Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-712/2025 25.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X3, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 07:12-də B1, B, C1,C kateqoriyalı, BC051572 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən üzü Şabran şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərkən Bakı-Quba yolunun 37-ci km-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Arzu” marketin yanında olan işıqforun qırmızı işığında dayanmış 02 avtomobillə toqquşmaması üçün avtomobili sağa doğru döndərib hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daima dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, qarşıda svetoforun qırmızı işığında dayanmış avtomobilləri nəzərə alaraq vaxtında tədbir görməklə həmin avtomobillərə çatmadan avtomobili dayandırmalı və yoldan sağa doğru hərəkətin təhlükəsizliyini təmin etməyən manevr aparmamalı olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla işıqforun yanında dayanmış piyada xx.xx.1994-cü il təvəllüdlü X13 avtomobilinin qabaq hissəsi ilə vurmaqla, ehtiyatsızlıqdan sonuncuya başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyinə qansızma, sol budun orta 1/3-nin qapalı sınığı, sol gicgah nahiyəsinin yarası, sağ üst göz qapağının qançırı, sağ və sol baldırın orta 1/3-nin ön-bayır səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, qarnın sol yan səthinin, döş qəfəsinin sol yan səthinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə başın küt travması nəticəsində baş beyninə qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2025-ci il tarixdə, səhər saatlarında etibarnamə ilə idarə etdiyi “Mersedes Benz C200” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu ərazisindən Şabrana getmək istəmişdir. Yol üstündə Sumqayıt dairəsində 1 nəfər qadın, 2 nəfər kişi olmaqla 3 nəfər Şabrana getmək üçün götürmüşdür. Bakıdan çıxdıqda əyləcdə heç bir problem olmamış və Sumqayıt dairəsində də dayanmışdır. Maşını yeni aldığı üçün bəzi problemləri olmuş, əyləclə bağlı maşından qəribə səslər gəldiyi üçün ustaya getmiş və usta ona heç bir problem olmadığını bildirmişdir. Həmin yolu 80-90 km/saat sürətlə hərəkət etmişdir. Qarşıda yolda 50 km/saat sürət nişanını görmüş və 100-200 metr aralıda isə işıqfor olmuşdur. İşıqforu gördükdən sonra əyləcə basmaq istəyərkən həmin vaxt əyləcin işləmədiyini görmüş və həmin sürətlə qarşıdakı maşınlarla toqquşarsa, daha çox insanın həyatını itirəcəyinin qarşısını almaq üçün, maşını sağ tərəfdə olan boşluq əraziyə sürmüş, daha sonra maşın relslərin üzərində dayanmışdır. O, sağa dönmək istəyəndə yol boş olmuş və heç kim olmamışdır. Lakin, qəfildən yola bir nəfər çıxmış və maşın ona dəymişdir. Maşından düşdükdən sonra həmin şəxsin beli üstündə yerdə olduğunu və başının qan olduğunu görmüşdür. Başında qan olduğu üçün yerindən tərpətməmiş, orada olan məhlənin sakinlərindən TTYX-ya və polisə zəng etməyi istəmiş, yarım saat sonra TTYX-nın avtomobili gəlmişdir. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, maşını sağa çəkmək istəyərkən yol boş olmuş, zərərçəkmiş şəxsi vurduqdan sonra görmüşdür. Avtomobil isə yoldan 5-6 metr aralıda relsin üstündə dayanmışdır. Hadisədən sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilmiş və protokolun tərtib edilməsində iştirak etmişdir. İstintaq zamanı verdiyi ifadəsini isə təsdiqləmir, çünki o, hadisə ilə bağlı müstəntiqə danışmış və ifadəni oxumadan imzalamışdır. O, müstəntiqə maşının əyləcinin işləmədiyini bildirmişdir. İstintaqdan isə yayınmaq məqsədi olmamışdır. Polis əməkdaşları çağıran zaman da istintaqa getmişdir. Son söz olaraq əməlindən peşman olduğunu, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, cəzasını çəkməyə hazır olduğunu və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkar edildiyindən, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, “Mercedes Benz C200” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə edir. O, taksi xidməti göstərir. 10 may 2025-ci il tarixdə səhər saatlarında o, yaşadığı Şabran şəhərindən müştəri götürüb gətirib Sumqayıtda düşürtmüşdür. Həmin gün saat 07:30 radələrində o, Sumqayıt şəhərindən yaşadığı Şabran şəhərinə qayıdarkən avtomobili 80 km/surətlə idarə edirdi. Saat 08 radələri olardı o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Arzu” marketə yaxınlaşarkən, işıqforun qırmızı işığında iki avtomobilin dayandığını və həmin avtomobillərlə toqquşmamaq üçün avtomobili sağa tərəf döndərdikdə, işıqforun yanında dayanan piyadanı avtomobilinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və piyadanı bir neçə metr kənara dəmir yolunun yanına atmışdır. O, avtomobili bir az qarşıda saxlayıb, avtomobildən tez düşüb piyadaya yaxınlaşmışdır. Piyada yerdə uzanıqlı vəziyyətdə, can vermişdir. Ətrafa toplaşan şəxslərdən kimsə zəng edərək təcili-tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili-tibbi yardım və polis əməkdaşları gəlmişdir. Onlar gələndə piyada oğlan artıq ölmüşdü. Onu təcili-tibbi yardım maşınına qoyaraq morqa aparmışlar, özü isə polis əməkdaşları ilə birlikdə hadisə yerində qalmışdır. O, idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi “Arzu” marketə 80 km/surətlə yaxınlaşarkən, həmin ərazidə işıqforun qırmızı işığında dayanmış iki avtomobillə toqquşmamaq üçün avtomobilini sağa doğru döndərərkən işıqforun yanında dayanmış piyada onu görüb yerindən kənara çəkilmək istədikdə qəfildən avtomobilin qabaq hissəsi ilə onu ehtiyyatsızlıqdan vurmuşdur. O, piyadanı avtomobili ilə vuran an görmüş, çünki həmin vaxt onun fikri qarşısında dayanmış digər iki avtomobildə olmuşdur. O, təhlükəni hiss edib, piyadaya az qalmış maşının əyləcinə sıxmaq istəyərkən avtomobilin qabaq hissəsi ilə piyadanı vurmuşdur. Avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomaşının hərəkət surəti təxminən 80 km/saat olmuşdur. Onun avtomobilinə heç bir kənar təsir olmamışdır. Onun idarə etdiyi avtomaşının texniki vəziyyəti normal olmuş, maşında heç bir nasazlıq olmamışdır. O, avtomobili ilə piyadanı işıqforun yanında vurmuşdur. O, piyadanı görən kimi tormoz əyləcini sıxmaq istəmiş, lakin piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. O, spirtli içki qəbul etməmiş və həmin vaxt həkim müayinəsindən də keçmişdir. Hadisə nəticəsində o, xəsarət almamış və tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisədən sonra o, hadisə yerində qalaraq Sumqayıt şəhər təcili-tibbi yardımı və polis əməkdaşlarını gözləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X8 ifadəsində göstərmişdir ki, mərhum Sadiq Xudiyev onun doğma oğludur. xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində o işdə olarkən ona məlum olmuşdur ki, həmin gün 1-2 saat əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Arzu” marketin yanında olan işıqforun yanında sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C200” markalı avtomobillə oğlunu vurmuş və oğlu Sadiq Xudiyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. O, morqa gələrək mərhum oğlu Sadiq Xudiyevi oradan götürüb aparıb dəfn etmişlər. Onlar şikayət verdikdən sonra cinayət işi açılmış və Təqsirləndirilən şəxs axtarışla gətirmişlər. Təqsirləndirilən şəxs istəsəydi sürəti azalda biləcəyini və gəldiyi sürətlə də toqquşmuşdur. Hadisə yerinə də getmiş və necə baş verdiyini görüntülərdən də görmüşdür. Məhkəmənin sualında cavab olaraq bildirmişdir ki, həmin yol istiqamətində 60 km/saat sürət nişanından 200-250 metr aralıda 50 km/saat sürət nişanının olduğunu, 50 km/saat sürət nişanından 100-150 metr məsafədə isə işıqfor olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri hadisə ilə bağlı onlara gəlməmiş, vurulmuş ziyanın aradan qaldırılmasında heç bir addım atmamış və barışıq üçün cəhd etməmişlər. O, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qubadlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 07:20 radələrində ona Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində xidmətdə olduğu vaxt Bakı-Quba yolunun 37-ci kilometrliyində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o, hadisə yerinə getmiş, hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən üzü Şabran şəhəri istiqamətində hərəkətdə olarkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Arzu” marketin yanında olan işıqforun qırmızı işığında dayanmış iki avtomobillə toqquşmaması üçün avtomobili sağa doğru döndərib hərəkətini yüksək sürətlə davam etdirərkən işıqforun yanında dayanmış piyada X13 avtomobilinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və nəticədə sonuncu hadisə yerində aldığı xəsarətlərdən ölmüşdür. Daha sonra hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə Sadiq Xudiyev moqra aparılmışdır. “Mersedes Benz C200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, iş icraata qəbul edilmişdir. (i.v 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, Bakı-Quba yolunun 37 kilometrliyi ərazisi olmuşdur. Baş verən yol asfaltbeton örtüklü, düz, hadisə baş verən zaman yol quru, hadisə baş verən yolun hərəkət zolaqlarının sayı dörd olmuşdur. Həmin yolda nəqliyyat axınını beton piltələr ayırmışdır. Hərəkət sağdan və soldan yol qırağı ilə, sağdan torpaq sahə ilə birləşmişdir. Hadisə vaxtı “Mersedes Benz C200” markalı avtomobilin qabaq hissələri zədələnmiş, şin və tormozlama izləri aşkar edilməmişdir. Avtomobil hadisə yerindən sonra kənarda yerləşən qatar xəttinə dəymişdir. Baxış zamanı hadisə yerində qan və qanabənzər izlər aşkar olunmuşdur. Vurulmuş piyadanın sayı birdir. Piyadanı yolun sağ yan tərəfdən 2,5 metr ara məsafədə vurulmuşdur. Meyit hadisə yerindən 13 metr ara məsafədə aşkar olunmuşdur. Baxış zamanı hadisə yerindən heç bir əşya götürülməmişdir. Fotoşəkillər və yol-nəqliyyat hadisəsinin sxemi protokola əlavə edilmişdir (i.v. 5-13); Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 2864 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır.(i.v.14) Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Mersedes Benz C200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 Murad Tahir oğluna nəqliyyat vasitəsini idarə etmək üçün 2 il müddətinə, yəni xx.xx.2026-cı il tarixinədək etibarnamə vermişdir. (i.v 15) xx.xx.2025-ci il tarixli, 2869 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri olmadan metamfetamin və mop qəbulu faktı aşkar edilmişdir. (i.v 21) Götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı-Quba yolunun 37-ci km-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Arzu” marketdə quraşdırılmış videomüşahidə kameralarından xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüləri götürülərək 01 (bir) ədəd diskə köçürülərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v 25) Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və həmin diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı-Quba yolununun 37-ci km-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin avtomobil yoludur. xx.xx.2025-ci il tarixdə saat 07:12-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz C200” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürətlə hərəkət edərək həmin avtomobil yolundan çıxıb hərəkətini davam etdirərək yol nəqliyyat hadisəsi törədir. (i.v 26) Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X8 ölmüş zərərçəkmiş şəxs X11 hüquqi varisi qismində tanınmış və həmin tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmişdir.(i.v.32-39) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən azad olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün hissəsi, 01 (bir) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 06 (altı) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v.41-43) Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsinin mərhum X15 barəsində verilmiş xx.xx.2025-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, mərhum X11 meyitinin bədəni üzərində başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyinə qansızma, sol budun orta 1/3-nin qapalı sınığı, sol gicgah nahiyəsinin yarası, sağ üst göz qapağının qançırı, sağ və sol baldırın orta 1/3-nin ön-bayır səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, qarnın sol yan səthinin, döş qəfəsinin sol yan səthinin sıyrıqlarından ibarət xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt şəya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinə edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə -adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Sadiq Xudiyevin ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Sadiq Xudiyevin bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarətləri qısa müddətindən aldığından xəsarətlərin yetirilmə ardıcılığı haqqında fikir söyləmək çətindir. Sadiq Xudiyevin bədənində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən şaquli vəziyyətdə olmuş, bədənin sol hissəsi hərəkətdə olan nəqliyyat vasitəsinə tərəf yönəlmiş və ilkin zərbə sol bud nahiyəsindən almışdır. Sadiq Xudiyevin meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v.53-62) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1225 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C200” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saata sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. (i.v.63-66) Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2025-ci il tarixdə ittiham ona elan edilmişdir. (i.v 71-72,92) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 74-75) Təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:55-də Sumqayıt ŞPİ-də tutulmuşdur. (i.v 91) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-294/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 05 (beş) gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.(111-113) Sumqayıt ŞPİ-nin DYP şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AB558825 nömrəli BC kateqoriyalı sürücülük vəziqəsi verilmiş, xx.xx.2016-cı il tarixdə AE025068 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilmiş və son olaraq aktiv halda xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək qüüvədə olan) BC051572 nömrəli B1,B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İnformasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış, cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmış, iş üzrə hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə, diskə baxış keçirilməsi haqqında protokollar, zərərçəkmiş şəxsin hüquq barisinin, şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri və digər istintaq hərəkəti protokolları və sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v.122-127) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD-R disk, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Beləliklə, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD-R disk və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli ümumi rejimli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquq varisi iddiaçı X8 məhkəməyə mülki iddia ilə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs qarşı törədilmiş cinayət hadisəsi nəticəsində dəymiş 24100 manat (12000 manat+ 7500 manat+1600 manat+3000 manat) maddi ziyanın və 50000 manat mənəvi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(060)- 712/2025 nömrəli cinayət işi məhkəmənin icraatındadır. Həmin, cinayət işi üzrə o, X8 zərərçəkmişin hüquqi varisi olaraq tanınmışdır. Cinayət işindən də göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-cı il tarixdə, saat 07:12 radələrində idarə etdiyi “Mersedes Benz C200” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən Şabran şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında AR Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum sürətin 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80km/saat sürətlə idarə edərkən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerəşən “Arzu” marketin yanındakı işıqforun qırmızı işığında dayanmış digər avtomobillərlə toqquşmaması üçün “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısına almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyərək qaydaları pozmaqla işıqforun yanında dayanmış piyada xx.xx.1994cü il təvəllüdlü X13 avtomobilinin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmişin hüquqi varisi olaraq ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, dəfnin təşkili, mərasim xərcləri, ritual (adət,ənənə) və.sair əlavə xərclər onun vəsaiti hesabına həyata keçirildiyindən bütün bunlar maddi zərər olaraq qiymətləndirilməli və bu əsaslara görə təqsirləndirilən şəxsə qarşı mülki qaydada tələb irəli sürərək maddi və mənəvi ziyanın əvəzi olaraq təzminat tələb etmək hüququnun təmin olunaraq mülki iddiası icraata qəbul edilməli və cinayət mühakimə icraatı ilə birlikdə baxılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi xx.xx.2025ci il tarixli müqavilə əsasında ünvan 3 ünvanında yerləşən “MİRVARİ” mərasim evi 800 manat müqabilində 1 günlük icarəyə götürülərək, bütün əlavə xərclər onun tərəfindən çəkilməklə 3-7 mərasimində 800 (səkkiz yüz) nəfər (1 nəfər üçün çəkilən xərc 15 manat olmaqla) mərasim iştirakçılarına ehsan verilmiş, dini ayinlər icra edilmişdir. (800 man icarə haqqı +800 nəfər x 15 man = 12800 man). Bundan başqa, xx.xx.2025-ci il tarixli müqavilə əsasında ünvan 3 ünvanında yerləşən “MİRVARİ” mərasim evindən istifadə məqsədilə 800 manat vəsait ödənilməklə 1 günlük icarəyə götürülmüş, bütün əlavə xərclər onun tərəfindən çəkilməklə zərərçəkmişin 40 mərasimində 500 (beş yüz) nəfər (1 nəfər üçün çəkilən xərc 15 manat olmaqla) mərasim iştirakçılarına ehsan verilmiş, dini ayinlər icra edilmişdir. (800 man icarə haqqı+500 nəfər x 15 manat= 8300 manat) Göstərilənlərlə yanaşı mülki iddiaya əlavə edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli qaimə-fakturadan göründüyü kimi mərhumun (zərərçəkmişin) qəbirüstü abidəsinin hazırlanması və quraşdırılmasına 3000 manat (üç min) maliyyə vəsaiti (baş daşı-1ədədx950 man+sinə daşı-1 ədədx600 man+tumba-1 ədədx400 man+üzlük- 1 ədədx400 man+güldan-1 ədədx150 man+rəssamlıq işləri- 300 man+beton işləri-100 man+nəqliyyat xərci 100 man=3000 man) sərf edilmişdir. Beləliklə baş vermiş hadisə ilə bağlı məsrəflərinin məcmu dəyəri təqdim olunan sənədlər əsas götürüldükdə ümumilikdə 24100 manat (12800 man+8300 man+3000 man) vurulmuş maddi zərər təşkil edir. Törədilmiş cinayət hadisəsində zərərçəkmiş şəxsin hüquqi varisi olaraq çəkilmiş xərcıər 24100 AZN (12000 man+7500 man+1600man +3000 man) maddi və 50 000 AZN mənəvi zərərin iş üzrə təqsirləndirilən və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı və zərərçəkmiş şəxsin hüquqi varisi X3 xeyrinə tutulması barədə qərar qəbul edilməlidir. Mülki iddiaya əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, “İcarəçi” X8 “İcarəyə verən” X9 ilə ünvan 4 ünvanında yerləşən “Mirvari” Mərasim evini 800 manat məbləğində icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Mülki iddiaya əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, “İcarəçi” X8 “İcarəyə verən” X9 ilə ünvan 4 ünvanında yerləşən “Mirvari” Mərasim evini 800 manat məbləğində icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Mülki iddiaya əlavə edilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən yas tədbirində qonaq sayı 800 (səkkiz yüz) nəfər, xx.xx.2025-ci il tarixdə keçirilən yas mərasimində isə 500 (beş yüz) nəfər olmaqla Kimyaçılar qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən “Mirvari” mərasim evində dəfn mərasimi keçirilmişdir. Mülki iddiaya əlavə edilmiş xx.xx.2025-ci il tarixli qaimə fakturadan görünür ki, X8 tərəfindən dəfn xərclərinə 3000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə, hesab edir ki, mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilməlidir. Belə ki, mülki iddiaya əlavə edilmiş icarə müqaviləsindən görünür ki, xx.xx.2025-ci il tarixdə X8 tərəfindən “İcarəyə verən” X5 800 manat məbləğində icarə haqqı ödənilməklə ünvan 4 ünvanında yerləşən “Mirvari” Mərasim evi icarəyə götürülmüşdür. Bundan başqa, xx.xx.2025-ci il tarixdə X8 tərəfindən “İcarəyə verən” X5 800 manat məbləğində icarə haqqı ödənilməklə ünvan 4 ünvanında yerləşən “Mirvari” Mərasim evi icarəyə götürülmüşdür. Mülki iddiaya əlavə edilmiş 047772 nömrəli xx.xx.2025-ci il tarixli qaimə fakturadan görünür ki, X8 tərəfindən baş daşına 950 manat, sinə daşına 600 manat, tumba 400 manat, üzlük 400 manat, güldan 150 manat, rəssamlıq işləri 300 manat, beton işləri 100 manat və nəqliyyat xərci 100 manat olmaqla, cəmi 3000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa, təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən yas tədbirində qonaq sayı 800 (səkkiz yüz) nəfər, xx.xx.2025-ci il tarixdə keçirilən yas mərasimində isə 500 (beş yüz) nəfər olmaqla Kimyaçılar qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən “Mirvari” mərasim evində dəfn mərasimi keçirilmişdir. Zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X8 mülki iddiasında xx.xx.2025-ci il tarixdə oğlu X11 üç-yeddi mərasimində bir nəfər üçün 15 manatdan hesablanmaqla 800 nəfər mərasim iştirakçısına verilmiş ehsan və dini ayinlərin icra edilməsi üçün 12000 (on iki min) manat, xx.xx.2025-ci il tarixdə oğlu X11 qırx mərasimində bir nəfər üçün 15 manatdan hesablanmaqla 500 nəfər mərasim iştirakçısına verilmiş ehsan və dini ayinlərin icra edilməsi üçün 7500 (yeddi min beş yüz) manat məbləğində pul sərf edilməsini qeyd etmişdir. Məhkəmə mülki iddianın üç-yeddi və qırx mərasimində sərf edilmiş pul vəsaitinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2025ci il tarixdə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən “Mirvari” Mərasim evində keçirilən mərasimdə 800 nəfər, xx.xx.2025-ci il tarixdə keçirilən mərasimdə 500 nəfər mərasim iştirakçısı iştirak etmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X3 hər adambaşına 15 manat pul xərclənməsi ilə bağlı sənəd təqdim edilməmişdir. Məhkəmə mərasimin keçirildiyi yeri, hazırda mövcud olan qiymətləri nəzərə almaqla hesab edir ki, mülki iddiaçı X3 üç-yeddi və qırx mərasimlərində iştirak edən mərasim iştirakçıları üçün adambaşına 12 manat məbləğində pul xərclənməsini ağlabatan hesab olunur. Bu səbəbdən də, hesab edir ki, mülki iddia xx.xx.2025-ci il tarixdə keçirilmiş üç-yeddi mərasimində çəkilən xərclər adambaşına 12 (on iki) manat olmaqla 800 (səkkiz yüz) nəfər mərasim iştirakçısı üçün (12 manat x 800 nəfər) 9600 (doqquz min altı yüz) manat, qırx mərasimində çəkilən xərclər adambaşına 12 (on iki) manat olmaqla 500 (beş yüz) nəfər mərasim iştirakçısı üçün (12 manat x 500nəfər) 6000 (altı min) manat məbləğində hesablanmaqla, həmin hissədə təmin edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, məhkəmə mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini isə zərərçəkmiş şəxsin hüquqi varisinin keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə alaraq, ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini 10000 manat məbləğində müəyyən etməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 3-cü bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 6-cı bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Bu qərarın 10-cu bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə belə hesab edir ki, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquq varisi mənəvi sarsıntı və iztirablar keçirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 71-ci bəndində əsasən məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquq varisi X3 yaxın qohumunun ölümünə səbəb olan baş vermiş hadisə sonuncunun mənəvi sarsıntı və iztirab yaşamasına, əsəb və stress keçirməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasına və ya həmin hüquqlardan məhrum olmasına səbəb olmuş, beləliklə də, onun şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Bununla da, məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçının oğlunun ölümünə səbəb olması nəticəsində yaşadığı sarsıntı, iztirablar öz-özlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə mənəvi zərəri 10000 manat həddində müəyyən edir və hesab edir ki, həmin məbləğdə vurulmuş mənəvi ziyanın təqsirləndirilən şəxs-mülki cavabdehdən zərərçəkmiş şəxsin hüquq varis-mülki iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək mülki iddiaya münasibətdə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X3 xeyrinə icarə haqqı olaraq ödənilmiş 1600 manat (bir min altı yüz), üç-yeddi mərasimində çəkilmiş xərclərinə ödənilmiş (800 nəfər üçün 12 manatdan hesablanmaqla) 9600 (doqquz min altı yüz) manat, 40 mərasimində çəkilmiş xərclərə ödənilmiş (500 nəfər üçün 12 manatdan hesablanmaqla) 6000 (altı min) manat, dəfn xərclərinə ödənilmiş 3000 (üç min) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, cəmi 30200 (otuz min iki yüz) manat məbləğində pul tutularaq ödənilməli, həmçinin iddia tələbi üzrə ödənilmiş 141 (bir yüz qırx bir) manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bu Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X3 xeyrinə icarə haqqı olaraq ödənilmiş 1600 manat (bir min altı yüz), üç-yeddi mərasimində çəkilmiş xərclərinə ödənilmiş (800 nəfər üçün 12 manatdan hesablanmaqla) 9600 (doqquz min altı yüz) manat, 40 mərasimində çəkilmiş xərclərə ödənilmiş (500 nəfər üçün 12 manatdan hesablanmaqla) 6000 (altı min) manat, dəfn xərclərinə ödənilmiş 3000 (üç min) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, cəmi 30200 (otuz min iki yüz) manat məbləğində pul tutularaq ödənilsin. İddia tələbi üzrə ödənilmiş 141 (bir yüz qırx bir) manat məhkəmə xərci zərərçəkmiş şəxsin hüquq varisi-mülki iddiaçı X6 aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-712/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-712/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver