Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-722/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Kərimov Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2004-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi, mədən ərazisi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, xx.xx.1988-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Kərimov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 dekabr 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus daimi yaşamadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısının üzərindəki asma qıfılı yerdən tapdığı istintaqa məlum olmayan dəmir parçası ilə sındıraraq həyətə daxil olub oradan fərdi yaşayış evinin zal otağının pəncərəsinin qarşısına gəlib plastik pəncərəsinin üzərindəki dəmir barmaqlığı istintaqa məlum olmayan dəmir qaz borusu ilə sındırıb plastik pəncərəni yerdən tapdığı istintaqa məlum olmayan vintaçala açaraq qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin zal otağına daxil olduqdan sonra əvvəllcə evdə pul və qızıl-ziynət əşyaları axtarmış, lakin tapa bilməyib evdə dəyərli əşyaların olduğunu görüb evin zal, mətbəx və yataq otaqlarından olmaqla ümumilikdə 01 (bir) ədəd 240 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “Hoffmann” markalı, 32E3400 modelli televizoru, 01 (bir) ədəd 1.900 manat dəyərində 2023-cü il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “İndesit” markalı soyuducunun bütün hissələri, yəni, matoru, boruları, içərisinin digər hissələrini, 01 (bir) ədəd 130 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “Samsung” markalı, E-238, AC N modelli DVD playeri, 01 (bir) ədəd 490 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “Philips” markalı, FWD 87298 modelli, 02 (iki) ədəd kalonkası (səsgücləndirici) olan musiqi mərkəzini (maqnitola), 01 (bir) ədəd 40 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə dəmir materialdan olan “Ceyran” sobasını, 01 (bir) ədəd 140 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə, 10 litr su tutumlu, aliminium materialdan olan samovarı, 02 (iki) dəst 1.300 manat dəyərində (bir dəsti 650 manat olan, 03 (üç) ədəd qazandan və 03 (üç) ədəd tavadan ibarətdir) 2021-ci il tarixdə alınmış, istifadə edilməmiş və təzə vəziyyətdə olan keramika materially birlikdə 06 (altı) ədəd qazandan və 06 (altı) ədəd tavadan ibarət qazan-tava dəstini, 01 (bir) dəst 900 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilməmiş və təzə vəziyyətdə olan 06 (altı) ədəd boşqab, 06 (altı) ədəd bakal, 06 (altı) ədəd böyük boşqab, 06 (altı) ədəd qaşıq, 06 (altı) ədəd çəngəl, 06 (altı) ədəd bıçaqdan ibarət olmuş “Bagima” tipli qab-qaşıq dəstini, 01 (bir) dəst 270 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə 01 (bir) ədəd çaydan, 01 (bir) ədəd çaynik, 01 (bir) ədəd altlığından ibarət olan “Bergamo” markalı çaynik dəstini, 01 (bir) ədəd 320 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan mikrodalğalı sobanı, 01 (bir) ədəd 130 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan aspiratoru, 01 (bir) ədəd 190 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan çörəkqızdıran tosteri, 01 (bir) ədəd 570 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilməmiş və təzə vəziyyətdə olan xəmir yoğuran(mətbəx kombaynı) mikseri, 01 (bir) ədəd 40 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə, “Starcom” markalı rəqəmsal krosno aparatını, 01 (bir) ədəd 50 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə, dəmir materialdan olan televizor kraynşteyni, 01 (bir) ədəd 470 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilməmiş və təzə vəziyyətdə olan elektrik manqalını, 01 (bir) ədəd 210 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “Samsung” markalı ütünü, 01 (bir) ədəd 60 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan saç fenini, 01 (bir) ədəd 10 manat dəyərində 2021ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan dəstəyi taxtadan olan baltanı, 01 (bir) ədəd 15 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı, dəmir materialdan olan qaz açarını, 06 (altı) ədəd 6 manat dəyərində (01 ədədi 1 manat) 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı, dəmir materialdan olan bolt açarlarını, 02 (iki) ədəd 5 manat dəyərində (01 ədədi 2 manat 50 qəpik) 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı, biri plastik materialdan, digəri dəmir materialdan olan vintaçanı, 02 (iki) ədəd 10 manat dəyərində (01 ədədi 5 manat) 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı, biri dəmir, digəri plastik materialdan olan kəlbətini, 02 (iki) ədəa 10 manat dəyərində (01 ədədi 5 manat) 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan elektrik yuvası-kulçateli, 01 (bir) ədəd 5 manat dəyərində 2021- ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı, plastik materialdan olan darağı, 01 (bir) ədəd 3 manat dəyərində olan qayçını, 03 (üç) ədəd 1 manat 20 qəpik dəyərində olan (01 ədədi 40 qəpik) dırnaqtutanı və 01 (bir) ədəd 2 manat dəyərində olan elektrik çəngəlini gizli yolla talayıb yaxınlıqda yaşayan cinayətdən xəbərsiz Şahid5 yaşadığı evə gətirib yığaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni, 7517,2 manat (yeddi min beş yüz on yeddi manat iyirmi qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Kərimov Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 15 dekabr 2024-cü il tarixdə gecə saatlarında, Zərərçəkmiş şəxs məxsus daimi yaşamadığı ünvan 6 ünvanına gəlmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısının üzərindəki Təqsirləndirilən şəxs1 ondan xəbərsiz bir gün qabaq sındırıb asmış olduğu qıfılı açıb həyətə daxil olub oradan fərdi yaşayış evinin zal otağının pəncərəsinin qarşısına gəlib plastik pəncərəsinin üzərindəki Təqsirləndirilən şəxs1 ondan xəbərsiz bir gün qabaq sındırdığı dəmir barmaqlığı qaldıraraq açıq vəziyyətdə saxladığı plastik pəncərəndən tanışı Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin zal otağına daxil olduqdan sonra sonuncu ilə birlikdə evdə pul və qızıl ziynət əşyaları axtarmış, bu zaman evin yataq otağından çarpayının altında olan 01 (bir) cüt 200 manat dəyərində 2021 -ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan "Niva” markalı avtomobilin “Vrangler” modelli ön fara işığını, 01 (bir) cüt 40 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilməmiş və işlək vəziyyətdə olan “Chevrolet” markalı avtomobilin ləmpəsini, 01 (bir) ədəd 20 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan lazer adapted, 01 (bir) ədəd 10 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan fləşkart taxmaq üçün istifadə edilən bir ədəd qurğunu, çarpayının yanındakı tumbuçkada olan eynəyin torbasının içərisindən 01 (bir) ədəd 1.630 manat dəyərində Rusiya istehsalı, 583 əyar qızıldan hazırlanmış 17 qram çəkidə buruq zəncir formasında qızıl boyunbağını, 02 (iki) cüt ümumilikdə 110 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan ayaqqabıları (bir cüt 70 manat dəyərində bəylik ayaqqabını, bir cüt 40 manat dəyərində makasin ayaqqabını), 01 (bir) ədəd 15 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan “balonka” formalı isti gödəkçəni, 03 (üç) ədəd, bir ədədi 10 manat, üç ədədi 30 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan cins materialdan şalvarı, 05 (beş) ədəd, bir ədədi 12 manat, beş ədədi 60 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan 2-si uzunqollu və 3-ü qısaqollu olan köynəyi, 02 (iki) ədəd, bir ədədi 13 manat, iki ədədi 26 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan yastıq üzünü, 02 (iki) ədəd, bir ədədi 10 manat, iki ədədi 20 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan əl-üz dəsmalını, daha sonra mətbəx otağından 01 (bir) ədəd 1 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan şüşə materiallı qəndqabı, 01 (bir) ədəd 2 manat dəyərində “Beta” markalı quru çay, 02 (iki) ədəd, bir ədədi 1 manat, iki ədədi 2 manat 2021 -ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan şüşə materiallı duzqabını, 500 qram çəkidə 2 manat dəyərində olan şəkər tozunu, 01 (bir) paket 50 qəpik dəyərində olan həll olunan qəhvəni, evdən çıxandan sonra evin həyətində yerləşən yerləşən hamam ortağından isə 01 (bir) ədəd 110 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan “Dəmir döküm” markalı, 20 litr su tutumlu su qızdırıcısını və 01 (bir) dəst 20 manat dəyərində 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və istifadəyə yararlı olan hamamın duş kranını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2298,5 manat (iki min iki yüz doğsan səkkiz manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 dekabr 2024-cü il tarixdə saat 10-11 radələrində Zərərçəkmiş şəxs məxsus daimi yaşamadığı ünvan 6 ünvanına yenidən gəlmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş qapısının üzərindəki əvvəllcədən sındırıb asmış olduğu qıfılı açıb həyətə daxil olub oradan fərdi yaşayış evinin zal otağının pəncərəsinin qarşısına gəlib plastik pəncərəsinin üzərindəki əvvəllcədən sındırdığı dəmir barmaqlığı qaldıraraq açıq vəziyyətdə saxladığı plastik pəncərəndən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin zal otağına daxil olduqdan sonra evin daxilində 500-1.000 manat dəyərində müxtəlix növ əşyalar axtarmış, xatırlamadığı müəyyən sayda əşyaları torbağa toplayıb evin bir küncünə yığdıqdan sonra yuxusu gəldiyindən yataq otağına daxil olub bir qədər yatmaq üçün oradakı çarpayının üzərində uzanmış, lakin yatıb qalaraq öz iradəsindən asıiı olmayan səbəblərə görə gizli yolla talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək evin sahibi Zərərçəkmiş şəxs tərəfindən hadisə yerində aşkarlanaraq oğurluq cinayətini törətməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,631 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyun 2025-ci il tarixdə saat 21:39da həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü məhəllə, Azərbaycan küçəsində yerləşən “Mərkəzi Poçtun” yaxınlıığında piyada hərəkətdə olarkən saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,631 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq etdiyi ev Xalidə məxsus olmuşdur. Xalidi qonşusu kimi tanıyır. İlk dəfə Xalidin evinə tək getmiş, gecə saatlarında çöl qapının kilidini dəmirlə sındıraraq həyətə daxil olmuş, evə isə həyətdən götürdüyü turba ilə dəmir barmaqlığı sındıraraq daxil olmuşdur. Birinci dəfə evə daxil olarkən televizor, maqnitofon, pitiminutka (su qızdırıcı) və digər əşyaları götürmüş, həmin əşyaları tək oğurlamış və tək daşıyaraq Şahid5 adlı tanışının evinə aparmışdır. Həmin vaxt öz evlərini satdıqlarından Orxana həmin əşyaların öz evlərinə məxsus əşyalar olduğunu demişdir. Səhərisi gün isə Təqsirləndirilən şəxs2 həmin evə girib oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 ilk öncə razılaşmamış, evə gedib baxdıqdan sonra razılaşmış və evə daxil olmuşlar. Həmin vaxt ittihamda göstərilən əşyaları, avtomobilə aid əşyaları oğurlamışlar. Həmin əşyaları da Təqsirləndirilən şəxs2 evinə qoymuşdur. Həmin əşyaları oğurlamaqda məqsədi satıb pul əldə etmək olmuşdur. Üçüncü dəfə yenə oğurluq məqsədi ilə tək həmin evə daxil olmuşdur. Bu zaman evdə yatıb qalmış və zərərçəkmiş şəxs onu evdə tutmuşdur. Həmin vaxt törətdiyi əməli etiraf etmişdir. Tutulduqdan sonra götürdüyü bütün əşyaları polis əməkdaşlarına təhvil vermiş, həmin əşyalardan heç nə sata bilməmişdir. Bundan başqa o, narkotik vasitə istifadəçisidir. Üzərindən aşkar olunan narkotik vasitəni tanımadığı şəxsdən 20 manata Binəqədi rayonu ərazisindən almışdır. Həmin narkotik vasitədən istifadə etməmişdir. Bakı şəhər sakinidir, Sumqayıt şəhərinə Elşən adlı dostunu görmək üçün gəlmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Narkotik vasitə özünə məxsus olmuşdur. Sonuncu dəfə narkotik vasitədən 3-4 gün əvvəl istifadə etmişdir. Törətdiyi əməllərdən peşmandır. Təqsirləndirilən şəxs2lə dost olmuşdur, bu hadisədən əvvəl də evinə gedib-gəlmişdir. O, Təqsirləndirilən şəxs2 belə bir evin olduğunu demiş və həmin evdən oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 ilk öncə razılaşmamış, gedib evə baxmışdır. Daha sonra evə daxil olmuşlar. O, həyətin qapısını açmış, Təqsirləndirilən şəxs2 nə üçün qapının qırıq olduğunu soruşmuş, o da izah edəcəyini demişdir. Həyətə girdikdən sonra Təqsirləndirilən şəxs2 evin də dəmir barmaqlığının qırıq olduğunu görmüş və səbəbini soruşduqda o, Təqsirləndirilən şəxs2 bu evə daha öncə də daxil olub oğurluq etdiyini demişdir. Onlar pəncərədən evə daxil olmuşlar, birinci o daxil olmuşdur. Həmin vaxt açarlar, çəkic, krantlar götürmüşlər. Həmin əşyaları evdən Təqsirləndirilən şəxs2lə birlikdə çıxarmışlar. Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə istifadə etməmişlər. Məhkəmədən barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan edilmiş ifadəsindən görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi, mədən ərazisi, nömrəsiz fərdi yaşayış evində yaşayır, heç yerdə işləmir. Heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır, əvvəllər məhkum edilməmişdir. Onun atası Murad azadlıqdan məhrum etmə yerində cəza çəkmişdir. O, nənəsi və bacısı ilə birlikdə yaşamışdır. O, hərbi xidmətə çağırılmadığı üçün getməmişdir. O, təxminən üç ildir psixotrop maddə metamfetamin istifadə etmişdir. O, metamfetamin almaq üçün nənəsi Nazilədən pul almışdır. Nənəsi Nazilə işləmədiyi üçün ona pulu pensiyasından vermişdir. Nənəsinin pensiyası az olduğu üçün o, hər dəfə pul istəyərkən nənəsi ona istədiyi pulu verə bilməmişdir. Metamfetamin almaq üçün onun pulu olmadığı üçün o, çarəsiz qalıb oğurluq etməyi, bu yolla pul qazanıb həm metamfetamin almağı və həm də dolanmağı qərara almışdır. O, yaşayış evlərinə daxil olub pul, pul olmadıqda isə pula satılan hər hansı bir əşya oğurlamağı özünə uyğun oğurluq növü olaraq seçmiş və həmin oğurluğu reallaşdıra biləcəyi barədə özünə inanmışdır. O, qonşusu Xalidin evində pul olduğunu hesab edərək sonuncunun evinə daxil olmağı qərara almışdır. O, Xalidin Narkoloji mərkəzdə işlədiyini bilmişdir. O, bir neçə gün müşahidə aparmış, Xalidin və ailə üzvlərinin evdə olmadıqlarını müəyyən etmişdir. O, heç kimin onu görməməsi üçün Xalidin evinə gecə saatlarında daxil olmağı planlaşdırmışdır. 14 dekabr 2024-cü il tarixdə gecə saatlarında o, Xalidin yaşadığı həyət evinin həyət qapısına yaxınlaşmışdır. O, qapıda asma qıfılın olduğunu görmüşdür. O, Xalidin evinə baxmış və evdə işıq yanmadığını görmüşdür. O, Xalid və ailə üzvlərinin evdə olmadıqlarını bilmişdir. O, yerdən dəmir parçası götürüb asma qıfılı sındırmış və qapını açıb həyətə daxil olmuşdur. O, evə yaxınlaşmış və giriş qapının bağlı vəziyyətdə olduğunu görmüşdür. O, evə pəncərədən daxil olmağı qərara almışdır. Pəncərənin önündə dəmir barmaqlıq olmuşdur. O, yerdən qaz borusu götürüb həmin borunu dəmir barmaqlığın aşağı hissəsinə salıb güc vermişdir. O, dəmir barmaqlığı divardan çıxarıb yuxarı qaldırmışdır. Sonra o, pəncərəni açmaq üçün nazik ölçüdə dəmir axtarmış və həyətdən bir ədəd vintaçan tapmışdır. O, həmin vintaçanı ağ rəngli plastik pəncərənin çərçivə hissəsinə salıb güc vermişdir. O, pəncərəni açdıqdan sonra oradan evə daxil olmuşdur. Həmin otaq evin zal otağı olmuşdur. O, evdə heç kimin olmadığını görmüşdür. O, evin otaqlarına göz gəzdirmiş, evdə müxtəlif əşyaların, avadanlıqların olduğunu görmüşdür. O, əvvəlcə pul axtarmağa başlamışdır. İlk öncə o, zalda olan masanın üzərindəki pul qabına baxmış, lakin, pulun olmadığını görmüşdür. Sonra o, zalda olan divanı qaldırıb altına baxmış, orada da pulun olmadığını görmüşdür. O, yataq otağına keçib, güzgülü termonun qarşısındakı pul qabına baxmışdır. Həmin pul qabında pul olmamışdır. O, həmin otaqda olan çarpayıya, şkafa və digər yerlərə baxmış, lakin pul tapa bilməmişdir. Bundan sonra o, evdə pul olmadığına əmin olmuş və evdən əşya oğurlamaq qərarına gəlmişdir. Buna görə də o, evdən bir ədəd televizor və bir ədəd qaz peçi götürüb pəncərədən çölə çıxarmışdır. 0, həmin əşyaları yaxınlıqda yaşayan Orxanın evinə aparmışdır. O, Orxana həmin əşyaları oğurladığını deməmiş və əşyaların onun evində qalmasını, sonra gəlib götürəcəyimi demişdir. 0, başqa əşya da oğurlamaq üçün yenidən Xalidin evinə getdim. O, evdən bir ədəd maqnitofon, soyuducunun içindəki hissələri, bir ədəd dvd, bir ədəd rəqəmsal, bir ədəd qızdırıcı, bir ədəd tefal su qızdırıcı, bir ədəd qara rəngli idman çantasında bir neçə ədəd təkər açarı, vintaçan, kulçatel, fənər, daraq, tefal atlığı, kəlpətin, televizor kraynşteyni, balta və digər bu kimi xırda əşyalar götürüb torbalara yığıb evdən çıxarmışdır. O, həyətdən çıxdıqdan sonra qıfılı yerinə bağlamış və oğurladığı əşyaları Orxanın yaşadığı evə aparmışdır. O, bir ədəd dvd, bir ədəd rəqəmsal aparatı və bir ədəd tefal su qızdırıcını 40 manata tanımadığı şəxsə satıb 40 manat pul əldə etmişdir. Digər əşyalar isə Orxanın evində qalmış, o, həmin əşyaları sonra gəlib götürəcəyini demişdir. 15 dekabr 2024-cü il tarixdə gündüz saatlarında o, tanışı Kərimov Təqsirləndirilən şəxs2 ilə görüşüb gecə saatlarında Xalidin evinə girib oğurluq etmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla birlikdə oğurluq etməyə razı olmuşdur. Gecə saatlarında o, Təqsirləndirilən şəxs2lə birlikdə Xalidə məxsus həyət evinin yaxınlığına gəlmişlər. Onlar evi müşahidə edərək işıqların sönülü olduğunu, evdə heç kimin olmadığını görmüşlər. O, həyətin qapısına taxdığı asma qıfılı açmış və Təqsirləndirilən şəxs2lə birlikdə həyətə daxil olub evə yaxınlaşmışlar. O və Təqsirləndirilən şəxs2 açıq qalmış pəncərədən evə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 ondan pəncərəni kimin açdığını soruşmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 bir gün əvvəl gecə vaxtı evə girib bir neçə əşya oğurladığını bildirmişdir. O, çarpayının altında “Niva” markalı avtomobilin bir cüt ön fara işığını, ləmpəsini, adapter və fləşkart taxmaq üçün istifadə edilən qurğunu, çarpayının yanındakı tumbuçkada olan eynəyin torbasının içərisindən bir ədəd qızıl boyunbağı götürmüşdür. Boyunbağını götürdüyünü Təqsirləndirilən şəxs2 də görmüşdür. Təqsirləndirilən şəxs2 isə mətbəxdən bir ədəd qəndqabı, quru çay, şəkər tozu, bir ədəd paketdə kofe götürmüşdür. O və Təqsirləndirilən şəxs2 götürdükləri əşyaları çantaya və sellofan torbaya yığıb evdən çıxmışlar. O, həyətdə yerləşən hamamdan “pitiminutka” adlanan su qızdırıcını və hamanın su kranını sökmüşdür. O, həmin əşyaları da götürüb Təqsirləndirilən şəxs2lə birlikdə küçəyə çıxmışlar. O, Təqsirləndirilən şəxs2lə birlikdə piyada olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Onlar oğurladıqları əşyaları Təqsirləndirilən şəxs2 yaşadığı evə qoymuşlar. Təqsirləndirilən şəxs2 ona qızıl boyunbağını sonuncuya verməyini, satıb pul edəcəyini və pulu onunla böləcəyini demişdir. O, Təqsirləndirilən şəxs2 yaşadığı evdən çıxıb mərhum əmisi Hüseynin evinə getmişdir. O, gecə vaxtı orada qalmışdır. Sonuncu dəfə o, Xalidin evinə 16 dekabr 2024-cü il tarixdə saat 10-11 radələrində daxil olmuşdur. Həmin vaxt o, Xalidin evinə əşya oğurlamaq məqsədi ilə tək daxil olmuşdur. O, bu barədə Təqsirləndirilən şəxs2 deməmişdir. Xalidin evində heç kim olmamışdır. O, evdən yenə müəyyən əşyaları, mətbəxdə olan bir neçə ədəd qazanları da götürmüşdür. Yuxusu gəldiyi üçün o, evdə bir neçə dəqiqə yatmaq qərarına gəlmişdir. O, yataq otağına keçib çarpayının üstündə uzanıb yatmışdır. Həmin vaxt kimsə onu yuxudan oyatmışdır. O, oyanıb Xalidin evə gəldiyini görmüşdür. Xalid ondan evdə nə axtardığını soruşmuşdur. O, isə Xalidə evdən oğurluq etdiyini demişdir. Həmin gün Xalid 43-cü polis bölməsinə onun barəsində şikayət etmiş və polis əməkdaşları gəlib onu aparmışlar. Polis əməkdaşları onun oğurladığı əşyaları götürmüşlər. Həmin vaxt o, Orxanın yaşadığı evə onun qoyduğu əşyaları tanımadığı şəxsin yaşadığı ünvana qoyduğunu bilmişdir. O, həmçinin oğurluq zamanı Zərərçəkmiş şəxs məxsus bir ədəd asma qıfılının, pəncərənin dəmir barmaqlığının, pəncərənin çərçivəsinin, iki ədəd oturacaq stolunun, bir ədəd qabaq masasının, çarpayının yuxarı hissəsinin, şkafın bir ədəd qapısının, bir ədəd tumbanın, şifonerin iki ədəd qapısının, şifonerin bir ədəd sürməsinin, bir ədəd divanın arxa söykənəcək hissəsinin oğurluq zamanı onun tərəfindən sındırıldığını etiraf etmişdir. Bundan başqa o, bildirmişdir ki, narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən 2-3 ildir ki, yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsində olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxslə söhbət edərkən həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu başa düşüb özünün də narkotik alüdəçisi olduğunu demişdir. Bu zaman həmin şəxs ona psixotrop maddə olan “metamfetamin” verə biləcəyini demişdir. O da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 20 (iyirmi) manat pul müqabilində 01 (bir) ədəd bükümdə “psixotrop maddə olan “metamfetamin” alıb öz istifadəsi üçün əynində olan boz rəngli cins şalvarın sağ arxa cibinə qoymuşdur. Həmin tarixdə axşam saatlarında şəxsi işi bağlı tanışı Məhəmməd ilə birlikdə Sumqayıt şəhərinə getmiş, saat 21:39 radələrində ünvanı sonradan bildiyi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən Mərkəzi Poçtun yaxınlığında Məhəmədlə birlikdə piyada hərəkət edən zaman 03 (üç) nəfər mülki geyimli şəxslər küçədə onlara yaxınlaşıb onu və Məhəmmədi yaxalamış, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından biri tutulduqları andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları onlara Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla onların üst-başlarını yoxlayacaqlarını demişlər. Onlar etiraz etməmiş, sonra, polis əməkdaşları bir daha özlərini təqdim edib qanuna müvafiq olaraq üst-başını yoxlamamışdan qabaq hər ikisinə üzərlərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub- olmadığını soruşmuşdur. O özünü təqdim edib Təqsirləndirilən şəxs1, yanındakı tanışı isə Şahid4 olduqlarını bildirmiş, daha sonra o üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu deyib əynində olan boz rəngli cins şalvarın sağ arxa cibində saxladığı həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Bu zaman polis əməkdaşı üzərindən aşkar olunan həmin bükümü ondan alıb həmin bükümün nə olduğunu soruşmuş, o bildirmişdir ki, həmin kütlə psixotrop maddə olan “metamfetamin”-dir. Daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddəni büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçən zaman sellofanla birlikdə çəkisinin 0,72 qram olması müəyyən olunmuş, daha sonra həmin bükümü 01 (bir) ədəd içərisi boş olan ağ zərfin içərisinə qoyaraq xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləyib qablaşdırmış, qablaşdırılmış zərf əməliyyatçılar, Məhəmməd və onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan həmin şalvarın sağ yan cibindən 01 (bir) qutu “Sobranie” markalı siqaret, 02 (iki) ədəd alışqan, sol yan cibindən isə özünə məxsus olan “OUKİTEL” markalı mobil telefon aşkar olunmuş, telefon saxlanılmış, digər əşyalar isə özünə geri qaytarılmış, sonradan üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra əməliyyat müvəkkili, Məhəmmədin üzərinə baxış keçirmiş, sonuncunun üzərindən əynində olan cins şalvarın sol yan cibindən özünə məxsus olan mobil telefondan başqa heç nə olmamışdır. Daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyimi soruşmuş, o bildirmişdir ki, həmin psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlənil9.06.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 20 (iyirmi) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Daha sonra əməliyyat müvəkkilləri onu və Məhəmmədi müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nin inzibati binasına aparmışlar. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O hüquqlarının, vəkil siyahısında adı olan X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X3 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlənin qoyulduğu zərfə baxış keçirilməyə başlanılmışdır. X8 baş təhqiqatçısı, polis mayoru X5 özünü təqdim edərək hansı səbəbdən saxlanılmağını bir daha bildirməklə yanaşı onu, çəkilişdə iştirak edən polis əməkdaşlarını və müdafiəçi X2 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o bildirişlə tanış olub bildirişi imzalamış, daha sonra sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı əlavə olaraq yenidən üzərinə şəxsi axtarış keçirmiş, bu zaman üzərindən 01 (bir) qutu “Sobranie” markalı siqaret, 02 (iki) ədəd alışqandan əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzəri DİN-nin 128 saylı möhürü ilə möhürlənmiş bağlamanı və 01 (bir) ədəd “OUKİTEL” markalı mobil telefonu götürmüş, həmin əşyalara baxış keçirmiş, lakin bağlamanı açmamış, həmin psixotrop maddə olan “metamfetamin” bağlamasının üzərindən aşkar olunan bağlama olub-olmadığını soruşmuş, o bildirmişdir ki, bəli həmin bağlamadır. Daha sonra təhqiqatçı həmin bağlamada olan olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün götürmüşdür. Daha sonra o təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Muradı tanıyır, onunla dostluq münasibətləri vardır. Hadisə ilə bağlı qeyd etdi ki, o, ümumiyyətlə həmin evə daxil olmamışdır, onu polis əməkdaşları həmin evə aparmışlar. İstintaq zamanı ifadə verərək həmin evə daxil olmadığını bildirmişdir. Murad oğurladığı avtomobil farasını onun həyətində gizlətmiş, həmin fara onun həyətindən çıxdığına görə onu da tutmuşlar. Muradın həmin faranı onun evinə nə vaxt gətirməsindən xəbəri olmamışdır. Saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olmuş, bədənində xəsarətlər olmuşdur. Lakin istintaq təcridxanasına gedən zaman bu barədə məlumat vermədiyindən heç yerdə qeyd aparılmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün keçirilən məhkəmə iclasında da soruşulmadığına görə döyülməsi barədə heç nə bildirməmişdir. Onu döyərək Murada da təzyiq etməyə çalışmışlar ki, bu cür ifadə versin. Onun günahı yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Kərimov Təqsirləndirilən şəxs2 elan edilmiş ifadəsindən görünür ki, ünvan 3 ünvanında fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla ünvan 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. O, psixi pozuntusu olduğunu və əvvəllər məhkum edildiyini demişdir. O, əvvəllər evli olmuş, sonradan boşanmışdır. Onun iki azyaşlı uşağı olmuşdur. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. O, əvvəllər heç vaxt oğurluq etməmişdir. 15 dekabr 2024-cü il tarixdə gündüz saatlarında tanışı Murad onunla görüşüb qonşuluqda bir ev olduğunu, evdə heç kimin olmadığını, evə girib bir neçə əşya oğurlayıb satmalarını və pul əldə etmələrini demişdir. O, Muradın təklifi ilə razılaşmışdır. 16 dekabr 2024-cü il tarixdə saat 04 radələrində o, Muradla birlikdə sonuncunun bildirdiyi evin yerləşdiyi əraziyə getmişlər. Ətrafda heç kim olmamışdır. Murad evin həyət qapısını açmış və onlar həyətə daxil olub evə yaxınlaşmışlar. Ev birmərtəbəli həyət evi olmuşdur. Murad açıq olan pəncərədən evə daxil olmuş və ona da evə daxil olmasını demişdir. Murad pəncərəni bir gün əvvəl sındırıb açdığını demişdir. O, evdəki əşyaların dağınıq, səliqəsiz vəziyyətdə olduğunu görmüşdür. O, evə ondan əvvəl kimsənin daxil olub oğurluq etdiyini bilmişdir. O, bu barədə Muraddan soruşmuşdur. Murad ona bir gün əvvəl evə daxil olub bir neçə əşya, televizor, qaz peçi və digər əşyalar oğurladığını demişdir. O, evin mətbəxindən içərisində qənd olan qəndqabı, quru çay, duzqabı, şəkər tozu, yastıq üzü və əl-üz dəsmalı götürmüşdür. Murad isə “Niva” markalı avtomobilin fənərini və digər bir neçə əşya götürmüşdür. O, götürdüyü əşyaları sellofan torbaya yığmışdır. Murad da əşyaları sellofan torbaya yığmışdır. Onlar əşyaları götürüb evdən çıxmışlar. Onlar birlikdə onun yaşadığı evə getmişlər. O və Murad oğurladıqları əşyaları yaşadıqları evin həyətinə qoymuşlar. Bir gün sonra Murad yenidən həmin evə daxil olaraq evdə yatmış və ev sahibi tərəfindən tutulmuşdur. Murad oğurluğu onunla birlikdə törətdiyini etiraf etdiyi üçün 43-cü polis şöbəsinin əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs2 Kərimov həmçinin, ifadəsində göstərmişdir ki, Murad Qubanzadə yalan ifadə vermişdir. Belə ki, o, Muradın tumbaçkadan qızıl boyunbağı götürdüyünü görməmişdir. Murad ona qızıl boyunbağı verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, işlədiyi üçün həmin evdə yaşamır, arabir həmin evə gəlib-gedir. Bir gün evə gələn zaman qıfılın qırıq olduğunu görmüş, qapını açmaq istədikdə aça bilməmiş, hasarın üzərindən baxan zaman həyətin dağınıq olduğunu görmüş və hasarın üzərindən keçib həyətə daxil olmuşdur. Evin qapısını açıb keçmək istəyən zaman dəmir barmaqlığın aralı olduğunu görmüşdür. Evə daxil olmuş, evin işığının yanılı olduğunu, evin dağınıq olduğunu görmüşdür. İçəri otağa daxil olan zaman Muradın çarpayının üzərində yatdığını görmüşdür. Muradı qonşusu kimi tanıyır. Evindən oğurlanan əşyaların çoxu ona qaytarılmamışdır. Həmin əşyalardan səsgücləndiricilər, avtomobil farası qaytarılmışdır. O, həmin əşyaları polis əməkdaşlarından təhvil almışdır. O, Kərimov Təqsirləndirilən şəxs2 polis bölməsində görmüşdür. Hadisədən sonra həmin şəxsləri yalnız polis bölməsində olarkən görmüşdür və barışıq üçün ona heç bir addım atılmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, lakin şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Kərimov Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı ödəməmişlər, buna baxmayaraq onlarla barışmışdır. Onlara qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə axşam saatlarında saxlanılan şəxslər barəsində şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra şəxsin ola biləcəyi yerləri müşahidə etmişlər. Sumqayıt şəhəri, Mərkəzi poçtun yaxınlığında şəxs hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim edib şəxsə saxlanılma səbəbini izah etmişlər və üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsini bildirmişlər. Murad üzərindən şəffaf sellofoana bükülmüş bir büküm təqdim etmiş, həmin bükümün nə olduğunu soruşduqda metamfetamin olduğunu, şəxsi istifadəçisi üçün üzərində gəzdirdiyini, səhər saatlarında Bakı şəhəri, Kirov adlanan ərazidən aldığını demişdir. Sənədləşdirib, qablaşdırıb polis idarəsinə gətirmişlər. Şəxs saxlanılan zaman yanında Məhəmməd adlı digər şəxs də olmuş, onun üzərindən heç nə aşkar edilməmişdir. Şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş, onlar da şəxsə qarşı heç bir təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, axşam saatlarında 4-cü məhəllə, Mərkəzi poçtun yaxınlığında şəxslər tərəflərindən saxlanılmış, saxlanılan zaman üzərindən hər hansı qanunla qadağan olunmuş əşya, predmet olduğunu bildirdikdə Təqsirləndirilən şəxs1 könüllü şəkildə bir ədəd şəffaf sellofana bükülmüş olan metamfetamini təqdim etmiş və həmin metamfetamin tərəflərindən videoçəkilişlə qablaşdırılmış, üzərinə DİN-nin 124 nömrəli möhürü ilə möhürlənmiş və Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. Əməliyyat qrupuna rəhbərliyi o etmişdir. Şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 Soltanəhməd oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında şəxsi Sumqayıt şəhəri, Mərkəzi poçtun yaxınlığında saxlamışlar. Muradın üzərindən narkoltik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitəni Bakı şəhərindən aldığını bildirmişdir. Polis idarəsində şəxs müdafiəçi ilə təmin edilmişdir, şəxsin heç bir etirazı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Murad və Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayırlar. Murad ona evlərinin satıldığını və əşyalarının qaldığını demiş, kirayə ev tutana qədər əşyaların onun evində qalmasını xahiş etmiş, o da razılaşmışdır. Daha sonra bilmişdir ki, həmin əşyalar oğurlanmış əşyalardır, bundan sonra həmin əşyaları evindən çıxarmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün hansı əşyalar olmasını tam xatırlamır, həmçinin çox əşya olmuşdur. Onların əvvəllər oğurluq etməsini görməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 evinə gəldikdə bilmişdir ki, Təqsirləndirilən şəxs2 də oğurluq etmişdir, onun evindən bir-iki xırda əşya çıxmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində Mərkəzi poçtun yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 21:39-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20/526 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Saxlanılan: Təqsirləndirilən şəxs1/imza/; İştirakçılar: Şahid4 /imza/; Quliyev Qalib /imza/; Şahid2 /imza/; Şahid3 /imza/” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,631 qram olan ağ rəngli, kristalşəkili maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,581 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 916 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixdə saat 20:25-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4235 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarından görünür ki, Kərimov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixdə saat 21:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)- 214/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Kərimov Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Kərimov Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2025-ci il tarixli qərarla Kərimov Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Kərimov Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm dəyişdirilmiş və CM-nin 62.2-ci maddəsi tətbiq olunmaqla 03 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.1, 69.3.-cü maddələri ilə 02 il 05 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 3186 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Kərimov Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, lakin bu onu törətdiyi əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliyinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. O, öz hərəkətlərini dərk etmək və onları idarə emtək istidarında olmuşdur. Kərimov Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Kərimov Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Kərimov Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1475 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus fotoşəkilləri təqdim edilmiş əşyalar - “Hoffmann” markalı, 32E3400 modelli, qara rəngli, 2021-ci il tarixdə alınmış, istifadə edilmiş və işlək vəziyyətdə olan bir ədəd televizorun 2024-cü ilin dekabr ayına olan qiyməti 140 manat, “Samsung” markalı, E-238, AC N modelli, boz rəngli, istifadə olunmuş, işlək vəziyyətdə olan bir ədəd dvd playerin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, dəmir materialdan, istifadə olunmuş, istifadəyə yararlı olan bir ədəd “ceyran” qaz peçinin 2024-cü ilin dekabr ayına olan qiyməti 55 manat, “Philips” markalı, FWD 87298 modelli, Çin istehsallı, istifadə olunmuş, işlək vəziyyətdə olan bir ədəd musiqi mərkəzinin iki ədəd kalonkası ilə birlikdə 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, “Bergamo” markalı, bir ədəd çaydan, bir ədəd çaynik, bir ədəd altlığından ibarət, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd tefal çaynik dəstinin 2024-cü ilin dekabr ayına olan qiyməti 30 manat, “Starcom” markalı, qara rəngli, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd rəqəmsal krosno aparatının 2024-cü ilin dekabr ayına olan qiyməti 28 manat, dəmir materialdan, qara rəngli, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd televizor kraynşteynin 2024-cü ilin dekabr ayına olan qiyməti 28 manat, “Vrangler” markalı, istifadə olunmuş, istifadəyə yararlı olan "Niva” markalı avtomobilin bir cüt ön fara işığının 2024-cü ilin dekabr ayına olan qiyməti 55 manat, istifadə edilməmiş, istifadəyə yararlı olan “Chevrolet” markalı avtomobilin bir cüt ləmpəsinin (yeni) 2024-cü ilin dekabr ayına olan qiyməti 60 manat, istifadə edilmiş, istifadəyə yararlı olan bir ədəd lazer adapterinin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə edilmiş, istifadəyə yararlı olan hamamın su kranı və duşunun 2024-cü ilin dekabr ayına olan qiyməti 40 manat, tiyəsi dəmir, dəstəyi taxta materialdan olan bir ədəd baltanın 2024-cü ilin dekabr ayına olan qiyməti 22 manat, dəmir materialdan olan bir ədəd qaz açarının 2024-cü ilin dekabr ayına olan qiyməti 20 manat, dəmir materialdan olan bir ədəd bolt açarının 2024-cü ilin dekabr ayına olan qiyməti 10 manat, altı ədədinin qiyməti 60 manat, dəmir və plastik materialdan olan bir ədəd vintaçanın 2024- cü ilin dekabr ayına olan qiyməti 5 manat, iki ədədinin qiyməti 10 manat, dəmir və plastik materialdan olan bir ədəd kəlbətinin 2024-cü ilin dekabr ayına olan qiyməti 5 manat, iki ədədinin qiyməti 10 manat, bir ədəd elektrik yuvası-kulçatelin 2024-cü ilin dekabr ayına olan qiyməti 6 manat, iki ədədinin qiyməti 12 manat, bir ədəd darağın 2024-cü ilin dekabr ayına olan qiyməti 5 manat, bir ədəd qayçının 2024-cü ilin dekabr ayına olan qiyməti 10 manat, bir ədəd dırnaqtutanın 2024-cü ilin dekabr ayına olan qiyməti 3 manat, üç ədədinin qiyməti 9 manat, bir ədəd elektrik çəngəlinin 2024-cü ilin dekabr ayına olan qiyməti 2 manat, cəmi 596,00 manat. Bundan başqa həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs məxsus təqdim edilməyən nəzəri qaydada əşyalar - “indesit” markalı, 2023-cü il tarixdə alınmış, işlək vəziyyətdə, gövdəsindən başqa bütün hissələri bütün hissələri - motoru, boruları, içərisi oğurlanmış bir ədəd soyuducunun 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, 17 qram çəkidə, Rusiya istehsallı, buruq zəncir formasında olan bir ədəd qızıl boyunbağının 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, “Dəmir döküm” markalı, 20 litrlik su tutumlu, istifadə olunmuş, istifadəyə yararlı olan bir ədəd su qızdırıcının 2024- cü ilin dekabr ayına olan qiyməti 50 manat, aliminium materialdan, 10 litrlik olan bir ədəd samovarın 2024-cü ilin dekabr ayına olan qiyməti 200 manat, keramika materiallı, altı ədəd qazandan və altı ədəd tavadan ibarət, istifadə edilməmiş, təzə vəziyyətdə olan iki ədəd qazan-tava dəstinin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, altı ədəd boşqab, alt ədəd bakal, altı ədəd böyük boşqab, altı ədəd qaşıq, altı ədəd çəngəl, altı ədəd bıçaqdan ibarət, təzə, istifadə edilməmiş vəziyyətdə olan bir ədəd “bagima” adlı qabqaşıq dəstinin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd mikrodalğalı sobanın 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə olunmuş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd asbiratorun 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə edilmiş, işlək vəziyyətdə olan bir ədəd çörəkqızdıran tosterin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, təzə vəziyyətdə olan, istifadə edilməmiş bir ədəd xəmir yoğuran mikselin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, təzə, istifadə edilməmiş vəziyyətdə olan bir ədəd elektrik manqalının 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, “Samsung” markalı, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd ütünün 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan bir ədəd saç feninin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, bir ədədi “bəylik” ayaqqabısı, az istifadə edilmiş, qara rəngli, digəri “makasin”, istifadə edilmiş, qara rəngli iki cüt ayaqqabının 2024cü ilin dekabr ayına olan qiyməti 0 manat, tünd göy rəngli, “balonka” formalı, istifadə edilmiş bir ədəd isti gödəkçənin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, cins materialdan, istifadə edilmiş üç ədəd şalvarın 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, uzunqollu və qısaqollu, istifadə edilmiş beş ədəd köynəyin 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, şüşə materialdan bir ədəd qəndqabının 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, “beta” markalı, qara rəngli bir ədəd quru çayın 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, şüşə materialdan iki ədəd duz qabının 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, 500 qram şəkər tozunun 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, iki ədəd yastıq üzünün 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə olunmuş iki ədəd əl-üz dəsmalının 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, istifadə edilmiş, istifadəyə yararlı fləşkart taxmaq üçün istifadə edilən bir ədəd qurğunun 2024-cü ilin dekabr ayına olan qiyməti 0 manat, cəmi 250,00 manat. Tədqiqatın nəticəsi: Analoji malların texniki göstəricilərinə uyğun olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən əşyaların (Cədvəl 1) təqdim edilmiş CD diskdə olan fotoşəkillərə əsasən 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 596,00 manat, fotoşəkilləri təqdim edilməyən nəzəri qaydada olan cədvəl 2-də göstərilən malların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 250,00 manat müəyyən edilir. Cədvəl 1 və Cədvəl 2-də göstərilən qiymətləndirilməmiş əşyalar haqqında ətraflı məlumat (marka, model, texniki göstərici və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qərarın 3-cü sualı üzrə yəni sındırılıb yararsız hala salınmış əşyaların ölçüləri, materialı və digər texniki göstəriciləri barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilmiş malların ayrı-ayrılıqda adlan və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə təvsif edilmiş və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,631 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza təhqiqata sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış çəkisi 0,581 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” haqqında 19 iyun 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 03 (üç) ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Kərimov Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 180 və 181-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Kərimov Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid5 zarəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nın 307-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus olan əşyalar cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanış üçün özlərinə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə, Kərimov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 ittihamda göstərilən əməli törətməməsi və hadisə yerində olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əsas dəlili onun döyülərək təzyiq nəticəsində ittihamla razılaşması ilə bağlı qeyd etdiyi hallar təkzib edilmiş, onun hər hansı aidiyyəti qurumlara müraciəti olmamış, barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə məhkəmə iclasında da ona qarşı hər hansı təzyiq olması barədə məlumat verməmiş, buna görə də onun hazırki məhkəmə iclasında göstərilən xüsusatları bildirməsini məhkəmə təqsirləndirilən şəxsin təyin ediləcək cəzadan yayınmaq məqsədi kimi dəyərləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Kərimov Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,581 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus olan əşyaların sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Kərimov Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Kərimov Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-722/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 1743 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2025-ci il tarixli 1744 saylı orderə əsasən vəkil Müdafiəçi1 Kərimov Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 10 saat, Müdafiəçi1 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2025-ci il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Kərimov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Kərimov Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Kərimov Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,581 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus olan əşyaların sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Kərimov Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat, Kərimov Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-722/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-722/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver