Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-720/2023 08.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağları, 1-ci məhəllədəki ünvansız fərdi evdə yaşayan, hazırda Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1731/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati qaydada həbs olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Kəmalə ilə 2003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan 2004-cü il təvəllüdlü Şahid2, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2015-ci il təvəllüdlü Mədinə Quliyeva adlı 3 övladı dünyaya gəlmişdir. Kəmalə ilə münasibətləri alınmadığı üçün 2019-cu ildə məhkəmə qərarı ilə nikahlarına xitam verilsə də eyni evdə yaşayıblar. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:45 radələrində o, spirtli içki qəbul edərək yaşadığı evə gəlmiş, evdə Kəmalənin “Faberlic” şirkətində işdən çıxması ilə bağlı aralarında söz-söhbət yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində o, əsəbləşib şillə ilə Kəmalənin sifətindən vurmuş, həmin vaxt qızı Hicran ona cavab qaytardığı üçün Hicranı şillə və təpiklə vurmuşdur, nəticədə Hicran yerə yıxılmış və sifət nahiyyəsi yerə dəymişdir. Sonra özü həyətə çıxıb siqaret çəkmiş və balaca bacanağı Cəfərə zəng edərək onlara çağırmışdır. Sonra gedib otaqda yatmış, bundan sonra olanlardan xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə polis bölməsindən ona zəng gəlmiş və həmin vaxt ona məlum olmuşdur ki, qızı Hicran ilə keçmiş həyat yoldaşı Kəmalə onun barəsində şikayət ediblər. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Anası Kəmalə ilə atası Elxan 2019-cu ildə məhkəmə qərarı ilə boşansalar da yenə də bir yerdə yaşayıblar. xx.xx.2023cü il tarixdə gecə atası Elxan içkili vəziyyətdə evə gəlmişdir. Həmin vaxt o, anası Kəmalə və bacısı Hülya bir otaqda yatmışlar. Atası gəlib onların yatdığı otaqda anası ilə mübahisə etməyə başlamış, yüksək səslə qışqıraraq anasına qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt o və bacısı Hülya səs-küyə yuxudan oyanmışdır. Yuxudan oyandıqdan sonra atası Elxanın anası Kəmaləni döydüyünü, anasının ağzına vurduğunu və saçından tutub yolduğunu görmüşdür. O, atasına anasını döyməməsini demiş, bundan sonra atası Elxan ona yaxınlaşmış və onun saçından tutub otaqda yerdə onu sürüməyə başlamış, sonra onu təpiklərlə vuraraq döymüşdür. Onu yerdə sürüdüyü üçün sol dirsəyi, sağ ayağı və sol əli zədələnmiş, həmçinin Elxan başından tutub sifətini yerə vurmuş, bunun nəticəsində də hər iki gözünün ətarfı, başının sağ tərəfində gicgah nahiyyəsindən xəsarətlər almışdır. Sonra atası gedib yatmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birgə imzaladığı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan 2004-cü il təvəllüdlü Şahid2, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2015-ci il təvəllüdlü Mədinə Quliyeva adında 3 qızları dünyaya gəlmişdir. Elxanla münasibətləri alınmadığı üçün 2019-cu ildə məhkəmə qərarı ilə nikahlarına xitam verilmiş, lakin hal-hazırda hamısı eyni evdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 00:45 radələrində Elxan spirtli içkili vəziyyətində evə gəlmiş, həmin vaxt o, qızları Hicran və Hülya bir otaqda yatmışlar. Elxan gəlib onlar yatdığı otaqda onunla mübahisə etməyə başlamış, yüksək səslə qışqıraraq ona qarşı nalayiq ifadələr işlətmiş, həmin vaxt uşaqlar səs-küyə yuxudan oyanmışlar. Yuxudan oyandıqdan sonra Elxan onu döymüşdür. Buna görə Elxan inzibati qaydada həbs olunmuşdur. Qızı Hicran həmin vaxt Elxana onu döyməməsini demiş, bundan sonra Elxan Hicrana yaxınlaşıbonun saçından tutub təpiklə vurmuşdur. Hicranı yerdə sürüdüyü üçün Hicranın sol dirsəyi, sağ ayağı və sol əli zədələnmiş, həmçinin Hicranın başından tutub sifətini yerə vurduğu üçün Hicranın hər iki gözünün ətarfı, başının sağ tərəfində gicgah nahiyyəndən xəsarətlər almışdır. Həmin vaxt o, Elxanı Hicrandan aralaşdırmışdır. Sonra Elxan öz çarpayısına gedib yatmışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Elxanla anası Kəmalə 2003-cü ildə evlənmişlər, onlar 3 bacıdırlar. 2007-ci il təvəllüdlü Hicran, 2015-ci il təvəllüdlü Mədinə onun bacılarıdır. Anası ilə atası 2019-cu ildə məhkəmə qərarı ilə boşansalar da hamısı eyni evdə yaşayıblar. xx.xx.2023-cü il tarixdə gecə atası Elxan spirtli içkili vəziyyətdə evə gəlib anası ilə mübahisə edib anasını döymüşdür. Bacısı Hicran atasına anasını döydüyü üçün nalayiq sözlər dediyinə görə atası Hicrandan nalayiq sözlər işlətməməsini tələb etsə də, Hicran yenə də atasını söyməkdə davam etmişdir. Buna görə atası Elxan bacısı Hicranı da döymüş, saçından tutub sürüyərək təpiklə vurmuşdur. Hicran xəsarət almışdır. Həmin vaxt anası atasını Hicrandan aralaşdırmışdır, sonra atası gedib yatmışdır. Saat təxminən gecə 03:00 radələrində o, anası və bacısı evdən çıxıb xalası Xanımgilə getmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1094 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər vardır: Sağ göz qapaqları və gözaltı nahiyyənin, sol gözaltı nahiyyənin, burun kökü nahiyyənin, sağ bazunun, sol əlin qançırları, sağ gicgah nahiyyənin dərialtı hematoması, sol dirsək nahiyyənin sıyrığı. Qeyd olunan xəsarətlər üst bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti müayinədən 1-2 günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixədə əmələ gələ bilərdilər və dərəcəsinə görəsağ gicgah nahiyyənin dərialtı hematoması, sağlamlığın qısa müddətə pozuılmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma, digər xəsarətlər yəni,- Sağ göz qapaqları və gözaltı nahiyyənin, sol gözaltı nahiyyənin, burun kökü nahiyyənin, sağ bazunun, sol əlin qançırları, sağ gicgah nahiyyənin dərialtı hematoması, sol dirsək nahiyyənin sıyrığı isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda və sağlamlğa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1731/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətənı törətməkdə təqsirli bilinərək həbs etmənin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablanmaqla 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.20218-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağları, 1-ci məhəllə, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs hazırda inzibati qaydada həbsdə olması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 66 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-720/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-720/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver