Məhkəmə qərarları › İş №1(060)-712/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-712/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-712/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş vəsatətlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hazırda işə baxılır. İttiham aktından və cinayət işinin materiallarından əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 16 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində BC kateqoriyalı, AC 248969 seriyalı sürücülük hüququ olmaqla idarə etdiyi “Daimler Crysler” markalı, **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Bulvar küçəsi ilə 15-20 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 6-cı hissəsinin, yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək(daxil olmaq) istisna olmaqla, sağa, sola və geriyə dönməzdən əvvəl həmin istiqamətdə müvafiq kənar vəziyyət tutmalı olduğu halda bunları etməyib yolun sağ kənar hissəsində yerləşən parklanma yerindən yolun hərəkət hissəsinə doğru arxaya hərəkət edib sonradan sola dönmə işığını yandırmaqla düzünə hərəkət etməyə başlayıb tədricən sola doğru zolaq dəyişikliyi edib yolun orta hissəsində yerləşən geriyə dönmə yerindən dönmə əməliyyatını həyata keçirərkən Sumqayıt şəhəri, Bulvar küçəsi istiqamətindən həmin küçənin P.Həşimov küçəsi ilə kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi 99-B-187 dövlət qeydiyyat nişanlı «Yamaha YZFR1» markalı motosikletlə Sumqayıt şəhəri, “Muğam Mərkəzinin” yanında toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün sınığı, sağ dizin sıyrığı, sağ ayağın üst səthinin qançır-şişkinliyi və sol əlin qançır-şişkinliyi, cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşaiyət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “AZ AĞİR” zərər vurmaya aid edilən xəsarətlər almasına, eləcə də sonuncuya məxsus 99-B-187 dövlət qeydiyyat nişanlı «Yamaha YZFR1» markalı motosikletlə 6567 (altı min beş yüz altmış yeddi) manat dəyərində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci madəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti onunla əsaslandırmışdır ki, 14 iyun 2022-ci ildə saat 19:00 radələrində Sumqayıt şəhəri, “Bulvar” küçəsində“ Daymler Cryster” markalı **-KH-*** dövlət nömrə nişanlı avtomobillə “Yahama YZFRİ” markalı 99-B-187 dövlət nömrə nişanlı motosikil toqquşmuş, nəticədə hər iki nəqliyyat vasitəsinə maddi zərər dəymiş, motosiklin sürücüsü “AZ AĞİR” dərəcəli bədən xəsarəti almışdır. Hadisə yerinə DYPŞ əməkdaşları gəlmiş, ”Yahma” markalı motosikili hadisə yerindən götürərək mühafizə olunan duracağa aparmışlar. Mersedes marklı avtomobilin sürücüsünə isə günahı olmamasına görə avtomobilini və sənədlərini özünə qaytarmışlar. Sürücülər tibbi müayinədən keçirilmişlər. Lakin həmin günü hadisə yeri müayinə olunmamış, hadisənin sxemi tərtib edilməmişdir. Təxminə 15-20 gündən sonra təhqiqatçılar özlərinə sərf edən formada hadisə yerinin müayinə protokolunu tərtib edərək hadisənin sxemini çəkmişlər. “Mersedes“ markalı avtomobilin sürücüsünün savadsızlığı ucbatından, ona hadisədə günahının olmamasını bildirilərək hadisənin müayinə protokoluna və sxeminə imza etdirmişlər. Halbuki, hadisə yerinin sxemindən görünür ki, “Mersedes” markalı avtomobilin sürücüsü icazə verilən yerdən sola dönmə əməliyyatını yerinə yetirmiş, artıq manevr edərək qarşı zolağa çışmış, ”Motosikil” qarşı zolağ çıxaraq hadisə törətmişdir. Bununla da, hüqlarını qoruduğu şəxsə maddi zərər vurmuş, onun avtomobilində olan ailə üzvləri isə psixi gərginlik keçirmişdir. Bir daha da xatırladır ki, həmin gün hadisə yeri müayinə edilməmişdir Hadisə yerinin sxeminə 02 (iki) nəfər hal şahidlərinə imza etdirilmişdir. Lakin sxemdə onların adı, soyadı, ata adları dəqiq göstərilməmişdir. Fomıal olaraq 02 (iki) bir-birinə bənzəyən izma çəkilmişdir. Bu da hadisə yerinin saxta sxeminin tərtib edilməsinə dəlalət edir. İttiham aktında cinayət işinin başlanmasına səbəb və əsas kimi yol-nəqliyyat hadisəsininl 16 iyun 2022-ci ildə saat 19:00 radələrində baş verməsi göstərilmişdir (cinayət işi səh. 127, 3-cü abzas). Əslində hadisə 14 iyun 2022-ci ildə baş vermişdir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid2 izahatında (cinayət işi səh.60- 62) hadisə yerinə müstəntiqin gələrək onu sənədləşdirməsi göstərilsə də , həmin gün hadisə yerinə heç kim gəlməmiş, sonradan güya onu ilkin sənədləşdirən təhqiqatçı olması məlum olmuşdur. Beləliklə cinayət işi kifayət qədər qərəzli və qüsurlu aparılmış, kobud qayda pozuntularına yol verilmişdir. Məhkəmə cinayət işinə xitam verməli və onu ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərməlidir. Təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətdə göstərilənləri təsdiq edərək vəsatətin təmin olunmasını xahiş etdi. Dövlət İttihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərin ifadələrindən və hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində baş vermişdir. Bu göstərilənlər məhkəmənin hazırlıq iclası zamanı da proses iştirakçıları tərəfindən təsdiq olunmuşdur. Lakin cinayət işi üzrə tərtib olunmuş ittiham aktında həmçinin 27 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda hadisənin baş vermə tarixi 14 iyun 2022-ci il tarixi əvəzinə 16 iyun 2022-ci il kimi qeyd olunmuşdur. CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Lakin müstəntiq tərəfindən həmin tələblərə əməl edilmədən ittiham aktı tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Ona görə də, vəsatətin təmin olunaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs vəsatətin təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs vəsatətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə dövlət ittihamçısının və təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş vəsatətlərin kifayət qədər əsaslı olması qənaətinə gəlir və hesab edir ki, vəsatətlər əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə vəsatətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, vəsatətin təmin edilməsi barədə təqsirləndirilən şəxsin vəkilinin, dövlət ittihamçısının, məhkumun fikrini dinləyərək, şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması üçün əsaslar olduğundan dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilməlidir. Belə ki, cinayət işi materiallarında olan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahidlərin ifadələrindən və hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində baş vermişdir. Bu göstərilənlər məhkəmənin hazırlıq iclası zamanı da proses iştirakçıları tərəfindən təsdiq olunmuşdur. Lakin cinayət işi üzrə tərtib olunmuş ittiham aktında həmçinin 27 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda hadisənin baş vermə tarixi 14 iyun 2022-ci il tarixi əvəzinə 16 iyun 2022ci il kimi qeyd olunmuşdur. CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Lakin müstəntiq tərəfindən həmin tələblərə əməl edilmədən ittiham aktı tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Ona görə də, vəsatətin təmin olunaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatına xitam verilməməli və onun ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci madəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin icraatına xitam verilsin və ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOVAAza var:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar