Məhkəmə qərarları › İş №1(060)-717/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-717/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-717/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin qapısını fiziki güc tətbiq etməklə açıb qanunsuz daxil olaraq qonaq otağından 270 (iki yüz yetmiş) manat dəyərində 01 ədəd “Toshiba” markalı Smart HD TV (43L5865) modelli televizoru və dolabın rəfindən 100 manatlıq pul əskinasını götürüb aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 370 (üç yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, 4 medalı vardır. Pula ehtiyacı olduğundan xırda oğurluq barədə fikirləşmişdir. 11 mart 2023cü il tarixdə təxminən saat 11-12 radələrində H.Zeynalabdin qəsəbəsi ərazisində “Bulaq” kafesinin yanında yerləşən yeni tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən mənzillərdən birinin işığının yanmadığını görüb həmin mənzildən oğurluq etməyə qərar vermişdir. Ona görə binanın 1-ci mərtəbəsinin plastik qapısını itələyib açıb mənzilə daxil olmuşdur. Evin qonaq otağındakı stolun üzərinə qoyulmuş qara rəngli, “Toshiba” markalı televizoru oğurlamağa qərar vermişdir. Həmçinin otaqda olan dolabın rəfindən 100 manatlıq pul əskinasını görüb həmin 100 manat pulu da götürmüşdür. Sonra məhəllənin arası ilə Oba marketin yanına gəlmişdir. Televizoru mağazanın arxa hissəsində gizlətmişdir, xx.xx.2023cü il tarixdə həmin yerə gedərək televizoru götürüb taksi çağırmış internet saytı vasitəsilə tanış olduğu Masazır qəsəbəsində işləyən Elman adlı şəxsin işlətdiyi televizor təmiri dükanına aparıb 150 manata satmışdır. Oğurluğa tək getmişdir. Maddi ehtiyacı olduğu üçün oğurluq etmiş və hazırda əməlindən həqiqətə peşmandır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs fadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Səfərova Şəbinə onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında hər ikisi evdən çıxıb işə getmişlər. Qeyd olunan tarixdə saat 20:30 radələrində evə ailəsi ilə birlikdə qayıtdıqda qapını açıb evə daxil olmuşlar. Koridorun işığının yandığını görüb narahat olmuşlar, çünki səhər tezdən evdən çıxdıqları zaman işığı söndürüb getmişlər. O, evə daxil olub qonaq otağına getmiş və otaqda olan “Toshiba” markalı televizorun yerində olmadığını görmüşdür. Sonradan digər otaqlara baxış keçirtmişlər. Hər otağın qapısını açıq olduğunu görmüşlər. O, qonaq otağındakı rəfə baxdıqda rəfin qapısının açıq olduğunu görmüş, içərisinə baxdıqda orada olan 100 manatlıq pul əskinasının da orada olmadığını görmüşdür. O, “Toshiba” markalı televizoru 2020-ci ildə almış, oğurlanan vaxtı qiyməti təxminən 300 manat olardı. Oğurluq nəticədində ona təxminən 400 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, onun yaşadığı evdən oğurluq edən şəxs Sumqayıt şəhər sakini Səfərov Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs ona vurduğu maddi zərəri tam olaraq ödədiyini, onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. O, istixanada işlədiyi üçün hər gün səhər saat 06 radələrində yaşadığı evdən çıxır, eyni zamanda əri Zərərçəkmiş şəxs də 09 radələrində işə gedir. Azyaşlı övladlarını da anasının evinə aparır. Beləcə onlar hər gün saat 20:00-dan sonra yaşadıqları evə gəlirlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında hər ikisi evdən çıxıb işə getmişlər. Saat 20:30 radələrində evə qayıtdıqda qapını açıb evə daxil olmuş, koridorun işığının yandığını görüb narahat olmuş, çünki səhər tezdən evdən çıxdıqları üçün işığı söndürüb getmişlər. O, evə daxil olub qonaq otağına getmiş və otaqda olan “Toshiba” markalı televizorun yerində olmadığını görmüşdür. Bunu əri Nazimə bildirmişdir. Sonradan digər otaqlara baxış keçirtmişlər. Əri Nazim qonaq otağındakı termoya baxdıqda rəfin qapısının açıq olduğunu görmüş, içərisinə baxdıqda orada olan 100 manatlıq əskinasın da orada olmadığını görmüşlər. Bu barədə polisə məlumat vermişlər. Oğurluğun Təqsirləndirilən şəxs etdiyi məlum olmuş, sonradan onların ziyanı ödənilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslı ekspertizasının 12 aprel 2023-cü il tarixli, 9/2138 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd “Toshiba” markalı, Smart HD TV 43L5865 modelli televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən 270,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. İş materiallarına əlavə olunmuş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısıdır və Cəbrayılın, Xocavəndin, Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun vurulmuş maddi zərəri tamn olaraq ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizanın dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 102 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar