Məhkəmə qərarları › İş №1(060)-719/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-719/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-719/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon. 29 saylı binanın qarşısında keçmiş bacanağı Zərərçəkmiş şəxs idarə eldiyi qırmızı rəngli, “Chevrole Cruise” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə dayandığını görüb ona yaxınlaşaraq yaşadığı həyəli tərk etməsini tələb etməsindən sonra sonuncunun ailə üzvlərini görmək üçün həmin həyətə gəldiyini və ailə üzvlərini görmədən həyəti tərk etməyəcəyini deməsinə görə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər elməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət elməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla yaxınlıqda olan bina sakinlərinin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, onun bu hərəkətlərini telefonu ilə videokameraya çəkdiyini görüb öz hərəkətlərini davam etdirərək sonuncunun idarə etdiyi avtomobilin qabaq sol şüşəsinə yumruqla zərbə vuraraq axlomaşının şüşəsini sındırmış və şüşə qırıntısının gözünə batması səbəbindən avtomaşını saxlamaq məcburiyyətində qalmış Zərərçəkmiş şəxs yaxınlaşaraq onu avtomaşından çıxarıb yumruq və təpiklə vurmaqla ona sağ qulağın, sol dirsək nahiyyəsinin, sol dizin qançırları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə deyil, CM-nin 128-ci maddəsi təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş bacanağıdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində mənzilindən çıxıb həyətə düşmüş, həmin vaxt Zaurun qırmızı rəngli "Chevrolet Cruise” markalı avtomobili ilə həyətdə binalarının yaxınlığında durduğunu görmüş və Zaura yaxınlaşıb nə üçün onların həyətinə gəldiyini soruşmuşdur. Zaur ona həyat yoldaşı Esmiranın onlarda olduğunu, Esmiranı görmək istədiyini bildirdikdə o, Zaura Esmiranın onlarda olmadığını bildirmişdir. Lakin Zaur ona inanmamış, bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə əlbə-yaxa olmuşlar. Zaur əynində olan pencəyini çıxarıb onun üzərinə gəlmiş və əlində olan yanan siqareti onun paltarında söndürüb onu silahla vurub öldürüb avtomobilin baqajına qoyub aparacağını bildirmişdir. Sonra Zaur əlləri ilə onu tutub yerə yıxmaq istəmiş, həmin vaxt dırnağı ilə qulağına xəsarət yetirmiş, o da əli ilə Zauru tutub ondan özünü müdafiə etmək üçün özündən kənarlaşdırmağa çalışmışdır. Bu zaman hər ikisi yerə yıxılmışdır. Yerə yıxılan zaman sağ ayağının dizi yaranlanmışdır. Həmin vaxt tanımadığı təxminən orta boylu, arıq bədənli bir oğlan onlara yaxınlaşıb hər ikisini ayağa qaldıraraq onları aralamış və çıxıb getmişdir. Bundan sonra Zaur qaçıb avtomobilinə oturmuş və onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O Zaura məhlədən getməsini bildirsə də o, getmək istəməmiş, o da əsəbləşib yumruqla vuraraq onun avtomobilin qabaq sol yan şüşəsini sındırmışdır. Bundan sonra Zaur avtomobilini işə salaraq oradan asta sürətlə uzaqlaşmışdır. O isə özünə məxsus velisopedlə Zaurun arxasınca getmiş, lakin Zaurun uzaqlaşdığını gördüyü üçün daha onun arxasınca getməmişdir. Avtomobilin şüşəsini sındırmaq məqsədi avtomobilin qapısını açaraq Zauru avtomobildən düşürtmək olmuşdur. Ona görə ki, Zaur avtomobilin içərisində əyləşərək onun ünvanına nalayiq ifadələr işlətmiş, o nə qədər çalışsa da, avtomobilin qapılarını aça bilməmişdir və nəticədə yumruqla vuraraq avtomobilin şüşəsini sındırmışdır. Hadisə vaxtı ətrafda insanların olmasına fikir verməmişdir. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, lakin Zaur ailəsi ilə barışacağı tədqirdə ona qarşı şikayətinin olmayacağını bildirmiş, qeyd olunan şərtin onun tərəfindən icra edilməsi mümkün deyildir. Məhkəmədən ilk dəfə belə bir cinayət törətdiyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, həyal yoldaşı Esmira ilə əvvəllər münasibətləri normal olsa da, sonradan tez-tez mübahisə etməyə başlamışlar və demək olar ki, aralarında baş verən mübahisələrə səbəb baldızı Elnarə və qaynanası Nadya olmuşdur. Həmin şəxslər hər dəfəsində onların ailə söhbətlərinə müdaxilə edərək aralarında söz-söhbətlərin yaranmasına səbəb olurmuşlar. O bir neçə dəfə hətta bacanağı Təqsirləndirilən şəxs öz iradını bildirib həyal yoldaşı Elnarə ilə danışıb onların ailə söhbətlərinə müdaxilə etməməsini tələb elmişdir. Lakin Elnarə əri Əhmədin sözünə demək olar ki, qulaq asmır. Sonuncu dəfə aralarında baş vermiş mübahisələrdən dolayı həyat yoldaşı uşaqları da götürərək evi tərk etmiş və qaynanasının yaşadığı evə getmişdir. Bir müddət sonra o Esmira ilə barışsa da, Esmira anasının evində yaşamağa davam etmişdir. 2021-ci ilin iyul ayında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə aylıq aliment kimi hər uşağa görə 100 manat pulun ondan tutularaq həyat yoldaşı Esmiraya ödənilməsi barədə qərar qəbul olunmuşdur. O əvvəllər həmin pulu Esmiranın adına açılmış kart hesabına göndərsə də, sonradan Esmiranın təklifi ilə həmin pulu Esmiranın özünə verməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə o Esmira ilə mobil telefonda danışarkən Esmira onunla səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə görüşəcəyini və görüş zamanı da ondan 110 manat pulu götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Esmiranın mobil telefonuna zəng elsə də, Esmira zəngə cavab verməmişdir. Esmiranı tapmaq üçün qaynanası Nadyanın ev telefonuna zəng etmiş, Nadya Esmiranın evdə olmadığını, uşaqlarla birlikdə bacısı Elnarənin evinə getdiyini söyləmişdir. O avtomobillə baldızı Elnarənin yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 29 saylı binanın qarşısına getmişdir. Avtomobildə əyləşib Esmiranın evdən çıxacağını gözləmişdir. Elnarənin yaşadığı evə qalxmamasına səbəb aralarında baş verə biləcək dava-dalaşdan çəkinmək olmuşdur. Avtomobildə olarkən bacanağı Əhmədin yaşadıqları blokdan çıxdığını görmüş, Əhmədin əlində qara-qırmızı rəngdə əlcək olmuşdur. Əhməd onu görüb əyləşdiyi avtomobilə doğru hərəkət elməyə başlamışdır. Əhməd onun yanına çatdıqdan sonra nə üçün onların həyətində olduğunu soruşmuşdur. O Əhmədə qaynanası Nadya ilə danışdıqdan sonra onun həyətinə gəldiyini, həyat yoldaşı Esmiranı gözlədiyini bildirmişdir. Əhməd Esmiranın onun yaşadığı evdə olmadığını dedikdə o, Əhmədə qaynanası Nadyanın Esmiranın onun evində olduğunu dediyini bildirmişdir. Əhməd isə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Əhmədin onun üstünə hücum çəkmiş, ətrafda binalardan sakinlər onlara baxdığını və davadan yayınmaq istədiyi üçün avtomobilə əyləşmiş və mobil telefonunu çıxardaraq Əhmədin hərəkətlərini və ona söydüyü söyüşləri mobil telefona çəkməyə başlamışdır. Əhməd onun baş verənləri mobil telefon vasitəsilə çəkdiyini görüb yumruqla avtomobilinin sol ön şüşəsini vurub sındırmışdır. Şüşə qırıqları onun sifət nahiyəsinə dəyərək göz və yanaq nahiyəsindən xəsarət yetirmişdir. O avtomobilin mühərrikini işə salaraq təxminən 10-15 metr irəli gedərək avtomobili saxlamış və avtomobilin salon güzgüsünə baxaraq gözündə ilişib qalan şüşə qırıntısını çıxarmağa çalışmışdır. Bu zaman Əhməd əli ilə avtomobilin qapısını açaraq onu yerə yıxmışdır. O həmin vaxt əli ilə gözünə girmiş şüşə qırıqlarını təmizləməyə çalışırmış, Əhməd isə bundan istifadə edərək yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vururmuşdur. Həmin vaxt orada tanımadığı 40-45 yaşlarında, orta boylu, sarıyanız kişi olmuşdur. Həmin şəxs o ayağa qalxandan sonra iki ilə onu tutaraq Əhmədə tərəf getməsinə mane olmuşdur. Bundan başqa orada Əhmədin arvadı Elnarə də olmuşdur. Elnarə qıraqda dayanaraq Əhmədə onu öldürməsini demiş, daha sonra o avtomobilə əyləşib oradan uzaqlaşmış, olanlar barədə Sumqayıt ŞPİnin 1-ci PB-nə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla 2013-cü ildə qeyri-rəsmi nikahla ailə həyalı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxsla aralarında evləndikləri ilk gündən söz-söhbət olmuş, aralarında baş vermiş mübahisələrə səbəb Zərərçəkmiş şəxs qısqanclığı olmuşdur. Zaur səbəbsiz yerə onu hər kəsə qısqanır. Axırda Zaurun hərəkətlərindən bezdiyi üçün ondan ayrılmış və Sumqayıt şəhər Məhkəməsi hər iki uşağa görə ümumilikdə iki yüz manat pulun Zaurdan tutulub ona ödənilməsi barədə qərar vermişdir. Zaur aliment pulu olan 200 manatı onun kart hesabına göndərir. 16 aprel 2022-ci il tarixdə o, uşaqları həkimə aparmaq üçün yaşadığı evi tərk etmişdir. Həmin vaxt Zaur onun mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, o Zaurun zənglərinə cavab verməmişdir. Daha sonra 16 aprel 2022-ci il tarixdə evə gəldikdən sonra ona məlum olmuşdur ki, Zaur bacısı Elnarənin yaşadığı evin həyətinə gedərək orada yeznəsi Təqsirləndirilən şəxsla dalaşmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, bacısı Esmiranın qeyri-rəsmi nikahda yaşadığı şəxs olub. Zərərçəkmiş şəxsla bacısı Esmira 2013-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Zaurla ailə həyatı qurduğu ilk günlərdə bacısının ailəsində söz-söhbətlər olmuş, Zaur çox qısqanc adamdır, bacısı Esmiranı hər kəsə qısqanır. Onun qısqanclığı ucbatından onların ailəsində tez-tez dava-dalaş yarandığından, bacısı uşaqlarını da götürüb ondan ayrılaraq atasının evinə getmişdir. Zaur Esmiranın yaşadığı yeri bildiyi üçün hər gün gəlib onların binasının qarşısında dayanır. 16 aprel 2022-ci il tarixdə, saat 12 radələrində həyat yoldaşı Əhməd işə getmək üçün evi tərk etmişdir. Azyaşlı oğlu isə marketə düşmüşdür. Bundan sonra oğlu qaçaraq evə gəlib həyat yoldaşı Əhmədin həyətdə Zaurla dalaşdığını bildirmişdir. O dərhal eyvana çıxıb həyətə baxmaq istədikdə Əhməd qışqıraraq ondan evə girməsini tələb etmişdir. Bundan sonra baş verənləri görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı Esmiranın qeyri-rəsmi nikahda yaşadığı şəxs olmuşdur. Zərərçəkmiş şəxsla qızı Esmiranın birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Zaurla ailə həyatı qurduğu ilk günlərdən qısqanclığı səbəbindən ailədə tez-tez dava-dalaş olmuşdur. Sonra qızı uşaqları da götürüb Zaurdan ayrılaraq onların evinə gəlmişdir. Zaur Esmiranın onların evində yaşadığını bildiyi üçün hər gün gəlib onların binasının qarşısında dayanır. 16 aprel 2022-ci il tarixdə səhər saatlarında Esmira uşaqları götürüb həkimə getmiş, təxminən 1 saat sonra Zaur ev telefonuna zəng edərək Esmiranın harada olduğunu soruşmuş, o isə Zaura Esmiranın evdə olmadığını demişdir. Zaur israrla Esmiranın harada olduğunu soruşsa da, Esmianın yerini deməmişdir. Bundan sonra eşitmişdir ki, Zaur digər qızı Elnarənın yaşadığı evin həyətinə gedərək orada yeznəsi Təqsirləndirilən şəxsla dalaşmışdır. O Zərərçəkmiş şəxs qızı Esmiranın uşaqları götürüb digər qızı Elnarənin yaşadığı evə getdiyini deməmiş, Zaur bunu özündən uydurmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o yaşadığı binanın qarşısında dayanıb valideyni ilə söhbət edən zaman Əhmədin həyətdə dayanan qırmızı rəngli “Chevrolet Cruise" markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Zaur adlı şəxslə uca səslə mübahisə etdiyi görmüş və söyüş söydüyü eşitmiş, daha sonra həmin şəxsdən avtomobildən düşməsini tələb etmiş, Zaur avtomobildən düşmədiyi üçün Əhməd yumruqla vuraraq avtomobilin sol ön şüşəsini sındırmışdır. Bundan sonra Zaur avtomobilin mühərrikini işə salaraq hərəkətə başlamışdır. O Zaurun həyətdən çıxıb gedəcəyini düşündüyü üçün evə qalxmaq istəmişdir. Lakin heç bir dəqiqə keçməmiş Zaurla Əhmədin əlbə-yaxa dava etdiklərini görmüşdür. Həmin vaxt o, qorxduğu üçün onların yanına yaxınlaşmasa da, orta yaşlarında dolu bədən quruluşlu bir nəfər kişi onlara yaxınlaşaraq ayırmışdır. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 orada olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 aprel 2022-ci il tarixli 500 saylı rəydən görünür ki, müayinə zamanı X1 bədəni üzərində: sol göz almasının kontuziyası, hissəvi hemoftalm, sol gözün ağlı qişasının qansızma ilə müşayiət olunmuş sol üst göz qapağının səthi kəsilmiş yarası iti kənarlı əşyanın, ola bilsin ki, sınmış şüşə qırıntılarının təsirindən, digər xəsarətlər- sağ qulağın, sol dirsək nahiyyənin, sol dizin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 aprel 2022-ci il tarixli 504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol qulaq seyvanın, çənə nahiyyəsinin, sağ dizin, sağ əlin İ barmağının sıyrıqları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər kül əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əl ilə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntü 53 saniyədən ibarətdir. Baxış zamanı müəyyən edildi ki, hadisənin baş verdiyi yer yaşayış binaların qarşısıdır. Görüntüdən həyətdə insanların hərəkət etdiyi görsənir. Bundan başqa görüntünün ilk saniyələrindən Təqsirləndirilən şəxs əlində olan qara-qırmızı rəngli əlcəklə Zərərçəkmiş şəxs əyləşdiyi avtomobilin sol ön şüşəsini yumruq zərbələri vurması görsənir. Görüntünün 13-cü saniyəsində Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə avtomobilin sol ön şüşəsini sındırması, şüşə qırıntılarının Zərərçəkmiş şəxs üzərinə doğru hərəkət etməsi nəticəsində sonuncunun göz nahiyəsindən qan axması görsənir. Eyni zamanda videogörüntüdən göründüyü kimi Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntüsü olan bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/500 saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində: sol göz almasının kontuziyası, hissəvi hemoftalm, sol gözün ağlı qişasının qansızma ilə müşayət olunmuş sol üst göz qapağının səthi kəsilmiş yarası, sağ qulağın, sol dirsək nahiyyənin, sol dizin qançırları xəsarətləri vardır. Qeyd olunan xəsarətlərdən- sol göz almasının kontuziyası, hissəvi hemoftalm, sol gözün ağlı qişasının qansızma ilə müşayiət olunmuş sol üst göz qapağının səthi kəsilmiş yarası iti kənarlı əşyanın, ola bilsin ki, sınmış şüşə qırıntılarının təsirindən, digər xəsarətlər- sağ qulağın, sol dirsək nahiyyəsinin, sol dizin qançırları isə bərk kül əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə- sol göz almasının kontuziyası, hissəsvi hemoftalm, sol gözün ağlı qişasının qansızma ilə müşayiət olunmuş sol üst göz qapağının səthi kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AGİR zərərvurmaya, digər xəsarətlər, yəni - sağ qulağın, sol dirsək nahiyyənin, sol dizin qançırları isə sağlamlığa zərərvıırmayan xəsarətlərə aid olduğundan dərəcəsi ləyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 219 və 220 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda həyat yoldaşı-1986-cı il təvəllüdlü Şahid3, qızı-2008-ci il təvəllüdlü X2, oğlu-2010-cu il təvəllüdlü X7 oğlu, qızı- 2014-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Həmin qərarda zərərçəkmiş şəxsin aldığı az ağır xəsarətin ehtiyatsızlıq nəticəsində olmasına dair hüquqi qiymət verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntüsü olan bir ədəd diskin maddi sübut kimi tanınaraq cnayət işinə əlavə edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən himayəsində azyaşlı övladlarının olmasını,əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış video görüntüyə və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza hesab edilən azadlıqdan məhrumetmə cəzasından nisbətən yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt, Abşeron və Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar