Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-714/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu il tarixində Cəlilabad şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, Nizami küçəsi, ev 03-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixatrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 23 iyul 2021-ci il tarixdə, saat 19:10-da Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri Corat qəsəbəsi, Sülh küçəsi ev 117C-nin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnnin 1-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sol yan cibindəki qırmızı rəngli pul kisəsinin içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 01 ədəd şəffaf rəngli sellofan bükümdə və 11 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,025 qram, 0,047 qram, 0,040 qram, 0,030 qram, 0,289 qram, 0,054 qram, 0,045 qram, 0,024 qram, 0,052 qram, 0,035 qram, 0,044 qram ümumilikdə 0,707 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd qırmızı rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,117 qram çəkidə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və o, əvvəllər də Azərbyacan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 23.07.2021-ci il tarixdə təxminən saat 19:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan boz rəngli cins şalvarının sol yan cibindən qırmızı rəngli parça materialdan olan pul kisəsini açılmış və içərisində olan 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş büküm, 11 ədəd isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin olduğu müəyyən olunmuşdur. Həmin 11 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər və 01 ədəd şəffaf sellofan büküm polis əməkdaşı tərəfindən açılmış, bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. 01 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. O, aşkar olunan maddələrin "heroin” və ”metamfetamin” olduğunu, aşkar olunmuş həmin maddələri 3 gün bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Baba kimi tanıdığı şəxsin qoyduğu və ona demiş olduğu yerdən, sonuncunun demiş olduğu şəxsin adına 120 manat pul köçürməklə aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilmiş və qablaşdırılmışdır. Elektron tərəzinin ona məxsus olmadığını, həmin elektron tərəzi Azər adlı polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və o, əvvəllər də Azərbyacan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 23.07.2021-ci il tarixdə təxminən saat 19:10-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan boz rəngli cins şalvarının sol yan cibindən qırmızı rəngli parça materialdan olan pul kisəsini, 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra qırmızı rəngli parçadan olan pul kisəsi açılmışdır və içərisində olan 01 ədəd şəffaf sellofan büküm, 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş büküm, 11 ədəd isə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin olduğu müəyyən olunmuşdur. Həmin 11 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər və 01 ədəd şəffaf sellofan büküm polis əməkdaşı tərəfindən açılmış, bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. 01 ədəd siqaretin qırmızı kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. O, aşkar olunan maddələrin "heroin” və ”metamfetamin” olduğunu, həmin maddələri 3 gün bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Baba kimi tanıdığı şəxsin qoyduğu və ona demiş olduğu yerdən, sonuncunun demiş olduğu şəxsin adına 120 manat pul köçürməklə aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilmiş və qablaşdırılmışdır. Həmçinin də onun cibində bir ədəd işlək vəziyyətdə olan elektoron tərəzini də təqdim etmiş və üzərində gəzdirdiyi elektron tərəzini narkotik vasitə alarkən çəkini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi elektron tərəzi də eyni qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də kiçik inspektor vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. Bildirmişdir ki, 23.07.2021-ci il tarixdə Cəlilabad şəhəri, Nizami küçəsi, ev 4-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, məhkumluğu olmayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı Zöhrab Zeynalovdan, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 19:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə gəlmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar 19:10da Təqsirləndirilən şəxs görüb onu saxlamışlar və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs PB-ə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdir. Saxlanılan şəxsdən üzərində olan qanunsuz əşyaların təqdim edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol və sağ yan cibindən çıxardığı əşyaları çıxararaq təqdim etmişdir. Saxlanılan şəxsin təqdim etdiyi əşyalar 2 ədəd “Prima” marklı siqaret qutusu, alışqan, kibrit qutusu, elektron tərəzi, pul və qırmızı rəngli pul kisəsi olmuşdur. Qırmızı rəngli pul kisəsinə baxış keçirilən zaman içərisindən bükümlər aşkar edilmişdir. Saxlanılan şəxs həmin bükümlərin şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin pul kisəsindən 11 (on bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm və 01 (bir) ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Saxlanılan şəxs həmin bükümlərdəki maddənin “ŞÜŞƏ” olduğunu bildirmiş və narkotik vaistəni şəxsi istifadəsi üçün, “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan Baba kimi tanıdığı şəxdən büküm halında, Saray qəsəbəsindən Masazır qəsəbəsinə dönən yolda plakatın altından götürdüyünü, həmin maddələrin pulunu Baba kimi tanıdığı şəxsin göndərmiş olduğu hesaba 120 manat pul köçürməklə aldığını, əvvəllər məhkumluğu olduğunu bildirmişdir. Saxlanılan şəxs tərəzini tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, narkotik vasitə olan bükümlərin çəkisini ölçmək üçün üzərinə gəzdirdiyini bildirmişdir. Siqaret qutuları, pullar, kibrit kutusu və alışqan istintaq üçün əhəmiyyət kəsb etmədiyindən saxlanılan şəxsin özünə qaytarılmışdır. Elektron tərəzi və bükümlər kağız zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24.07.2021-ci il tarixli, 6/3061 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairə möhür əksi olan, “,Quliyevin üzərindən ...” sözləri və imzalar qeyd edilmiş zərfdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,022 qram, 0,025 qram, 0,047 qram, 0,040 qram, 0,030 qram, 0,289 qram, 0,054 qram, 0,045 qram, 0,024 qram, 0,052 qram, 0,035 qram, 0,044 qram ümumi təmiz çəkisi 0,707 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 0,117 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixatrop maddə-ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,707 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,607 qram. Qeyd: metamfetamin təmiz çəkisi – 0,117 qram, tədqiqata sərf edildi – 0,5 qram, qalıq – 0,67 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 09.09.2021-ci il tarixli, 3337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,607 qram çəkidə narkotik vasitə heroin, 0,67 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-353 saylı, 25.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23.07.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-539 saylı, 18.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimat rədd edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, 18.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,607 qram çəkidə narkotik vasitə heroin, 0,67 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,607 qram çəkidə narkotik vasitə heroin, 0,67 qram çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-714/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-714/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver