Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-721/2025 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Mənzil Kommunal Sahəsində bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 455 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 16 sentyabr 2025-ci il tarixdə, saat 21:24-də Sumqayıt şəhəri, 18-ci məhəllə, 10 saylı tam orta məktəbin arxa hissəsində Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən sağ əlində ağ rəngli torbada qara rəngli sellofana bükülmüş təmiz çəkisi 455 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 8-ə işləmiş Sumqayıt şəhəri, 7-8-12-ci məhəllənin kəsişməsində, evinin yaxınlığında yerləşən “Fəxri” marketdən çörək alıb çıxarkən 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona sakitcə onlarla maşına minib bölməyə getməsini bildirmişlər. Ailəsinə məlumat verməyə də icazə verməmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və Məzahir adlı polis əməkdaşı ona 455 qram marixuana vermişdir ki, boynuna götürsün. O, özü narkotik vasitə istifadəçidir və yalnız “kakos” adlandırdığı narkotik vasitədən 3-4 dəfə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Həmçinin, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Bölmədə izahatı alınmış və ona psixi təzyiq göstərilərək, imza atmağını bildirmişlər. Belə ki, polis əməkdaşları onu, söyüb təhqir etmiş, üstünə qışqırmış və sinəsindən itələmişlər. Müdafiəçi isə sonda gəlib, imzalayıb getmişdir. Polis əməkdaşları hadisə ilə bağlı videoçəkilişi onların dediyi sözləri düzgün demədiyi üçün 5 dəfə çəkmişlər. Bundan başqa, bildirmişdir ki, polis əməkdaşları zərf almaq üçün dəftərxana ləvazimatları satılan mağazaya getmiş, oradan zərf aldıqdan sonra çəkiliş etmək üçün “Vida ”mərasim evinin yanına getmişlər. O, qorxduğu üçün polis əməkdaşlarının dediyini etmiş, sənədləri imzalamış və son sözünü məhkəməyə saxlamışdır. Hal-hazırda belə polis əməkdaşları tərəfindən narkotiklə yüklənəcəyindən qorxduğunu bildirmişdir. Polis bölməsindən buraxılandan sonra müstəntiqin yanında olmuş, müstəntiq tərəfindən heç bir təzyiqə məruz qalmamış və polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını müstəntiqə bildirməmişdir. Son söz olaraq narkotik vasitənin ona məxsus olmadığını bildirmiş və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə təqribən saat 20:00 radələrində Sumqayıt şəhəri, 18ci məhəllədə, “Vida” mərasim evinin arxası ilə piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq daşınması və istifadəsində şübhəli olduğunu bildirmişdir. Bundan sonra əməliyyat müvəkilləri tərəfindən üzərində yoxlama həyata keçirilən zaman üzərində hər hansı bir qanunla qadağan olunmuş maddənin olub-olmaması soruşulduqda əynində olan ağ rəngli gödəkçənin daxilində saxladığı yaşıl rəngli sellofan torbanı onlara təqdim etmişdir. Torbaya baxış keçirildikdə içərisində qara rəngli sellofana bükülmüş, üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış halda narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Üzərində yoxlama davam etdirilən zaman üzərindən digər hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilərək ağ rəngli zərfdə qablaşdırılmışdır. Baxış zamanı həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı kişi cinsli şəxsdən 230 manat pul verməklə şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Daha sonra o və polis əməkdaşları həmin zərfi imzalamışdır. Videoçəkiliş bitdikdən sonra polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. Bölmədə olduğu zaman təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə yenidən həmin zərfə baxış keçirilmişdir. Baxış zamanı yenidən həmin maddənin narkotik olduğunu, özünə məxsus olmasını, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı kişi cinsli şəxsdən 230 manat pul verməklə şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. O, cümlədən hər hansı bir satış məqsədinin olub-olmaması soruşulduqda şəxsi istifadəsi üçün əldə etdiyini, satmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona qarşı polis əməkdaşlarının hər hansı bir fiziki, psixi zor tətbiq olunması soruşulduqda polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-yə Əmrah adlı şəxsin narkotik tərkibli və narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Əmrah adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-cı il tarixdə saat 21:24-də Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin yaxınlığı, 10 saylı tam orta məktəbin arxa hissəsində saxlanılmışdır. Onunla birlikdə əməliyyat-axtarış tədbirində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid2 və bölmənin kiçik əməliyyat müvvəkkili Şahid3 da iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, narkotik tərkibli maddələri və narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcə də istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona video çəkliş aparmaqla üzərinin yoxlanılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, ağ rəngli gödəkçəsinin içərisində saxladığı ağ rəngli torbada qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan sarımtıl lentlə sarılmış halda olan narkotik vasitəni təqdim etmişdir. Bundan sonra həmin şəxsin üzəri əlavə olaraq axtarılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmin torbanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğunu, həmin narkotik vasitəni günorta Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 230 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisinin 490 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-yə raport tərtib etməklə təhvil verilmişdir. Daha sonra onların, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, qablaşdırılmış içərisində narkotik vasitə olan marixuana olan zərf təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında suala cavab olaraq Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq edilmədiyini, onun 18-ci məhəllə ərazisində “Vida” mərasim evinin yaxınlığında saxlanıldığını, təqsirləndirilən şəxslə əvvəllər heç bir tanışlığının və düşmənçiliyinin olmadığını, Bölmə ilə Vida mərasim evinin arasındakı məsafənin təxminən 1-1,5 kilimetr olmasını söyləmişdir. Təqsirləndirilən şəxs ona qarşı təsir edilməsi ilə bağlı müdafiəçisinə heç bir narazılıq bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə verən digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 16 sentyabr 2025-ci il tarixdə, saat 21:24 dəqiqədə Sumqayıt şəhəri, 18-ci məhəllə, Vida mərasim evinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla və dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs gödəkçəsindən yaşıl torbada olan qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan sarımtıl lentlə sarılmış halda yaşılımtıl rəngli narkotik vasitə marixuanaya bənzər kütləni çıxararaq təqdim edib və daxilindəki kütlənin narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonundan tanımadığı şəxsdən 230 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıİdıqını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində ağ rəngli torbada qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan sarımtıl lentlə sarılmış halda yaşılımtıl rəngli narkotik vasitə açıldı. Qara rəngli sellofanın daxilində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Qeyd olunan qara sellofan elektron tərəzi vasitəsilə çəkildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə maruxuanaya bənzər kütlənin çəkisinin 490 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qablaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs günorta saatlarında Bakı şəhərindən tanımadığı şəxsdən 230 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. (i.v. 8-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:24-də Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.13) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sübut əhəmiyyəti kəsb edəcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə götürülməsi qərara alınmışdır. (i.v. 28) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, ona hüquq və vəzifələri izah edilməklə təqdim olunan əşyanın götürülməsi keçirilmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 01 (bir) ədəd zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, zərf 127 saylı möhürlə möhürlənmiş halda olmuşdur. Baxış zamanı zərf açılmamış, Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı kişi cinsli şəxsdən 230 manat pul verməklə şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmiş, saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını söyləmişdir. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 20/845 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada təmiz çəkisi 455 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata qəbul edildi 455 qram; nümunə götürüldü 0,1 qram; 454,9 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. (i.v.39-42) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 10:00-da ittiham ona elan edilmişdir. (i.v. 55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.63-65) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. (i.v.65- 66) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız paketdəki, 01 ədəd torbada narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) torbada təmiz çəkisi 455 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 455 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata ümumi 0,1 qram sərf edildikdən sonra qalıq 454,9 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v 71-72) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X1 barədə xx.xx.2025-ci il tarixli, 5968 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 88-89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir. (i.v 91) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alımış, içərisində video görüntü olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.92-98) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə MKS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. 4 saylı MKS-də sosial işçi kimi fəaliyyət göstərir. İş fəaliyyəti haqqında heç narazılıq yoxdur. Yaşadığı məhlədə qonşular arasında hörməti vardır. Müsbət xarakterizə olunur. Məhkəmə iclasında təqdim edilmiş Hərbi hissə komandiri tərəfindən X3 verilmiş xidməti xasiyyətnamədə onun 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antı-terror əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. AZ-İİ seriyalı 482386 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə doğulmuşdur, anası X6r. AZ-İİ seriyalı 482761 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdə doğulmuşdur, anası X6r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşı tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-ya gətirildikdən sonra müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünü yoxlama aparılması, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından da görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ağ rəngli gödəkçəsindən yaşıl rəngli sellofanda olan qara rəngli sellofana bükülməklə üzəri yapışqan lentlə sarılmış halda olan bükümü təqdim etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda marixuana olduğunu saxlanmazdan əvvəl, Bakı şəhəri ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını qeyd etmiş, həmçinin, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-da müdafiəçinin sualına cavab olaraq ona qarşı heç təsir və təzyiq edilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında bu ifadələri (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşı tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşının antiterror əməliyyatlarında iştirak etməsi, əvvəllər məhkum edilməməsi və müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, yəni qardaşının antiterror əməliyyatlarında iştirak etməsi, əvvəllər məhkum edilməməsi və müsbət xarakterizə edilməsini, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, narkotik vasitənin növünü və miqdarını, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5968 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5968 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 454,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 392 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalında dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 454,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-721/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-721/2025
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver