Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-717/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində yekun protokol tərtib olunmuş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il Cəbrayıl rayonunun Havuslu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08.10.2021-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Xan Bağı» restoranının ümumi zalındakı yarıbağlı kabinetdə zərərçəkmiş şəxsin təşəbbüsü ilə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs üst dodaq nahiyyəsinə qəsdən vuraraq sonuncuya «üst dodağın sol yarısının qançırı, yarası» ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 9-cu mikrorayon ərazisində yerləşən «Xan Bağı» restoranını 6 ildir ki, icarə müqaviləsi əsasında işlədir. 08.10.2021-ci il tarixində saat 19 radələrində Elşənin onun tanımadığı daha bir nəfər şəxslə restorana gəldiklərini, ümumi zalda yer olmadığından onları arakəsməli kabinetdə əyləşdirdiyini, onların içkini özləri ilə gətirdiklərini, təxminən iki saata yaxın oturduqlarını, onlar yeməklərini yeyib qurtardıqdan sonra oturub telefonla oynadıqlarını, ofisiant qızın onları yaxınlaşaraq müştərilər çox olduğundan hesabı verib getməli olduqlarını bildirmişdir. Həmin şəxslər isə səs-küy salaraq bəlkə başqa yemək sifariş verəcəklərini bildirmişlər. Bu zamanı o kabinetə yaxınlaşmışdır. Əyləşmiş şəxslərə nə baş verdiyini soruşmuş, onlar durmaq istəmədiklərini, bəlkə hələ də yemək sifariş verəcəklərini demişlər. Onlara əyləşə biləcəklərini demişdir. Həmin şəxslərdən sonra adının Elşən olduğunu öyrəndiyi şəxs get-gedə səs tonunu qaldıraraq ünvansız nalayiq ifadələr işlətmişdir. Onun içkili olduğundan sakitləşmədiyini görərək bir dəfə yumruq zərbəsi ilə vuraraq onun dodaq nahiyyəsinə xəsarət yetirmişdir. Hadisə bir dəqiqədən az davam etmiş, dalaşma anında səs küy yaranmamış və ətrafdakı şəxslər gəlməmiş, könüllü bir birlərindən aralanmışdır. Həmin vaxt o xəsarət almamışdır. Daha sonra Elşən onun barəsində DİN-in 102 Xidmətinə şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və Məhkəmənin nəzərə almasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində 08.10.2021-ci il tarixdə saat 19:15 radələrində dostu Şahid1lə birlikdə yemək yemək üçün 9-cu mikrorayon ərazisndə yerləşən Xan Bağı restoranına gəldiklərini, ümumi zalda yer olmadığından yarıbağlı kabinetdə əyləşdiklərini, yemək sifariş etdiklərini, özü ilə gətirdiyi spirtli içkidən 200 qram qəbul etdiyini, orada təxminən saat yarım əyləşdiklərini, Bəxtiyar yeməyini yeib qurtardığından ofisiant qızın onun boşqabını götürdüyünü, onun isə hələ yeməyə davam etdiyini, ofisinat qızın müştərilər çox olduğundan onlara durmağı təklif etdiyini, onun isə hələ yediniyini bildirdiyini, bundan sonra müdirin oğlunun gələrək müştərilərəinin çox olduğunu deyərək onlara durmağı təklif etdiyini, təxminən 20 dəqiqə sonra Bəxtiyarın ofisiant qızı çağıraraq ona hesabı gətirməsini dediyini, bu zaman ofisinat qıza onların müştərilər arasında ayrı seçkilik etdiklərini deyərək ona öz iradını bildirdiyini, daha sonra müdir və onun oğlunun gəldiyini, onlarla aralarında qısa müddətli mübahisə olduğunu və mübahisə zamanı adını sonradan bildiyi İlqar yumruq zərbəsi ilə onun dodağından zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Hadisə qısa müddətli davam etmiş, səsə kənar şəxslər gəlməmiş və bir birlərindən könüllü aralanmışdırlar. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 9-cu mikrorayon ərazisində yerləşən «Xan Bağı» restoranını 6 ildir ki, atası icarə müqaviləsi əsasında işlədir. O, da atasına köməklik edir. 08.10.2021-ci il tarixində saat 19 radələrində sonradan adının Elşən olduğunu öyrəndiyi şəxsin onun tanımadığı daha bir nəfər şəxslə restorana gəldiklərini, ümumi zalda yer olmadığından onları arakəsməli kabinetdə əyləşdirdiyini, onların içkini özləri ilə gətirdiklərini, təxminən üç saata yaxın oturduqlarını, onlar yeməklərini yeyib qurtardıqdan sonra oturub telefonla oynadıqlarını, onun həmin şəxslərə yaxınlaşaraq müştərilər çox olduğundan hesabı verib getməli olduqlarını bildirdiyini, həmin şəxslərin isə səs küy salaraq bəlkə başqa yemək sifariş verəcəklərini bildirdiklərini, onun da heç nə demədən çıxıb getdiyini, bir neçə dəqiqədən sonra həmin şəxslərin hesabı istədiklərini, onun da hesabı yazaraq ofisinat qızdan göndərdiyini, daha sonra kabinetə yaxınlaşdıqda Elşən adlı şəxsin səs-küy saldığını, atasının isə onun sakitləşdirməyə çalışdığını görüb atasından nə baş verdiyini soruşduqda , atasının ona kabinetdən çıxmasını dediyini, onun da kabinetdən çıxdığını, daha sonra kabinetə stolu yığmaq üçün daxil olduqda Elşənin orada oturduğunu və dodağının qan olduğunu gördüyünü, lakin onu kimin vurmasını görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində 08.10.2021-ci il tarixdə saat 19:15 radələrində dostu Zərərçəkmiş şəxslə birlikdə yemək yemək üçün 9-cu mikrorayon ərazisndə yerləşən Xan Bağı restoranına gəldiklərini, ümumi zalda yer olmadığından yarıbağlı kabinetdə əyləşdiklərini, yemək sifariş etdiklərini, Elşənin özü ilə gətirdiyi spirtli içkidən 200 qram qəbul etdiyini, orada təxminən saat yarım əyləşdiklərini, o, yeməyini yeib qurtardığından ofisiant qızın onun boşqabını götürdüyünü, Elşənin isə hələ yeməyə davam etdiyini, ofisinat qızın müştərilər çox olduğundan onlara durmağı təklif etdiyini, Elşənin isə hələ yediniyini bildirdiyini, bundan sonra müdirin oğlunun gələrək müştərilərəinin çox olduğunu deyərək onlara durmağı təklif etdiyini, təxminən 20 dəqiqə sonra ofisiant qızı çağıraraq ona hesabı gətirməsini dediyini, bu zaman Elşən ofisinat qıza onların müştərilər arasında ayrı seçkilik etdiklərini deyərək ona öz iradını bildirdiyini, Müdir və onun oğlunun gələrək müdirin yumruq zərbəsi ilə onun dodağından zərbə ilə vuraraq ona xəsarət yetirdiyini göstərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 1345 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır. «Üst dodağının sol yarısının qançırı, yarası, sol alın təpə nahiyyəsinin, burunun, sol əlin arxa səthinin qançırları» xəsarətləri bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilmiş şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, müddəti 08 oktyabr 2021-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə «üst dodağının yarısının qançırı, yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərərvurmaya aid edilir. Digər xəsarətlər «sol alın nahiyyəsinin, burunun, sol əlin arxa səthinin qançırları » isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmur. 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3509 saylı, 14.10.2021-ci il tarixli arayışdan görünür ki, Sadıqov X1 qeydiyyatda yoxdur. Sumqayıt Tibbi Mərkəzi 2 saylı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli, 446 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ailə Sağlamlıq Mərkəzinin psixiatrik kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlində cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21.10.2021-ci il tarixli (iş № 1(060)-717/2021) qərarını icra edərək, 21 oktyabr 2021-ci il tarixli 1358 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-717/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-717/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver