Məhkəmə qərarları › İş №1(060)-715/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-715/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-715/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən fərdi evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ,yəni 01 ədəd bükümdə təmiz çəkisi 8,218 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2025-ci il tarixdə saat 20:45 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, məhəllə 41A, 4A nömrəli evin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 8,218 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə ittiham aktında qeyd olunduğu kimi baş vermişdir. O, FHN-nin əməkdaşı olmuş, hazırda ehtiyatdadır. 5-10 il olar ki, narkotik vasitələrdən istifadə edir. Lakin evində təmir-tikinti işləri getdiyi üçün son 1 ildir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Corat bağları massivində fərdi evdə yaşayır. 11 iyul 2025-ci il tarixdə Sumqayıt şəhəri, məhəllə 41 A, 4A nömrəli evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb. Narkotik vasitə olan heroini Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı adamdan 20 manata əldə edib. Narkotik vasitələrdən gündəlik olaraq çəkmə üsulu ilə istifadə edir, lakin digər narkotik vasitələrdən istifadə etmir. Narkoloji dispanserdə qeydiyyatdadır, müalicə məqsədilə gündəlik olaraq metamfetamin və metadon suyu və həbləri qəbul edir. Son dəfə narkotik vasitələrdən təxminən 1-2 ay əvvəl istifadə edib. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları videoçəkilişlə onun üzərinə baxış keçirmişdir. Üzərində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Lakin qeyd edir ki, məhkəməyə gələrkən onun üzərində narkotik vasitə və ya psixotrop hər hansı maddə olmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirir ki, narkotik vasitələrdən şəxsi istifadəsi üçün əldə edib, narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,xx.xx.2025-ci il tarixdə günorta saatlarında o, Bakı şəhəri,Yasamal rayonu ərazisində olarkən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. Həmin şəxs ona narkotik vasitə olan qurudulmuş marixuana verə biləcəyini bildirmişdir. O,həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 40 manata 01 ədəd bükümdə qurudulmuş marixuana almışdır. O, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-cı il tarixdə saat 20:45 dəqiqədə o, Sumqayıt şəhəri, məhəllə 41 A, 4A nömrəli evin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya və predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 9,31 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz elməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan qurudulmuş marixuana zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Sonra ona üzərində başqa nə varsa təqdim etməsi təklim olunmuşdur. O,üzərində heç bu şey olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilsə də hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşı ondan qurudulmuş marixuananı haradan əldə etdiyini soruşduqda, o, üzərindən aşkar olunmuş qurudulmuş marixuananı tutulduğu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən üzdən tanıdığı şəxsdən 40 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bidirmişdir. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət elmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar birbaşa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Sonra təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyini bildirmişdir. O, isə üzərində heç bir şey olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bu əşya və ya predmet aşkar olunmamışdır. Sonra o,saxlanılarkən üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfin tamlığının pozulmadığını qeyd etmişdir. Bundan sonra o, tutulduğu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən üzdən tanıdığı şəxsdən 40 manata öz istifadəsi üçün 01 ədəd bükümdə marixuana alıb üzərində saxladığını bildirmişdir.Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Daha sonra təqsirləndirilən şəxs məhkəmədən 3 azyaşlı övladının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında həmin gün Sumqayıt şəhəri, məhəllə 41A, 4A nömrəli evin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş kiçik inspektor Şahid3 ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, kiçik inspektor, polis serjantı Şahid3 , 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X4 və KİB-nin ekspertkriminalisti, polis mayoru X9 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 20:45 dəqiqədə, Sumqayıt şəhəri, məhəllə 41A, 4A nömrəli evin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa, təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqdu o, cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərsindəki maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdivi 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 9,31 qram təşkil etmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəm saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Onlar Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Samir heç bir etirazının otmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist panasonik markalı videokameranı işə salmışdır, təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bir daha izah etmişdir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 və hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunmuşdur. O,vəkilə etiraz etməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra 01 ədəd zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfə baxıb zərfin möhürləndiyini və tamlığının pozulmadığını qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayoun ərazisində olarkən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalan ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, üzərindən aşkar olunmuş narkorik vasitəni saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayoun ərazisində olarkən tanımadığı şəxsdən 40 inanala öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan təqsiri əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi, disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və məhkəmənin icraatına qəbul edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-dən MSY-dən azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu və 110-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 11 iyyul 2025-ci il tarixdə saat 20:45 dəqiqədə Sumqayıt şəhəri, məhəllə 41 A, 4A nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirirlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşı onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edir. Samır Cəbrayılovdan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulduqda o, cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərsindəki maddə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin narkotik vasitəni saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01ədəd büküm elektron tərəzidə çəkilir və çəkisi 9,31 qram təşkil edir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmur. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 29-30-cu və 111-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki,11 iyul 2025-ci il tarixdə saat 20:45 dəqiqədə Sumqayıt şəhəri, məhəllə 41A, 4A nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt SPİ-nin 5-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır, ləhqiqalçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis bölməsinə gəlirildiyini bir daha izah edir Sonra Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunur. O, vəkilə etiraz etmir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Bundan sonra 01 ədəd zərf təhqiqaiçıya təqdim olunur. Təhqiqatçı zərfə baxıb zərfin möhürləndiyini və tamlığının pozulmadığını qeyd edir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda o, həmin narkotik vasitəni saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayoun ərazisində olarkən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirir. Müdafiəçi heç bir sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/624 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi – 8,218 qram olan bitki mənşəli küllə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 8,218 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 8,168 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 8,218 qram çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 8,168 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Cinayət işinin 84-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Xətai rayon Məhkəməsinin həmin tarixli qərarı ilə çəkilməmiş 02 ay 23 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 95-100-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 80,81,83-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2025-ci il təvəllüdlü X1 Cəbrayılovun uşaqlarıdır. Cinayət işinin 89-90-cı vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1027 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X17 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4926 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.VSİS-ndən alınan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 116-123-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli ,20/624 saylı rəyi sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4926 saylı rəyi sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəksi 8,218 qram narkotik vasitə olan qurudulmuş marixuana və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən baxış və axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınması nəzərə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X17 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4926 nömrəli Regional rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,168 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 14 Regionalqərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanser qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,168 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar