Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-71/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,381 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 15 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 01 (bir) gün əvvəl, yəni 14 avqust 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yaxınlığında olduğu zaman şəxsən tanımadığı və şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa heç bir məlumatı olmayan şəxslə qarşılaşmışdır. O, həmin şəxsə öz istifadəsi üçün ona narkotik vasitə və psixotrop maddə satmasını istədikdən sonra aralarındakı razılıq əsasında həmin şəxsdən 20 (iyirmi) manata 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün bədənində ağrılar olmadığından əldə etdiyi narkotik vasitə və psixotrop maddə kütlələrindən istifadə etməyib əynindəki şalvarın sağ yan cibində saxlamışdır. 15 avqust 2022-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən istifadə etmək üçün yaşadığı evdən çıxıb yaşadığı ünvanın yaxınlığında narkotik vasitədən və psixotrop maddədən istifadə etmək üçün sakit bir yer axtarmışdır. 15 avqust 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı ünvanın yaxınlığında piyada olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər, üzərində narkotik vasitə saxlamağında, həmçinin istifadəsində şübhəli bilindiyi üçün onu Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki idman şalvarının sağ yan cibindən özünə məxsus 02 (iki) ədəd sellofan büküm təqdim etmişdir. Təhqiqatçı ilk əvvəl təqdim etdiyi 02 (iki) ədəd bükümdən 01 (bir) ədədini göstərib, həmin bükümdə nə olduğunu soruşduqda o, həmin bükümün içində psixotrop maddə metamfetamini nəzərdə tutaraq “şüşə”, “patı” olduğunu demişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi hər iki bükümə baxıb 01 (bir) ədədinin içində narkotik vasitə heroinə bənzər kütləni, digər bükümün içində isə psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürmüşdür. Kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Polis Bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, ona məxsusdur. Öz istifadəsi üçün tanımadığı şəxsdən əldə edib üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Bölmənin əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişdilər. Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 02 (iki) ədəd sellofan büküm çıxardaraq təqdim etmişdir. Təhqiqatçı ilk əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümdən 01 (bir) ədədini göstərib, həmin bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içində psixotrop maddə metamfetamini nəzərdə tutaraq “şüşə”, “patı” olduğunu demişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi hər iki bükümə baxıb 01 (bir) ədədinin içində narkotik vasitə heroinə bənzər kütləni, digər bükümün içində isə psixotrop maddə metamfetaminə bənzər kütləni aşkar edib götürmüşdür. Kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiklərinin hər birinin özünə məxsus olduğunu, 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini Bakı şəhəri, 3-cü mikrorayon dairəsində, tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını, ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitətələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin üzərində aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metafetamini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, 15 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 5 ünvanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümü çıxardaraq təqdim etdiyi, təhqiqatçı ilk əvvəl təqdim etdiyi 02 (iki) ədəd bükümdən 01 (bir) ədədini göstərib, həmin bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içində əvvəl “antivitamin”, daha sonra “şüşə”-“patı” olduğunu dediyi, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi hər iki bükümə baxılıb, 01 (bir) ədədinin içində narkotik vasitə heroinə bənzər kütlənin, digər bükümün içində isə psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilərək götürdüyü, həmin kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərkən narkotik vasitə heroinin çəkisinin 1,48 qram, psixotrop maddə metafetaminin çəkisi isə 0,25 qram olduğu, həmin kütlələrin ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalandığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiklərinin hər birinin özünə məxsus olduğunu və Bakı şəhəri, 3-cü mikrorayon dairəsində, tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını, ona qarşı heç bir təzyiq olunmadığını bildirdiyi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli 6/4350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: T. Dadaşov-imza; Müdafiəçi: S. Allahverdiyev-imza. İştirak etdi: iki imza, Tərtib etdi: Təhqiqatçı: P. Allahverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş 01 (bir) ədəd zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1.381 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,097 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: Heroinin təmiz çəkisi - 1,381 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,331 qram. Metamfetaminin təmiz çəkisi – 0,097 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,077 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X9" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 17 avqust 2022-ci il tarixli 4556 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,381 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,331 qram heroin və 0,097 qram psixotrop maddə metafetamindən tədqiqatdan sonra qalıq qalmış 0,077 qram metafetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmaını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,381 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,331 qram heroin və 0,097 qram psixotrop maddə metafetamindən tədqiqatdan sonra qalıq qalmış 0,077 qram metafetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 92,0 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 1,331 qram heroin və 0,077 qram metafetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92,0 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-71/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-71/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver