Məhkəmə qərarları › İş №1(060)-712/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-712/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-712/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altma vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,375 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 18 aprel 2023-cü il tarixdə, saat 14:45-də, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi, “Balıqçı” restoranının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,375 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:45 radələrində, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi, Balıqçı restoranının yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha izah olunmaqla yanaşı ona vəkil təqdim olunmuşdur, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilrmişdir. Təhqiqatçı ondan, üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda narkotik vasitə olan heroin kütləsini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun təqdim etdiyi bükümü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar olunmuşdur. Onun təqdim etdiyi narkotik vasitə heroin kütləsi bükümü, büküldüyü sellofan kəsiyi ilə birlikdə elektron tərəziyə qoyulub çəkilmişdir. O, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümün içərisindəki həmin kütlənin “heroin” olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında, Bakı şəhəri, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Ardınca onun üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə bükümünü qablaşdırmış, qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmamış, üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün ona məxsus olmuşdur. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Ağamır oğlunun narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmişdir. Odur ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə yerləşən “Balıqçı” restoranının yaxınlığında, saat 14:45də Təqsirləndirilən şəxs saxlamışlar. Onlar özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getdikdən sonra bölmədə xidməti otaqlardan birində, Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1-ci PB nin təhqiqatçısı, polis mayoru, Rəşad Məhərrəmov özünü təqdim etdikdən sonra keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində, narkotik vasitələrin istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirildiyini və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş, bükümü açıldıqda bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə bükümü büküldüyü sellofan kəsiyi ilə birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümün içərisindəki həmin kütlənin “heroin” olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə bükümünü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi, Balıqçı restoranının yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis mayoru, Rəşad Məhərrəmov özünü təqdim etdikdən sonra 1-ci PB-nin əməliyat müvəkkili Şahid1 keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirildiyini və onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirir. Sonra təhqiqatçının xahişi ilə şəxsi axtarışda iştirak edən mülki geyimli polis əməkdaşları polis leytenantı Şahid1, polis baş serjantı Şahid2 və eləcə də, saxlanılan şəxsin müdafiəçisi, Sumqayıt 1 saylı vəkil Bürosunun vəkili Ələsgər Məmmədov özlərini təqdim edirlər. Sonra təhqiqatçı, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişlə tanış edib yazılı bildirişi sonuncuya təqdim edir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs, üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 01:34-cü anında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə bükümü videogörüntünün 03:09-cu anında, büküldüyü sellofan kəsiyi ilə birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,48 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümün içərisindəki həmin kütlənin “heroin” olduğunu, bu gün səhər, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 manata aldığını bildirir. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə bükümünü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin ona məxsus olduğunu bildirir. Müdafiəçi heç bir sualı olmadığını bildirdikdən sonra video çəkiliş dayandırılır. Həmin diskdəki videogörünütülər məhkəmə iclasında nümayiş olundu, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2304 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs Aöanur oğlunun üzərindən aşkar olunan...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,375 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,325 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2600 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,375 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,325 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. X3 barəsində CM-nin 234.2-ci maddəsilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,325 qram çəkidə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt RegionalVəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyat alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,325 qram çəkidə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar