Məhkəmə qərarları › İş №1(060)-710/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-710/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-710/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)- 717/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması müddətinin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 14 noyabr 2023-cü il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Çərkəz Qurbanov küçəsi ev 8 mənzil 1-in mətbəxt otağının pəncərəsinin üzərindəki dəmir barmaqlığın bir tərəfini əli ilə divardan qoparıb, pəncərənin üst hissəsində yarı açıq vəziyyətdə olan nəfəsliyi əli ilə itələyib açaraq, əlini salıb pəncərənin çəftəsini açıb içəriyə qanunsuz daxil olaraq evin yataq otağında termonun üzərində olan 250 manat dəyərində 2,94 qram kiitləli, qırmızımtıl rəngli, 583/585 əyyarlı qızıldan hazırlanmış 01 cüt sırğanı, həmin otaqda şkafın içərisində olan qadın paltosunun cibindən 550 manat nağd pulu gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,096 qram xeyli miqdarda narkotik vasitə heroin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,202 qram xeyli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə 735833 nömrəli axtarış işi açılmış ********* saylı cinayət işi üzrə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən “Mirvari” mərasim evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı “Vinçester” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,035 qram və 0,022 qram olmaqla ümumi təmiz çəkisi 0,096 qram xeyli miqdarda açıq qəhvəyi rəngli xarici əlamətlərinə kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümlərdə ayrı-ayrılqda təmiz çəkiləri 0,136 qram və 0,066 qram olmaqla ümumi təmiz çəkisi 0,202 qram xeyli miqdarda ağ rəngli kristall şəkilli xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, neçə vaxtdır ki, narkotik vasitənin “kakos” adlandırılan heroin və psixotrop maddə “patı” adlanan metamfetamin növündən istifadə edir. Heroini və metamfetamini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. O əvvəllər Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində oğurluq cinayəti törətdiyinə görə barəsində cinayət işi başlanmış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin, sonradan o həmin iş üzrə çağırışlara gələ bilməmiş və axtarışda olduğunu eşitmişdir. 24 aprel 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində olan zaman bir nəfər tanımadığı şəxsdən 20 manata üç ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə patı adlanan metamfetamin alaraq şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerkəşən Mirvari mərasim evinin yaxınlığında olan zaman Sumqayıt ŞPİ-nin 2ci polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq oğurluq cinayəti törətdiyinə görə axtarışda olduğunu bildirmişlər. Polislər onu 2-ci polis bölməsinə aparacaqlarını bildirmişlər. O polis əməkdaşlarına üzərində narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinə gətirmişlər. Polis Bölməsində ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim edilmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Vincetser markalı siqaret qutusunun təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə olmasını olmasını bildirmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman üç ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotop maddə metamfetamin aşkar edilmişdir. Həmçinin özünə məxsus olan iki ədəd Samsung markalı mobil telefonları da təqdim etmişdir. Aşkar olunan kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitəni tutulduğu gün saat 12:30 radələrində Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ərazisində “Çolaq Mehman” kimi adını tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axatışla bağlı protokol tərtib edilmiş, protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Bundan başqa, maddi imkanı aşağı olduğuna görə oğurluq etməyi planlaşdırmışdır. Ona görə də, 2023-cü ilin noyabr ayında dıqiq xatırlamdığı gün gecə saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Ç.Qurbanov küçəsində piyada hərəkət edərək işiq yanmayan ev axtarmışdır ki, həmin evdən oğurluq etsin. Həmin vaxt küçənin baş tərəfində yerləşən birinci evdə işiq yanmadığını görüb, bir qədər ətrafda dayanaraq həmin evi müşahidə etsə də, işiqların yanmadığını görmüşdür. Bundan sonra evin qapısını bir neçə dəfə döysə də heç kim çıxmamış, ona görə də evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Ətrafda olan qonşuların işiqlarının sönməsini görmüş və evin hasarından aşaraq həyətə keçmişdir. Əlində olan dəmir metal ilə qapını açmağa cəhd etsə də, qapını aça bilməmiş, ona görə də qapının yan tərəfində olan pəncərədən içəriyə keçməyi planlaşdırmışdır. Lakin, qapının dəmir barmaqlığı olduğundan özündə olan metal dəmir parçası ilə pəncərənin dəmir barmaqlığının bir tərəfini divardan qoparmışdır. Pəncərənin üst hissəsində olan nəfəslik yarı açıq vəziyyədə olduğuna görə həmin nəfəsliyi əli ilə itələyərək açmışdır. Bundan sonra əlini oradan içəriyə salaraq pəncərənin çəftəsini açmış, daha sonra həmin pəncərədən içəriyə daxil olmuşdur. Daxil olduğu yer evin mətbəxi olmuşdur. Bundan sonra evin otaqlarını axtarmağa başlamışdır. Evin taxt olan yataq otağıma keçərək oranı axtarmağa başlamışdır. Otağa daxil olan zaman termonun üzərində alışqan işiğında baxan zaman bir cüt sırğa olmasını görmüşdür. Həmin sırğanı götürüb cibinə qoymuşdur. Bundan sona yataq otağında olan şkafın içərisini axtaran zaman oradan olan qadın paltosunun cibində pul olmasını görmüşdür. Həmin pulu götürüb cibinə qoymuş və evdən çıxmışdır. Pulu sayan zaman 550 manat pul olmasını görmüşdür. Bundan sonra yaşadığı evə getmiş, pulu şəxsi ehtiyaclarına xərcləmiş, qızılı satmağa ehtiyat etdiyi üçün heç kimə göstərməmiş və üzərində gəzdirmişdir. Bu hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, polis əməkdaşları həmin oğurluq hadisəsinə görə artıq ondan şübhələnirlər və onu axtadırlar. Ona görə də müxtəlif yerlərdə gizlənməyə davam etmişdir. 17 fevral 2024-cü il tarixdə Sumqayıt şəhərində olduğu zaman polis əməkdaşları onu saxlamışlar. Həmin vaxtı da oğurluq yolu ilə əldə etdiyi bir cüt sırğa onun üzərində olmuş, həmin qızıl sırğanı da polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarş zamanı qeydə alınmış video görünütülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 noyabr 2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayan qohumlarının evinə qonaq getmişlər. Evdən çıxan zaman evin giriş qapısını və darvazanı bağlamışlar. Evin giriş qapısı dəmir materialından olmuş, pəncərlərdə dəmir barmaqlıqlar vardır. 14 noyabr 2023-cü il tarixdə saat 06:30 radələrində evə qayıtmışlar. Darvazanı açıb içəri girən zaman evin mətbəxinin dəmir barmaqlığının bir tərəfinin divardan qoparıldığını və aralı vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüşdür ki, evə oğurluğa giriblər. Belə ki, evdən çıxmazdan əvvəl mətbəxin pəncərəsinin yuxarı hissəsində olan nəfəslik hissəsi açıq vəziyyətdə olmuşdur. Naməlum şəxslərdə pəncərənin dəmir barmaqlığını qırdıqdan sonra nəfəslikdən əlini içəri salaraq pəncərənin çəftəsini açaraq oradan pəncərəni açıb içəriyə daxil olduğunu müəyyən etmişdir. Həmin vaxtı qapını açmaq istədikdə qapıya da kənar təsir olunduğunu və açmaq istədiklərini, lakin aça bilmədiklərini və qapı üzərində izlər olmasını görmüşdür. Bundan sonra o qapını açarla açaraq mənzilə tək daxil olmuşdur. Hər hansı bir iz itməsin deyə ailə üzvlərini içəriyə buraxmamış və mənzilə tək daxil olmuşdur. Evlərində olan pulu yataq otağında arvadı Aynurəyə məxsus şubanm içərisində saxladıqlarına görə o şubanın içərisinə baxan zaman orada olan ona məxsus 550 manat pulun olmadığını görmüşdür. Bundan başqa həmçinin yoldaşına məxsus qızıllar isə yataq otağında mebelin içərisində olmadığını görmüşdür. Ona görə də o birbaşa Sumqayıt ŞPİ-yə gedərək evindən 550 manat pul və 4500 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizə yazdıqdan sonra polis əməkdaşları ilə birlikdə evinə qayıtmış, evə gələn zaman yoldaşı ona bildirmişdir ki, ona məxsus olan qızıl zinət əşyalarını şkafın içərisində Quranı kərim kitabının alt hissəsində tapmışdır. Lakin, yoldaşı özünə məxsus olan bir cüt sırğanın yataq otağında olan termonun üzərində olmadığını müəyyən etmişdir. Belə ki, yoldaşı həmin sırğanı əvvəlcədən termonun üzərinə qoymuşdur. Həmin vaxtı o başa düşmüşdür ki, evi axtaran şəxs böyük ehtimal qaranlıqda alışqan işiğinda şkafı axtaran zaman necə olubsa əli arvadına məxsus qızıllar olan parça materialından pul qabına dəyib və pul qabı sürüşüb yerini dəyişmişdir və oğurluq edən şəxs ona görə də qızılları görməmiş və götürə bilməmişdir. Lakin, yoldaşına məxsus olan məxsus olan bır cüt sırğa termonun qarşısında olduğuna görə oğurluq edən şəxs həmin sırğanı götürüb getmişdir. Bütün bunlar ona aydın olduqdan sonra o qızılları tapması barədə oğurlanması barədə təkrar ərizə yazmışdır. Polis əməkdaşları trəfındən yaşadığı evə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Həmçinin naməlum şəxsin mənzilə daxil olduğu pəncərədən, eləcə də yataq otağında termo və şkafdan habelə evin digər yerlərindən əl barmaq izləri götürülmüşdür. Oğurlanmış sırğa 585 əyarlı, təxminən 4-5 qram çəkidə pandora modelli sırğa olmuş, o həmin sırğanı da 500 manat qiymətində dəyərləndirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan gizləndiyinə görə barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Mirvari” mərasim evinin yaxınlığında saxlanılıb 2-ci Polis Bölməsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs da onlarla birlikdə bölməyə getməyə etiraz etməmiş və Bölməyə gedən zaman yolda üzərində narkotik maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirildikdən sonra xidməti otaqların ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuş, o da əlində saxladığı siqaret qutusunu, iki ədəd mobil telefonu təqdim etmiş və üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman beş ədəd bükümdə maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini olmasını, onları həmin gün Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində Çolaq Mehman kimi tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri Təqsirləndirilən şəxs və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs götürlümüş 02 ədəd mobil telefon ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra heç bir müqavimət göstərməmiş və ya etiraz etməmişdir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan siqaret qutusunun içərisində saxladığı beş ədəd bükümdə olam maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid3 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan siqaret qutusunun içərisində saxladığı beş ədəd bükümdə olam maddələri təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 156-cı vərəqəsində olan Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə verilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 231-233-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli “Vincester” markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümü, 01 ədəd ağ rəngli “Samsung” və 01 ədəd boz rəngli “Samsung-32” markalı mobil telefonları təqdim edir və üzərində başqa hər hansı bir əşya olmadığını bildirir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman üç ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotop maddə metamfetamin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsində Çolan Mehman kimi tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Aşkar edilmiş 02 bükümdə metamfetamin tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin ümumi çəkisinin 0,31 qram, digər 03 büküm heroinin ümumi çəkisinin 0,23 qram olduğu müəyyən edilir. Həmin bükümlər təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılır. Zərfin üzəri Təqsirləndirilən şəxs və vəkili tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülür. Cinayət işinin 1-ci cild 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2263 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs oğ. üzərindən aşkar edilərək götürülmüş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,035 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,096 qram olan açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış naroktik vasitə heroindir, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,066 qram ümumi təmiz çəkiləri 0,202 qram olan ağ rəngli kristal şəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin ümümi təmiz çəkisi 0,096 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 0,066 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,202 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,162 qram. Cinayət işinin 2-ci cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6- 1429-9/2459 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,94 qram kütləli, sarımtıl rəngli üzərində 585 damğası olan 01 cüt sırğa 583/585 əyyarlı qızıldan hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən 2,94 qram kütləli, qırmızımtıl rəngli, 583/585 əyyarlı qızıldan hazırlanmış 1 cüt sırğanın 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 250 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 36, 2-ci cild 4-cü vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 80 manat və 127 manat, ümumilikdə 208 (iki yüz səkkiz) manat təşkil edir. Cinayət işinin 2-ci cild 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4337 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 234-235-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,066 qram çəkidə narkotik vasitə olan heroin və 0,162 qram metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt qızıl sırğa maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 1-ci cild 198-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 52-57-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)-717/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması müddətinin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 2-ci cild 49-cu vərəqəsində olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 281193-21-1/3-13843-10 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)-717/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət işinin 1-ci cild 58-59-cu vərəqələrində vəqisələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə, həmçinin Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, həmçinin digər iş materialları ilə onun törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, İİ Qarabağ müharibəsi iştirakçı olmaqla Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə, həmçinin Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)-717/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması müddətinin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin hökm üzər cəzasının icrası ilə əlaqədar Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasını çəkməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)-717/2023 nömrəli hökmü ilə təyin edilmiş və 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4337 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,066 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,162 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt qızıl sırğanın saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 208 (iki yüz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-ci il tarixli 1(060)-717/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,066 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,162 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 (bir) cüt qızıl sırğanın saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 208 (iki yüz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar