Məhkəmə qərarları › İş №1(060)-71/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-71/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-71/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 6-cı məhəllə Nizami küçəsi ev 19 C-də qeydiyyatda olan, Sumqayıt şəhəri Betonzavod ərazisi ev 126 A-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışları olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:32-də Zərərçəkmiş şəxs1 işlədiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «EZO» parfümeriya mağazasına müştəri qismində daxil olaraq, digər şəxs orada masanın üzərinə qoyulmuş sonuncuya məxsus içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 300 (üç yüz) manat dəyərində «Samsunq Galaxy A 40» markalı mobil telefonu gizli talayaraq, Zərərçəkmiş şəxs1 320 (üç yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Bundan başqa, onlar təkrarən özgənin əmlakını talama məqsədilə tanışları olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasına gedərək, Təqsirləndirilən şəxs1 mağazanın qarşısında dayanıb onları gözləmiş, digər şəxs Təqsirləndirilən şəxs2 ilə birlikdə müştəri kimi mağazaya daxil olub oradan bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Bonpari jale zabavnıy medvejyonok 75 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Ozmo cream sokolad 35 gr,bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Maccofe 3U bir arada original 18 gr, bir ədədi 02 (iki) manat, 03 (üç) ədədi 06 (altı) manat dəyərində olan O B Pro-comfort night normal,05(beş) manat dəyərində olan 01 kq X2 İris kg, 01(bir) manat dəyərində olan Bizim süfrə xama dadlı MYZ 200 ml, bir ədədi 3,5 (üç manat əlli qəpik) manat, ikisi 07 (yeddi) manat dəyərində olan Rexona Antipersp 150 ml təmiz duş airazol,bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2( iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen classic ekst qara find sok 90 gr,2,3(iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo happy cola 80 gr,0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Suxari sır 40 gr,0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 30 gr,03(üç) manat dəyərində olan O B F normal tamponu, bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen hazelnut nuqa plitika şokolad 90 gr,10(on) manat dəyərində olan 01 ədəd XO etir qadın pink paradise 100 ml,4,8(dörd manat səksən qəpik) manat dəyərində olan 01 ədəd Gillete venus ulguc cartrige 4, 4,7(dörd manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Aura metbex desmalı 4 lu,bir ədədi 3,4 (üç manat qırx qəpik) manat, ikisi 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Alvays ultra night 26 lı gecə, 3,4(üç manat 40 qəpik) manat dəyərində olan 01 ədəd AXE deo 150 ml blacm bədən spreyi, 3,7(üç manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Elidor balzam 350 ml onarıcı, 6,3(altı manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Sensodyine diş təmizləmə sapı 30 gr, 05(beş) manat dəyərində olan 01 ədəd Elidor nəmləndirici sprey, 6,2(altı manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Elidor şhampun onarıcı bakım 650 ml, bir ədədi 27,7 (iyirmi yeddi manat yetmiş qəpik) manat, ikisi 55,4(əlli beş manat qırx qəpik) manat dəyərində olan Oral B elektrik fırca cross action, bir ədədi 04 (dörd) manat, ikisi 08(səkkiz) manat dəyərində olan Toybox jelly böyürtkən 40 gr, 10(on) manat dəyərində olan 01 ədəd Emot EDT pink secret 100 ml, 01 kiloqramı 9,8 (doqquz manat səksən qəpik), 04 kiloqramı 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Könfiröm Darenka südlü şokolad 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd M&M yer fındığı 130 gr, 0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 25 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Cindy skin care sabun 150 gr vitamine, 1,5(bir manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Susamlı qaleta 200 gr sun bakery, 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays stiks kerchup cips 125 gr, 10(on) manat dəyərində olan 01 ədəd Emotion Deo romance 300 ml, 03(üç) manat dəyərində olan 01 ədəd Oztas erkek poplin boxer 1167 3, 2,4(iki manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Jurnal, bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Orbit pellet Saqqız 14 gr,bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol nanəli 14 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol saqqız yemiş 14 gr bir ədədi 0,6 (altmış qəpik) manat otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Dirol istiotlu nanə 13,6 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36(otuz altı) manat dəyərində olan Dirol myata saqqız 14 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Orbit nanəli səkərsiz saqqız 13,6 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36(otuz altı) manat dəyərində olan Orbit çiyələk şaftalı 3179, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Arkom barbaris karamel diet 60 gr, 0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sumqayıt zavod çörəyi 500 gr, bir ədədi 0,8 (səksən qəpik) manat otuz ədədi 24(iyirmi dörd) manat dəyərində olan Snikers bar chikolata 50,5 gr, bir ədədi 1,4 (bir manat qırx qəpik) manat iyirmi səkkiz ədədi 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Snikers super 95 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03 (üç) manat dəyərində olan Nestle Classic fındıqlı sokolad 90 qr, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy qara şokolad 85 gr, 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy südlü 85 gr, 4,5(dörd manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Vellaton saç boyası 3/0 dark brovn 100, bir ədədi 1,7 (bir manat yetmiş qəpik) manat, dördü 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Nestle kit-kat trio 87 gr, bir ədədi 0,6 (altmış qəpik) manat altısı 3,6(üç manat altmış qəpik) manat dəyərində olan Ülker chikolata fındıklı kare 65 gr, bir ədədi 1,6 (bir manat altmış qəpik) manat, ikisi 3,2(üç manat iyirmi qəpik) manat dəyərində olan Toybox çubuqlu sovurma 11 gr, bir ədədi 3,8 (üç manat səksən qəpik) manat dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr vhite vhole haze, 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete venus razor + 2 bıçaq 13224384İ, 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete skinguard sensitive razor,bir ədədi 3,8 (üç manat səksən qəpik) manat, dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr hazelnuts, 2,3 (iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo goldbaren 80 gr, 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan nestle kit-kat şokolad 145 gr 5*35 gr, bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Pompeabito qadın corabı 413123, bir ədədi 0,8 (səksən qəpik) manat, ikisi 1,6(bir manat altmış qəpik) manat dəyərində olan Nestle nesquik 28 gr, bir ədədi 0,5 (əlli qəpik) manat, ikisi 01(bir) manat dəyərində olan Nestle kit-kat 4 finger 45 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olanToybox oyuncaqlı yumurta 22 gr, bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olan Roshen dark şokolad 53% 90 gr, 2,5(iki manat əlli qəpik) manat dəyərində olan 01 ədəd MM plain 140 gr, 6(altı) manat dəyərində olan 01 ədəd Oral-B d. İpi pro-exp line floss 25 ml, 3,4(üç manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Elidor qulluq kremi 300 ml berpaed qulluq, 05(beş) manat dəyərində olan 01 ədəd Splait diş sapı mint silver 30 m, bir ədədi 01 (bir) manat, ikisi 02(iki)manat dəyərində olan Toybox cornet şokolad 25 gr,bir ədədi 02 (iki) manat, ikisi 04(dörd) manat dəyərində olan Adions kişi corabı qışlıq yun, bir ədədi 0,2 (iyirmi qəpik) manat, ikisi 0,4(qırx qəpik) manat dəyərində olan Solen ozmo fun 23 gr, bir ədədi 0,7 (yetmiş qəpik) manat, ikisi 1,4(bir manat qırx qəpik) manat dəyərində olan Toybox oyuncaqlı saqqız 5 gr, bir ədədi 0,6 (altmış qəpik) manat, ikisi 1,2 (bir manat iyirmi qəpik) manat dəyərində olan Toyboxs jelly beans berry 30 gr, bir ədədi 04 (dörd) manat ikisi 08(səkkiz) manat dəyərində olan toybox big egg oyuncaqlı 13,5 gr, 2,2(iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays duzlu çipsi 150 gr, 3,4(üç manat qırx qəpik)manat dəyərində olan 01 ədəd Bref təravətli blok moqnoliy deluxe 50 gr 0,99(doxsan doqquz qəpik)manat dəyərində olan 01 ədəd MQ agca qarşı 10-lu plast 10 saat univer, 02(iki) manat dəyərində olan 01 ədəd Banat acr.jr fırça+pasta+saat desti soft, 1,1(bir manat on qəpik) manat dəyərində olan 01 ədəd Richmond toz şəkər 0,8 kq, 27,7(iyirmi yeddi manat yetmiş qəpik) manat dəyərində olan Oral B elektrikli fırça 3D vhite, bir ədədi 0,5 (əlli qəpik) manat ikisi 01(bir) manat dəyərində olan Nestle Nuts 50 gr, bir ədədi 1,4 (bir manat qırx qəpik) ikisi 2,8(iki manat səksən qəpik) manat dəyərində olan Roshen classic poristiy ağ sok 85 gr olmaqla ümumilikdə 667,39 (altı yüz altmış yeddi manat otuz doqquz qəpik) manat dəyərində müxtəlif adda ərzaq məhsullarını gizli talayıb mağazadan çölə çıxmaq istəyərkən mağazanın nəzarətçisi Şahid3 tərəfindən saxlanıldığından, iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək «xxxx» MMC-yə maddi ziyan vurmaqla oğurluq cinayətinə cəhd etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 2018-ci ilin fevral ayından tanımaqla, onların yaxın münasibətləri olmuşdur, onlar qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə Röyalə və onun azyaşlı qızı Zeynəb ilə birlikdə ayı 160 manata olan kirayə tutduğu Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşamışlar. Ayan kimi tanıdığı Şahid1 2020-ci ilin iyun ayının əvvəllərindən tanımış, onu evdən qovduqları üçün Vəsmə onlarla Corat qəsəbəsində bir evdə yaşamışdır. Vəsmə demişdir ki, onlarla yaşadığı üçün kirayə haqqının bir hissəsini özü ödəyəcəkdir. xx.xx.2020-ci il tarixdə pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Belə ki, evdə olarkən kirayə haqqını ödəyə bilmədikləri üçün onlara demişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazası var, oranı işlədən oğlan həmişə mobil telefonunu kənara qoyub başı müştərilərə qarışır və təklif etmişdir ki, həmin dükana birlikdə gedib üçü də dükana girsinlər, o Röyalə ilə birlikdə satıcının başını qatacaqlar, Vəsmə isə telefonu götürüb mağazadan çıxıb arxa məhəllədə onları gözləyəcəkdir, onlar da onun yanına gedəcəklər və o telefonu Vəsmədən götürüb aparıb satacaqdır. Vəsmə də onun bu təklifi ilə razılaşmışdır. Həmin gün saat 13 radələrində o Röyalə və Vəsmə, Röyalənin azyaşlı uşağı Zeynəblə birlikdə evdən çıxaraq Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə getmişlər. Həmin ərazidə yerləşən «Ezo» mağazasına daxil olmuşlar. Qabaqcadan razılaşdıqları kimi o Röyalə ilə satıcının başını qatarkən Vəsmə mağazada olan satış polkasının üzərində olan 01 ədəd «Samsunq A-40» markalı mobil telefon aparatını götürüb şalvarının cibinə qoymuşdur. Daha sonra isə mağazanı tərk edib arxa məhəlləyə getmiş və onları orada gözləmişdir. Bir neçə dəqiqədən sonra onlar da dükandan çıxıb onun yanına getmişlər. Vəsmə mağazadan oğurladığı telefonu aparıb satması üçün ona vermişdir. Daha sonra «Kolxoz Bazarı»nın yanına gəlmişlər. O onlardan aralaşıb telefonu satmaq üçün bazarın qarşısına getmiş və orada telefonu yoldan keçən tanımadığı şəxsə dəyərindən ucuz qiymətə, yəni 80 manata satmışdır. Təxminən yarım saat sonra o yenidən Vəsmə ilə Röyalənin yanına qayıdıb telefonu bazarın yanında yoldan keçən tanımadığı şəxsə 80 manat satdığını demiş və onlar pulu aralarında bölmüşlər. Həmin puldan başqa heç kimə verməmişlər. Bundan başqa, pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 16:45 radələrində o Vəsmə, Röyalə və onun azyaşlı qızı Zeynəb ilə birlikdə evdən çıxaraq 4 saylı sərnişin daşıma avtobusu ilə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazar store» mağazasının yanına gəlib avtobusdan düşmüşlər. Qərara almışlar ki, Röya Vəsmə ilə mağazaya girib müxtəlif çeşidli ərzaq məhsullarını oğurlayacaqlar, özü isə mağazanın qapısının qarşısında onları gözləyəcəyəkdir. Elə də etmişlər, saat 17 radələrində Röyalə Vəsmə ilə birlikdə «xxxx» mağazasına daxil olmuşlar, özü isə Röyalənin azyaşlı qızı ilə birlikdə onları dükanın qapısının qarşısında gözləməyə başlamışdır. Onlar mağazaya daxil olub oradan müxtəlif çeşidli ərzaq məhsullarını, məişət avadanlıqlarını torbalara yığıb mağazadan çıxmaq istəyərkən mağazanın çıxışında nəzarətçi tərəfindən saxlanılaraq, polis əməkdaşlarına təhvil verilmişlər. Daha sonra onların hər ikisini Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparmışlar. O da həmin bölməyə getmiş və onlardan orada izahat alınmışdır. Orada etdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şahid1 2020-ci ilin iyun ayının əvvəlindən tanıyır, onun adı Vəsmə olsa da hamı onu Ayan kimi çağırmışdır. Təqsirləndirilən şəxs1 ilə əvvəllər qeyrirəsmi ər-arvad münasibətləri olmuş və birlikdə kirayə tutduqları Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşamışlar. Şahid1 da onlarla birlikdə bir müddət yaşamışdır. Vəsmə demişdir ki, onlarla yaşadıqları üçün kirayə haqqının bir hissəsini də özü ödəyəcəkdir. xx.xx.2020-ci il tarixdə pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Evdə olarkən kirayə haqqını ödəyə bilmədikləri üçün Nicat onlara demişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazası var oranı işlədən oğlan həmişə mobil telefonunu kənara qoyub başı müştərilərə qarışır. Nicat təklif etmişdir ki, həmin dükana birlikdə gedib üçü də dükana girsinlər, o Nicatla birlikdə satıcının başını qatacaqlar, Vəsmə isə telefonu götürüb mağazadan çıxıb arxa məhəllədə onları gözləyəcək, daha sonra onlar Vəsmənin yanına gedəcəklər və Nicat telefonu ondan götürüb aparıb satacaqdır. Vəsmə də onun bu təklifi ilə razılaşmışdır. Daha sonra həmin gün saat 13 radələrində o Nicat və Vəsmə, azyaşlı uşağı Zeynəblə birlikdə evdən çıxaraq Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə getmişlər. Həmin ərazidə yerləşən «Ezo» mağazasına daxil olmuşlar. Qabaqcadan razılaşdıqları kimi o Nicatla satıcının başını qatarkən Vəsmə mağazada olan satış polkasının üzərində olan 01 ədəd «Samsunq A-40» markalı mobil telefon aparatını götürüb şalvarının cibinə qoymuş, sonra isə mağazanı tərk edib arxa məhəlləyə getmiş və onları orada gözləmişdir. Bir neçə dəqiqədən sonra onlar da dükandan çıxıb onun yanına getmişlər. Vəsmə mağazadan oğurladığı telefonu aparıb satması üçün Nicata vermişdir. Daha sonra «Kolxoz Bazarı»nın yanına getmişlər. Nicat onlardan aralaşıb telefonu satmaq üçün harasa getmişdir. Təxminən yarım saat sonra Nicat yanına qayıdıb demişdir ki, telefonu bazarın yanında yoldan keçən tanımadığı şəxsə 80 manata satıbdır və pulu aralarında bölmüşlər. Həmin puldan başqa heç kimə verməmişlər. Bundan başqa, pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 16:45 radələrində o Vəsmə, azyaşlı qızı Zeynəb və Nicat ilə birlikdə evdən çıxaraq 4 saylı sərnişin daşıma avtobusu ilə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazar store» mağazasının yanına gəlib avtobusdan düşmüşlər. Qərara almışlar ki, o Vəsmə ilə mağazaya girib müxtəlif çeşidli ərzaq məhsullarını oğurlacaqlar, Nicat mağazanın qapısının qarşısında onları gözləyəcəkdir. Elə də edərək saat 17 radələrində o Vəsmə ilə birlikdə «xxxx» mağazasına daxil olmuşlar, Nicat isə onun azyaşlı qızı ilə birlikdə onları qapının qarşısında gözləməyə başlamışdır. Onlar mağazada müxtəlif çeşidli ərzaq məhsullarını, məişət avadanlıqlarını torbalara yığıb mağazadan çıxmaq istəyərkən mağazanın çıxışında nəzarətçi onları saxlayıb kassaya yaxınlaşıb-yaxınlaşmamalarını soruşmuş, onlar da kassaya yaxınlaşmadıqlarını demişlər. Həmin şəxs onların oğurluq etdiklərini başa düşüb onları saxlayıb, bu barədə mağazanın rəhbərliyinə məlumat vermişdir. Mağazanın rəhbərliyi də bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə məlumat verdikdən sonra bir neçə dəqiqədən sonra polis əməkdaşları mağazaya gəlmiş və onlar polis əməkdaşlarına təhvil verilmişlər. Törətdiyi əməldən peşmandır, himayəsində üç azyaşlı uşağı var. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 2020-ci ilin may ayından halhazıradək Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazasını icarəyə götürüb işlədir. xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində o, işdə olarkən masanın üzərinə qoyduğu, içərisində ona məxsus, 20 manata aldığı ***-***-**-** mobil telefon nömrəsi olan 400 manata aldığı **********25708 və **********2706 İMEİ nömrəli «Samsunq A 40» markalı mobil telefon aparatı naməlum şəxslər tərəfindən oğurlanmışdır. Həmin gün dükanda quraşdırılmış müşahidə kameraya baxdıqda həmin telefonu naməlum qadın tərəfindən oğurlandığını müəyyən etmişdir. O, hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib, videomüşahidə kamerasına baxıb videogörüntüləri götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, həmin telefonu Vəsmə adlı qız, onun rəfiqəsi Röyalə və sonuncu ilə qeyri-rəsmi yaşayan Nicat adlı şəxslər dükana girərək oğurlamışlar. Həmin oğurluq nəticəsində ona 420 manat maddi ziyan vurulmuşdur. DİN-nin 102 xidmətinə zəng edərkən o, həyacanlı olduğundan oğurlanmış mobil telefon aparatının dəyərini səhvən 550 manat kimi göstərmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlara kşmək edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən halhazıradək ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləyir. Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində də «xxxx» mağazası fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında həmin mağazadan sonradan adlarını və soyadlarını bildiyi Şahid1 və Təqsirləndirilən şəxs2 müxtəlif ərzaq məhsullarını oğurlayarkən mağazanın mühafizəçisi tərəfindən mağazanın giriş qapısında saxlanılmışlar. Daha sonra oğurluğa cəhd etmiş şəxslər aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilmişlər. Həmin şəxslər mağazadan 81 çeşid ərzaq mallarını oğurlamağa cəhd etmişlər. Bununla bağlı həmin mağaza tərəfindən qaimə faktura da təqdim edilmişdir. Həmin şəxslərin mağazadan oğurluğa cəhd edilmələri nəticəsində mağazaya 642,88 (altı yüz qırx iki manat səksən səkkiz) qəpik maddi ziyan vurmuşlar. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdiyi vəsatətində göstərmişdir ki, mağazadan oğurlanmağa cəhd edilmiş mallar geri qaytarılmışdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı “xxxx” MMC-nin mülki tələbi yoxdur. Məhkəmə iclasında bu iş üzrə şahid kimi dindirilmiş Şahid1 göstərdi ki, onun adı Vəsmə olsa da, hamı onu Ayan kimi tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin iyun ayının əvvəlindən tanımaqla, Röyalə ilə Nicatın yaxın münasibətlərinin olaraq, onların qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə kirayə tutduqları Sumqayıt şəhəri Corat qəsəbəsində fərdi evdə yaşadığını bilmişdir. O da onlarla birlikdə bir müddət orada yaşamışdır. Onlara demişdir ki, onlarla yaşadığı üçün kirayə haqqının bir hissəsini özü ödəyəcəkdir. xx.xx.2020-ci il tarixdə pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Evdə olarkən kirayə haqqını ödəyə bilmədikləri üçün Nicat onlara demişdir ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Ezo» parfümeriya mağazası var, oranı işlədən oğlan həmişə mobil telefonunu kənara qoyub başı müştərilərə qarışır. Nicat təklif etmişdir ki, həmin dükana birlikdə gedərək üçü də dükana girəcəklər, Nicat Röyalə ilə birlikdə satıcının başını qatacaq, o isə telefonu götürüb mağazadan çıxıb arxa məhəllədə onları gözləyəcək, daha sonra onlar gələcəklər və Nicat telefonu ondan götürüb aparıb satacaqdır. O da onun bu təklifi ilə razılaşmışdır. Daha sonra həmin gün saat 13 radələrində o, Nicat və Röyalə, Röyalənin azyaşlı uşağı Zeynəblə birlikdə evdən çıxaraq Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisinə getmişlər. Həmin ərazidə yerləşən «Ezo» mağazasına daxil olmuşlar. Qabaqcadan razılaşdıqları kimi Röyalə ilə Nicat satıcının başını qatarkən o mağazada olan satış polkasının (masanın) üzərində olan 01 ədəd «Samsunq A-40» markalı mobil telefon aparatını götürüb, əynindəki göy rəngli cins şalvarının cibinə qoymuş, sonra mağazanı tərk edib arxa məhəlləyə getmiş və onları orada gözləmişdir. Bir neçə dəqiqədən sonra onlar da gəlmiş və o mağazadan oğurladığı telefonu aparıb satması üçün Nicata vermişdir. Daha sonra «Kolxoz Bazarı»nın yanına getmişlər. Nicat onlardan aralaşıb telefonu satmaq üçün harasa getmişdir. Təxminən yarım saat sonra Nicat qayıdıb demişdir ki, telefonu bazarın yanında yoldan keçən tanımadığı şəxsə 80 manata satıbdır və pulu aralarında bölmüşlər. Həmin puldan başqa heç kimə verməmişlər. Bundan başqa, pula ehtiyacları olduğu üçün yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 16:45 radələrində o Röyalə, onun azyaşlı qızı Zeynəb və Nicat ilə birlikdə evdən çıxaraq 4 saylı sərnişin daşıma avtobusu ilə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazar store» mağazasının yanına gəlib avtobusdan düşmüşlər. Qərara almışlar ki, o Röyalə ilə mağazaya girib müxtəlif çeşidli ərzaq məhsullarını oğurlasınlar, Nicat mağazanın qapısının qarşısında onları gözləsin. Elə də etmişlər, saat 17 radələrində o Röyalə ilə birlikdə «xxxx» mağazasına daxil olmuşlar, Nicat isə Röyalənin azyaşlı qızı ilə birlikdə onları qapının qarşısında gözləməyə başlamışdır. Onlar mağazada müxtəlif çeşidli ərzaq məhsullarını, məişət avadanlıqlarını torbalara yığıb mağazadan çıxmaq istəyərkən mağazanın çıxışında nəzarətçi onları saxlayıb kassaya yaxınlaşıb-yaxınlaşmamalarını soruşmuşdur. Onlar da ona kassaya yaxınlaşmadıqlarını demişdir. Həmin şəxs onların oğurluq etdiyini başa düşüb onları saxlamışdır. Daha sonra həmin şəxs bu barədə mağazanın rəhbərliyinə məlumat vermişdir. Mağazanın rəhbərliyi də bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə məlumat verdikdən sonra bir neçə dəqiqədən sonra polis əməkdaşları mağazaya gəlmiş və onlar polis əməkdaşlarına təhvil verilmişlər. Məhkəmə iclasında Şahid2 göstərdi ki, 2020-ci ilin mart ayından hal-hazıradək Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasının mal ehtiyyatı və anbar heyyəti üzrə aparıcı mütəxəssis (müdir müavini) vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi mağazada olan zaman mağazanin təhlükəsizliyini qoruyan nəzarətçi Şahid3 onu və mağaza rəhbərliyini mağazanın giriş qapısının qarşısına çağıraraq mağazada satışda olan müxtəlif ərzaq mallarını oğurlamağa cəhd etmiş 2 nəfər şəxsi, sonradan adlarını bildiyi Şahid1 və Təqsirləndirilən şəxs2 saxladığını bildirmişdir. O həmin yerə gələrək oğurluq olduğunu müəyyən etdikdən sonra oğurluq etməyə cəhd edən şəxslər barədə qanuni tədbir görülməsi üçün ərazi üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə zəng edib polis əməkdaşlarını mağazaya dəvət etmişdir. 4-cü PB-nin əməkdaşları mağazaya gəldikdə oğurluq etməyə cəhd etmiş həmin 2 şəxsi mağazadan oğurlamağa cəhd etdikləri əşyalarla birlikdə onlara təhvil vermişdir. Daha sonra özü də həmin bölməyə dəvət edilərək ərizə yazmış və ondan izahat alınmışdır. Həmin şəxslər mağazadan 81 çeşiddə ərzaq mallarını oğurlamağa cəhd etmişlər. Beləliklə də, həmin şəxslər mağazadan oğurluğa cəhd edilməsi nəticəsində mağazaya 642,88 (altı yüz qırx iki manat səksən səkkiz) qəpik maddi ziyan vurmuşlar. Bu barədə qaimə-faktura da təqdim edilmişdir. Həmin oğurlanmış ərzaq malları onlara qaytarlmışdır. Məhkəmə iclasında Şahid3 göstərdi ki, 2020-ci ilin fevral ayından hal-hazıradək Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən «xxxx» mağazasında nəzarətçi işləyir. xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində işlədiyi mağazada xidmətdə apararkən 2 nəfər şəxsin, sonradan adlarını bildiyi Şahid1 və Təqsirləndirilən şəxs2 əlindəki torbalarda olan ərzaq məhsulları ilə birlikdə mağazanın giriş qapısından çıxıb getmək istəyərkən onların oğurluq etmələrini başa düşüb dərhal onları saxlamışdır. Onlardan mağazanın kassasına yaxınlaşıb-yaxınlaşmadığını soruşmuş, onlar isə kassaya yaxınlaşmadıqlarını bildirmişlər. Daha sonra o mağazada satışda olan müxtəlif ərzaq mallarını oğurlamağa cəhd etmiş həmin 2 nəfər şəxsi saxlaması barədə mağazanın aparıcı mütəxəssisi (müdir müavini) Elzamin Sadədinov və mağazanın rəhbərliyinə məlumat vermişdir. Elzamin Saddədinov bir neçə dəqiqədən sonra yanına yaxınlaşmışdır. O Sumqayıt ŞPİ-nin 4-cü PB-yə zəng edib polis əməkdaşlarını mağazaya dəvət etmişdir. Bundan sonra 4-cü PBnin əməkdaşları mağazaya gəldikdə oğurluq etməyə cəhd etmiş həmin 2 şəxs mağazadan oğurluğa cəhd edilən əşyalarla birlikdə onlara təhvil verilmişdir. Həmin şəxslər mağazadan 81 çeşiddə ərzaq mallarını oğurlamağa cəhd etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2323 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Samsung Galaxy A 40” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300 manat müəyyən olunur. (i.v. 74-77) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2686 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 76 adda müxtəlif markalı malların təzə vəziyyətdə 2020-ci ili iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 577,90 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri belədir: bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Bonpari jale zabavnıy medvejyonok 75 gr; bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan 02 ədəd Ozmo cream sokolad 35 gr; bir ədədi 01 (bir) manat, ikisi 02(iki) manat dəyərində olan Maccofe 3U bir arada original 18 gr; bir ədədi 02 (iki) manat, 03 (üç) ədədi 06 (altı) manat dəyərində olan O B Pro-comfort night normal; 05 (beş) manat dəyərində olan 01 kq X2 İris kg; 01 (bir) manat dəyərində olan Bizim süfrə xama dadlı MYZ 200 ml; bir ədədi 3,5 (üç manat əlli qəpik) manat, ikisi 07 (yeddi) manat dəyərində olan Rexona Antipersp 150 ml təmiz duş airazol; bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2( iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen classic ekst qara find sok 90 gr; 2,3(iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo happy cola 80 gr; 0,4(qırx qəpik) manat dəyərində olan 01 ədəd Suxari sır 40 gr; 0,5 (əlli qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 30 gr; 03 (üç) manat dəyərində olan O B F normal tamponu; bir ədədi 1,1 (bir manat on qəpik) manat, ikisi 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan Roshen hazelnut nuqa plitika şokolad 90 gr; 10 (on) manat dəyərində olan 01 ədəd XO etir qadın pink paradise 100 ml; 4,8 (dörd manat səksən qəpik) manat dəyərində olan 01 ədəd Gillete venus ulguc cartrige 4; 4,7 (dörd manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Aura metbex desmalı 4 lu; bir ədədi 3,4 (üç manat qırx qəpik) manat, ikisi 6,8 (altı manat səksən qəpik) manat dəyərində olan Alvays ultra night 26 lı gecə; 3,4 (üç manat 40 qəpik) manat dəyərində olan 01 ədəd AXE deo 150 ml blacm bədən spreyi; 3,7 (üç manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd Elidor balzam 350 ml onarıcı; 6,3 (altı manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Sensodyine diş təmizləmə sapı 30 gr; 05 (beş) manat dəyərində olan 01 ədəd Elidor nəmləndirici sprey; 6,2 (altı manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Elidor şhampun onarıcı bakım 650 ml; bir ədədi 04 (dörd) manat, ikisi 08(səkkiz) manat dəyərində olan Toybox jelly böyürtkən 40 gr; 10(on) manat dəyərində olan 01 ədəd Emot EDT pink secret 100 ml, 01 kiloqramı 9,8 (doqquz manat səksən qəpik); 04 kiloqramı 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Könfiröm Darenka südlü şokolad; 2,7 (iki manat yetmiş qəpik) manat dəyərində olan 01 ədəd M&M yer fındığı 130 gr; 0,4 (qırx qəpik) manat dəyərində olan 01 ədəd Sveet candy 25 gr; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki) manat dəyərində olan Cindy skin care sabun 150 gr vitamine; 1,5(bir manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Susamlı qaleta 200 gr sun bakery; 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays stiks kerchup cips 125 gr; 10(on) manat dəyərində olan 01 ədəd Emotion Deo romance 300 ml; 03(üç) manat dəyərində olan 01 ədəd Oztas erkek poplin boxer 1167 3; bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18 (on səkkiz) manat dəyərində olan Orbit pellet Saqqız 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol nanəli 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol saqqız yemiş 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat otuz ədədi 18(on səkkiz) manat dəyərində olan Dirol istiotlu nanə 13,6 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Dirol myata saqqız 14 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, otuz ədədi 18 (on səkkiz) manat dəyərində olan Orbit nanəli səkərsiz saqqız 13,6 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altmış ədədi 36 (otuz altı) manat dəyərində olan Orbit çiyələk şaftalı 3179; 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Arkom barbaris karamel diet 60 gr; 0,5(əlli qəpik) manat dəyərində olan 01 ədəd Sumqayıt zavod çörəyi 500 gr; bir ədədi 0,8 (səksən qəpik) manat otuz ədədi 24(iyirmi dörd) manat dəyərində olan Snikers bar chikolata 50,5 gr; bir ədədi 1,4 (bir manat qırx qəpik) manat iyirmi səkkiz ədədi 39,2 (otuz doqquz manat iyirmi qəpik) manat dəyərində olan Snikers super 95 gr; 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy qara şokolad 85 gr; 1,4(bir manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Roshen poristiy südlü 85 gr; 4,5 (dörd manat əlli qəpik) manat dəyərində olan 01 ədəd Vellaton saç boyası 3/0 dark brovn 100; bir ədədi 1,7 (bir manat yetmiş qəpik) manat, dördü 6,8(altı manat səksən qəpik) manat dəyərində olan Nestle kit-kat trio 87 gr; bir ədədi 0,6 (altmış qəpik) manat altısı 3,6(üç manat altmış qəpik) manat dəyərində olan Ülker chikolata fındıklı kare 65 gr; bir ədədi 1,6 (bir manat altmış qəpik) manat, ikisi 3,2(üç manat iyirmi qəpik) manat dəyərində olan Toybox çubuqlu sovurma 11 gr; bir ədədi 3,8 (üç manat səksən qəpik) manat dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr vhite vhole haze; 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete venus razor + 2 bıçaq 13224384İ; 18(on səkkiz) manat dəyərində olan 01 ədəd Gillete skinguard sensitive razor; bir ədədi 3,8 (üç manat səksən qəpik) manat, dördü 15,2 (on beş manat iyirmi qəpik) manat dəyərində olan Shok ritter sport 100 gr hazelnuts; 2,3 (iki manat otuz qəpik) manat dəyərində olan 01 ədəd Haribo goldbaren 80 gr; 2,7(iki manat yetmiş qəpik) manat dəyərində olan nestle kit-kat şokolad 145 gr 5*35 gr; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki) manat dəyərində olan Pompeabito qadın corabı 413123; bir ədədi 0,8 (səksən qəpik) manat, ikisi 1,6(bir manat altmış qəpik) manat dəyərində olan Nestle nesquik 28 gr; bir ədədi 0,5 (əlli qəpik) manat, ikisi 01 (bir) manat dəyərində olan Nestle kit-kat 4 finger 45 gr; bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03(üç) manat dəyərində olanToybox oyuncaqlı yumurta 22 gr; bir ədədi 1,5 (bir manat əlli qəpik) manat, ikisi 03 (üç) manat dəyərində olan Roshen dark şokolad 53% 90 gr; 2,5(iki manat əlli qəpik) manat dəyərində olan 01 ədəd MM plain 140 gr, 6 (altı) manat dəyərində olan 01 ədəd Oral-B d. İpi pro-exp line floss 25 ml; 3,4(üç manat qırx qəpik) manat dəyərində olan 01 ədəd Elidor qulluq kremi 300 ml berpaed qulluq; 05 (beş) manat dəyərində olan 01 ədəd Splait diş sapı mint silver 30 m; bir ədədi 01 (bir) manat, ikisi 02 (iki)manat dəyərində olan Toybox cornet şokolad 25 gr; bir ədədi 02 (iki) manat, ikisi 04 (dörd) manat dəyərində olan Adions kişi corabı qışlıq yun; bir ədədi 0,2 (iyirmi qəpik) manat, ikisi 0,4 (qırx qəpik) manat dəyərində olan Solen ozmo fun 23 gr; bir ədədi 0,7 (yetmiş qəpik) manat, ikisi 1,4 (bir manat qırx qəpik) manat dəyərində olan Toybox oyuncaqlı saqqız 5 gr; bir ədədi 0,6 (altmış qəpik) manat, ikisi 1,2 (bir manat iyirmi qəpik) manat dəyərində olan Toyboxs jelly beans berry 30 gr; bir ədədi 04 (dörd) manat ikisi 08 (səkkiz) manat dəyərində olan toybox big egg oyuncaqlı 13,5 gr; 2,2 (iki manat iyirmi qəpik) manat dəyərində olan 01 ədəd Lays duzlu çipsi 150 gr; 3,4(üç manat qırx qəpik)manat dəyərində olan 01 ədəd Bref təravətli blok moqnoliy deluxe 50 gr; 02 (iki) manat dəyərində olan 01 ədəd Banat acr.jr fırça+pasta+saat desti soft; 1,1(bir manat on qəpik) manat dəyərində olan 01 ədəd Richmond toz şəkər 0,8 kq; bir ədədi 0,5 (əlli qəpik) manat ikisi 01 (bir) manat dəyərində olan Nestle Nuts 50 gr; bir ədədi 1,4 (bir manat qırx qəpik) ikisi 2,8 (iki manat səksən qəpik) manat. (i.v.87-91) Təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «EZO» parfümeriya mağazasında xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim edilmiş və götürülmüşdür. (i.v. 30) Məhkəmə iclasında nümayiş etdirilmiş diskdəki görüntülərdən və “Diskə baxış keçirilməsi haqqında” protokoldan (i.v.31-32) görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:32də Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi «Ezo» parfümeriya mağazasındadır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mağazada işləyən satıcıya yaxınlaşırlar, satıcının fikrini yayındırmaq üçün Təqsirləndirilən şəxs2 həmin satıcıdan nəsə soruşur, satıcıda ona vitrində olan hansısa məhsulu göstərir, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yanında dayanıbdır. Şahid1 isə həmin vaxt onlardan bir az kənarda telefonlara baxa-baxa, satıcının başının qarışdığından istifadə edərək masanın üzərindən içərisində mobil telefon nömrəsi olan «Samsung A 40» markalı mobil telefonu oğurlayaraq arxa sağ yan cibinə qoyub mağazadan çölə çıxır, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 mağazada qalır. İşdə olan qərardan və digər sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk cinayət işinə əlavə edilmiş, eləcə də “xxxx” mağazasından oğurluğa cəhd edilmiş müxtəlif çeşidli ərzaq məhsulları Şahid2 təhvil verilmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə vurulmuş maddi ziyanın ümumi dəyəri 667,39 (altı yüz altmış doqquz manat otuz doqquz qəpik) manat müəyyən edilmişdir. (i.v. 53, 99-112, 244-257) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. (i.v. 172-173) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tutulmuşdur. (i.v. 174-175) İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Pİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 199-201) İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Pİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 224-226) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-497/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri dəyişdirilərək hər birinin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Pİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 4381 və 4382 saylı məktublarından, “Axtarışda olanın tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə tutulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v.238-239) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v.83-85, 93-95, 140-143) Sumqayət Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 149524/19 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın çəkilməmiş hissəsi xx.xx.2021-ci il tarixə 05 ay 25 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmuş və məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi, himayəsində azyaşlı uşağı olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün və xx xxxxxx 2020-ci il tarixdən bu günə qədər həbsdə olduğu 04 ay 11 gün, cəmi 04 ay 13 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-in 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən bu hökmlə təyin olunan cəzaya birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün və xx xxxxxx 2020-ci il tarixdən bu günə qədər həbsdə olduğu 04 ay 11 gün, cəmi 04 ay 13 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılmalı, “xxxx” MMC-nin mağazasından oğurlanılmasına cəhd edilmiş müxtəlif çeşidli, 81 adda məhsulların “xxxx” MMc-yə təhvil təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın çəkilməmiş hissəsi 05 (beş) ay 25 (iyirmi beş) gün bu hökmlə təyin edilən cəzaya tam birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə olduğu 04 ay 11 gün, cəmi 04 ay 13 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə olduğu 04 ay 11 gün, cəmi 04 ay 13 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05 (beşr) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Privolnoye kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq (məhkəmə və istintaq orqanının çağırışlarına gedib-gəlmək istisna olmaqla), elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar - cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, baş vermiş oğurluq hadisəsini videogörüntüsünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın, “xxxx” MMC-nin mağazasından oğurlanılmasına cəhd edilmiş müxtəlif çeşidli, 81 adda məhsulların “xxxx” MMC-yə təhvil təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar