Məhkəmə qərarları › İş №1(060)-72/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-72/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-72/2022 29.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü Cəlilabad rayonu, Buravar kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, ailəli, məhkum olunmamış, barəsində “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilmiş, Cəlilabad rayonu, Buravar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərid evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 24.04.2021-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində 27A saylı binanın qarşısında saxladığı “Mercedes Benz C350” markalı ** NY *** dövlət qediyyat nişanlı avtomobilinin 600 (altı yüz) manat dəyərində yan güzgülərini qoparıb gizli talayaraq Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 06.05.2021-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 Vahid oğlunun Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində 38 saylı binanın qarşısında saxladığı “Mercedes Benz” markalı ** DZ *** dövlət qediyyat nişanlı avtomobilinin 150 (yüz əlli) manat dəyərində sol yan güzgüsünü qoparıb gizli talayaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 07.05.2021-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində 5 V saylı binanın qarşısında saxladığı “Mercedes Benz” markalı ** VS *** dövlət qediyyat nişanlı avtomobilinin 120 (yüz iyirmi) manat dəyərində yan güzgülərini qoparıb gizli talayaraq Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü heç bir yerdə işləmədiyi üçün maddi problemlərini həll etmək üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 23.04.2021-ci il tarixdən 24.04.2021-ci il tarixdə keçən gecə saat 01 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində piyada gəzərkən binaların birinin qarşısında qara rəngli “Mercedes S 350” markalı avtomobil görmüş və həmin avtomobilin güzgüsünü oğurlamaq qərarına gəlmişdir. Kənardan heç kimin onu görməyəcəyinə əmin olduqdan sonra həmin avtomobilin hər iki yan güzgüsünü qopararaq götürmüş və oradan uzaqlaşmışdır. Həmin güzgüləri o, qoparıb oğurlayan zaman avtomobilə bərkidilən hissələri sınıb yararsız vəziyyətə düşdüyü üçün həmin güzgüləri heç kimin almayacağını düşünmüş və Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisndən keçən zaman oradakı zibilxanaya atmışdır. Bundan başqa 06.05.2021-ci il tarixdə saat 04:00 radələrində münasib avtomobil tapıb güzgüsünü oğurlamaq məqsədilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində piyada gəzərkən 38 saylı binanın həyətindən keçəndə “Mercedes E” markalı, qara rəngli avtomobil görüb həmin avtomobilin güzgüsünü oğurlamaq qərarına gəlmişdir. Kənardan heç kimin onu görməyəcəyinə əmin olduqdan sonra həmin avtomobilin sol yan güzgüsünü qoparmış, həmin vaxt uzaqdan adam gəldiyini görüb onu görə biləcəyindən ehtiyat etdiyi üçün oradan uzaqlaşmışdır. Səhəri gün həmin “Mercedes E” markalı, qara rəngli avtomobildən oğurladığım sol yan güzgünü tanıdığı Adişirin adlı şəxsə 15 (on beş) manata satmış, əldə etdiyi həmin məbləğdə pulu öz şəxi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 07.05.2021-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində gəzərkən 5V saylı binanın qarşısından keçəndə “Mercedes E” markalı, qara rəngli avtomobil görüb həmin avtomobilin güzgüsünü oğurlamaq qərarına gəlmişdir. Kənardan heç kimin onu görməyəcəyinə əmin olduqdan sonra həmin avtomobilin hər iki yan güzgüsünü qopardıb götürərək oradan uzaqlaşmış və həmin güzgünü gələcəkdə satmaq üçün yaşadığı evə qoymuşdur. 11.06.2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi həyət evində olduğu zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları onu 1-ci bölməyə dəvət etmişlər, bölmədə onunla söhbət zamanı o, etdiyi əməlləri etiraf etmiş və oğurladığı güzgülərdən bir cütünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin oğurluqları tək törətmiş və oğurluq edən zaman onu heç kəs görməmiş, oğurladığı güzgünü satarkən oğurluq olduğunu deməmiş, özünə məxsus olduğunu bildirmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən ikisi ilə razılığa gəlmiş, onlara dəymiş ziyan ödənilmiş, Zərərçəkmiş şəxs3 də ziyanı ödəyəcəyi barədə söz vermişdir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, “Mercedes C 250” markalı, ** NY *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Avtomobili idarə etmədiyi vaxtlarda yaşadığı binanın həyətində saxlayırmış, 23.04.2021-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomaşınla yaşadığı ünvana gəlib həyətdə saxlamış və evə getmişdir. Səhəri gün, yəni 24.04.2021-ci il tarixdə saat 16:00 radələrində evdən çıxıb avtomobilinə baxdığı zaman avtomobilinin yan güzgülərinin yerində olmadığını aşkar etmiş, həmin vaxt ona məlum olmuşdur ki, avtomobilinin 690 manat dəyərində yan güzgüləri oğurlanmışdır. Bu səbəbdən də Azərbaycan Respubublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng vurub məlumat vermiş, bundan sonra isə Sumqayıt ŞPİ 1-ci PB-yə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, “Mercedes-Benz” markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edir. Avtomobili idarə etmədiyim vaxtlarda yaşadığım binanın həyətində saxlayır. Belə ki, 06.05.2021-ci il tarixdə saat 03:30 radələrində idarə etdiyi avtomaşınla işdən yaşadığı ünvana gəlib həyətdə saxlamış və evə getmişdir. Səhəri gün 08:30 radələrində evdən çıxıb işə gedən zaman avtomobilinin yan güzgülərindən birinin, yəni sürücü oturacağı tərəfdə yerləşən güzgünün yerində olmadığını aşkar etmiş, həmin vaxt ona məlum olmuşdur ki, avtomobilinin 250 manat dəyərində sol yan güzgüsü oğurlanmışdır. Bu səbəbdən də Azərbaycan Respubublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng vurub məlumat vermiş, bundan sonra isə Sumqayıt ŞPİ 1-ci PB-yə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 03 mart 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, “Mercedes-Benz” markalı, ** VS *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edir. Avtomobili idarə etmədiyi vaxtlarda yaşadığı binanın həyətində saxlayır. Belə ki, 06.05.2021-ci il tarixdə saat 23:00 radələrində idarə etdiyi avtomaşınla yaşadığı ünvana gəlib həyətdə saxlamış və evə getmişdir. Səhəri gün, yəni 07.05.2021-ci il tarixdə günorta saat 13:00 radələrində evdən çıxıb avtomobilnə yaxınlaşdığı zaman avtomobilinin yan güzgülərinin yerində olmadığını aşkar etmiş, həmin vaxt ona məlum olmuşdur ki, avtomobilinin 560 manat dəyərində yan güzgüləri oğurlanmışdır. Bu səbəbdən də Azərbaycan Respubublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə zəng vurub məlumat vermiş, bundan sonra isə Sumqayıt ŞPİ 1-ci PB-yə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 17 fevral 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid Adil oğlu göstərdi ki, 06.05.2021-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona avtomobil güzgüsü satdığını bildirmiş, o da onunla razılaşaraq 15 manata almışdır. Güzgünün oğurluq olmasından məlumatı olmamış, Əhliman da özünün olduğunu bildirmişdir. Sonradan güzgünü polis işçilərinə təhvil vermişdir. İş materiallarında olan “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20.05.2021-ci il tarixli 9/3170 nömrəli rəyindən görünür ki, “Mercedes Benz S-Klass W-221” markalı avtomobilin yan güzgüsünün orta istismar intensivliyi parametirlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 150 manat müəyyən olunur. (i.v 32-34) İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01.06.2021-ci il tarixli 9/3168 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E 240” markalı avtomobilin sağ və sol yan güzgülərinin orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 120 manat müəyyən olunur..(i.v 59-61) İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.06.2021-ci il tarixli 9/3036 nömrəli rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Mercedes Benz C 350 minik” sedan markalı avtomobilin yan güzgülərinin orta istismar intensivliyi parametirlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600 manat müəyyən olunur.(i.v 15-17) İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 11.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.06.2021-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhərində tutulmuşdur.(i.v 75) İş materiallarından görünür ki,Sumqayıt ŞPİ-nin İŞ-ın 13.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. (i.v. 103-104) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2507 saylı 13.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 116) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 10.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 117) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 16.09.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobillərdən oğurladığı yan güzgülər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i.v.149-153) İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobillərdən oğurladığı yan güzgülər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (i.v.155-156) Təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir ( 29.08.2018-ci il təvəllüdlü) azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 -ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə, həmçinin məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar himayəsində bir azyaşlı uşağı olması və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və digər qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək tutulmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı iki gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə ekspertizaların keçirilməsi ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobillərdən oğurladığı yan güzgülər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki fərdi evini tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus avtomobillərdən oğurladığı yan güzgülər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar