Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-711/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Quba rayonu, Ərnəki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlar massivi, süd zavodu 15 nömrəli evin həyətyanı sahəsində, yəni ağacların əkildiyi, bağ kimi istifadə olunan yerində torpaq üzərində qanunsuz olaraq tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi toxumlarını əkmiş, əkdiyi toxumlardan cücərmiş 06 ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş və onun qeyd olunan cinayəti törətməsi barədə məlumat almış Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 21 iyun 2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evin həyətyanı sahəsində aparılmış baxış zamanı xeyli miqdarda-06 ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisi kolları əkilib kultivasiya edildikləri torpaqda kök üstündə aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağlar massivi, süd zavodu 15 ünvanında 12 ilə yaxındır ki, ailəsi ilə birlikdə yaşayır. 1 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan çəkməklə istifadə edir. 2022-ci ilin may ayında Sumqayıt şəhəri, Yaşma bağlar massivində yolla gedərkən yol kənarından 6 ədəd çətənə bitkisinin toxumunu tapıb və götürüb yaşadığı ünvana gəlmişdir. Yaşadığı ünvanda həyətdə bağ sahəsi vardır. Həmin bağ sahəsi bir tərəfi taxta ilə bir tərəfi isə dəmir məftillə bağlanmışdır. Həmin bağ sahəsində pomidor, bibər ştilləri əkmişdir. Onlara ancaq özü qulluq etmişdir. Həmin bağda tapdığı 6 ədəd toxumu əkmiş və onlara mütəmadi olaraq qulluq etməyə başlamışdır. Məqsədi onlar böyüdükdən sonra istifadə etmək olmuşdur. Onun həmin bağ sahəsində çətənə toxumlarını əkməyindən heç kimin məlumatı olmamışdır. Əkdiyi 6 ədəd çətənə bitkilərin tam böyüməsini gözlədiyindən, onlardan istifadə etməmişdir. 21 iyun 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrdən istifadə etməyi, həmçinin yaşadığı evin həyətində çətənə bitkisi əkməyi ilə əlaqədar barəsində şübhələr olduğunu demişlər və Sumqayıt şəhər polis idarəsinin 2-ci bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Onunda üzərində heç bir narkotik vasitə olmamışdır. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunla qadağan edilmiş əşya tapılmamışdır. Üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı o, yaşadığı evin həyətində çətənə bitkisi əkib- becərdiyini demiş, yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra yaşadığı evin həyətinə polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, yaşayış sahəsinin həyətinin həyətyanı sahədə bağ kimi istifadə etdiyi bağ ərazisini göstərib çətənə bitkilərini orada əkdiyini demiş və oraya yaxınlaşaraq əkdiyi 06 ədəd çətənə bitkilərinin əkdiyi yeri göstərmişdir. Polis əməkdaşları tərəfindən də həmin bitkilər götürülmüşdür. Götürülmüş bitkilər daha sonra ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Baxış zamanı başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, bina 9/6, mənzil 50-də ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Sumqayıt şəhəri Yaşıllaşdırma İdarəsinin baş aqronomu vəzifəsində işləyir. Hüquq mühafizə orqanları ilə uzun müddətli iş təcrübəsi vardır. 21 iyun 2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən mütəxəssis-aqronom ayrılması üçün işlədiyi idarəyə sorğu göndərilmiş, həmin tarixdə o, idarə rəhbərliyi tərəfindən aqronom kimi Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində ona Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində fərdi yaşayış evində yaşayan kimliyini sonradan bildiyi Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkməsində şübhəli olduğu və bununla bağlı Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün həmin ünvana gediləcəyi bildirilmişdir. Ona hüquq vəzifələri izah olunmuşdur. Onu da bildirmiş ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra həmin tarixdə, saat 22:30 radələrində o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən yaşadığı evə gəlmişlər, baxış keçirilməsi videoçəkilişlə aparılmışdır. Həyətə baxış zamanı ev sahibi Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan bağın içində əkib becərdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Polis əməkdaşları həmin çətənə kollarını nə vaxt hansı məqsədlə əkdiyini Təqsirləndirilən şəxs soruşduqda, o, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün təxminən 2022-ci ilin may ayında əkdiyini, həmin müddətdən qulluq edib yetişdirdiyini bildirmişdir. Tərəfindən həmin bitkilərə baxıldıqda, bitkilərin toxumla qidalı torpaqda becərdilmiş, mütəmadi olaraq suvarılmış, aqro-texniki qaydada qulluq edilməklə inkişafı təmin edilmiş çətənə bitkiləri olduğu ilkin olaraq müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşayış evinin həyətinə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur, o da digər iştirakçılar kimi, həmin protokolun doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Daha sonra aşkar olunmuş 06 ədəd çətənə kollarının aqro-texniki qaydada qulluq göstərilərək kultivasiya edilmiş çətənə-kannabis kolları olması barədə rəsmi məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru Şahid1 icraatına ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı ünvanda çətənə bitkisi əkib-becərməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü Şahid1 tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 Sahib oğlu iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmamışdır. 21 iyun 2022-ci il tarixdə, saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrdən istifadə etməsi, yaşadığı ünvanda çətənə bitkisi əkib-becərməsində şübhəli olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da üzərində heç bir qanunla qadağan edilmiş əşya və ya predment olmadığını bildirmiş və şəxsi axtarış zamanı da heç bir qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda çətənə bitkisi əkib-becərməsi barədə soruşulduqda o, yaşadığı ünvanda hal-hazırda çətənə bitkisi əkib-becərilməsi, kultivasiyası ilə məşğul olmasını bildirmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını şifahi və yazılı formada bildirdikdən, həmçinin aqronom dəvət edildikdən sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşma bağlar massivində yerləşən yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinin həyətinin, bağ sahəsində torpaq üzərində 06 ədəd çətənə bitkisi əkib-becərdiyini demiş, daha sonra əli ilə göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi bitkilərə aqronom tərəfindən baxılmışdır. Aqronom tərəfindən həmin bitkilərin aqrotexniki qulluq edilmiş çətənə bitkiləri olduğu deyildikdən sonra onlar tərəfindən həmin bitkilər ekspertizaya təqdim olunması üçün kökündən çıxarılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin özü tərəfindən 2022-ci ilinin may ayında əkildiyini, qulluq edilib böyüdüldüyünü, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 22 iyun 2022-ci il tarixli 7/676 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd sellofan bağlamalardakı ümumi sayı 06(altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 705 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qullu edilmişdir. 1) Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-705 qram (l-6№li ob) tədqiqata sərf edildi-0,3 qram (hər obyektdən 0,05 qram) qalıq-704,7 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 3548 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabiodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları- xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını və əməlini etiraf etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il -ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2022-ci il -ci il tarixdə CM-nın 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 704,7 qram çəkidə 06 ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli (iş № 1(060)- 711/2022) qərarını icra edərək, 15 sentyabr 2022-ci il tarixli 1288 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlar massivi, süd zavodu, ev 15 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 704,7 qram çəkidə 06 ədəd çətənə kolları məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-711/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-711/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver