Məhkəmə qərarları › İş №1(060)-724/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-724/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-724/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ 1(060)-724/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Sumqayıt Şəhər Məhkəməsi 27 dekabr 2022-ci il Sumqayıt şəhəri Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24.12 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə 0,626 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,538 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış, həmin narkotik vasitələr 28 aprel 2022-ci il tarixdə, saat 23:10 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Məcburi Köçkünlər” şəhərciyi, bina 736, mənzil 15-də saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. Adətən narkotik vasitələri tanımadığı şəxslərdən əldə edir və narkotik vasitələri qonşusu Elnurun evində tanışları Pərviz və Rəşadla birlikdə qəbul edir. 28 aprel 2022-ci il tarixdə, yenə Elnurun mənzilində Pərviz və Rəşadla birlikdə narkotik vasitələr qəbul etmişdir. Saat 22 radələrində Elnur siqaret almaq üçün aşağı düşmüşdür. Təxminən saat 23:10 radələrində Elnurun Sumqayıt şəhəri, 12-ci mikrorayon, ’’Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok 11 b, 15 saylı mənzilində olduqları zaman mülki geyimdə polis əməkdaşları Elnurla birlikdə mənzilə daxil olmuş və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları hər birinin üzərində narkotik vasitə olub-olmamasını soruşanda hər biri üzərində narkotik vasitə olduğunu demişlər. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Buna etiraz etmədikdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxardıb təqdim etmiş, həmin bükümlərdən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,76 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilmiş, zərfə qablaşdırılaraq möhürlənmişdir. Üzərindən əlavə olaraq qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakini 28 aprel 2022-ci il tarixdə X12 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi, üzərində daşıması, həmçinin yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Elnur Yusifovun cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, ŞPİ-nin NMB-nin rəisi, polis mayoru İlham Rəhimov, ŞPİ-nin KTB-nin kriminalisiti, polis mayoru Asəf Həbibov, ŞPİ-nin sabiq baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadə, NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Elman Qasımov, polis leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Elnur Yusifovun ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon “Məcburi Köçkünlər şəhərciyi” ev 736, blok 11 В və həmin binanın ətrafı müşahidəyə götürülmüşdür. 28 aprel 2022-ci il tarixdə saat təxminən saat 22:15-də Elnur Yusifovun yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon Məcburi köçkünlər şəhərciyi ev 736, blok 11 b-də olduğunu görüb əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Elnur Yusifova üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat aldıqlarını bildirərək şübhəli şəxs qismində tutulacağını izah etmişlər. Bundan sonra Elnur Yusifov ŞPİ-nin sabiq baş müstəntiqi Namiq Mirzəzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri ona izah edilərək hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmişdir. Elnur Yusifova üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirləcəyi izah edilərək üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və predmet olub- olmadığını soruşmuşlar. Olduğu təqdirdə isə təqdim etməsi təklif edildikdə o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd büküm çıxarıb təqdim edərək bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda bir bükümdə qəhvəyi rəngli, spesfık iyə malik narkotik vasitə heroinə oxşar kütlə, digər bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Elnur Yusifov həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini bildirərək narkotik vasitə aludəçisi olduğunu qeyd etmişdir. Elnur Yusifovdan aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,68 qram, psixotrop maddə metamfetaminə oxşar kütlənin isə 0,55 qram olması müəyyən edilmişdir. Elnur Yusifovdan yaşadığı mənzildə hər hansı bir qanunsuz əşya əşya və ya narkotik vasitə olub-olmadığını soruşduqda yaşadığı mənzildə özünə məxsus narkotik vasitə olduğunu, həmçinin yaşadığı mənzildə tanışları Rəşad, Pərviz və Akif adlı şəxslərin narkotik vasitıə qəbul etdiklərini bildirmişdir. Elnur Yusifova yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirdikdə o buna etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizə də yazaraq razılıq vermişdir. Bundan sonra Elnur Yusifov üzərində olan açarla mənzilin qapısını açmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında 3 nəfər şəxsin olduğu müəyyən olunmuşdur. Həmin şəxslər özlərini təqdim edərək X22, X17 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Sorğu zamanı X22, X13 və Təqsirləndirilən şəxs Elnur Yusifovun mənzilində narkotik vasitə qəbul etdiklərini və üzərlərində də narkotik vasitə olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli, kristal hissəciklərdən ibarət kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,76 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,74 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ -nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək digər şahid X7 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək digər şahid X7 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:15-də Sumqayıt şəhəri, Məcburi Köçkünlər Şəhərciyi, ev 736, mənzil 15-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış, mənzilə baxış keçirilməsi və götürmə” haqqında 29 aprel 2022-ci il tarixli protokoldan və 28 aprel 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd DVD diskə baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı X20, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti polis mayoru X27 tərəfindən X12 narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin NMB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında sonuncu Sumqayıt şəhəri, 12-ci mikrorayon, “Məcburi Köçkünlər” şəhərciyi, bina 736, blok HB-də 28 aprel 2022-ci ildə saat 22:15-də saxlanılmış və İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru X21 tərəfindən üzərində şəxsi axtarış keçirilmişdir. Daha sonra ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olunaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. X23 özü əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı X23 ondan aşkar olunan qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. X12 üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,68 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,55 qram olduğu müəyyən olunmuş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən əlava olaraq qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. X9 yaşadığı mənzildə və ya hər hansı başqa yerdə əlavə olaraq narkotik vasitə saxlayıb-saxlamaması soruşulduqda, o yaşadığı mənzildə də narkotik vasitə olduğunu və bundan başqa tanışları Rəşad, Pərviz və Akif adlı şəxslərin hazırda yaşadığı mənzildə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Elnur Yusifova bununla əlaqədar olaraq yaşadığı mənzilə onun razılığı ilə baxış keçirilməli olduğunu bildirdikdə, o buna etiraz etməmişdir. Həmin blokda 15 saylı mənzilə yaxınlaşdıqdan sonra Elnur Yusifov üzərində olan açarla mənzilin qapısını açmış və mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında 3 nəfər şəxsin olduğu müəyyən olunmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmələri təklif edildikdə həmin şəxslər özlərini təqdim edərək X22, X17 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Sorğu zamanı sonuncular Elnur Yusifovun mənzilində narkotik vasitə qəbul etdiklərini və üzərlərində də narkotik vasitə olduğunu bildirmişlər. Bununla əlaqədar olaraq həmin şəxslərə saxlanıldıqlarını bildirib hüquq və vəzifələrinə dair bildiriş və vəkillərinin siyahısını təqdim etdikdə X22, X17 və Təqsirləndirilən şəxs bildiriş və siyahı ilə tanış olmuşdur. X22 vəkillərin siyahısından Sumqayıt 1 sayh Vəkil Bürosunun vəkili X4 onun hüquqlarını qorumasını, X17 vəkil X5 onun hüquqlarını qorumasını, Təqsirləndirilən şəxs isə vəkil X14 onun hüquqlarını qorumasını xahiş etmişdir. Polis əməkdaşlarından adları qeyd edilən vəkillərin təmin edilməsi xahiş edilmişdir. Vəkillər gələnədək mənzilə baxış keçirilənə qədər mənzilə giriş qapısı ilə üzbəüzdə yerləşən qonaq otağında sağ tərəfdə yerləşən masa üzərində istifadə edilmiş şprislər, siqaret qırıntıları aşkar edilmişdir. Həmçinin masa üzərində 2 ədəd büküm aşkar edilmişdir. Elnur Yusifov bükümlərin ona məxsus olduğunu və bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu, istifadə edilmiş şprislərlə isə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Bükümlər açıldıqda qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,07 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,09 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra X15 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil Tahir Abbasov mənzilə gəlmiş və vəkil Rəşad Tahirova təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə X18 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. X22 özü əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı X22 bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Rəşad Tahirovdan aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,46 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,54 qram olduğu müəyyən olunmuşdur. X10 aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. X15 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən 1 ədəd “Samsung A52” markalı mobil telefon, 5 qəpiklik əskinaz və qara rəngli ip aşkar edilərək götürülmüş, 5 qəpiklik əskinaz və qara rəngli ip əhəmiyyət kəsb etmədiyi üçün Rəşad Tahirovun özünə qaytarılmış, mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Rəşad Tahirovun üzərindən əlava olaraq qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Daha sonra X6 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X19 mənzilə gəlmiş və vəkil Pərviz Hacıyevə təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə X11 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edildikdə sonuncu özü əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Pərviz Hacıyev ondan aşkar olunan qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Pərviz Hacıyev üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,31 qram, ağ rəngli kütlənin isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. X3 aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X24 mənzilə gəlmiş və vəkil Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan mavi rəngli cins şalvarının arxa sol cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu, digər bükümdə isə ağ rəngli kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli kütlə heroin, ağ rəngli kütlə isə metamfetamindir. Həmin bükümləri tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,76 qram, ağ rəngli kütlə isə büküldüyü kağızla birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,74 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında işdə olan disklərdəki görüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2460 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “E.Yusifovun üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki (Nöl) 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,272 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - hero indir, - üzərində “E.Yusifovun yaşadığı evdən...” və s. yazılar, imzalar olan zərfdəki (Nö2) 01 ədəd bükümdə təmiz çəkisi 0,018 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,016 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, - üzərində “E.Yusifovun yaşadığı evdən götürülmüş şprislər...” və s. yazılar, imzalar olan zərfdə (Nö3) 06 ədəd istifadə olunmuş şprisdə narkotik vasitə heroinin izləri vardır. Şprislərin daxilində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. - üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar imzalar olan zərfdəki (Nö4) 01 ədəd bükümdə təmiz çəkisi 0,626 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,538 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “R.Tahirovun üzərindən ...” və s. yazılar, imzalar olan zərfdəki (Nö5) 01 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,286 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, - üzərində “Pərviz Hacıyevin üzərindən ...” və s. yazılar, imzalar olan zərfdə (Nö6) 01 ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,145 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - X12 üzərindən, yaşadığı mənzildən, X6, X15 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələri”in siyahısına (Siyahı İ ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X12 yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,288 qram heroin, iki ədəd bükümdə təmiz çəkisi 0,298 qram metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,538 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,626 qram metamfetamin, X15 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,286 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,462 qram metamfetamin, X6 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,145 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,387 qram metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış X12 yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə 0,228 qram heroin, iki ədəd bükümdə 0,238 qram metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,488 qram heroin, 1 ədəd bükümdə 0,576 qram metamfetamin, X15 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,236 qram heroin, 1 ədəd bükümdə 0,412 qram metamfetamin, X6 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,095 qram heroin, 1 ədəd bükümdə 0,337 qram metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış, mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 aprel 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(i.v 164-166) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 569 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(i.v 189-191) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 198-199) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 236) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4385 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 237-238) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq ayrıca icraata götürülmüş və ********* statistik nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,538 qram heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,626 qram metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 1 ədəd bükümdə 0,488 qram heroin, 1 ədəd bükümdə 0,576 qram metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış, mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 aprel 2022ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə 0,626 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,538 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə ittiham olunduğu cinayət əməli barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs 1(060)-225/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə tutulduğunu və həmin vaxtdan həbsdə olduğunu nəzərə alaraq hesab edir ki, onun cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,576 qram psixotrop maddə olan metamfetamin və 0,488 qram narkotik vasitə olan heroin məhv edilməli və əməliyyat tədbiri keçirilməsinin əks olunduğu 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə 28 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,576 qram psixotrop maddə olan metamfetamin və 0,488 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat tədbiri keçirilməsinin əks olunduğu 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxs aldığı gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar