Məhkəmə qərarları › İş №1(060)-714/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-714/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-714/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, məhkum olunmuş, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda azalıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, 01 ədəd bükümdə təmiz çəkisi 0.404 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamışdır. 12 iyun 2025cı li tarixdə saat 12:48 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı orta məktəbin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik cibdən 01 ədəd bükümdə təmiz çəkisi 0,909 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Spid xəstəsidir. Müddətsiz 2ci qrup əlildir. Ona görə də ağrılarını azaltmaq üçün narkotik vasitədən istifadə etmişdir. 12 iyun 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm tiryək almışdır. Həmin gün Sumqayıt şəhərində 18-ci məhəllə ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, özü könüllü narkotik vasitəni təqdim etmişdir. Müalicə olunmaq üçün özü tutulmaq istəmişdir ki, cəzaçəkmə müəssisəsində bu xəstəlikdən xilas olsun. Hər şeyi istintaqda ifadəsində olduğu kimi göstərmişdir. İfadəsini təsdiq edir. Daha sonra təqsirləndirilən şəxs xəstəliyini, 2-ci qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Tutulduğu gün səhər saatlarında o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmişdir. Orada olarkən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və va psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. O, ona narkotik vasitə olan tiryək verə biləcəyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata 01 ədəd bükümdə tiryək almışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 12:48 dəqiqədə o, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı orta məktəbin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri teleton vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki şalvarın san yan cibinin üzərindəki kiçik cibdən 01 ədəd bükümdə olan narkotik vasitə olan tiryəki çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu və haradan aldığını soruşduqda o, həmin maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən üzdən tanımadığı səxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilsə də hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,99 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə olan tiryək zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 3cü PB-nə getmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. Sonra o, saxlanılarkən üzərində aşkar olunaraq qablaşdırılmış 01 ədəd büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur, təhqiqatçı zərfi açaraq yenidən həmin bükümə baxış keçirmişdir. Təhqiqatçı ondan bükümün içərisindəki maddənin nə olduğunu və haradan aldığını soruşduqda o, həmin maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən üzdən tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra narkotik maddənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O. narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxıl olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Həmin məlumat əsasında saat 12:40 dəqiqədə, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 nömrəli orta məktəbin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edib Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik cibdən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin bükümü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və bükümün çəkisi 0,99 qram təşkil etmişdir. Aşkar olunmuş 01 ədəd büküm qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar və orada təhqiqatçının iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişldir. Cinayət işinin 23-cü səhifəsinə olan qərardan görünür ki, X4 12 iyun 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-77-ci səhifəsində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin tarixdən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/475 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.909 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,909 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0.859 qram çəkidə narkotik vasitə olan tiryək məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 12 iyun 2025-ci il tarixdə saat 12:48 dəqiqədə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 nömrəli orta məktəbin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirilir, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik cibdən bir ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin bükümü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən ozü istifadə etmək üçün 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılır, lakin onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkilir və bükümün çəkisi 0,99 qram təşkil edir. Aşkar olunmuş 01 ədəd büküm qablaşdırılır və möhürlənir. Bundan sonra çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 12 iyun 2025-ci il tarixdə saat 12:48 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan tiryək aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün 3-cü PB-nə gətirilmişdir. Xidməti otaqların birində əməliyyat müvəkkili mobil telefonu işə salır. X5 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bir daha izah edir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunur. O. vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə olan narkotik vasitə tiryək və Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı videogörüntünün köçürüldüyü 01 ədəd disk təhqiqatçıya təqdim olunur. Sonra təhqiqatçı zərfi açaraq zərfə baxış keçirir. Təhqiqatçı zərfdə olan 01 ədəd bükümün nə olduğunu və haradan nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümün içərisində narkotik vasitə olan tiryəkdir və həmin bükümü özü istifadə etmək üçün tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi saxlanılarkən ona qarşı kobudluq olunub-olunmadığını, aşkar olunmuş maddənin ona məxsus olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını və üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5870 saylı rəyindən görüniür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs 11 dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci ıl tarixdən Sumqayıt şəhər NDdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-cı maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3.875 saylı «ƏFV» Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal törətdiyi cinayətin cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci -cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və 2-ci qrup əlil olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hazır ki, cinayət işi üzrə 14 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, onun Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə həmin tarixdən həbs olunaraq hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 19 sentyabr 2025-ci il tarixli, 5870 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunsa da onun müddətsiz 2-ci qrup əlil olmasını nəzərə alaraq barəsində narkoaniyadan məcburi müalicə təyin edilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,859 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 6 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək 24 iyun 2025-ci il tarixdən həbsə alınması, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəza çəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan - 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyat olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,859 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar