 90 manat və 30 manat olmaqla ümumilikdə 120 manat pulu oğurlayıb avtomobildən düşmüşdür. Sonra həmin yeri tərk etmişdir. Oğurladığı telefonları satmaq üçün “İnstagram" sosial şəbəkəsində özünə məxsus olan “kefqom_020"profildə yerləşdirmiş, bir neçə dəqiqə keçdikdən sonra həmin telefonları sosial şəbəkə vasitəsi ilə tanımadığı bir şəxslə 300 manat pula satmağa razılaşmışdır. Həmin şəxslə danışdıqdan sonra Bakı şəhəri ərazisində yerləşən “Memar Əcəmi" metrostansiyasının yaxınlığında həmin tanımadığı şəxslə görüşmüşdür. Həmin şəxslə razılaşmış, 04 ədəd mobil telefonu 300 manata satmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə yaxınları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində görüşüb Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Gəmi Qaya" restoranının çimərliyinə getmişdir. O, idarə etdiyi Mercedes markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili restoranının dayanacağına park etdikdən sonra maşından düşmüşdürlər. Çimərlik geyimlərini geyindikdən sonra özlərinə məxsus olan mobil telefonları və pullarını çıxarıb maşında saxlamışlar. Sonra maşını bağlayıb dənizə getmişlər. Təxminən saat 18 radələrində maşına qayıtdıqdan sonra maşının qapısının açıq olduğunu görmüşlər, maşından oğurluq ola biləcəyindən şübhələndiyi üçün maşında telefonları gizlətdikləri yerə baxmışdırlar. Lakin, ona məxsus olan 01 ədəd “İphone SE" markalı mobil telefonun və onunla birlikdə gələn şəxslərin telefonlarının və pullarının orada olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmişdirlər. Buna görə də Sumqayıt ŞPİ-nin 1-ci PBnə gedib oğurluq olması barədə polisə ərizə ilə müraciət etmişdir. Baş verən hadisə zamanı ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onların sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını və məhkəmə iclaslarının onların iştirakları olmadan davam etdirilməsini xahiş etmişlər. Bu səbəbdən də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə yaxınları olan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində görüşüb Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Gəmi Qaya" restoranının çimərliyinə getmişdir. Canpolad idarə etdiyi Mercedes markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili restoranının dayanacağına park etdikdən sonra maşından düşdüklərini, çimərlik geyimlərini geyindikdən sonra özlərinə məxsus olan mobil telefonları və pullarını çıxarıb maşında saxladıqlarını, sonra Canpoladın maşını bağladığını və onların dənizə getdiklərini, təxminən saat 18 radələrində maşına qayıtdıqdan sonra maşının qapısının açıq olduğunu gördüklərini, maşından oğurluq ola biləcəyindən şübhələndiyi üçün maşında telefonları gizlətdikləri yerə baxdığını, lakin, ona məxsus olan 01 ədəd “X2 10S" markalı mobil telefonun, 30 manat pulun və onunla birlikdə gələn şəxslərin telefonlarının və pullarının orada olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedib oğurluq olması barədə polisə ərizə ilə müraciət etdiklərini, baş vermiş hadisə nəticəsində ona 330 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə yaxınları olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində görüşüb Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Gəmi Qaya" restoranının çimərliyinə getmişdir. Canpolad idarə etdiyi Mercedes markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili restoranının dayanacağına park etdikdən sonra maşından düşdüklərini, çimərlik geyimlərini geyindikdən sonra özlərinə məxsus olan mobil telefonları və pullarını çıxarıb maşında saxladıqlarını, sonra Canpoladın maşını bağladığını və onların dənizə getdiklərini, Təxminən saat 18 radələrində maşına qayıtdıqdan sonra maşının qapısının açıq olduğunu gördüklərini, maşından oğurluq ola biləcəyindən şübhələndiyi üçün maşında telefonları gizlətdikləri yerə baxdığını, lakin, ona məxsus olan 01 ədəd “Xiaomi Mi 9SL" markalı mobil telefonun və onunla birlikdə gələn şəxslərin telefonlarının və pullarının orada olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedib oğurluq olması barədə polisə ərizə ilə müraciət etdiklərini, baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə yaxınları olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə birlikdə Sumqayıt şəhəri ərazisində görüşüb Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Gəmi Qaya" restoranının çimərliyinə getmişdir. Canpolad idarə etdiyi Mercedes markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili restoranının dayanacağına park etdikdən sonra maşından düşdüklərini, çimərlik geyimlərini geyindikdən sonra özlərinə məxsus olan mobil telefonları və pullarını çıxarıb maşında saxladıqlarını, sonra Canpoladın maşını bağladığını və onların dənizə getdiklərini, təxminən saat 18 radələrində maşına qayıtdıqdan sonra maşının qapısının açıq olduğunu gördüklərini, maşından oğurluq ola biləcəyindən şübhələndiyi üçün maşında telefonları gizlətdikləri yerə baxdığını, lakin, ona məxsus olan 01 ədəd “X2 T markalı mobil telefonun, 90 manat pulun və onunla birlikdə gələn şəxslərin telefonlarının və pullarının orada olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedib oğurluq olması barədə polisə ərizə ilə müraciət etdiklərini və baş vermiş hadisə nəticəsində ona 340 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, o, Bakı şəhəri ərazisində yerləşən “Memar Əcəmi" metrostansiyasmm yaxınlığında yerləşən telefon dükanlarının birində mobil telefon alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə instagram sosial şəbəkəsindən “kefqom_020" profilinin hekayə bölümünə baxdıqda həmin profil istifadəçisinin mobil telefon satdığını bildirmişdir. O, həmin şəxslə danışmış və Bakı şəhər Memar Əcəmi metrostansiyasının yaxınlığında görüşməyə razı olmuşdur. O, həmin şəxslə axşam saatlarında görüşmüş, sonra həmin şəxsin satdığı mobil telefonlara baxmış, həmin mobil telefonların söndürülmüş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, həmin 1 ədəd “İPHONE SE” markalı, 1 ədəd “Xiaomi NOTE 10" markalı, 1 ədəd XİAOMİ NOTE 7" markalı və “XİAOMİ Note8" markalı mobil telefonları tam yoxlayıb və hamısını birlikdə 400 manat pula ala biləcəyini demişdir. Həmin şəxs onunla razılaşmışdır. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini xahiş etmiş, lakin, həmin şəxs vəsiqəsini daha sonra təqdim edəcəyini demişdir. Bu səbəbdən o, həmin telefonlara 300 manat pul vermiş və yerdə qalan 100 manatı isə şəxsiyyət vəsiqəsini təqdim etikdən sonra verəcəyini bildirmişdir. Həmin şəxs də öz növbəsində onunla razılaşaraq telefonları ona satmışdır. O, telefonları həmin şəxsdən alan zaman telefonların oğurluq olub-olmaması barədə sual vermiş, həmin şəxs ona mobil telefonların özünə məxsus olmasını demişdir. Onun həmin telefonları almaqda məqsədi ehtiyyat hissələrə bölərək satmaq olmuşdur. Mobil telefonları 300 manata almış, həmin mobil telefonların oğurluq olmasını bilməmiş, mobil telefonların kodda olması barədə məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyııl 2022-ci il tarixli 9/4858 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş telefonların yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci iin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd “İphone SE" markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuaıiarın olmaması nəzərə alınmaqla-450,00 manat; -01 ədəd Çin istehsa 111, “Xiaomi Mi 9SE" markalı, “M 1903E2G” modelli mobi telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesseaurlarının olmaması nəzərə alınmaqla-300,00 manat; -01 ədəd Çin istehsallı, “X2 10S" markalı. “M2101K7BG” modelli. 128GB yaddaş tutumlu, markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessearlarmm olmaması nəzərə alınmaqla-350,00 manat; -01 ədəd Çin istehsal 11. “Xiaomi Redmi notc 7" markalı, ”M 19011 7(3 modelli, markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmamsı nəzərə alınmaqla - 150,00 manat; -Qərarın təsvir hissəsində göstərilən GSM nömrələr nəzəri qaydada: -01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat; -01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat; -01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat; -01 ədəd ***-***-**-** saylı GSM nömrə-4,00 manat. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tamamilə ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilib, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 04 ədəd mobil telefonun və ümumilikdə 90 manat pulun zərərçəkmiş şəxslərin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarını icra edərək, 15 sentyabr 2022-ci il tarixli 1278/2022 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:30-dək yaşadığı Gəncə şəhəri, Gəncə küçəsi, ev 56, mənzil 10 ünvanını tərk etməmək, Gəncə şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 04 ədəd mobil telefonun və ümumilikdə 90 manat pulun zərərçəkmiş şəxslərin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar