Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-709/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu Ödənilməmiş, İmişli rayonu, Rəsullu ə/d, Yalavac kəndində qeydiyyatda olan, Nərimanov Rayon Məhkəməsinin 4(005)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1- 1-ci maddələri ilə cinayət işi olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 aprel 2023cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, Yaşıl Dərə bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən yaşayış sahəsi olan evin plastik pəncərəsinə fiziki təsir göstərib açmaqla evə daxil olub yataq otağında kiçik siyirmədən Zərərçəkmiş şəxs1 məxsus 1 qramının qiyməti 85 manat ümumi 171,70 manat olan 1 ədəd Rusiya istehsallı 585 əyyarlı qızıl boyunbağı, 1 qramının qiyməti 85 manat ümumi 157,25 manat olan 1 ədəd Rusiya istehsallı 585 əyyarlı qızıl klon, 1 qramının qiyməti 85 manat ümumi 660,45 manat olan 1 ədəd Rusiya istehsallı 585 əyyarlı qızıl üzük və 1 cüt 585 əyyarlı qızıl qadın sırğası-dəsti gizli olaraq talamaqla zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 ümumilikdə 989,40 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 aprel 2023-cü il tarixdə, saat 19:57 radələrində "xxxx" MMC-nin Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fəaliyyətdə olan mağazasının içərisində olan zaman nəzarətçilərin olmadığından istifadə edərək mağazann zalına bitişik plastik giriş qapısı olan müdir və işçi heyəti üçün nəzərdə tutulmuş saxlanc yeri hesab olunan ofis otağına açıq olan qapıdan qanunsuz daxil olmaqla, oradan masanın siyirməsindən 104 manat nağd pul və 1 qutusunun qiyməti 3,70 manat ümumilikdə 37 manat qiymətində 10 qutu "Vinston kompakt" markalı siqaretləri gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 141 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, 1984-cü ildə İmişli şəhərində doğulmuş, ailəlidir, 2 azyaşlı uşağı vardır, ailəsi hazırda Sabirabad rayonunda yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan qohumlarına baş çəkməyə gələn zaman Sumqayıt şəhəri Yaşıl Dərə bağlar yaşayış massivində küçədən keçərkən saat 19:30 radələrində fərdi evlərin birinin həyətindən bir qadınla cavan oğlan çıxaraq həyət darvazasını kilidləyib getdiyini görmüş, evdə heç kimin qalmadığını düşünmüşdür. Bundan sonra o, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə küçədə biraz gəzişdikdən sonra onu heç kimin görməyəcəyinə əmin olub həyət darvazasına bitişik dəmir boru ilə hasara çıxıb həyətə daxil olmuşdur. Həyətdəki ev kürsülü və 1 mərtəbəli olmuş, evin giriş qapısı bağlı olmuş və qapının sağında olan plastik pəncərəni əli ilə itələyib açaraq evin içərisinə daxil olaraq tez evə göz gəzdirmişdir. İlk olaraq qonaq otağına bitişik yataq otağına keçmiş və orada olan dolabları açıb baxaraq axtarmış, lakin pul və ya qiymətli hər hansı bir əşya tapmamışdır. Sonra həmin yataq otağında yataq dəstinin sağ tərəfində olan kiçik dolabı açıb baxdıqda orada karton qutuda qızıl- zinyət əşyaları - 1 ədəd qızıl boyunbağ, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl qadın üzüyü və 1 cüt qızıl qadın sırğası olduğunu görüb götürmüş, tez cibinə qoyub evə girdiyi pəncərədən həyətə düşüb evi tərk etmiş və evin arxasına keçib orada hasardan yaşayış olmayan qonşu həyətə tullanmış, həmin həyətdən də küçəyə tullanıb getmişdir. Belə ki, həmin evdən oğurluq etdikdən sonra dəmir yolu tunelinin yanından mərkəzi yola tərəf gedən zaman saat 19:55 radələrində yolun kənarında yerləşən "Oba" marketə su almağa girmiş, marketdə vitrinlərə baxaraq gəzişən zaman marketin içərisində zala bitişik plastik qapının açıq olduğunu görəndə həmin qapıdan içəridəki otağın anbar və ya ofis otağı olduğunu, orada pul və ya qiymətli nəsə ola biləcəyini düşünərək oğur etmək qərarına gəlmiş və marketə göz gəzdirib nəzarətçilərin olmadığını görüb və onu heç kimin görmədiyinə əmin olduqdan sonra həmin plastik qapıdan içəri daxil olmuşdur. Orada kiçik dəhlizə bitişik otağa baxanda monitor, iş masası olan ofis otağı və biraz irəlidə küçəyə dəmir qapıdan çıxışı olan anbar otağı olduğunu görmüş, anbarda dəmir qapının açıq olduğunu yoxladıqdan sonra ofis otağına keçib orada masanın siyirməsindən nağd pul və 1 blok, yəni 10 ədəd "Vinston compakt" siqaret qutusu götürüb anbarın dəmir qapısından küçəyə çıxıb həmin ərazidən uzaqlaşmışdır. Küçədə marketdən oğurladığı pulu sayanda 104 manat olmuşdur. Sonra oradan Çerkassi küçəsinə, oradan da taksi ilə Bakı şəhərinə getmişdir. Ertəsi gün Yaşıl Dərədə fərdi evdən oğurladığı 1 ədəd qızıl boyunbağ, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl qadın üzüyü və 1 cüt qızıl qadın sırğanı 28 may metrosunun yaxınlığında yerləşən qızıl alqı-satqısı mağazalarına satmağa aparmış, lakin şəxsiyyət vəsiqəsi tələb olunduğundan sata bilməmişdir. Belə ki, mağazaların birindən çölə çıxıb gedən zaman ona bir nəfər tanımadığı orta yaşlı kişi yaxınlaşıb satdığı qızıllarla maraqlanmış, həmin şəxs onu mağazaların birində qızıl satmaq istəyərkən görmüşdür. Söhbət zamanı həmin şəxs ona satdığı qızılları oğurluq olduğunu bilməmiş, həmin şəxsə qızılların öz ailəsinə məxsus olduğunu, uşağının müalicəsinə görə təcili satdığını, narahat olmamasını, şəxsiyyət vəsiqəsi üzərində olmadığını, bəhanə üçün həmin şəxsdən mobil nömrəsini alıb evə getdikdən sonra şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərəcəyini deyərək özünə inandırmışdır. Həmin kişi onda olan qeyd olunan qızıllara baxıb qiymətləşərək ümumilikdə 650 manata Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs həmin şəxsdən ayrıldıqdan sonra bir daha onunla əlaqə saxlamamış, əldə etdiyi pulu bir neçə gün ərzində özünə xərcləmiş və oğurladığı siqareti çəkib qurtarmışdır. O, qızıl-zinyət əşyalarını tək oğurlamış, həmin vaxt yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Oğurladığı qızıl-zinyət əşyalarını satarkən həmin şəxs ona satdığı qızılzinyət əşyaların oğurluq olduğunu bilməmiş, ondan şübhələnməmişdir. "Oba" marketin ofis otağından 104 manat pul və 10 ədəd siqareti tək oğurlamış, həmin vaxtı yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Əməlindən peşmandır. Mülki iddiaları qəbul edir, ödəniş etməyə imkanı olmadığından hazırkı vəziyətdə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmir. Himayəsində iki azyaşlı övladı var. Hal-hazırda barəsində Bakı Ağır cinayətlər məhkəməsində CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaqı davam etdirilir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, ailə üzvləri-arvadı Xalidə, oğlu Qəzənfər, böyük qardaşı Oktayla birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar yaşayış massivi fərdi evdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində çayxanada olan zaman Xalidə ona zəng edərək təcili evə gəlməyini, evdə oğurluq baş verdiyini söylədikdə o, evə getmişdir. Evdə məlum olmuşdur ki, Xalidə və Qəzənfər həmin gün saat 19:10 radələrində həyətdən çıxıb giriş darvazasını kilidləyib Sumqayıt şəhəri, 9-cu mkr-da yaşayan qardaşı evinə iftar süfrəsinə qonaq getmişlər, həmin vaxtı evdə heç kim olmamışdır. Saat 22 radələrində Xalidə və Qəzənfər evə qayıtmış, həmin vaxtı evdə Oktayın mətbəxdə stol arxasında yatdığını görmüşlər. Xalidə onların yataq otağına girdikdə, otaqda dolabların qapısının açıq və bəzi əşyaların qarışıq olduğunu görüb, otaqda yataq dəstinin yanındakı kiçik dolaba baxdıqda orada karton qutuda saxladığı qızıl dəstinin olmadığını aşkar etmiş və evdən oğurluq olması qənaətinə gələrək ona xəbər vermişdir. O, da baş vermiş oğurluqla bağlı DİN-in 102 xidməğtinə zəng edərək məlumat vermişdir. İlk olaraq həmin gün düşünmüşlər ki, Oktay içkili halda evə gəlib mətbəxdə yatmış və evə girmiş naməlum şəxs evin giriş qapısının açıq olmasından istifadə edərək evdən qızıl-zinyət əşyalarını oğurlamışdır. Lakin ertəsi gün qonşuda yaşayan Qurban adlı şəxsin həyətinin çöl görüntü kameralarına baxanda orada, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Xalidə və Qəzənfər evdən çıxaraq həyət darvazasını kilidləməsi, həmin vaxt küçədən keçən qara geyimdə olan orta yaşlı kişi onları görüb dayanması və onlar oradan uzaqlaşdıqdan bir qədər sonra həmin şəxsin onun həyət hasarına bitişik dəmir boru ilə qalxıb həyətinə hasarın üzərindən daxil olması, təxminən 30 dəqiqədən sonra həyətinə bitişik qonşunun həyətinin hasarından küçəyə tullanıb oradan uzaqlaşması videogörüntüsünü görmüşdür. Bundan sonra əmin olmuşlar ki, oğru həyətə daxil olanda evdə heç kim olmamışdır, bundan sonra evinin giriş qapısının yanındakı kiçik plastik pəncərəyə baxdıqda pəncərədə kənar müdaxilə izlərinin olduğunu görmüş, bilmişdir ki, oğru evə həmin pəncərədən daxil olmuşdur. Qeyd etdiyi görüntülər polis işçiləri tərəfindən götürülmüşdür. Evindən 1 ədəd 222 manat qiymətində 2.02 qram çəkidə 585 əyyarlı qızıl boyunbağı, 1 ədəd 203 manat qiymətində 1.85 qram çəkidə 585 əyyarlı qızıl klon, 855 manat qiymətində ümumilikdə 7.77 qram çəkidə 1 ədəd 585 əyyarlı qızıl qadın üzüyü və 1 cüt 585 əyyarlı qızıl qadın sırğası oğurlanmışdır. Qızıl zinət əşyaları qaşsız, Rusiya istehsalıdır. Həmin qızıl dəstini ümumilikdə 1280 manata almış, ona ümumilikdə təxminən 1280 manata maddi ziyan dəymiş, lakin məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində bu rəqəm az göstərilmişdir. Bildirir ki, oğlurlanan həmin qızıl-zinyət əşyalarını oğlunun baş tutmalı olan nişan mərasimi üçün almışdır. Təqsirləndirilən şəxs oğurluq etdiyi mənzil şəhid ocağıdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki ona dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə(dəmir yolu tunelin yaxınlığında) ərazisində yerləşən "xxxx"in inzibatçısı işləyir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında marketin zalına bitişik olan ofis otağına girən zaman marketin çölə olan anbar qapısının açıq olduğunu görəndə şübhələnmiş, ona görə də bu halı dəqiqləşdirmək üçün marketdə quraşdırılmış görüntü-müşahidə kameralarına baxmışdır. Belə ki, görüntülərə baxan zaman həmin tarixlə saat 19:57 radələrində marketə müştəri qismində daxil olmuş bir nəfər 40-45 yaşında olan, arıq bədən quruluşlu, saçları seyrək, əynində qara rəngdə şalvar, köynək, gödəkcə və ayaqqabı olan şəxsin onun və marketdə olan satıcıların başının işə qarışmasından istifadə edərək ofis otağına açılan üzərində "kənar şəxslərin girişi qadağandır" yazısı və işarəsi olan bağladıqları plastik qapıdan içəri daxil olub orada ofis otağında masanın siyirməsindən nağd pul və 1 blok "Vinston compakt" markalı siqaret oğurlayıb oradan da çölə olan anbar qapısını açıq çıxıb getdiyini görəndə, marketdən oğurluq olduğunu bilmiş və ofis otağında masanın siyirməsində öncədən ayırdığı 104 manat pulun və 1 blok, yəni 10 ədəd "Vinston compakt" markalı siqaret qutusunun olmadığını aşkar etmişdir. Oğurluq olan zaman ofis otağındakı masanın siyirməsinin kənarında görsənməyən yerdə əlavə olaraq 4560 manat pul olmuş və oğurluq edən şəxs həmin pulu görə bilməmişdir. 104 manat isə seyfə aid olan pul olmuşdur, həmin pulu öncədən ayırıb siyrmənin digər kənarında qoyub saxlamışdır. Qeyd etdiyi ofis otağına ondan və işçilərdən başqa heç kim girmir, ofis otağı marketin zalından plastik qapı ilə təcrid olunmuşdur, yəni ofis otağına kənar şəxslərin girişi qadağandır. Həmin qapı kilidlənmir, sadəcə bağlanır. Marketə ümumilikdə 142 manat maddi ziyan dəymişdir. Göstərdiyi siqaret və puldan başqa başqa digər pul və ya mal oğurlanmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidirlər, belə ki onlara dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və mülki iddialarının təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şahid məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, ailə üzvləri-əri Faiq, oğlu Qəzənfər və qaynı Oktayla ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar yaşayış massivi fərdi evdə yaşayır. Yaşadığı məhəllədə şirniyyat sexində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində oğlu Qəzənfərlə birlikdə həyətdən çıxıb giriş darvazasını kilidləyib Sumqayıt şəhəri, 9-cu mkrda yaşayan qardaşı evinə iftar süfrəsinə qonaq getmiş, həmin vaxt evdə heç kim olmamışdır. Saat 22 radələrində evə qayıtmış, həmin vaxtı evdə Oktaym mətbəxdə stol arxasında yatdığını görmüşlər. O, yataq otağına girdikdə, otaqda dolabların qapısının açıq və bəzi əşyaların qarışıq olduğunu görüb, otaqda yataq dəstinin yanındakı kiçik dolaba baxdıqda orada karton qutuda saxladıqları qızıl dəstinin olmadığını aşkar etmiş və evdən oğurluq olması qənaətinə gələrək əri Faiqə xəbər vermişdir. Oqtayı oyadıb bu barədə soruşduqda, Oktay içkili olub yatdığı üçün heç bir şeydən xəbəri olmadığını demişdir. Faiq də evə gəlmiş və baş vermiş oğurluqla bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlk olaraq həmin gün düşünmüşlər ki, Oktay içkili halda evə gəlib mətbəxdə yatmış və evə girmiş naməlum şəxs evin giriş qapısının açıq olmasından istifadə edərək evdən qızıl-zinyət əşyalarını oğurlamışdır. Lakin ertəsi gün əri Faiq qonşuda yaşayan Qurban adlı şəxsin həyətinin çöl görüntü kameralarına baxanda orada, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində onun və Qəzənfərin evdən çıxaraq həyət darvazasını kilidləməyi, həmin vaxtı küçədən keçən qara geyimdə olan orta yaşlı kişi onları görüb dayanması və onlar oradan uzaqlaşdıqdan bir qədər sonra həmin şəxsin həyət hasarına bitişik dəmir boru ilə qalxıb həyətə hasarın üzərindən daxil olması, təxminən 30 dəqiqədən sonra həyətə bitişik qonşunun həyətinin hasarından küçəyə tullanıb oradan uzaqlaşması videogörüntüsünü gördükdən sonra, əmin olmuşlar ki, oğru həyətə daxil olanda evdə heç kim olmamışdır, bundan sonra evin giriş qapısının yanındakı kiçik plastik pəncərəyə baxdıqda pəncərədə kənar müdaxilə izlərinin olduğunu gördükdə bilmişlər ki oğru evə həmin pəncərədən daxil olmuşdur. Evindən 1 ədəd 222 manat qiymətində 2,02 qram çəkidə 585 əyyarlı qızıl boyunbağ, 1 ədəd 203 manat qiymətində 1,85 qram çəkidə 585 əyyarlı qızıl klon, 855 manat nivmatinda ümumilikdə 7.77 aram çəkidə 1 ədəd 585 əvvarlı aızıl a adın üzüvü və 1 cüt 585 əvvarlı dəstini ümumilikdə 1280 manata almışlar. Onlara ümumilikdə təxminən 1280 manat maddi ziyan dəymişdir. Göstərdiyiniz qızıl-zinyət əşyalardan başqa evdən digər əşya oğurlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “ibtidai araşdırma materialının cinayət işinə birləşdirilməsi haqqında” 01 iyul 2023cü il tarixli qərardan görünür ki, Nümayəndə işlətdiyi mağazada baş vermiş oğurluq faktı əsasında toplanmış NK-1/408 saylı materialla bağlı araşdırmanın davam etdirilməsindən ötrü ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 65) “cinayət əməlinin tövsif olunması haqqında” 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 95-96) 01 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 98, 106) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 114-116); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Nərimanov Rayon Polis İdarəsinin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v. 45- 49) “təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması haqqında” 01 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. (i.v. 117-118) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, Yaşıl dərə bağları ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus evdə oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 06-08) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Nümayəndə işlətdiyi mağazada oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 70-72) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3889 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, zərgərlik məmulatları satışı mağazalarında, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda qızıl-zinyət əşyalarının 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 989,40 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - bir qramının qiyməti 85 manat, ümumi 171,70 manat, 2,02 qram miqdarda 1 ədəd Rusiya istehsallı 585 əyarlı qızıl boyunbağı; - bir qramının qiyməti 85 manat, ümumi 157,25 manat, 1,85 qram miqdarda 1 ədəd Rusiya istehsallı 585 əyarlı qızıl klon; bir qramının qiyməti 85 manat, ümumi 660,45 manat, ümumi 7,77 qram miqdarda 1 ədəd Rusiya istehsallı 585 əyarlı qızıl üzük və 1 cüt 585 əyarlı qızıl qadın sırğası-dəst (i.v. 50-53) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3494 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mağazalarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 10 qutu "Vinston kompakt" markalı siqaretlərin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 37,00 (10 qutu x 3,70 man) manat müəyyən olunmuşdur (i.v. 54-56) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 05 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Təqsirləndirilən şəxs oğlu bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. (i.v. 124- 138 ,149-152,); 03 iyul 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinə hansı şəraitdə daxil olması, oradan oğurladığı qızıl-zinyət əşyaların haradan götürdüyünü, həmçinin "xxxx" MMC-nə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən mağazada ofis otağına hansı şəraitdə daxil olmasını və oradan oğurladığı pul və siqaretin haradan götürdüyünü yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 141-148) Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs oğurluqlar etməsi öz təsdiqini tapmışdır. 04 iyul 2023-cü il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. (i.v. 154) Məhkəmə istintaqı dövründə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC tərəfindən mülki iddia ərizəsi verilərək Təqsirləndirilən şəxs 141 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 171 manat məbləğin tutularaq Cəmiyyətə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladları var. (i.v. 122-123) “sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində AR CM-nin 177.2.1 maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılmasından imtina edilmiş, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 evindən oğurlanmış əşyaların dəyəri 989.40 manat, Zərərçəkmiş şəxs2 MMc-yə məxsus mağazadan 104 manat nağd pulla birlikdə oğurlanmış 10 qutu siqaretin ümumilikdə 141 manat orta bazar qiyməti əsas götürülmüşdür. (i.v. 159-167) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq - təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, himayəsində 02 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, bundan öncə də dəfələrlə eyni məzmunlu cinayət törədərək məhkumluq həyatı yaşamasını, buna baxmayaraq hələ də islah olmamasını, zərərçəkmiş şəxslərin mövqeyini, vurulmuş ziyanın ödənilməməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 avqust 2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. AR CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan ümumilikdə 989 manat 40 qəpikdir. Dəymiş ziyanın qalan hisəsi təsdiq edilmir. Ona görə də mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 989 manat 40 qəpik pul alınaraq Zərərçəkmiş şəxs1 verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Bundan başqa zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddiası təmin edilməli, 141 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 171 manat məbləğ Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-ə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 989 manat 40 qəpik pul alınaraq Zərərçəkmiş şəxs1 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 141 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 171 manat məbləğ tutularaq Zərərçəkmiş şəxs2 MMC-ə verilsin. Təqsirləndirilən şəxs etdiyi oğurluq faktı ilə bağlı video görüntülər olan dörd ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt RegionalVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-709/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-709/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver