Məhkəmə qərarları › İş №1(060)-72/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-72/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-72/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X9, X2, X3, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Ə.Bayramov küçəsi, ev 29-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 19/25, mənzil 73də yaşayan, Smqayıt şəhər məhkəməsinin 1(060)- 142/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 66.5 və 69.3-cü müddələri nəzərə alınmaqla 02 il müddətə azadlıqdan (qəti olaraq 01 il 11 ay 20 gün) məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün ümumilikdə 0,180 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 aprel 2024-cü il tarixdə saat 12:40-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində saxladığı həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün ümumilikdə 0,552 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 may 2024-cü il tarixdə saat 10:20-də Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji dispanserin qarşısında 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni Corat və Saray qəsəbələrində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, günorta radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən, Vida mərasim evinin qarşısında olarkən ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və ona nədə şübhəli olduğunu bildirərək, onu PB-nə dəvət etmişlər. O, etiraz etməyib birlikdə PB-nə gəlmiş, ona hüquq və vəzifələri izah edilmiş, vəkil təqdim edilmişdir. Bundan sonra PB-də xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyan vardırsa, təqdim etməsi təklif edilmiş, o, cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Üzərindən digər hər hansı qanunla saxlanılması və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə vəya prixotrop maddə aşkar olunmamışdır. Həmin bükümü həmin gün, səhər saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmiş və qablaşdırılmışdır. Bundan başqa 08 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəldən tanımadığı şəxsə on manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir bükümdə psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün səhər saatlarında Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin qarşısında mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, özlərini təqdim edib, polis əməkdaşları oluduqlarını bildirmişlər. Nədə şübhəli olduğunu bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün 4-cü PB-nə dəvət etmişlər. O, etiraz etmədən birlikdə PB-nə getmiş, xidməti otaqların birində ona hüquq və qanuni mənafelərinin müdafiəsi üçün vəkil dəvət edilmiş, ona hüquq və vəzifələrinin izahı barədə bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kamera ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O, əynindəki şalvarın cibində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılmış və götürülmüşdür. Üzərinə əlavə olaraq şəxsi axtarış keçirilsə də, saxlanılması və ya daşınması qadağan edilmiş əşya və pridmet aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili vəzifəsində xidmət apardığını bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə 3-cü PB-nə Ziya adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün günorta radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edib, sonuncuya nədə şübhəli olduğunu izah edib, 3-cü PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə PB-nə gəlmiş, xidməti otaqların birində ona hüquqlarının müdafiəsi üçün vəkil dəət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə, videokamera ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar vardırsa təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Xatırladığı qədərilə bükümün içərisində kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilsə də, üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmiş, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, sonuncu Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət apardığını bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi 4-cü PB-nə Ziya adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuş, bu səbəbdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün səhər radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Narkoloji Dispanserinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edib, nədə şübhəli olduğunu izah edib, ona birlikdə 4-cü PB-nə getməli olduğunu bildirmişlər. Ziya etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, birlikdə PB-nə gəlmişlər. Xidməti otaqların birində ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilməklə, video kamera ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif edilmiş, o, əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Xatırladığı qədərilə bükümün içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilsə də, digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilərərk çəkisi müəyyən edilmiş, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, sonuncu Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 may 2024-cü il tarixdə (saat 17:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v 1); “Cinayət işini icraata qəbul etmək haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v. 42); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 08 may 2024-cü il tarixdə, saat 10:20 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21); Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 55-56); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 63-65); Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70); “maddi sübut kimi tanıma haqqında” 20 may 2024-cü tarixli qərardan görünür ki, Ziya Vənəyiyevin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd zərfdəki psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 ədəd bükümdəki təmiz çəkisi 0,552 qram olan psixotrop maddə metamfetaminin, tədqiqata ümumi 0,050 qram sərf edildikdən sonra qalıq 0,502 qram çəkisinin qalması nəzərə alınaraq, müvafiq olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,552 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,502 qram psixotrop maddə metamfetamin Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.72); “şəxsi axtarışın keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20-də qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji dispanserin qarşısında şübhəli şəxs kimi saxlanılaraq 4-cü PB-nə gətirilmiş, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edəcək vəkil X5 təqdim olunmuş, sonuncu vəkilə etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli cins şalvarın sağ balaca yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “metamfetamin” olduğunu, xx.xx.2024-cü il tarixdə Saray Qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş həmin bükümün elektron tərəzidə çəkilmiş, çəkisinin 0.66 qram olduğu müəyyən olunmuş, xüsusi qaydada qablaşdırılıb, DİN-nin 128 saylı möhürü ilə möhürlənərək ƏN-nin MEM-nə göndərilmişdir. (i.v 29-30); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2603 nömrəli 09 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,552 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.( i.v. 44-48); xx.xx.2024-cü il tarixli AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatı yoxdur.(i.v. 80); “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 82-83); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 aprel 2024-cü il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 85); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 20 aprel 2024-cü il tarixdə, saat 12:40 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.104); “Cinayət işini icraata qəbul etmək haqqında” 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v.132); Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 140-141); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 149- 150); Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 151-152); “Cinayət işini icraata qəbul etmək haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir.(i.v. 157); “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” 29 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir. (i.v.159-160); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs müəyyən edilərək istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. (i.v. 161-162); “Axtarışda olanın tutulması” haqqında 10 iyun 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq PB-nə gətirilmişdir.(i.v. 190); “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, istintaqı davam etdirilmişdir.(i.v. 191-192); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan eilmişdir. (i.v.196-197); “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təqsirləndirilən şəxsin cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığı nəzərə alnaraq dayandırılmışdır. (i.v. 226-227); “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, istintaqı davam etdirilmişdir.(i.v. 229-230); İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Vənətiyevin qızıdır.(i.v. 237); “Şəxsi axtarışın keçirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40-da qanunsuz olaraq narkotik maddə əldə edib saxlama, daşıma və gəzdirməkdə şübhəli bilindiyi üçün əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə, Vida mərasim evinin qarşısında şübhəli şəxs kimi saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək vəkil X6 təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş, bükümün içərisində ağ şəffaf rəngli, kristal formalı, psixotrop maddə “metamfetamin”-ə bənzər maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “metamfetamin” olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, PB-nə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Aşkar edilmiş içərisindəhəmin maddə gümüşü rəngli kağız bükümülə birgə elektron tərəzidə çəkilmiş və çəkisi 0.29 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin bükülü ƏN-nin MEM-ə göndərilməsi üçün qablaşdırırlmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. (i.v112-113); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2167 nömrəli 21 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 127...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...; Şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, Təhqiqatçı: Əliyev Araz - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,180 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. ( i.v.125-129); AR Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4545 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.. (i.v. 239-240); Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddələr daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən ona təyin edilmiş cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin 1(060)-142/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 66.5 və 69.3-cü müddələri nəzərə alınmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutulduğu ümumilkdə 10 gün müddət təyin edilən cəzadan çıxılmış, qəti olaraq 01 il 11 ay 20 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir, 6/2603 nömrəli 09 may 2024-cü il və 6/2167 nömrəli, 21 aprel 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının, 4545 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, Vənətiyevin üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.180 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.130 qram, həmçininin sonuncunun üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.552 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.502 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 02 (iki) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır.(i.v. 242-252); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14-cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, 1 azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, həmin Məcəllənin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü, 25 sentyabr 2024-cü, 28 sentyabr 2024-cü, 11 oktyabr 2024-cü il tarixlərdə törətmiş olduğu cinayət əməllərinə görə barəsində 18 fevral 2025-ci il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməllərini isə müvafiq olaraq 20 aprel 2024 və 08 may 2024-cü il tarixlərdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin çəkisi, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cinayəti təkrar törətməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Vənətiyevin məhkəməyədək icraat zamanı - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə münasibətdə ibtidai araşdırma dövründə ümumilikdə 10 gün, hazırki iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü i tarixədək tutulduğu 06 gün cəmi 16 (on altı) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun hazırda Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2025-ci il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 173 (bir yüz yetmiş üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.130 qram və 0.502 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 34 (otuz dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə, o cümlədən 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki hökmlə müəyyən edilmiş ibtidai istintaq zamanı həbsdə olduğu ümumlikdə 10 gün müddət, hazırki iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü i tarixədək tutulduğu 06 gün cəmi 16 (on altı) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 18 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 173 (bir yüz yetmiş üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.130 qram və 0.502 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar