Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-723/2025 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyətii lə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 09 radələrində “BİB, CİC” kateqoriyalı, BD 32584 seriya nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50 km/saat sürətlə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən irəlidə yolun sol tərəfində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün hərəkət etdiyi zolağı dəyişib yolun sol tərəfinə keçmək istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla sol tərəfdəki zolaqda düzünə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona sol qasıq sümüyünün qapalı sınığı, sağ saidin yuxarı 1/3-nin bayır səthinin sağ saidin yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin 2 (iki) ədəd sıyrıqları, sağ budun yuxarı 1/3-dən sağrının aşağı kvadrantlarının arxa bayır səthini əhatə edən geniş ölçülü qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə saatda 50 km/saat sürətlə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən irəlidə yolun sol tərəfində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün hərəkət etdiyi zolağı dəyişib yolun sol tərəfinə keçmək istəyən zaman sol tərəfdəki zolaqda düzünə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs görməmiş və onu idarə eldiyi avtomobillə ehtiyatsızlıqdan vurmuşdur. Fərhad zərbənin təsirindən yerə уıxılmışdır. O, dərhal maşından düşmüş, həmin şəxsə yaxınlaşmış və sonuncunun səhhəti ilə maraqlanmışdır. O, Fərhadın xəsarət aldığını görmüş və onu Sumqayıt şəhər TTYX-na aparmışdır. Yolda Fərhad ondan şikayətçi olmayacağını, sadəcə olaraq onun müalicə xərclərini çəkməsini istəmiş, o da imkan daxilində köməklik edəcəyini bildirmişdir. O, Fərhadı xəstəxanaya aparmış və müayinədən keçirmiş, sonuncunun müalicəsi üçün 120 manat dəyərində dərman ləvazimatları almış və aparıb evlərinə qoyan zaman isə 200 manat pul vermişdir. Bundan sonra isə çıxıb getmişdir. Bir neçə gündən sonra Fərhad ona zəng etmiş və onu müayinə olunmaq üçün Bakı şəhərinə aparmasını istəmişdir. O, isə Fərhada Bakıya aparmaq üçün maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra ona Fərhadın ondan polisə şikayət etdiyi məlum olmuşdur. Məhkəmə baxışı gedişində də zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhd etmiş, lakin zərərçəkmiş şəxs yüksək məbləğdə pul istədiyi üçün aralarında barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini qeyd etmiş və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, yol-nəqliyyat hadisəsinin video görüntüləri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqavıl şəhəri, N.Nərimanov küçəsi ilə velosipedlə hərəkətdə olan zaman sonradan adının Təqsirləndirilən şəxs Nazım oğlu olduğunu bildiyi şəxs idarə etdiyi avtomobillə onun sağ tərəfinə doğru hərəkətini dəyişmiş və yolun sol tərəfinə doğru hərəkət edərkən onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və xəsarət almışdır. Həmçinin həmin vaxt velosipedi də sınmışdır. Sürücü bir qədər irəlidə saxlayaraq onun yanına gəlmiş və onu Sumqayıt şəhər TTYX-na aparmışdır. O, xəstəxanada yıxılaraq xəsarət aldığını bildirmişdir. Sonra Namiq ona 200 manat pul vermiş və ona yeni velosiped alacağını bildirmişdir. Namiq onun telefon nömrəsini də götürmüş və əlaqə saxlayacağını bildirmişdir. Lakin, sonradan Namiqlə telefonla danışan zaman sonuncu maddi imkanı olmadığı üçün köməklik edə bilməyəcəyini bildirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişdir. Hadisə olan zamab ilk dəfə xəstəxanaya gedikləri vaxtdan sonra Namiq onun səhhəti ilə maraqlanmamış və ona maddi yardım göstərməmişdir. Buna görə şikayətçidir və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə “BC” kateqoriyalı BD32584 nömrəli sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 34-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli 7E-722 reyestr nömrəli etibarnamədən görünür ki, “Hyundai Sonata” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək həmin avtomobili idarə etmək əsəlahiyyəti vermişdir. Cinayət işinin 9-cu vərəqəsində olan Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyətində olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntülərin 5-ci saniyəsində prospektlə hərəkət edən avtomobil zolağını dəyişərək sol tərəfə, yəni “Azpetrol” yanacaqdoldurma məntəqəsinə tərəf hərəkətini davam etdirərkən həmin zolaqda olan velosipedçini avtomobilin sol yan hissəsi ilə vurur, nəticədə velosipedçi yıxılır. Cinayət işinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2025-ci il tarixli, 792 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşağıdakı xəsarətlər vardır: sol qasıq sümüyünün qapalı sınığı, sağ saidin yuxarı 1/3-nin bayır səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin 2 (iki) ədəd sıyrıqları, sağ budun yuxarı 1/3-dən sağ sağrının aşağı kvadrantlarının arxa bayır səthini əhatə edən geniş ölçülü qançırı. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2025-ci il tarixli, 8/1680 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Hyundai Sonata” markalı, 50- EJ- 872 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qaşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 20% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, yolnəqliyyat hadisəsinin video görünüləri, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilməsini, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-723/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-723/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver