Məhkəmə qərarları › İş №1(060)-711/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-711/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-711/2025 31.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş. ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,037 qram olan tünd qəhvəyi rəngli, qətranə bənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən 05 iyun 2025-ci il tarixdə, saat 17:53-də keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 15 nömrəli orta məktəbin yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan narkotik vasitə tiryək əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.014 qram olan tünd qəhvəyi rəngli, qətranə bənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşları tərəfindən 03 iyul 2025-ci il tarixdə, saat 18:53-də keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, məhəllə 41A-da yerləşən 5 nömrəli yaşayış binasının yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan narkotik vasitə tiryək əynindəki şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan ağ rəngli, kristalşəkilli. kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 10 iyul 2025-ci il tarixdə, saat 12:43-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Coral qəsəbəsi. Fikrət Əmirov küçəsində yerləşən 80 nömrəli evin yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,218 qram olan ağ rəngli, kristalşəkilli. kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 24 iyul 2025-ci il tarixdə, saat 13:27-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Nəriman Nərimanov adma mədəniyyət evinin arxa tərəfində piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.313 qram olan ağ rəngli, kristalşəkilli. kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 28 iyul 2025-ci il tarixdə, saat 17:47-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi. 17 nömrəli orla məktəbin yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qeyd edilən hər bir epizod üzrə özünü təqsirli bilir və üzərindən aşkar olunan narkotik vasitələr ona məxsus olmuşdur. Ona hər hansı fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Əməlindən peşmandır. İİİ qrup əlil olmasını məhkəmə tərəfindən hökm çıxarılan zaman nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, uzun müddət narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni Bakı və Sumqayıt şəhərlərində narkotik vasitə satışı ilə məşğul olan, lakin bundan başqa tanışlığı olan şəxslərdən əksərən bədənindəki ağrılara görə şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, 05 iyun 2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi şəxsən tanımadığı bir nəfərdən 10 manata 01 ədəd bükümdə narkotik vasitə tiryək almışdır. Həmin bükümü əynindəki şalvarın sağ yan cibinə qoyub, oradan uzaqlaşmışdı. Həmin tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olarkən bədənində ağrılar başlamış və əldə etdiyi tiryəkdən istifadə etmək qərarına gəlmişdir. Əldə eldiyi 01 ədəd bükümdə narkotik vasitə tiryəki əynindəki şalvarın sağ yan cibində saxlayıb daşıyaraq tiryəkdən istifadə edə biləcəyi sakit bir yer axtarmağa başladır. Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 15 nömrəli orta məktəbin yaxınlığında, saat 17 radələrində piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demişlər. Polis əməkdaşları üzərini yoxlamazdan əvvəl qanunsuz əşya üzərində vardırsa tərəfindən təqdim edilməsini istəmiş və o. əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxardıb, bükümdəki kütlənin tiryək olduğunu, Coratda tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılmışdı. Həmçinin polis əməkdaşları üzərini axtarsalar da. başqa qanunsuz hər hansı bir əşya aşkar etməmişlər. Bütün bu proses videoçəkiliş \asitəsilə qeydə alınmışdır. Videoçəkiliş qurtarandan sonra onu polis bölməsinə aparmışlar. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında olarkən ona müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş və qablaşdırılmış əşyalara baxış keçirilmişdir. O, bükümdəki kütlənin tiryək olduğunu və ona məxsus olduğunu bildirmişdir. Büküm ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa 03 iyul 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa barəsində məlumatı olmayan bir nəfərlə qarşılaşıb, istifadəsi üçün həmin şəxsdən 8 manata 01 ədəd bükümdə tiryək alıb, əynindəki şalvarın arxa sol yan cibinə qoyub oradan uzaqlaşmışdır. Bədənində ağrılar olmadığı üçün əldə etdiyi tiryəkdən istifadə etməmişdir. Lakin həmin tarixdə, axşam saatlarında bədənində ağrılar başlamış və tiryəkdən istifadə etmək üçün sakit bir yer axtarmağa başlamışdır. Belə ki, 03 iyul 2025-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən yaşayış binalarının olduğu ərazidə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demişlər. Üzərində qanunsuz əşyanın olub-olmadığı soruşulduqda o. əynindəki şalvarın arxa sol cibində saxlayaraq daşıdığı 01 ədəd bükümü təqdim edib, həmin bükümdə tiryək olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Üzəri poiis əməkdaşları tərəfindən yoxlanıldıqda isə baqşa qanunsuz əşçya aşkar edilməmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilib, qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gedilmiş, polis bölməsinin inzibati binasında dövlət hesabına ona təyin edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilərək üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərfə baxılmış, zərfdəki kütlənin onun üzərindən aşkar edilmiş tiryək olduğu bildirilmiş və o. deyilənləri təsdiqləyib zərfdəki bükümün ona məxsus olduğunu bildirmişdir. Bundan başqa 10 iyul 2025-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olan şəxsən tanımadığı bir nəfərdən istifadəsi üçün 13 manata 01 bükümdə "patı", yəni psixotrop maddə metamfetamin almışdır. Bədənində ağrılar başlamış və əldə etdiyi metamfetamindən istifadə etmək üçün Corat qəsəbəsində piyada hərəkətimə davam edib, sakit bir yer axtarmağa başladır. Əldə etdiyi kütləni əynindəki şalvarın sağ yan cibinə saxlayıb, daşımışdır. Həmin tarixdə, saat 12 radələrində Corat qəsəbəsi. Fikrət Əmirov küçəsində fərdi yaşayış evlərinin olduğu ərazidə piyada hərəkətdə olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim etmiş, narkotik vasitə əldə edib üzərimdə saxlaması, istifadə etməsində şübhəli olduğunu deyib, üzərinin yoxlanılacağım bildirmişlər. Yoxlamazdan əvvəl qanunsuz əşya vardırsa qətim etməsi təklif olunmuş və o. əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində "patı", yəni psixotrop maddə metamfetamin olduğunu, tanımadığım şəxsdən 13 manata Corat qəsəbəsində şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzəri yoxlanılarkən başqa cinayət xarakterli əşya aşkar olunmamışdır. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedilmiş, polis bölməsində ona dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmışdır. O. bir daha həmin kütlənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilib, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Bundan başqa 24 iyul 2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfərdən istifadəsi üçün 10 manata 01 bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü əynindəki şalvarın sağ yan cibində saxlayıb, daşıyaraq metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtarmış, həmin tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Nəriman Nərimanov adma mədəniyyət evinin arxa tərəfində piyada hərəkətdə olan vaxt mülki geyimdə olan polis əməkdaşları onu saxlamışdır. Saxlanıldığı zaman qanunsuz olaraq əynindəki şalvarın sağ yan cibində daşıdığı 01 ədəd bükümü çıxardıb, təqdim edərək həmin bükümdəki kütlənin "patı", yəni metamfetamin olduğunu. 10 manata şəxsi istifadəsi üçün Coratda tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Üzəri yoxlanılmış, qanunsuz başqa əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd bükümdə metamfetamin isə elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuşdur. Polis Bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərindən götürülmüş kütləyə bir daha baxılmış və o, həmin kütlənin ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılararaq götürülmüşdü. Bundan başqa 28 iyul 2025-ci il tarixdə, günorta saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd bükümdə metamfetamin almışdır. O bükümü şalvarının sağ yan cibinə qoyub, oradan uzaqlaşaraq yaşadığı ünvana gəlmişdir. Lakin bir müddət sonra bədənində ağrı olduğundan əldə eldiyi metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə yaşadığı ünvanı tərk etmişdir. Əldə edib, əynindəki şalvarın sağ yan cibində saxlayaraq daşıdığı metamfetamindən istifadə etməsindən ötrü 28 iyul 2025-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsində yerləşən 17 nömrəli orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan polis əməkdaşları onu saxlamış, barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirilmişdir. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək içində "patı", yəni psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən 10 manata Corat qəsəbəsində şəxsi istifadəsi üçün aldığını demişdir. Aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək miqdarı müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüşdü. Üzəri polis əməkdaşları tərəfindən yoxlanılarkən isə başqa cinayət xarakterli əşya aşkar olunmamışdı. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedilmiş, orada xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o. bir daha həmin kütlənin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilib, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Üzərindən ayrı-ayrı vaxtlarda aşkar edilərək götürülmüş narkotik vasitə tiryək və pisxolrop maddə metamfetamin kütlələrinin tamamı ona məxsus olmuşdur. Həmin kütlələri ağrılarına görə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. O, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki. psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı, X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edib saxlamışlar. Üzərində olan narkotik vasitəni könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığını bildirib, onlara təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitəyə baxış keçirilmiş, sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və sənədləşdirilərək götürülmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, Şahid7 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər müşahidəyə alınmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A ünvanın yaxınlığında videoçəkilişlə saxlamışlar. Sonuncuya üzərində daşınması qadağan olunan predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 01 büküm narkotik vasitə təqdim etmiş və həmin bükümü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Büküm tərəflərindən qablaşdırılmış və onlar birlikdə 5-ci PB-ə getmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin CA üzrə kiçik inspektoru, X10 ifadəsində göstərdi ki, bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A ünvanın yaxınlığında videoçəkilişlə saxlamışlar və üzərinə baxış keçirilmişdir. Sonuncudan bir büküm tiryəkə bənzər maddə aşkar edilmiş, həmin büküm tərəflərindən qablaşdırılmış və onlar birlikdə 5-ci PB-ə getmişlər. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə bükümə yenidən baxış keçirilmişdir. Həmin büküm daha sonra ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən 02 dəfə olmaqla xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumata əsasən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mkr ünvanın yaxınlığında videoçəkilişlə saxlamışlar. Sonuncuya üzərində daşınması qadağan olunan predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitə qablaşdırılmışdır. Şərait olmadığından Təqsirləndirilən şəxs vəkil ilə təmin etmək üçün polis bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə bükümə yenidən baxış keçirilmişdir. Həmin büküm daha sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin üzərindən metamfetaminə və tiryəkə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə olunmuş və müvafiq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən videoçəkiliş aparılmaqla xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə saxlanılmışdır. Hər iki epizod üzrə Təqsirləndirilən şəxs metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonuncu həmin maddələrin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəsifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasdmdan ötrü tərəfindən bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış, qrupuna rəhbərlik tərəfindən edilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki. 28 iyul 2025-ci il tarixdə, saat 17:47-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon. Nurlan Nuruzadə küçəsində 17 nömrəli orta məktəbin yaxınlığında piyada hərəkətdə olduğunu görüb, yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunduqda sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin "patı", yəni psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən Coratda əldə eldiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdü. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən başqa qanunsuz əşya aşkar edilməmişdi. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisinin və 1-ci PB-nin əməkdaşlarının, o cümlədən onun iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfə baxılmış, Təqsirləndirilən şəxs bir daha zərfdəki kütlənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiy ini bildirmişdi. Kütlə bükümü ilə birlikdə yenidən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılaraq götürülmüşdü. Təqsirləndirilən şəxs narkotik vasitətələrin. psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmasa da. qanunsuz olaraq narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməsi barədə məluamatlar daxil olmuşdur. R. Əliyevin üzərindən aşkar olunmuş metamfetamini konkret olaraq kimdən və ya haradan əldə etməsi barədə dəqiq məlumat məlumat əldə olunmamışdır. Cinayət işi üzrə şahid qismində ibtidai istintaq dövründə dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində Şahid1 bildirdiklərini təsdiq etmiş, istintaqa eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəsifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat məlumatları icra olunmasdından ötrü bölmə rəhbərliyinə məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış, qrupuna rəhbərlik tərəfindən edilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki. 05 iyun 2025-ci il tarixdə, saat 17:53-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayonda 15 nömrəli orla məktəbin yaxınlığında piyada olduğunu görüb, yaxınlaşaraq özlərini təqdim elmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunduqda sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin tiryək olduğunu, şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən Coratda əldə etdiyini bildirmişdi. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdü. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən başqa qanunsuz əşya aşkar edilməmişdi. Daha sonra R. Əliyev Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisinin və 3-cü PB-nin əməkdaşlarının, o cümlədən onun iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfə baxılmış, Təqsirləndirilən şəxs bir daha zərfdəki kütlənin özünə məxsus olduğunu, kütlənin tiryək olduğunu, "bugün", yəni 05 iyun 2025-ci il tarixdə Coratda tanımadığı şəxsdən əldə etdiyini, polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdi. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdü. R. Əliyevin üzərindən aşkar olunmuş tiryəki konkret olaraq kimdən və ya haradan əldə etməsi barədə dəqiq məlumat məlumat əldə olunmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, 24 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə, saat 13:27-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Nəriman Nərimanov adma mədəniyyət evinin arxa tərəfində piyada olduğunu görüb, yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyildikdə sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin palı, yəni psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən Coratda əldə etdiyini bildirmişdi. Büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdü. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən başqa qanunsuz əşya aşkar edilməmişdi. Daha sonra R. Əliyev Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfə baxılmış. Təqsirləndirilən şəxs bir daha zərfdəki kütlənin özünə məxsus olduğunu, kütlənin metamfetamin olduğunu, tanımadığı şəxsdən əldə etdiyini, polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdi. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işlərinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 250730480, 250730581, ********* və ********* saylı cinayət işləri Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:53 radələrində Sumqayıt şəhəri, 5-ci mkr, 15 saylı məktəbin yaxınlığında şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Polimer zavodunun yaxınlığında şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:43 radələrində ünvan 5 ünvanın yaxınlığında şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:27 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, Nərimanov mədəniyyət evinin arxasında şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:47 radələrində Sumqayıt şəhəri, 8-ci mkr, N.Nuruzadə küçəsi, 17 saylı orta məktəbin yaxınlığında şübhəli olan şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-223/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, “xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 28 iyul 2025-ci il tarixdə, saat 17:47 dəqiqədə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, 17 sayh tam orta məktəbin yanxmhğmda saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara cins şalvarın sağ yan cibindən çıxardığı ağ-gümüşü rəngli 1 ədəd büküm çıxdı və həmin bükümün içində ağ rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və ümumi kütləsinin bükümlə birlikdə 0.64 qram olması müəyyən olundu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və bizim tərəfimizdən imzalanaraq götürüldü. Daha sonra qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Üstünü yoxlama işıqlandırma və hava şəraiti nəzərə alınmaqla saxlanıldığı yerdən təqribən 5 metr kənarda keçirildi.” - “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirildi. Üzərində “Saxlanılan şəxs Əliyev,.,” sözləri və imzalar olan zərf tərəfimdən cırılaraq açıldı, zərfin içərisində 1 ədəd ağ rəngli kağız büküm aşkar edildi, həmin bükümdə kristal şəkilli psixotrop maddə hmnetamfetamın"« bənzər kütlənin olması müşahidə olundu, həmin kütlə elektron tərəzidə çəkildikdə onun kütləsi 0,62 qram oldu. Bundan sonra həmin büküm tərəfimdən qablaşdırıldı. Təqdim edilmiş 1 ədəd DVD-dəki video materiala müdaxilə edilməsi olmadığı üçün tərəfimdən ayrıca baxış keçirildi. Həmin DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün özünə məxsus olduğunu, onu bugün, yəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində özü üçün istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirdi. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd DVD götürülərək qablaşdırıldı. Daha sonra müdafiəçi ona qarşı saxlanılma zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsiri göstərilməsi sualına Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini, psixotrop maddənin ona məxsus olduğunu və psixotrop maddədən istifadə etdiyini bildirdi.” - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat sasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar 5 iyun 2025-ci il tarixdə, saat 17:53 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında yada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs, hüquq və vəzifələri, o imlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, ınunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər şyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başladıq.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, palarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, anunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər şyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxararaq təqdim edib, həmin bükümün daxilindəki kütlənin narkotik maddə tiryək olduğunu, öz istifadəsi üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt əhəri 5-ci mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldıqını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli büküm açıldı. Bükümün pxilində psixotrop maddə tiryək bənzər kütlə aşkar edildi. Qeyd olunan büküm elektron tərəzi jasitəsilə çəkildikdə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə tiryəkə bənzər kütlənin çəksinin 1,10 qram olması müəyyən edildi. Bundan sonra həmin büküm zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qabalaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü, Təqsirləndirilən şəxs səhər saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manat pul aşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində münasib axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi.” - “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Əməliyyat müvəkkili Şahid4 tərəfindən təqdim olunan 01 (bir) ədəd zərfə tərəfimdən baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxsvə polis əməkdaşlarının imzası olan 01 (bir) ədəd zərfdə 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qara rəngli, bak formada narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilərək 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2025-ci il tarixdə səhər saat 10 radələrində Sumqayt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, ağrıları olduğu üçün istifadə əldə etdiyini, kütlənin narkotik vasitə olan tiryək olmasını, hər hansı bir satış məqsədi olmadığım bildirmişdir. Sonuncu saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi.” - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 407B-də yaşayan, xx.xx.1981-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin 5-ci PB-nə X3 narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 03 iyul 2025-ci il tarixdə, saat 18:53-də Sumqayıt şəhəri, 41 A məhəllə, ev 5-in yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasım ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə ,Təqsirləndirilən şəxs üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs açıq göy rəngli şalvarının sağ yan cib hissəsindən 1 ədəd ağ rəngli şəffaf selofan bükümdə “Tiryək”-ə bənzər kütləni təqdim etdi. Sonra sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və ya predment olub-olmadığı soruşaraq üzərində olan əşyaları bizə təqdim etməyini təklif etdik,Yoxlama zamanı sonuncunun üzərindən əlavə heçnə aşkar edilmədi.Sonra metanfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi 1,30 qram oldu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və tərəfimizdən imzalandı və götürüldü.” - “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektorkriminalist “Samsung” markalı mobil telefonun videokamerasını işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X12 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirdi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan narkotik vasitənin polis əməkdaşları tərəfindən götürüldüyünü bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin möhürlənmiş zərfin içərisindəki kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində tanimadiği və adını bilmədiyi, şəxsdən 8 manat pul verərək əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunusuz hərəkətlərə məruz qalmadığını bildirdi.” - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, azərbaycanlı, AR vətəndaşı, Sumqayü şəhəri, 6-cı məhəllə, Nizami küçəsi, 19C ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 407B ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, qanunsuz olaraq üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 10 iyul 2025-ci il tarixdə, saat 12:43 dəqiqədə ünvan 5-ın yaxınlığında hərəkətdə olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızma bükülmüş bükümü təqdim etdi, həmin bükümə baxış zamanı içərisində özünün “patı” adlandırdığı, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Həmin büküm elektron əvəzidə çəkilərək miqdarı 0,66 qram olması müəyyən olunub içərisi boş olan zərfə qablaşdırıldı və həmin zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra tərəfimdən, saxlanılan şəxs və Şahid3 tərəfindən imzalanaraq götürüldü. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütləni tanımadığı şəxsdən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bu gün yəni, xx.xx.2025-ci il tarixdə saxlanılmamışdan təxminən 1 saat əvvəl 13 manata əldə etdiyini bildirdi. Ondan nə məqsədlə həmin kütləni üzərində gəzdirdiyi soruşulduqda isə, şəxsi istifadəsi üçün bunu etdiyini bildirdi. Daha sonra şəxsin üzəri yoxlanıldı və 1 ədəd alışqanla 1 ədəd “prima” markalı siqaret qutusu aşkar olunsa da, heç bir sübuti əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarıldı. - “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirildi. Üzərində “Saxlanılan şəxs Əliyev...” sözləri və imzalar olan zərf tərəfimdən cırılaraq açıldı, zərfin içərisində 1 ədəd qızılı rəngli kağız büküm aşkar edildi, həmin bükümdə kristal şəkilli psixotrop maddə “metamfetamin”ə bənzər kütlənin olması müşahidə olundu, həmin kütlə elektron tərəzidə çəkildikdə onun kütləsi 0,65 qram oldu. Bundan sonra həmin büküm i tərəfimdən qablaşdırıldı. Təqdim edilmiş 1 ədəd DVD-dəki video materiala müdaxilə edilməsi olmadığı üçün tərəfimdən ayrıca baxış keçirildi. Həmin DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün Özünə məxsus olduğunu, onu İ bugün, yəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 13 manat müqabilində özü üçün istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirdi. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd DVD götürülərək qablaşdırıldı. Daha sonra müdafiəçi ona qarşı saxlanılma zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsiri göstərilməsi sualına Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini, psixotrop maddənin ona məxsus olduğunu və psixotrop maddədən istifadə etdiyini bildirdi.” - “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar iyul 2025-ci il tarixdə, saat 13:27 dəqiqədə Sumqayıt şəhəri 15-ci məhəllə, Nərimanov kulubunun tasında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxararaq təqdim edib, həmin bükümün daxilindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində pnasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldıqını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızılı rəngli büküm açıldı. Bükümün daxilində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Qeyd olunan büküm elektron tərəzi vasitəsilə çəkildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 0.30 qram olması müəyyən edildi. Bundan sonra həmin büküm zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qablaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürüldü. Təqsirləndirilən şəxs səhər saatlarında Sumqayıt şəhərindən tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi.” - “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.30 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə, xx.xx.2025ci iİ tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid5 tərəfindən təqdim olunan 01(bir) ədəd zərfə tərəfimdən baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 01 (bir) ədəd zərfdə 01 ədəd qızılı büküm 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisindən 10 manat pul verməklə tanımadığı şəxsdən əldə etdiyini bildirdi. Həmçinin saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi.” - xx.xx.2025-ci il tarixli disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə, saat 17:53-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılmış, üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin tiryək olduğunu, şəxsi istifadəsi üçün 10 manata Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1.10 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X2 və 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfin içinə baxılmış, 01 ədəd büküm aşkar edilmiş. Təqsirləndirilən şəxs zərfdəki bükümün özünə məxsus olduğunu, bükümdəki kütlənin tiryək olduğunu, "bugün", yəni 05 iyun 2025-ci il tarixdə, saat 10 radələrində Coratda tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 03 iyul 2025-ci il tarixdə, saat 18:53-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, məhəllə 41 A-da yerləşən 5 nömrəli binanın yaxınlığında saxlanılmış, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilmiş, üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin tiryək olduğunu, "bugün". yəni 03 iyul 2025-ci il tarixdə. 8 manata Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1.30 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X7 və 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərf təhqiqatçıya təqdim edilmiş, zərfdə Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərindən aşkar edilmiş kütlənin olduğu təhqiqatçıya bildirilmiş və Təqsirləndirilən şəxs kütlənin özünə aid olması ilə bağlı deyilənlərin hər birini təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzəri bir daha yoxlanılmış və qanunsuz əşya aşkar edilməmişdir. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə, saat 12:43-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən 80 nömrəli evin yaxınlığında saxlanılmış, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilərək üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin "palı" olduğunu. 13 manata Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən saxlamİmazdan bir saat əvvəl əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.66 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X8 və 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfin içinə baxılmış, 01 ədəd büküm aşkar edilmiş. Təqsirləndirilən şəxs zərfdəki bükümün özünə məxsus olduğunu, bükümdəki kütlənin metamfetamin olduğunu, saxlanılmazadan 1 saat əvvəl Coratda tanımadığı şəxsdən 13 manata şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə, saat 13:27-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən Nəriman Nərimanov adma mədəniyyət evinin arxa tərəfində saxlanılmış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin "patı" olduğunu. 10 manata Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.30 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X1 və 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfin içinə baxılmış, 01 ədəd büküm aşkar edilmiş. Təqsirləndirilən şəxs zərfdəki bükümün özünə məxsus olduğunu, "bugün", yəni 24 iyul 2025-ci il tarixdə Coratda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdə, saat 17:47-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsinəd yerləşən 17 nömrəli orta məktəbin yaxınlığında saxlanılmış, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilərək üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb, təqdim edərək bükümdəki kütlənin "patı" olduğunu. 10 manata Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən "bugün". yəni 28 iyul 2025-ci il tarixdə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.64 qram olmuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin başqa qanunsuz əşya aşkar edilməmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X8 və 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərfin içinə baxılmış. 01 ədəd büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs zərfdəki bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Kütlə ekspertizaya təqdim edilməsindən ötrü yenidən qablaşdırılaraq götürülmüşdür. - Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2025-ci il tarixli 20/429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..." sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.037 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi-1,037 qram, tədqiqata sərf olundu-0,1 qram, qalıq-0,937 qram. - Məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2025-ci il tarixli 20/570 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..." sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi-1,014 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq- 0,964 qram. - Məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2025-ci il tarixli 20/613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..." sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.480 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,480 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,430 qram. - Məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2025-ci il tarixli 20/641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. R. Əliyevin üzərindən aşkar edilən 01 ədəd büküm..." sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.218 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,218 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,168 qram. - Məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2025-ci il tarixli 20/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə..." sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.313 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,313 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,263 qram. - xx.xx.2025-ci il tarixli “əşyaların maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkiləri 1,037 qram (qalıq 0,937) və 1,014 qram (qalıq 0,964) narkotik vasitə tiryək, ümumillikdə 03 ədəd bükümdə təmiz çəkiləri 0,480 qram (qalıq 0,430), 0,218 qram ( qalıq 0,168), 0,313 qram (qalıq 0,263) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda saxlanılıb üzərinin yoxlanılmasını və polis bölməsində üzərindən aşkar olunmuş kütləyə baxış keçirilməsini əks etdirən 10 ədəd diskdə videogürüntülər maddi sübut hesab edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmaqla, sonuncu dələ Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-579/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surəti iş materiallarına əlavə edilmişdir. - Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 19 iyun 2025-ci il tarixli. 3677 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və Psixastimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə təmiz çəkiləri 1,037 qram (qalıq 0,937) və 1,014 qram (qalıq 0,964) narkotik vasitə tiryək, ümumillikdə 03 ədəd bükümdə təmiz çəkiləri 0,480 qram (qalıq 0,430), 0,218 qram ( qalıq 0,168), 0,313 qram (qalıq 0,263) psixotrop maddə metamfetamin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, 10 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan tiryəkin xeyli miqdarı təmiz halda 0.5 qramdan artıq olması, külli miqdarı isə 50 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan – tiryək xeyli miqdarda olmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə olan - metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), cinayət əməllərinin təkrar törədilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 16.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini və təkrarlığı müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və həmin iş üzrə məhkumluğunun ödənilməməsini nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 02 ədəd bükümdə təmiz çəkiləri qalıq 0,937 qram və qalıq 0,964 qram narkotik vasitə tiryək, ümumillikdə 03 ədəd bükümdə təmiz çəkiləri qalıq 0,430 qram, qalıq 0,168 qram, qalıq 0,263 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan on ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmaması nəzərə alınmalıdır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır . İş üzrə aparılmış məhkəmə ekspertizalarının hər birinin dəyəri ayrı-ayrılıqda 60,00 (altmış) manat olmaqla ümumillikdə 300,00 (üç yüz) (5x60.00) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-711/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1693 saylı orderə əsasən vəkil Müdafiəçinu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdən 07 iyun 2025-ci il tarixədək, 03 iyul 2025-ci il tarixdən 05 iyul 2025-ci il tarixədək, 10 iyul 2025-ci il tarixdən 12 iyul 2025-ci il tarixədək, 24 iyul 2025-ci il tarixdən 26 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə bağlı məcburi müalicə təyin edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 02 ədəd bükümdə təmiz çəkiləri 0,937 qram və 0,964 qram narkotik vasitə tiryək, ümumillikdə 03 ədəd bükümdə təmiz çəkiləri 0,430 qram, 0,168 qram, 0,263 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 10 (on) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının hər birinin dəyəri ayrı-ayrılıqda 60,00 (altmış) manat olmaqla ümumillikdə 300,00 (üç yüz) (5x60.00) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar